Son xəbərlər

 

Sabiq deputat, eks-səfir Elmira Axundovanın Ramiz Mehdiyevə ünvanladığı, “hörmətli Ramiz müəllim, yalnız sizin oxumağınız üçündür” girişli, “siz mənim dostum və ağsaqqalımsız” sözləri ilə zəngin şok məktubu ortaya çıxıb.

 

Axar.az xəbər verir ki, Musavat.com-un tirajladığı məktub Prezident Administrasiyasında 15244 nömrə ilə qeydiyyatdan keçib, Ramiz Mehdiyevə təqdim olunub, oradan Daxili İşlər Nazirliyinə, DİN-dən isə Ağır Cinayətlər Məhkəməsinin o zamankı sədri Mahmud Nəbiyevə göndərilib.

Mirşahin Ağayevi niyə yenidən efirə qaytardın?

Elmira Axundova 30 iyul 2018-ci ildə, Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri postunu tutduğu günlərdə ona ünvanladığı məktubunda tanınmış jurnalistlərin – Mirşahin Ağayevin, Ləman Ələşrəfqızının, Afət Telmanqızının adlarını çəkir, onları satqın adlandırır, onların barəsində tədbirlər görülməsi üçün addımlar atılmasını tələb edir. Mirşahin Ağayevə yenidən efir verilməsinə görə ağsaqqalını qınayır.

Deputatda müxalifəti maliyyələşdirən nazirlə bağlı məlumat olub?

Elmira Axundova nazirin (redaksiya adını açıqlamayıb – red.) və bəzi deputatların barəsində də eyni tərzdə fikirlərini izhar etməklə onları müxalifətə işləməkdə ittiham edir. Yazır ki, onda deputatların müxalifət qəzetlərini maliyyələşdirməsi barəsində məlumatlar var. Elmira Axundova Ramiz Mehdiyevə məktubunda respublikada Fərman Məmmədovun (Həbib Axundovun cinayət işi üzrə zərərçəkən) qabağına çıxarmaq üçün kişi axtardığını yazmaqla onu həbs etməyə çağırır.

Mehdiyevdən tələb: “Hökumət mətbuatında yazılar təşkil elə!”

Ən maraqlısı isə Elmira Axundovanın Ramiz Mehdiyevdən məktubunda hökumət mətbuatında “Fərman Məmmədov kimdir?” kod adı ilə yazılar təşkil etməsini tələb etməsidir.

Axundovadan “bütün kartlarımı ortaya qoyacağam...” hədəsi

Axundova məktubunda Ramiz Mehdiyevin diqqətinə sentyabrda mətbuat konfransı keçirəcəyini yazır, “bütün kartlarımı ortaya qoyacağam... bizim itirəcəyimiz heç nə yoxdur, amma onların itirəcəkləri var” deyir.

18 May 2024 Prezident Cəbrayılda dörd kəndin təməlini qoydu
18 May 2024 Prezident Zəngilanda yeni qəsəbənin təməlini qoydu
18 May 2024 Əliyev Rəisi ilə sabah sərhəddə görüşəcək
18 May 2024 Siyarto: Azərbaycan bu quruma qayıtmalıdır
17 May 2024 “Laçının 28 illik işğalı dönəmi AXC-Müsavat xəyanətinin nəticəsidir” - ŞƏRH EDİLDİ
17 May 2024 “Əli Kərimli iddia etdiyi kimi ciddi bir siyasət adamıdırsa…” - RƏY BİLDİRİLDİ
17 May 2024 Məşhur aparıcı qızına görə AzTV-dən getdi
17 May 2024 Tiflis yanır, İrəvan yanır, Bakı isə... - Klaçkov
17 May 2024 Mehdi Xəlilbəyli Bakıda həbs olundu
17 May 2024 Blinken Slovakiya XİN rəhbəri ilə danışdı: Fitsoya hücum...
16 May 2024 Dönər alarkən bunlara diqqət etmək lazımdır
16 May 2024 Güllər kül oldu... - Video
16 May 2024 Güllələnən baş nazir süni koma vəziyyətinə salındı
16 May 2024 Bu ölkələr İsraildən ona görə qorxur ki... - Fidan
15 May 2024 Çevriliş ehtimalı: Rusiya Ərdoğana yenə dəstək verir?
15 May 2024 Azərbaycanda heç vaxt belə qarşıdurma olmayıb - Prezident
15 May 2024 Slovakiyanın baş naziri güllələndi - Video
15 May 2024 Fitsonun güllələnməsi görünməmiş təhlükədir - Pelleqrini
15 May 2024 Slovakiya parlamenti Fitsoya görə təcili toplanır
15 May 2024 Elşad Miri: “Allahın olmadığına inanmaq...”
15 May 2024 Paytaxtda sürücü atı maşının arxasına bağlayıb yol boyu apardı - VİDEO
15 May 2024 Qərbin “qorxduğu” Belousov buna görə gətirildi - Teleqraf
15 May 2024 Rus general Xocalıda danışdı: Hədəfə çatdıq!
15 May 2024 Samir Nuriyev İqor Petrişenko ilə görüşdü
15 May 2024 İsrail Qəzzadan sonra bura göz dikəcək – Ərdoğandan şok
15 May 2024 ABŞ-ın “yaşıl” oyunu: elektromobilləri ikiqat bahalaşdırdı
15 May 2024 Bu, Azərbaycanın tələbi deyil - Zaxarova
15 May 2024 Kərim Vəliyev rus sülhməramlılara təşəkkür etdi
15 May 2024 Gürcü, erməni etiraz edir: Bəs, biz niyə etmirik?
15 May 2024 Putin Qarabağa göndərdiyi generalı təltif etdi