Son xəbərlər

 

Azərbaycanla sərhədin delimitasiyası üsullarından kütləvi narazılıq görmürəm, lakin etirazlarda “köhnələrin” və xarici qüvvələrin izini görürəm.

 

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan bu gün erməni mediasına açıqlamasında deyib.

Simonyan bildirib ki, Bakı-İrəvan danışıqlarında birtərəfli güzəştlər yoxdur və proses beynəlxalq standartlara uyğun aparılır:

“Bu nə beynəlxalq normadır ki, onlar pozulub? Başa düşmək istəyirəm ki, nədən danışırıq? Demək istəyirəm ki, eyni məntiqlə, fərqli amillərdən istifadə edərək, eyni şeyləri neçə dəfə təkrarlaya və eyni şeyi etməyə çalışmaq olar? Vazgen Manukyan, Robert Köçəryan, Serj Sərkisyan, banan Miqran (Ermənistanın İcbari İcra Xidmətinin keçmiş rəhbəri Miqran Poqosyan nəzərdə tutulur), Artur Vanetsyan eyni məntiqlə davam edə bilməz axı. Rolları bir az dəyişirlər, gedirlər, başqalarının rəhbərliyi ilə gəlirlər”.

“Meydanda 100-200 min adam toplansa, hakimiyyət gedəcəkmi” sualına Simonyan sualla cavab verib:

“Bəs əgər 15-20 min toplaşsa? Onlar (müxalifət - red.) siyasətdən gedəcəklər? Ermənistanda hakimiyyət xalqındır, xalq hansısa tələb irəli sürəndə görəcəyik ki, xalqdan gəlir. Məsələ kəmiyyətlə həll olunmur. Müxalifətin öz ətrafında yaratdıqları reallıq budur ki, onlar öz dediklərinə inanır, media vasitəsilə yayırlar. Ermənistan xalqı hər şeyi çox gözəl başa düşür, əminəm ki, onlar sərhədlərin delimitasiyası prosesinə inanır, bilir ki, İrəvan sülh şəraitində yaşamalıdır, müharibə istəmir, əvvəlkiləri geri qaytarmayacaq, dünyəvi dövlət olmaqdan əl çəkməyəcək, kilsənin bəzi üzvlərini siyasi fiqur kimi qəbul etməyəcək, bu qəbuledilməzdir.

Müxtəlif yerlərdən, fərqli maliyyə ilə, əsasən eyni ölkədə yaşayan blogerlərin bu hərəkata qoşulduqlarını elan etdiyini görürəm. Təbii ki, bunu görürəm, bu, aydındır. Bunu kim görmür ki?”

19 May 2024 Blinken yalan danışır: taktiki əməliyyatlara baxın - Polkovnik
19 May 2024 Qırğızıstan DİN-dən vətəndaşlarına xəbərdarlıq
18 May 2024 Əliyev Rəisi ilə sabah sərhəddə görüşəcək
18 May 2024 Siyarto: Azərbaycan bu quruma qayıtmalıdır
17 May 2024 “Laçının 28 illik işğalı dönəmi AXC-Müsavat xəyanətinin nəticəsidir” - ŞƏRH EDİLDİ
17 May 2024 “Əli Kərimli iddia etdiyi kimi ciddi bir siyasət adamıdırsa…” - RƏY BİLDİRİLDİ
17 May 2024 Məşhur aparıcı qızına görə AzTV-dən getdi
17 May 2024 Tiflis yanır, İrəvan yanır, Bakı isə... - Klaçkov
17 May 2024 Mehdi Xəlilbəyli Bakıda həbs olundu
17 May 2024 Blinken Slovakiya XİN rəhbəri ilə danışdı: Fitsoya hücum...
16 May 2024 Dönər alarkən bunlara diqqət etmək lazımdır
16 May 2024 Güllər kül oldu... - Video
16 May 2024 Güllələnən baş nazir süni koma vəziyyətinə salındı
16 May 2024 Bu ölkələr İsraildən ona görə qorxur ki... - Fidan
15 May 2024 Çevriliş ehtimalı: Rusiya Ərdoğana yenə dəstək verir?
15 May 2024 Azərbaycanda heç vaxt belə qarşıdurma olmayıb - Prezident
15 May 2024 Slovakiyanın baş naziri güllələndi - Video
15 May 2024 Fitsonun güllələnməsi görünməmiş təhlükədir - Pelleqrini
15 May 2024 Slovakiya parlamenti Fitsoya görə təcili toplanır
15 May 2024 Elşad Miri: “Allahın olmadığına inanmaq...”
15 May 2024 Paytaxtda sürücü atı maşının arxasına bağlayıb yol boyu apardı - VİDEO
15 May 2024 Qərbin “qorxduğu” Belousov buna görə gətirildi - Teleqraf
15 May 2024 Rus general Xocalıda danışdı: Hədəfə çatdıq!
15 May 2024 Samir Nuriyev İqor Petrişenko ilə görüşdü
15 May 2024 İsrail Qəzzadan sonra bura göz dikəcək – Ərdoğandan şok
15 May 2024 ABŞ-ın “yaşıl” oyunu: elektromobilləri ikiqat bahalaşdırdı
15 May 2024 Bu, Azərbaycanın tələbi deyil - Zaxarova
15 May 2024 Kərim Vəliyev rus sülhməramlılara təşəkkür etdi
15 May 2024 Gürcü, erməni etiraz edir: Bəs, biz niyə etmirik?
15 May 2024 Putin Qarabağa göndərdiyi generalı təltif etdi