Əskişəhərdə Ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib.

Axar.az xəbər verir ki, Əskişəhər Anadolu Universitetinin Heydər Əliyev Tətbiq və Araşdırmalar Mərkəzi, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası və Əskişəhər Azərbaycanlıları Dərnəyinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin Anım Günü keçirilib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev, Anadolu Universitetinin rektoru Fuad Erdal və digər qonaqlar, tələbələr iştirak edib.

Çıxışçılar Heydər Əliyevin həyatından və siyasi fəaliyyətindən, Azərbaycanın müstəqilliyinin gücləndirilməsindəki xidmətlərindən danışıblar.

Sonda Ümummilli liderin həyatı ilə bağlı film nümayiş etdirilib.

“Şərur” MTK-nın sədri İsfəndiyar Axundov vətəndaşlarla MTK-lar arasında yaranan narazılığın aradan qaldırılması üçün Nazirlər Kabinetinə və Milli Məclisə təklif göndərib

T Ə K L İ F
Azərbaycan Dövlətinin memarı, xalqımızın ulu öndəri Heydər Əliyevin Azərbaycan xalqının rifahının yaxşılaşdırılması, sosial şəraitin yüksəldilməsi, habelə, milli inkişafın artırılması istiqamətində həyata keçirdiyi daxili və xarici siyasətin layiqli davamçısı cənab İlham Əliyevin ölkəmizin işğaldan azad olunması və sərhədlərimizin bərpası istiqamətində apardığı rassional siyasətin dövlət başçısı tərəfindən ardıcıl qəbul olunmuş dövlət proqramlarının nəticəsi olaraq intensiv inkişafın, o cümlədən, sosial rifahın yüksəlişi göz önündədir. Sənaye, kənd təsərrüfatı, təhsil, mədəniyyət və s. sahələrdə innovativ sistemlərin yaradılması milli tərəqqinin bariz nümunəsidir.
Milli inkişafın və əhalinin sosial rifahının yaxşılaşdırılmasında tikinti sektorunun müstəsna rolu vardır. Bu sahədə rəhbərlik etdiyim “Şərur” MTK on illiklər ərzində on minlərlə ailənin yeni mənzillərlə təmin olunmasında və bununla da ölkə rəhbərliyinin tapşırıqlarının ləngimədən həyata keçirilməsində əsas iştirakçılardan olmuşdur.
On illiklər ərzində tikinti sənayesində yetərincə təcrübəyə malik bir MTK rəhbəri kimi bu sahədə respublikamızda həyata keçirilən yeni reformaların, qəbul olunmuş qanunların, normativ aktların, xüsusilə ölkə prezidentinin imzaladığı fərman və sərəncamların xalqımız üçün təkzibolunmaz faydasını xüsusilə qeyd etmək istəyirəm. Qeyd edilənlərlə yanaşı tikinti sahəsində zamanla bəzi çətinliklərlə rastlaşdığımızı da bildirmək istəyirəm.
Hər kəsə məlumdur ki, Bakı şəhərində quruculuq işlərinin həyata keçirilməsinin tərkib hissəsi kimi pilot layihələrin tətbiqi uğurlu həyata keçirilir ki, bunun nəticəsi olaraq paytaxt məhəllələrinin əksəriyyətinin tikilib abadlaşdırılması Bakı şəhəri cənab İlham Əliyevin dediyi kimi, dünyanın ən gözəl şəhərlərinin birinə çevirmişdir.
Bununla yanaşı, pilot layihələrin həyata keçirilməsində bir çox hallarda ayrı-ayrı vətəndaşların qeyri-real tələbləri tikinti işlərinin ləngidilməsinə səbəb olur. Beləliklə evindən köçürülmüş mənzil sahiblərinin yeni mənzillə təmin olunması faktiki olaraq gecikdirildiyindən, köhnə mənzilindən köçürülmüş insanların yeni binanın başa gəlməsinə qədər MTK-lar tərəfindən məcburi qaydada kirayə haqqı üçün izafi ödənişlər həyata keçirilir. Bu hal vətəndaşlar və MTK-lar arasında haqlı narazılıqlara gətirib çıxarır. Qeyd olunan məsələ onunla bağlıdır ki, məhəllə və bina sakinlərinin əksəriyyəti ilə MTK rəhbərləri qanunvericiliyin tələbləri çərçivəsində ümumi razılığa gəldikləri halda bir neçə mənzil sahibləri ümumi qaydalardan artıq tələblər ortaya qoymaqla layihə məkanında söküntü işlərinin, mühəndis geoloji işlərinin aparılması, tikintinin təşkili və s. məsələlərin həllinə son nəticədə tikintinin vaxtından əvvəl başa çatmasına əngəllər yaranır.
Bəzi ölkələrin təcrübəsində bu məsələ ümumi razılıqlarının böyük hissəsinin (60-70 faizi) əldə edilməsi söküntü işlərinin aparılmasında əsas götürülür.
Məhəllə üçün MTK tərəfindən müəyyən edilmiş mənzil sahələrinin müəyyənləşdirilmiş tariflərini qəbul etməyən azlıqlar isə həmin dövlətərin müvafiq qanuni müddəaları ilə razılaşmalı olurlar. Beləliklə, tikintinin başa çatması və köhnə mənzillərindən köçürülmüş əhalinin vaxtında yeni mənzillə təmin olunmasına nail olunur.
Qeyd olunan hallarla pilot layihələri həyata keçirən əksər MTK-lar rastlaşır və bu hal MTK-lar arasında çoxsaylı müzakirələrə səbəb olur.
Cənab baş nazir, tikinti sektorunun rəhbəri kimi bu təklifləri verməklə əsas məqsədimiz ondan ibarətdir ki, gənc, eyni zamanda müstəqil inkişaf yoluna qədəm qoymuş və çox qısa müddət ərzində özünün daxili və xarici siyasəti ilə böyük nüfuz qazanmış dövlətimizin uğurlu iqtisadi inkişafında dövlət və vətəndaş həmrəyliyinin möhkəmlənməsini, xalqın öz dövlətinə olan inamının daha da artırılmasını, son vaxtlar böyük zəfərlər qazanmış güclü və qüdrətli prezidentimizin xalqla sıx bağlı olmasını dəstəkləyən yeni iqtisadi qanunların səmərəliliyinin artırılmasına töhvə verməkdir.
Bir peşəkar tikinti mütəxəssisi kimi öz bilik və bacarığımı, səmərələşdirici təkliflərimi həm qanunvericilik funkisyasını həyata keçirən Milli Məclisə, həm də Nazirlər Kabinetinə ona görə ünvanlayıram ki, bu iki mühüm orqan əlaqəli şəkildə dövlətimiz üçün əhəmiyyət kəsb edən yeni faydalı qanunların verilməsi, tənzimlənməsi və müzakirəsi uğurlu nəticə verə bilsin.
Cənab baş nazir, hesab edirəm ki, tikinti sektoru üzrə, xüsusilə pilot layihələrin həyata keçirilməsində Bakı şəhərinin ayrı-ayrı məhəllələri üzrə konkret qiymət tənzimlənməsi aparılması məqsədəuyğundur. Bu o deməkdir ki, şəhərin müxtəlif ərazilərində, yəni kənarlarda, mərkəzdə və s. ətraf bölgələrdə hər bir məhəllə üzrə qiymət tənzimlənməsi aparılsın. Hər bir vətəndaş əvvəlcədən bilsin ki, o, pilot lahiyə tikintisi aparılarkən işi yerinə yetirən MTK-dan hansı məbləğdə vəsait əldə etmək imkanına malikdir. O, pilot lahiyəni həyata keçirən MTK ilə mənzil mübadiləsini davam etdirə bilər, yaxud, əvvəlcədən müəyyən edilmiş vəsaiti alıb, özünə başqa yerdə də mənzil axtara bilər.
Göstərilənləri nəzərə alaraq bu sahədə mövcud qanunvericilikdə müvafiq dəyişikliyin edilməsi ilə MTK-lar və sakinlər arasında mənzil sahələri mübadiləsi və əvəzləməsi istiqamətində yeni tənzimləmə müddəalarının qəbul edilməsi zərurətinin diqqətə alınmasını xahiş edir və sözügedən mübahisəli halların aradan qaldırılmasına ümid edirik.

“Şərur” MTK-nın sədri
İsfəndiyar Axundov

Bu gün Ümummilli lider Heydər Əliyevin anım günüdür.

Axar.az xəbər verir ki, vəfatının 20-ci ildönümündə Heydər Əliyevin 1994-cü ilin 29 iyulunda Məkkə ziyarəti zamanı müsahibəsi yenidən paylaşılıb.

Heydər Əliyev Məkkə ziyarəti zamanı Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün dua edir:

“Bura ən müqəddəs ziyarətgahdır və hər bir müsəlmanın arzusu olur ki, buranı ziyarət etsin. Şübhəsiz ki, hamıya bu nəsib olmur, ancaq bu gün bizə qismət olubdur. Bizim başqa arzumuz - müstəqil Azərbaycanın bu bəladan xilas olması, Azərbaycanın işğal olunmuş torpaqlarının işğaldan azad olunması, müharibəyə son qoyulması arzumuz da yerinə yetəcəkdir. Əgər Allah bizim bu arzumuzu (Məkkəni ziyarət etməyi – red.) yerinə yetirməyə imkan veribsə, demək, o arzularımızın da yerinə yetirilməsinə kömək edəcəkdir”.

Qeyd edək ki, 1994-cü il Məkkə ziyarətinə İlham Əliyev atası ilə birgə gedir və onun da açıqlaması videoda əks olunub.

İlham Əliyev Ağdam məscidinin qarşısında bunları deyir:

“Mən xoşbəxt adamam ki, 4 dəfə Məkkə ziyarətində olmuşam – birinci dəfə rəhmətli atamla, 3 dəfə isə prezident kimi. Və etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsidir. Allahdan xahiş edirdim ki, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin. Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib və biz gücümüzü səfərbər edərək, bu tarixi günləri yaşayırıq. Bu, həqiqətən də tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində bunabənzər şərəfli və qürurlu günlər olmayıb”.