Son xəbərlər


Azərbaycan Qol Güləşi Federasiyası (AQGF) 20-21 aprel 2024-cü il tarixlərində Qol güləşi üzrə növbəti, 15-ci ölkə çempionatını keçirib. Tədbirdə Dünya Armrestlinq Federasiyasının prezidentinin müşaviri, AQGF prezidenti Cəsarət Əhmədov çıxış edib. Ölkə çempionatında respublikanın bütün şəhər, rayon və bölgələrini təmsil edən 250-yə yaxın qol güləşçisi öz güclərini sınayıblar. İki gün davam edən gərgin mübarizə nəticəsində qaliblər müəyyən edilib. Federasiya prezidenti tərəfindən qaliblərə diplom və medallar təqdm olunub. Həmçinin Cəsarət Əhmədov 1-ci yeri tutan idmançıları hər qola görə 100 manat məbləğində pul mükafatı, 2-ci və 3-cü yerlərə çıxan idmançıları isə Almaniyanın “İronmaxx” idman qida əlavələri ilə mükafatlandırıb.

 

Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur.

     Dünyada balanslaşdırılmış siyasət yeridən ölkələrdən biri də Azərbaycandır. Bu istiqamətdə atılan bütün addımlar ölkəmizin güclənməsinə və nəticədə Azərbaycanın qüdrətlənməsinə xidmət edir.Bu baxımdan 23 aprel 2024-cü il tarixdə Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskva şəhərinə səfər etməsi və keçirilən görüşlər olduqca vacibdir. Şimal qonşumuzla münasibətlərimizin bugünkü səviyyəsi məhz ulu öndər Heydər Əliyevin vaxtilə əsasını qoyduğu, bu gün hər iki ölkənin başçısının əlaqələri fonunda daha da inkişaf edən münasibətlərə söykənir.

     Xalqlarımız arasındakı dostluq münasibətləri dövlətlərimiz arasında olan səmimi əlaqələrin hesabına daha da inkişaf edib. Məhz SSRİ süquta uğradıqdan sonra ilk dəfə olaraq Azərbaycan və Rusiyanın münasibətləri bu qədər sıxlaşaraq, dərinləşib. Belə olan halda əməkdaşlığın gələcək inkişafının əsas konturları müəyyən edilir və inkişafyönümlü addımlar atılır.

     Azərbaycan-Rusiya münasibətlərində ulu öndər Heydər Əliyevin gərgin əməyi var. Məhz, ümummilli liderin xeyirxahlıq və məqsədyönlü addımlarının nəticəsində Baykal-Amur yolunun əsası qoyulub və bu vacib dəmiryolu xətti çəkilib. Bütün ölkələrlə, eləcə də Rusiya ilə münasibətlərə və əlaqələrə qiymət verən ulu öndərin 2002-ci ilin yanvarında bu ölkəyə səfəri dövlətlərimiz arasında münasibətlərdə tamamilə yeni mərhələnin əsasını qoydu və bir çox vacib sənədlərin imzalanması ilə nəticələndi.

     Eləcə də Prezident İlham Əliyevin və Vladimir Putinin qarşılıqlı səfərləri ölkələrimiz arasında isti münasibətlərin formalaşmasına, siyasi, iqtisadi, ticarət əlaqələrinin qurulmasına xüsusi töhfə verdi.

     Münasibətlərimizin inkişafında xüsusi önəm kəsb edən hallardan biri də böyük hüquqi bazanın mövcud olmasıdır. Bu, ölkələrimiz arasında ulu öndərin təşəbbüsü ilə 1997-ci ildə imzalanmış və əsas hüquqi bazanı təşkil edən “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə”dir. Bu günə qədər imzalanmış ümumi sənədlərin həcmi isə 260-dan artıqdır və bu sənədlərin hər biri ölkələrimiz arasındakı əlaqələrin inkişafına xüsusi töhfə verir. Bu sənədlərin ən yüksək səviyyəsi isə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamədir. Belə ki, hər iki dövlət başçısının 2022-ci il fevralın 22-də Moskvada imzaladığı Bəyannamə ölkələrimiz arasındakı çoxillik münasibətləri ən yüksək səviyyəyə - mütəffiqlik səviyyəsinə qaldırıb.

     Rusiyanın nümayiş etdirdiyi mehriban qonşuluq münasibətinin bizim tarixi qələbəmizlə başa çatan İkinci Qarabağ müharibəsində də şahidi olduq. Məhz Rusiya 2020-ci ilin 10 noyabr tarixində Üçtərəfli Bəyanatın imzalanmasının təşəbbüskarı olaraq çıxış etdi və müqavilənin tərəflərindən biri oldu. Fransadan fərqli olaraq qərəz göstərməyərək ədalətli mövqe nümayiş etdirdi və münasibətlərin dinc yolla tənzimlənməsinə səylər göstərdi. Nəhayət ki, 10 noyabr tarixində müqavilə imzalandı.

      Bu gün Rusiya Azərbaycan münasibətləri tam fərqli konteksdə inkişaf edir. Bu konteks 2020-ci ildən formalaşmağa başlayıb: "Artıq Azərbaycan Rusiya ilə münasibətlərini Cənubi Qafqazda dəyişdirdiyi gedişatlar üzərində qurur. Hazırda Rusiyada iki ölkə arasında regiondakı kommunikasiya məsələlərinin geniş müzakirə olunduğu mütləqdir. Qazaxın kəndlərinin də qaytarılması gözlənilən kommunikasiya xətlərinin açılmasına bir addım da yaxınlaşmaq deməkdir. İndiki şəraitdə dövlətimiz xarici siyasətdə ancaq öz maraqlarından irəli gələn tərəfdaşlıqlar qurur. Doğrudur, böyük dövlətlərin maraqlarının toqquşduğu bir regionda buna nail olmaq olduqca çətindir. Son illər qlobal siyasətin əsas gücləri olan dövlətlər Azərbaycanın milli maraqlarını necə qoruduğunun şahidi oldu və bu maraqlar onlar üçün Cənubi Qafqaza giriş açarı rolunu oynayır. Azərbaycan regionun geopolitik məkanıdır. Cənubi Qafqazla bağlı bütün əməkdaşlıqlar dövlətimizin milli maraqları çərcivəsində baş tutur. Azərbaycan-Rusiya əlaqələri də dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf edir. İki ölkə arasında siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərir. Azərbaycan daim xarici siyasət kursunda Rusiya ilə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlərə böyük əhəmiyyət verib. Ümumiyyətlə, Azərbaycan-Rusiya münasibətlərinin inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəm daşıyır. Dövlətimiz çoxşaxəli əməkdaşlıqları öz milli maraqlarına müvafiq hesab edir və tərəfdaşlıqların genişləndirilməsinə çalışır. Bütövlükdə, Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur.

 

 

Rüfət Əliyev,

Salyan rayon Qızılağac kənd inzibati

ərazi dariəsi üzrə nümayəndənin müavini

 

Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır

     Nəqliyyat infrastrukturu tarixin bütün dövrlərində hər bir dövlət üçün böyük əhəmiyyət daşıyıb. İqtisadiyyatın və ticarətin inkişafı həmişə yolların rəvanlığından asılı olub. Sovet İttifaqı vaxtilə dünyanın ən böyük ölkəsi idi və ərazisi Avropa qitəsindən başlayaraq uzaq Şərqdə bitirdi. Bu böyük əraziyə nəzarət etmək, təhlükəsizliyini təmin etmək, əyalətlərlə mərkəzi birləşdirmək, regionların əlaqəsini yaratmaq və iqtisadi səmərə götürmək üçün Baykal-Amur Magistralı (BAM) kimi dəmir yoluna böyük ehtiyac olub. Baykal-Amur Magistralı bu günədək dünyada həyata keçirilən ən böyük nəqliyyat layihələrindən biridir. Bu dəmir yolunun tikintisinə ötən əsrin əvvəllərində başlanılıb və demək olar ölkənin bütün ərazisindən keçərək SSRİ kimi nəhəng bir dövlətin Sakit okean sahillərinə çıxışını təmin edib. Sibiri Sovet İttifaqının mərkəzi və Qərb regionları ilə birləşdirən bu dəmir yolunun tikintisi heç də asan olmayıb. Dəmir yolu indiki kimi yeni texnologiyaların, müasir texniki avadanlıq və maşınların olmadığı zamanlarda, yalnız insan təfəkkürünün və əməyinin gücü ilə inşa edilib. Bu nəhəng infrastrukturun həyata vəsiqə almasında mühüm rol oynayan xalqımızın Ümummilli Lideri Heydər Əliyev 1999-cu ilin iyulunda BAM-ın 25 illiyinin qeyd olunması üçün yaradılmış Təşkilat Komitəsinə yazdığı məktubda bildirmişdi: “Mənim xatirimdə BAM mənən güclü, böyük işlərə qadir insanları birləşdirən bir tikinti kimi qalmışdır. Biz fəxr edirik ki, bu magistralın tikintisində Azərbaycanın bir çox nümayəndələri iştirak etmiş, onlar digər obyektlər sırasında Ulkan şəhərini də salmışlar. BAM tayqa, yolsuzluq və daimi donuşluq şəraitində işləmiş insanların, dostluq və qardaşlıq amallarına sadiq insanların mərdlik və dəyanətinin nümunəsi kimi tarixdə həmişəlik qalacaqdır”.

     Məlum olduğu kimi BAM uzun bir tarixçəyə malikdir. Onun əvvəli Trans-Sibir dəmiryoluna gedib çıxırdı. Hələ Sovet dövlətinin ilk onilliklərində Sibir və uzaq Şərq ərazilərini mənimsəmək, onun sərvətlərinin əldə edilməsinə və istifadəsinə nail olmaq, ölkənin Şərq və Cənub-Şərq ərazilərini hərbi-strateji cəhətdən möhkəmləndirmək məqsədi belə nəhəng magistralın tikintisini vacib edirdi. Lakin o dövrdə bu məqsədə nail olmaq üçün imkanlar məhdud idi. Sovet dövləti həmin planları reallaşdırmağa 70-ci illərdə özündə güc tapdı. BAM-ın tikintisinə 1974-cü ildə başlanır. İqtisadi, siyasi və hərbi strateji əhəmiyyət kəsb edən bu magistralın tikintisinin on il davam etdirilməsi və 1980-ci illərin ortalarında təhvil verilməsi planlaşdırılırdı. İlk illərdə bu nəhəng tikilinin ehtiyaclarını təmin etmək üçün Sovetlər İttifaqının bütün gücü səfərbər olunur. Miqyasının və əhəmiyyətinin nəhəngliyinə görə dünyanın ən nəhəng tikintiləri ilə müqayisə olunan BAM-da 3150 kilometr dəmiryolu çəkilməsi, minlərlə körpünün, stansiyaların tikilməsi, şəhər və qəsəbələrin salınması nəzərdə tutulurdu.

     1982-ci ilin axırlarında hakimiyyətə gəlmiş Andropov və onun komandası digər məsələlərlə yanaşı BAM-ın tikintisini də vacib və strateji sahə kimi uğurla aparmaq və başa çatdırmaq əzmində idi. Bu ağır sahəyə rəhbərlik nüfuzlu, təsərrüfatçılıq sahəsində böyük bir təcrübəyə malik olan Heydər Əliyevə tapşırılır. Magistral boyu səfər edən Heydər Əliyev Severomuysk tunelinin qazılması zamanı yeraltı çayın üzə çıxdığını öyrənir və dəmir yolunun bu ərazidən yan keçməsi fikrini irəli sürərək hazırladığı məruzədə bunu əsaslandırır. Heydər Əliyev məruzədə nəzərə çatdırır ki, tunelin inşasının davam etdirilməsi dövlətə böyük məbləğdə maliyyə itkisinə başa gələcək və nəticədə dəmir yolunun tikintisi sonu görünməyən vaxtadək uzanacaq. Fitri istedad sahibi olan və uzaqgörən dövlət xadimi Heydər Əliyevin irəli sürdüyü təşəbbüs Siyasi Büroda müzakirəyə çıxarılır, onun haqlı olduğu bildirilir və təklif qəbul edilir.

     Dəmir yolunun tikintisi gedən əraziyə 10 gündən çox davam edən ezamiyyəti zamanı Heydər Əliyev rezin çəkmədə qurşağa kimi suyun və palçığın içinə girərək sadə fəhlələrlə görüşür, onlara ruh verirdi. Sovet dönəmində sadə adamların dövlətin yüksək səviyyəli rəhbərləri ilə belə görüşlərinə çox nadir hallarda rast gəlinirdi. Saatlarla hərbi vertolyotla sahədən-sahəyə baş çəkən Heydər Əliyev səhra şəraitində müşavirələr keçirir, işin gedişinə ciddi nəzarət edir, tövsiyə və tapşırıqlar verirdi.

      2008-ci ildə BAM-ın 210-cu kilometrliyində yerləşən Anqoy stansiyası yenidən təmir edildi və ona Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı verildi. Ulkan və Anqoy qəsəbələrini Heydər Əliyevin azərbaycanlılardan ibarət formalaşdırdığı tikinti briqadaları inşa edib və magistral boyu salınan qəsəbələrdən 2 ay tez təhvil verilib.

     Uzunluğu 4324 kilometr olan bu dəmir yolunun tikintisində 2 milyondan artıq insan iştirak edib, 2230 körpü, 8 tunel, 200 dəmir yolu stansiyası inşa olunub. Bu gün Rusiya Federasiyasının iqtisadi inkişafında əhəmiyyətli rol oynayan Sibir və Uzaq Şərqin təbii resursları məhz bu dəmir yolu ilə mərkəzi və Qərbi Rusiyaya, eləcə də xarici dövlətlərə ixrac edilir. Rusiyanın əsas neft-qaz yataqları, meşə və balıqçılıq, heyvandarlıq təsərrüfatları bu magistral boyunca yerləşir ki, bunların da daşınmasında, ixracında, eləcə də yerli xalqların maliyyə və sosial vəziyyətinin inkişafında BAM çox böyük rola malikdir. Bu magistralla ildə təxminən 180 milyon ton yük daşınır.

     Rusiyanın vaxtilə insan ayağı dəyməyən, ucu-bucağı görünməyən əyalətlərində BAM hesabına bu gün müasir şəhərlər yaradılıb. Bu yol Rusiyanın tranzit sahəsində də inkişafına böyük təkan verib. Çin, Koreya Respublikası, Vyetnam, Hindistan və digər cənub Şərqi Asiya və Orta Asiya dövlətləri Avropa ilə ticarət əlaqələrini məhz BAM vasitəsi ilə qurublar. Rusiya mətbuatının yazdığına görə 2030-cu ilədək BAM daha 3,5 min kilometr uzadılacaq, yeni stansiyalar tikiləcək. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin BAM-ın tikintisindəki rolunu yüksək qiymətləndirən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin deyib: “Sovet İttifaqında çox nəhəng tikinti olan BAM Heydər Əliyevin adı ilə bağlıdır”.

 

Əliyev İlqar,

Salyan Rels Qaynaqlama Sahəsinin rəisi

Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ

 

 Bildiyimiz kimi, cari ilin aprel ayının 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvada işgüzar səfərdə olmuşdur. O, rusiyalı həmkarı ilə birlikdə Baykal-Amur Magistralının 50 illik yubiley tədbirində iştirak etmişdir.

 Azərbaycan və Rusiya prezidentlərinin bu görüşü iki dövlət arasında qədim qonşuluq və dostluq münasibətlərinin sağlam və səmimi olduğunu göstərir. Hazırda iki ölkə arasında iqtisadi-si­yasi və mədəni sahələrdə əməkdaşlıq yüksək səviyyədədir. Bu səfər həm də göstərdi ki, Azərbaycan və Rusiya döv­lətləri arasındakı mehriban qonşuluq və dostluq siyasətinin mövcud vəziyyəti hər iki ölkənin maraqlarına cavab verir və tərəflər münasibətlərin daha da inkişafın­da maraqlıdırlar.

Cari il yanvarın 22-də imzalanan “2024-2026-cı illər üçün əməkdaşlığın əsas istiqamətlərinin inkişafı üzrə Yol Xəritəsi” Azərbaycan-Rusiya arasında qarşılıqlı faydalı əməkdaşlığa mühüm töhfə verir, ticari-iqtisadi və investisiya qoyuluşunu sürətləndirir, nəqliyyat, səna­ye, aqrar və qida təhlükəsizliyi, həmçinin innovasiya və informasiya texnologiyaları sahələrində birgə layihələrin gerçəkləşdi­rilməsinə əlverişli zəmin yaradır. Hazırda iki dövlətin əməkdaşlıq müna­sibətlərinin uğurlu inkişafı Qafqaz-Xəzər regionunda sabitlik və təhlükəsizliyin mü­hüm amilidir. Azərbaycan MDB ölkələri arasında Rusiyanın əsas ticarət partnyor­larından biridir. Azərbaycan-Rusiya hö­kumətləri arasında sərbəst ticarət, hava nəqliyyatı, elektroenergetika sahələrində əməkdaşlıq, beynəlxalq avtomobil əlaqələri, dəmir yolu nəqliyya­tı ilə sərnişin və yük daşınmasının təşkili üzrə sazişlər mövcuddur. 

Ticarətin asanlaşdırılması və ticarət axınının şaxələndirilməsi, gömrük və sərhəd-keçid infrastrukturunun təkmil­ləşdirilməsi, dövlət sərhədindən yük da­şımalarının həcminin, habelə buraxılış məntəqələrinin keçirmə qabiliyyətinin ar­tırılması və digər istiqamətlərdə görülən tədbirlər nəticəsində Azərbaycan-Rusiya ticari-iqtisadi əlaqələrinin dayanıqlı inkişaf dinamikası təmin edilib. Bununla əlaqədar statistikaya əsaslanıb qeyd edə bilərik ki, 2017-ci illə müqayisədə ticarət dövriyyəsi iki dəfədən çox artaraq, ötən il 4,5 milyard ABŞ dollarına çatıb. Həmçinin 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqa­yisədə 87 faiz, o cümlədən tranzit yüklə­rin həcmi 4 dəfəyə yaxın artıb. Şimal-Cə­nub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub.

İki ölkə arasında investisiya sahəsin­də əməkdaşlıq da yüksələn xətlə inkişaf edir. Respublikamızda Rusiyanın iştirakı ilə böyük investisiya layihələrinin real­laşdırılması məhz bunun bariz ifadəsidir. Rusiyanın Azərbaycandakı şirkətləri yeni istehsal sahələri, xidmət mərkəzləri ya­radaraq, sənaye sahəsində daha geniş əməkdaşlığa töhfə verirlər. Hazırda Azərbaycanda Rusiya ka­pitallı 1400-dən çox müəssisə fəaliyyət göstərir. Onların 300-ə yaxını 100 faiz Rusiya sərmayəsinə malikdir. Ötən il Ru­siyanın Azərbaycan iqtisadiyyatına birba­şa investisiyalarının məbləği 300 milyon dollara yaxın olub.

Cari ilin yanvar-fevral aylarında iki ölkə arasında yükdaşımaların ümumi həcmin­də 10 faizdən çox artım qeydə alınıb. Şi­mal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ölkələrimizin əraziləri vasitəsilə Cənubi Asiyadan Avropaya yüklərin daşınması üçün optimal imkanların yaradılmasına yönəldilib və 2023-cü ildə bu dəhlizlə yükdaşımaların həcmi təxminən 17 faiz yüksəlib. 

Rusiya-Azərbaycan arasında turizm imkanları da davamlı olaraq genişlənib. Rəsmi məlumatlara əsasən, ötən il Ru­siyadan respublikamıza 625 mindən çox turist səfər edib. Qısa müddət ərzin­də Dağıstan, Tatarıstan, Başqırdıstan, Udmurt, Həştərxan, Ryazan vilayətləri, Perm diyarı və Rusiya Federasiyasının digər subyektləri ilə qarşılıqlı səfərlər hə­yata keçirilib. 

Təbii ki, iki ölkə arasında müşa­hidə olunan bütün bu uğurların təməlində, qarşılıqlı əlaqələrin möhkəmlənməsində Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti dayanır. Yeri gəlmişkən, dahi şəx­siyyət istər 1969-1982-ci illərdə Azərbay­cana uğurla rəhbərlik etdiyi illərdə, istərsə də 1982-ci il noyabrın 22-də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi­nin Siyasi Bürosunun üzvü seçiləndən və noyabrın 24-də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin ediləndən sonra ölkələrimiz arasında münasibət­lərin möhkəmlənməsini daim diqqətdə saxlayıb, dostluq körpülərinin sarsılmaz sütunlarının formalaşmasında yorulmaz səy göstərib. Dövrün ən böyük infrast­ruktur layihələrindən olan Baykal-Amur Magistralı tikintisinin sürətləndirilməsində yeni ideyaları ilə adını Azərbaycan-Rusi­ya dostluq tarixinə qızıl hərflərlə yazdırıb. Xatırladaq ki, bu magistralla ildə, təx­minən, 180 milyon ton yük daşınıb. Rusiyanın vaxtilə insan ayağı dəyməyən, ucu-bucağı görünməyən əyalətlərində BAM hesabına müasir şəhərlər yaradı­lıb. Bu yol Rusiyanın tranzit sahəsində də inkişafına böyük təkan verib. Çin, Kore­ya Respublikası, Vyetnam, Hindistan və digər cənub Şərqi Asiya və Orta Asiya dövlətlərinin Avropa ilə ticarət əlaqələri məhz BAM vasitəsi ilə qurulub. Rusiya ekspertlərinin bildirdiklərinə görə, 2030-cu ilədək BAM-in daha 3,5 min kilometr uzadılacağı, yeni stansiyaların tikiləcəyi nəzərdə tutulub. 

Bu gün Azərbaycan Ulu öndərin ide­yalarını uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, regionda əməkdaşlı­ğın və davamlı inkişafın təmin olunması üçün ardıcıl səyləri uğurla həyata keçirir. Bu prosesdə Rusiya ilə əlaqələrin inki­şaf etdirilməsi xüsusi yer tutur. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri məhz bu baxımdan mühüm önəm daşıyır.

 

 

Təranə Səmədova,

Salyan rayonu Seyidsadıqlı kənd tam orta məktəbin direktoru

 

PREZİDENT İLHAM ƏLİYEV: "Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq"

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi ərəfəsindəyik. Hər bir tarixi şəxsiyyətin xidmətləri mənsub olduğu xalqın yaddaşında əbədi qalır, qızıl səhifəyə çevrilir. Çünki elə dühalar var ki, onlar həm də bəşəri əhəmiyyətli işlərlə yaddaşlara həkk olurlar. Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyev məhz həmin şəxsiyyətlərdəndir.

Azərbaycan Prezidenti İlham Əliyevin bir fikrini yada salaq: "Heydər Əliyevin timsalında biz əyani şəkildə görürük ki, şəxsiyyətlərin tarixdəki rolu bəzi hallarda əvəzolunmaz olur. Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan bir amildir".

Bəli, bu gün müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş ümummilli lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi tarixi yaradan şəxsiyyətdir. Bütün ömrünü dövlətimizin möhkəmlənməsinə, gələcək inkişafına sərf etmiş, əməlləri ilə xalqın sonsuz məhəbbətini qazanmış, bugünkü müstəqil, müasir, azad və firavan Azərbaycanın qurucusuna çevrilmiş Ulu öndər Heydər Əliyev haqqında danışmaq hər bir azərbaycanlıda təbii qürur hissi doğurur. İndi dünyanın harasında olursa-olsun Heydər Əliyev deyiləndə Azərbaycan, Azərbaycan deyiləndə Heydər Əliyev şəxsiyyəti gözlər önünə gəlir. Onun böyük qürurla söylədiyi: "Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!" sözləri bu böyük şəxsiyyətin, bu böyük insanın öz xalqına öz torpağına nə qədər bağlı olduğunu bir daha təsdiq edir. Həzrəti Məhəmməd əleyhissalamın hədislərinin birində buyurulur ki: "Həqiqət o deyil ki, onu yalnız sən təsdiq edirsən, həqiqət odur ki, onu sənin düşmənlərin də etiraf edir".

Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü yalnız Azərbaycan xalqı deyil, hətta onun uğurlarına sevinməyənlər belə etiraf edir, bu dahi şəxsiyyətin qlobal liderliyini ehtiramla dilə gətirirlər. Ulu Öndər Heydər Əliyev böyük zəka və iradə ilə zamanı, nəinki idarə etmiş, qabaqlamış hətta irəli aparmışdır. Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqillik tarixinin tarixi paralellər fonunda bugünkü və gələcək nəslə çatdırılmasını qarşıya mühüm vəzifə kimi qoyurdu. Dahi Şəxsiyyət, Fenomen Heydər Əliyev ömrünü dövlətçiliyin inkişafı, Azərbaycanın tərəqqisi üçün şam kimi əritdi. Onun bir amalı var idi - qurduğu mütərəqqi dövləti beynəlxalq aləmdə tanıtmaq, lider ölkələrdən birinə çevirmək. Və bu amal gerçəkliyə çevrilib. Çünki Ümummilli Lider Heydər Əliyev yolu bu gün Onun ən layiqli davamçısı, Prezident İlham Əliyev Cənabları tərəfindən uğurla davam etdirilir, yaşadılır. Çünki Heydər Əliyev ideyası əbədi və dönməzdir. Məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi Dahi Liderimizin Azərbaycanın ən yeni tarixinin 35 ilə yaxın dövründə Azərbaycan xalqı, dövlətçiliyimiz, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi uğrunda yorulmaz fəaliyyətinə və misilsiz xidmətlərinə verilən yüksək dəyərdir. Sərəncamda qeyd edildiyi kimi, ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan ulu öndər Heydər Əliyevin həyat amalının təntənəsidir. Dahi şəxsiyyət hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək biri-birindən mühüm addımlar atmışdır. Bu fikir hər zaman önə çəkilir ki, ulu öndər Heydər Əliyev hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın ən geridə qalmış respublikasından qabaqcıl ölkəyə çevirdiyi kimi, hakimiyyətinin ikinci mərhələsində də müstəqilliyimizin xilaskarı kimi adını tarixə qızıl hərflərlə yazdı.

1969-1982 VƏ 1993-2003-CÜ İLLƏR ÇOXƏSRLİK AZƏRBAYCAN TARİXİNİN HEYDƏR ƏLİYEV EPOXASI

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizin tarixində öz epoxasını yaratmış qüdrətli tarixi şəxsiyyətdir. Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1969-1982 və 1993-2003-cü illər çoxəsrlik Azərbaycan tarixinin Heydər Əliyev epoxası dövrüdür. Birinci mərhələni əhatə edən 1969-1982-ci illər Azərbaycan tarixinin qızıl dövrü hesab edilir. Bu tarixi mərhələdə Azərbaycan keçmiş Sovetlər İttifaqında geridə qalmış bir respublikadan inkişaf etmiş ölkə səviyyəsinə yüksəldilmişdir. Bir vaxtlar sovetlər birliyində ən geridə qalan respublika kimi tanınan Azərbaycan Ulu Öndərin rəhbərliyindən sonra keçmiş SSRİ-də qabaqcıllar sırasına qoşuldu. Sonradan Kremldə fəaliyyət göstərdiyi illərdə - 1982-1987-ci illərdə Siyasi Büronun üzvü olmaqla SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə yüksələndə də qəlbi daim xalqımızla birgə döyünmüşdür. O dövrdə ölkənin ən mühüm sahələrinə rəhbərlik məhz Ulu Öndərimizə etibar edilmişdir. Həmin dövrdə də Azərbaycanın inkişafını, əlaqələrinin möhkəmləndirilməsini, ərazi bütövlüyünün təmin olunmasını, milli kadrların yetişdirilməsini daim diqqət mərkəzində saxlayırdı.

Ulu Öndər təkcə həmin dövrdə deyil, bütün həyatı boyu Azərbaycanın və onun xalqının rifahını düşünərək bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, ömrünü bu yolda fəda etdiyi üçün yaddaşlarda əbədiyaşarlıq qazanıb. O, hələ sağlığında hər bir azərbaycanlının qəlbində əbədi heykəlini qoymuşdu. Məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xalqımız tarixin ən sərt və çətin sınaqlarından alnıaçıq, üzüağ çıxıb, müstəqil dövlətdə yaşamaq və özünü idarə etmək haqqını qorumağı bacarıb. 1987-ci il oktyabr plenumunda Heydər Əliyev SSRİ-nin ovaxtkı rəhbəri Mixail Qorbaçovun millətlər arasında ədavət toxumu səpməsinə, ayrı-seçkilik etməsinə, ümumiyyətlə, siyasi xəttinə etiraz əlaməti olaraq Siyasi Büronun üzvlüyündən və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən istefa verdi. Bundan istifadə edən ermənilər öz havadarlarının köməyi ilə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağa və ölkəmizə qarşı ərazi iddialarını açıq şəkildə həyata keçirməyə başladılar. "Torpaqdan pay olmaz" deyərək ayağa qalxan və kükrəyən xalqımızın haqq səsi Kremli silkələdi. Əlləri digər xalqların qanına batmış keçmiş SSRİ-nin sabiq rəhbəri Mixail Qorbaçov xalqın azadlıq, suverenlik arzusunu təpədən dırnağa qədər silahlanmış qanlı ordu ilə susdurmağa çalışdı. Ancaq buna nail ola bilmədi.

Sovet rəhbərliyinin 1990-cı ilin yanvarında xalqımıza qarşı qanlı faciəni törətdiyi ən ağır vaxtda Moskvada yaşayan Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq, qanlı faciəsinin baş verdiyi günün ertəsi - 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək siyasi bəyanatla çıxış etdi. Ulu Öndər 20 Yanvar faciəsinə etirazını bildirməklə sovet rəhbərliyinin cinayətkar əməllərini ifşa etdi. Belə ağır bir zamanda Heydər Əliyev öz həyatını təhlükə altına alaraq xalqı ilə birgə olduğunu bəyan etdi. Məhz Ulu Öndərin səsi Kremlin ölkəmizin ətrafında yaratdığı informasiya blokadasını yardı. Öncə Naxçıvanı çətin durumdan xilas edən Ulu Öndər, 1993-cü ildə xalqın təkidi və tələbi ilə Bakıya qayıtdı. Beləliklə, Azərbaycanın dövlətçiliyi, millətimiz və vətənimiz xilas oldu. Azərbaycan yenidən dinamik inkişaf tempi əldə etdi. 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.

1994-95-ci illərdə xarici qüvvələrin köməyi ilə bəzi dairələr Azərbaycanda dövlət çevrilişinə cəhd göstərdilər. Məqsəd ölkəmizin həyata keçirdiyi müstəqil siyasəti əngəlləmək, Azərbaycanı yenidən xarici qüvvələrin, imperiya dairələrinin təsiri altına keçirmək idi. Ən başlıcası isə müstəqil dövlətimizin ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edildi. Bütün bunlar Ulu Öndərin dövlət quruculuğu sahəsində gördüyü böyük işlərin əsas istiqamətlərindən biridir.

"ƏSRİN MÜQAVİLƏSİ" - HEYDƏR ƏLİYEVİN TARİXİ SƏRVƏTLƏRİNƏ SAHİB ÇIXMASININ TƏSDİQİ

 

Ulu Öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycanın öz təbii sərvətlərinə sahib çıxması, dünyanın əsas neft-qaz ixracatçısına çevrilməsidir. Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi nəhəng siyasi layihələrdən biri neft strategiyasıdır. Neft strategiyası bu gün də Azərbaycan üçün həm siyasi, həm də iqtisadi dividendlər gətirməkdədir. Ulu Öndərin uzaqgörənliyi və qətiyyəti sayəsində 1994-cü il sentyabrın 20-də Bakıda müxtəlif ölkələrin neft şirkətləri ilə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın yeni neft strategiyasının əsasını qoydu. Bu neft strategiyası dünyanın ən qabaqcıl neft şirkətlərini Azərbaycana investisiya yatırmağa cəlb etdi. Bu investisiyalar iqtisadi sabitliyin bərqərar olması üçün böyük rol oynadı. Azərbaycanın beynəlxalq nüfuzu artdı, bölgədə rolu genişləndi. O cümlədən iqtisadi islahatlar aparılması üçün böyük baza yaradıldı, sosial islahatlar üçün iqtisadi potensial əldə edildi.

Heydər Əliyevin həyata keçirdiyi nəhəng geopolitik layihələr sırasında Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi bu gün həm Azərbaycan, həm də region üçün böyük rol oynayır. Bütün iqtisadi təhlilçilərin və tədqiqatçıların fikri ondan ibarətdir ki, belə nəhəng layihənin həssas bir bölgədə, geopolitik baxımdan dartışmalar mərkəzi olan Cənubi Qafqazda həyata keçirilməsi yalnız böyük şəxsiyyətin - Heydər Əliyevin uzaqgörənliyi ilə reallaşa bilərdi. Enerji təhlükəsizliyi bütün dünya dövlətlərini düşündürən ən vacib məsələlərdən biridir. Ona görə də Azərbaycanın, o cümlədən Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasına əngəl olmaq istəyən qüvvələr var idi. Onların maneələrinə baxmayaraq Heydər Əliyev BTC neft kəmərinin, sonra isə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin reallaşması üçün böyük siyasət həyata keçirdi. Bu layihələrin reallaşması Heydər Əliyevin uğuru, onun böyük şəxsiyyət olaraq tarixi prosesə göstərdiyi təsirlərin nəticəsi idi.

"ŞUŞASIZ QARABAĞ, QARABAĞSIZ AZƏRBAYCAN YOXDUR" DEYƏN DAHİ HEYDƏR ƏLİYEVİN BU ARZUSUNU BU GÜN ONUN SİYASƏTİNİN LAYİQLİ DAVAMÇISI, AZƏRBAYCAN XALQININ MƏRD OĞLU İLHAM ƏLİYEV "ŞUŞASIZ İŞİMİZ YARIMÇIQ QALAR" DEYƏRƏK YERİNƏ YETİRDİ

"Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır",- deyən Ulu Öndər bütün ömrünü xalqına həsr etməklə, onun səsinin dünyanın ən yüksək tribunalardan gəlməsinə nail olmaqla əsaslı bir məktəbin təməlini qoydu. Bu gün hər bir Azərbaycan gənci o şərəfli məktəbin layiqli şagirdi olmaq uğrunda əzmlə çalışır. Heydər Əliyevin ideyaları, dərin biliyi, uzaqgörənliyi, mərdliyi bu gün biz gənclər üçün örnək olmaqla yanaşı, həm də dövlət qarşısında olan sadiq fəaliyyətimizdə əbədi məşələ çevrilmişdir.

Sevindiricidir ki, Ümummilli Liderin ən ümdə arzusunun həyata keçməsi Qələbəmizin ikinci ilində keçirilir. "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" deyən dahi Heydər Əliyevin bu arzusunu bu gün onun siyasətinin layiqli davamçısı, Azərbaycan xalqının mərd oğlu, Qalib Lider, Prezident İlham Əliyev "Dəmir yumruq" siyasəti ilə güclü ordumuzun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı ilə "Şuşasız işimiz yarımçıq qalar" deyərək yerinə yetirdi. Prezident İlham Əliyev "Qarabağ Azərbaycandır!" deyərək bu məsələnin nidasını qoydu və Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Beləliklə də Prezident İlham Əliyev "ata vəsiyyətini" yerinə yetirərək bütün Azərbaycan xalqını xoşbəxt etdi.

Bəli, bu gün dahi şəxsiyyətin müəyyənləşdirdiyi müdrik siyasi kurs bu gün də, gələcəkdə də dəyişməz olaraq qalacaqdır. Çünki ümummilli liderimizin siyasi kursu bu gün Onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İndi Azərbaycan iqtisadi inkişaf tempinə görə öndədir. Dünyada əhəmiyyətli regional layihələrin təşəbbüskarı və iştirakçısıdır. Əminik ki, Ulu Öndərimizin bütün arzuları çin olacaq və Azərbaycan dünyanın ən qüdrətli dövlətləri arasında özünə layiq yüksəkliyə ucalacaqdır!

Dövlət başçımız cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün ulu öndər Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır".


“İqtisadi maraqların təmin olunmasının nəticəsi olaraq, ətraf mühitin çirkləndirilməsi, təbii ehtiyatların tükənməsi, təbii mühitin dağıdılması kimi problemlərə yol açılıb. Statistik məlumata görə dünyada hər il adambaşına 20 tondan çox tullantı düşür. Çirkləndirmələr və sürətli sənaye inkişafı atmosfer havasının dəyişməsinə, yer kürəsinin qızmasına səbəb olur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sadiq Qurbanov deyib.

Deputat bildirib ki, bu gün yer kürəsindəki, istiləşmə təqribən 1 faizdi, ən pisi odur ki, bunun 75 faizi son 10 ilə təsadüf edir: “Alimlərin hesablamalarına görə yer kürəsində istiləşmə 10-15 dərəcə artsa dünyamız məhv olacaq. Bu templə bu dəhşətli proses 150-200 ilə tamamlanacaq.

Təbiət bütün dünyada eyni qanunlara tabedir və heç bir dövlət sərhədi tanımır. Məhz bu cəhətdən ekoloji təhlükəsizliyin təmin edilməsi daha çox millətlərarası, beynəlxalq bir səciyyə daşıyır. Ekoloji təhlükəsizlik probleminin tədricən ümumdünya probleminə çevrilməsi dünya ictimaiyyətinin problemi həll etmək üçün bir araya gəlmələrini vacib etdi ki, bu da ölkələr arasında beynəlxalq əməkdaşlığın yeni istiqamətlərinin yaranması və inkişafı ilə nəticələndi. Ətraf mühitin beynəlxalq hüquqi mühafizəsi, ekoloji təhlükəsizliyin təmin edilməsi BMT-nin əsas funksiyalarından birinə çevrildi.

Ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması bütün dünyada olduğu kimi ölkəmizdə də əsas prioritetlərdəndir. Belə problem və məsələlərin həlli bir sıra qanunvericilik və hüquqi aktlarla tənzimlənir. Məsələn, Azərbaycanın Konstitusiyasında sözügedən hüquq sahəsi bir neçə maddə və müddəalarla öz əksini tapıb. 39-cu maddə hər bir vətəndaşın sağlam ətraf mühitdə yaşamaq hüququnu tənzimləyir. Qeyd edək ki, ölkəmizdə ətraf mühitin mühafizəsinin hüquqi, iqtisadi və sosial əsaslarını “Azərbaycan Respublikasının Qanunu” müəyyən edir. Qanunun məqsədi ətraf mühitin ekoloji tarazlığının mühafizəsi sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsindən, təbii ekoloji sistemlərə təsərrüfat və başqa fəaliyyətin zərərli təsirinin qarşısının alınmasından, bioloji müxtəlifliyin qorunub saxlanılmasından və təbabətdən istifadənin səmərəli təşkilindən ibarətdir. Bu Qanun ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması, təbii ehtiyatların səmərəli istifadəsi və bərpası, ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi məqsədilə cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsini tənzimləyir.

Unutmamalıyıq ki, insan təbiətin kiçik bir parçasıdır. Bizim yaşayışımız da, sağlamlığımız da təbiətlə bağlıdır. Dünyamızın sabahı və gələcəyi biz insanlarla bizi əhatə edən təbiətin vəhdətindən və bu vəhdətin əzəli və əbədi tarazlığından asılıdır. Bu tarazlıq pozularsa nələr baş verdiyini düşünmək gərəkdir. Ona görə də biz insanlar təbiətə qayğı və məhəbbətlə yanaşmalı, planetimizin bitki örtüyünü - onun florasını və canlılar aləmini - onun faunasını qorumalıyıq. Təbiət həm də bizim həyatımızı gözəlləşdirərək bizə böyük sevinc bəxş edir. Quşların oxuması, çayların şırıltısı, meşələrin şirin pıçıltısı insana dinclik verir. Biz yorğun olanda, sevincli, kədərli olanda belə təbiət qoynunda rahatlıq tapırıq. Əgər biz təbiəti məhv etsək, ona qayğı ilə yanaşmasaq, özümüzü, öz sağlamlığımızı məhv etmiş olarıq. Hər bir insan təbiəti qorumalı və qayğısını çəkməlidir”.