Son xəbərlər

AZADLIQ SİMVOLU

Ən yeni texnologiyalarnın, internet, informasiya azadlığının, demokratik və rəqabətli inkişafın əsas təməl prinsiplərinitəşkil etdiyi Çağdaş dünyada hələ də müstəmləkəçilik əsarətindən xilas olmağa çalışan xalqlardan biri Yeni Koledoniya xalqı azadlıq mübarizəsində verdiyi mənəvi-siyasi dəstəyə görə Azərbaycan Prezidentinə və Azərbaycan xalqına təşəkkürünü bildirib. Martın 30-da dərc olunan "La Voixdu Caillon"jurnalının üz qabığında Azərbaycan Prezidenti İlham Əliyevin portreti olan şəkil dərc olunub və məqalədə Yeni Koledoniya xalqı öz təşəkkürünü ifadə etmək üçün azadlıq meydanında Azərbaycan Bayrağı və İlham Əliyevin Dəmir yumruq portretini qaldırırlar.... Bu detalın sosial-fəlsəfi konteksdən baxışında Çağdaş dünyanın müstəmləkəçilik rəzalətini yüksək tribunadan açıq mətnlə çəsarətlə imperialistlərin üzünə deyən İlham Əliyevi azadlıq simvolu, xilaskarlıq lideri kimi görən məzlum xalq görünür.

İlham Əliyevin siyasi portret cizgilərini çəkmək məsuliyyətini üzərinə götürmək əslində 2019-cu ilin dekabrında "ad günü hədiyyəsi" olaraq başladığımız işi davam etdirmək vəzifəsindən irəli gəlir. Prezident İlham Əliyevə 2019-cu ildə ad günü hədiyyəsi olan "Bir portret haqqında düşüncələr" adlı analitik məqalənin sonunda deyilirdi: "Onun həyat yolu və tarixi missiyası daim Azərbaycan xalqı ilə sıx bağlı olub və hələ Azərbaycan tarixinə qızıl hərflərlə uğurlar, nailiyyətlər və zəfərlər yazdırmaq imkanını Uca Tanrı artıq müdrik dövlət xadimi İlham Əliyevə nəsib edib." - bu iqtibas yazılan məqalə dövrü mətbuatda dərc olunmuşdur. Və həmin məqalədə Prezident İlham Əliyev barədə: " 24 dekabr 1961-ci il. Doğulduğu il və bürcün bu tarixdə dünyaya gələnlərdə təbiətin hansı ki, ətrafımızda tamamən yerdən və göydən ulduzların düzülüşü, torpaq, su, hava və energetik harmoniyanın təbiətən bəxş etdiyi xarakterik xüsusiyyətlər insanın həyat yolunda- talehində və şəxsi fəaliyyətində daim onu müşayiət edir. Çünki həmin tarix-il, ay, gün, saat onun bu dünyaya keçid kodudur. Həmin an təbiətin kosmik energetik və digər canlı təbii durumu insana bir çox nəsnələr verir və genetik keyfiyyətlərlə, sonrakı elm və təcrübə ilə portretin ilk rənglərini yaradır...

Bu il gücü və zəhmətsevərliyi təmsil edir, irəliləməyə söz verir. Həmin ildə doğulanlar böyük səbirə malik, az danışan, ətrafındakı insanları səmimiliyə çağıran, öz işinin fanatlarıdır. Qapalı adam olsalar da hərdən gözəl natiqlik edirlər. Əldən zirək olduqlarına görə evi həmişə səliqəli olsa da tərsdirlər və uğursuzluğu xoşlamırlar. İşlərini görməyə mane olanları vurub yolundan atırlar. Həmin il torpaq ünsürlü oğlaq bürcü altında doğulanlar sözünün üstündə duran, qarşıya çıxan çətinliklərin çəkinmədən öhdəsindən gəlməyi bacaran, həyata real baxan, komfortu sevən, əliaçıq, səxavətli olsalar da pulun dəyərini bilən, onu harada necə xərcləməyi bacaran insanlardı. Onlarla ciddi mözularda söhbət etmək, onların gözəl yaddaşına və iti ağlına baxıb zövq almaq olar. İşgüzar oğlaqlarla işləmək bir fərəhdir...".

TƏŞƏBBÜS, ƏZM VƏ İRADƏ

Prezident İlham Əliyevin siyasi portret cizgiləri xüsusiyyətlərində təşəbbüskarlıq və başladığı işi məntiqi sonluğa çatdırmaq əzm və iradəsi Onun xarizma, cəsarət və iti zəkası ilə izah olunur ki, bu da liderlik keyfiyyətlərinin bariz göstəricisidir.

Siyasət - maraqların uzlaşdırılması sənəti kimi rəqib və opponentləri qabaqlamaq, yeni çağırış və situasiyaların önündə irəliləmək bacarığıdır.

İkinci dünya savaşından sonrakı soyuq müharibə dövrü və sosialist düşərgəsinin dağılması nəticəsində yaranmış acınacaqlı mənzərə də daxil olmaqla keçən 75 il ərzində mövcud olan yüzlərlə qanlı konfliktlər içərisində yalnız biri- Qarabağ problemi əsaslı və köklü surətdə həll edilmişdir.

SƏRKƏRDƏ

2020-ci ilin sentyabrında başlayan vətən müharibəsi cəmi 44 gün ərzində tam qələbə ilə başa çatmışdır. Azərbaycan Prezidentinin liderlik keyfiyyəti və Ali Baş Komandanın sərkərdə bacarığı xalqı bir yumruq kimi birləşdirərək Azərbaycan hərbiçiləri hərb tarixində yeni müasir döyüş nümunəsi yaratmışdır.
2023-cü ilin sentyabrında isə 24 saat ərzində antiterror əməliyyatı ilə nizamlı ordu və hər cür müasir texnika ilə silahlanmış terrorçu ordunu məhv edərək Azərbaycan Sərkərdəsi dünyaya anti-terror təcrübəsi bəxş etmişdir.

FƏRQLİ LİDER

Azərbaycan tarixində XVIII əsrdə cənubda Ərdəbil, Marağa, Maku Qaradağ, Təbriz, Urmiya, Xalxal, Xoy, Zəncan, şimalda isə Bakı, Cavad, Dərbənd, Gəncə, İrəvan, Lənkəran, Naxçıvan, Qarabağ, Quba, Şamaxı, Şəki və Şirvan xanlıqları, eyni zamanda İlisu, Qəbələ, Ərəş, Qazax və Şəmşəddil sultanlıqları xarici istilaya qarşı mübarizə aparsalar da, ayrı-ayrı dövrlərdə bu və ya digər formada birləşib torpaqlarımızı müdafiə etməyi bacarmamış və Rus-Qacar müharibəsindən sonra 1813-cü ilin 12 oktyabrında "Gülüstan sülh müqaviləsi" və 1828-ci ilin 10 fevralında Təbriz yaxınlığında Türkmənçay kəndində imzlanmış "Türkmənçay sülh müqaviləsi" ilə Azərbaycan bölünmüş və əsarətə düçar olmuşdur.

XX əsrin əvvəlində I Dünya müharibəsi nəticəsində yaranmış yeni geopolitik vəziyyətdə Azərbaycan Xalq Cumhuriyyəti yarandığını elan etsə də, siyasi ərazisini qoruya bilməmiş və hətta M.Ə.Rəsulzadənin sədrlik etdiyi Milli Şura Azərbaycanın İrəvan şəhərini ermənilərə güzəştə getmişdir.

Belə ki, "1918-ci il mayın 29-da erməni milli şurası ilə aparılan danışıqlar barədə F.X.Xoyski Azərbaycan Milli Şurası qarşısında çıxış edərək qeyd edir ki, Aleksandropol türklər tərəfindən tutulduqdan sonra ermənilərə dövlət yaratmaq üçün siyasi mərkəz lazımdır. Ona görə də Dağlıq Qarabağa olan iddialarından imtina etmək şərti ilə İrəvan şəhəri onlara güzəşt edilə bilər. Milli Şuranın iclası İrəvanın ermənilərə güzəşt edilməsinə öz razılığını bildirdi. İrəvan Milli Şurasının üzvləri M.Seyidov, B.Rzayev N.Nərimanbəyov buna etirazlarını bildirsələr də Milli Şura etirazı qəbul etmədi", - sənəddə bildirilir. Sonrakı tarixdə 1920-ci ilin dekabrın 1-də N.Nərimanovun Azərbaycan zəhmətkeşləri adından Zəngəzurun erməni zəhmətkeşlərə bağışlanması barədə məktubundan söhbət gedir.

XX əsrin sonunda yenə Azərbaycan müstəqillik elan etdi. Və təkcə Dağlıq Qarabağ deyil digər rayonlar da daxil olmaqla Azərbaycanın 20% ərazisi işğal edildi. Mitinq və küçə aksiyaları psixologiyası ilə hakimiyyətə gələn AXC-Müsavat iqtidarının dövlət idarəçiliyindəki bacarıqsızlığı sayəsində Qarabağ problemini həll etmək deyil daxili parçalanma və vətəndaş qarşıdurması ilə Azərbaycan xalqı dövlətçiliyin və müstəqilliyin itirilməsi problemi ilə qarşı-qarşıya qaldı. Və dahi Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurulmasında müstəsna rol oynadı.

Bu kiçik tarixi ekskursda məqsəd tarixi-siyasi təhlil deyil, sosial-fəlsəfi yanaşma və tarixdə daimi torpaq itgisi ilə Qarabağ konfliktinin Azərbaycan dövlətçiliyi əleyhinə yaradılmış tarixi problem kimi mövcudluğunu göstərməkdir.

 

Tarixdə Azərbaycan torpaqlarının işğaldan azad olunması və tarixi Qarabağ torpaqlarının mütləq şəkildə və tam olaraq Azərbaycan dövlətinin yurudiksiyasına keçməsi yalnız XXI əsrin 20-ci illərində mümkün oldu.
Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimindəki nitqində dediyi kimi: " Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar.... Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq bülleten deyildi. Bu erməni separatçılarının tabutuna vurulan son mismar idi".

Və bununla da Prezident İlham Əliyev 200 ildən artıq bir dövrü əhatə edən torpaq itirmək ənənəsinə nəinki son qoymuş, zəbt olunmuş torpaqların geri alınması ilə Azərbaycan tarixində ilk siyasi lider kimi tarixə adını yazdırmışdır. Eyni zamanda Qarabağ probleminin həlli regionda yeni situasiya yaratmaqla bərabər türk dünyasının inteqrasiya prosesinə siyasi, mənəvi-psixoloji, hərbi və iqtisadi baxımdan böyük təsir göstərmişdir.

DİPLOMAT

Prezident Əliyevin diplomatik keyfiyyətləri onun yüksək intellekti və mədəniyyətində təzahür edir. O, diplomatik danışıq və bədən dilini bütün incəliyi ilə ifadə etməyi bacarır. Məntiq və bəlağət, hərəkət və bütün forma və tərz seçimləri ilə danışır. Diplomatik və digər etiket qaydalarına çox sadiqdir. Protokolu gözəl bilməklə yanaşı ona ciddi əməl edir. Özünə nəzarət və əminlik onu istənilən situasiyaya hazır formada saxlayır.

ƏDALƏT UĞRUNDA

Belarusiya Prezidenti Aleksandr Lukaşenko İlham Əliyev haqqında:"Mən həmişə deyirəm ki, İlham Heydər oğlu bizim aramızda ən ziyalı və savadlı Prezidentdir..." - fikri təkcə MDB dövlət başçılarının deyil Avropa liderləri arasında da Azərbaycan Prezidentinin yüksək nüfuzunun ifadəsidir. Dünyanın ölüm təhlükəsi ilə təhdid olunduğu bir vaxtda Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusunda dövlət və hökümət başçıları səviyyəsində xüsusi sessiyası keçirilmiş və bu sahədə böyük töhfə vermişdir. Azərbaycan ÜST-ə 10 milyon dollar ianə edərək 30-dan çox ölkəyə dəstək göstərmişdi. Həmçinin vaksinlərin dünya üzrə ədalətli bölüşdürülməsi üçün BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə "Covid-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə qəbul edilib. Belə nümunələr dünyada və insanlıq qarşısında ədalət uğrunda mübarizədə liderlik keyfiyyətinin göstəricisidir.

BÖYÜK STRATEQ

Bu gün dünya Azərbaycanlılarının milli lideri insanların qəlbini fəth edərək zirvəyə yüksələn İlham Əliyevi Azərbaycan xalqının 93% səslə yenidən Prezident seçməsi öz liderinə verdiyi qiymətin ifadəsi və təsdiqidir. Yeri gəlmişkən İlham Əliyevin yenidən Azərbaycan Prezidenti seçilməsini obyektiv, gözlənilən hüquqi legitim prosedur olduğunu regional və beynəlxalq maraqlı dairə və subyektlər çox aydın, real təbii proses kimi qiymətləndirirlər. Sadəcə olaraq bəzi maraqlı beynəlxalq çevrə və mərkəzlər 24 saatlıq antiterror əməliyyatında olduğu kimi yenə siyasi gedişdə Prezident Əliyevin onları qabağladığına şahidlik etməkdən başqa bir şey bacarmadılar. Elə seçkidən dərhal sonrakı təbriklərin ranqı və coğrafiyası da Prezident İlham Əliyevin opponentlərindən nə qədər güclü lider olduğunu bir daha təsdiq etdi. Əslində Prezidentin andiçmə mərasimindəki nitqi onun bir strateq kimi keçən mərhələnin sonu və yeni mərhələnin strategiyasının yol xəritəsidir. O, bəzən uzaq hədəflərə doğru ardıcıl addımlar atsa da deyə bilmədiklərini vaxtı çatmayana qədər gizlətməyi bacarır.

TURANÇI LİDER

Beynəlxalq siyasi prosesləri çox dərindən bilən və analiz edən Azərbaycan Prezidenti öz nitqində "Təbii ki, yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayırıq.Əminəm ki, bütün Azərbaycan xalqı böyük ümidlərlə yaşayır və biz, əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun"- deməklə xalqımızın arzuladığı, ümid etdiyi, amma çin olması çətin olan bir strateji planın anonsunu verir...

Öz nitqinin başqa bir yerində Prezident İlham Əliyev "Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər...." deməklə cəsarətlə Qərbə - türkəfobiyaya və islamofobiyaya qarşı böyük potensialın anonsunu edir. Və türk dünyasına qarşı birləşən gizli və aşkar dairələrə açıq mesaj verir. Türk dünyasının əhatə etdiyi böyük coğrafiyanın potensialının birləşdirilməsində Azərbaycanın vacib rolunu ifadə edərək MDB məkanını və Qərbi dərindən tanıyan və analiz edən Prezident İlham Əliyev bu coğrafiyaya qarşı çıxanlara açıq münasibət bildirir. Və xalqı bu mərhələyə hazırlayır.

Böyük ingilis siyasətçisi və dövlət xadimi Uinston Çörçil demişdir:
"Dövlət xadiminin siyasi xadimdən fərqi odur ki, siyasətçi seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir".


“Fransanın Azərbaycana qarşı qəzəbinin arxasında duran əsas səbəb ondan ibarətdir ki, bu dövlət yüz ildən artıq bir müddətdə erməni faşizmini dəstəkləyir və guya onları müdafiə etməklə Şərqdə müsəlmanlara qarşı son qala kimi dəyərləndirmək niyyəti güdür.

Ardını oxu...