“Yüksək qiymətə iftar menyusu təklif edən restoran sahibləri Ramazanı xüsusi olaraq öz şəxsi bizneslərinin möhkəmlənməsi üçün sui-istifadə edirlər. Müqəddəs Ramazan ayı mərhəmət, rəhmət və şəfqət ayıdır. Bu ay insanların könül dünyasında mənəvi paklaşmaq üçün ilahi bir fürsətdir. Ancaq təəssüflər olsun ki, ölkəmizdə bəzi iş adamları, özəl sektorlar bu fürsəti yanlış anlayıblar. Onlar öz şəxsi bizneslərinin möhkəmlənməsi üçün bu aydan sui-istifadə edirlər. İftar süfrələrinin restoranlarda təşkil olunması və daha çox müştərinin gözlənilməsi normaldır. Ancaq Ramazan ayını şəxsi mənafeləri üçün istifadə etmək İslamın gətirdiyi qaydalarla ziddiyyət təşkil edir. Çünki Ramazan ayı mənəvi paklaşma, mənəvi mühitin formalaşması üçün çox gözəl bir münbit şəraitdir”. Bu sözləri SİA-ya danışan şərqşünas Seyid Camal Əzimbəyli deyib.

Onun sözlərinə görə, insanların günahlarının bağışlanması, bol-bol tövbələr etməsi, xeyir-savab əməllərdə yarışması əsrlərdən gələn Azərbaycan xalqının yaddaşına həkk olunub: “Amma təəssüflər olsun ki, böyüyən dünyanın bir parçasına çevrilən Azərbaycanda Ramazan ayı gələndə iş adamları, xüsusilə iftar süfrələri təşkil edən restoranların israf doğan menyularına rast gəlirik. İsraf da Allahın qətiyyətlə rədd etdiyi əməllərdən biridir. Çünki Allah Qurani-Kərimdə buyurur ki, yeyin, için, ancaq israf etməyin. Allah israf edənləri sevməz”.

S.C.Əzimbəyli bildirib ki, bahalı menyu təklif edən restoranlar insanlarımızı həm israfa sövq edirlər, digər tərəfdən də onların dini duyğularından istifadə edərək bu ayı özləri üçün ilahi fürsət deyil, özlərinin biznesinin fürsəti kimi dəyərləndirirlər: “Bu da həm milli, həm də dini dəyərlərimizə qarşı hörmətsizlikdir. Allahın mərhəməti qədər qəzəbi də şiddətlidir. Sevgili vətənimizdə insanlar müqəddəs dəyərlərimizi özlərinin pul, sərvət qazancına alət etməsinlər. Çünki ilahi ziyafət Allah qonaqlığıdır. Allah qonaqlığını bu hala gətirmək İslamın qətiyyətlə rədd etdiyi bir əməl, utancverici hərəkətdir”.

02 May 2024 Şeyx delimitasiyaya xeyir-dua verdi
02 May 2024 Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam
02 May 2024 Tarix yazan sərkərdə
01 May 2024 Düşmənlər silahlarımızın qarşısında titrəyir - Medvedyev
01 May 2024 Lukaşenko Rusiyada dəbdəbəli iqamətgah tikdirir
01 May 2024 Prezident Zuhair Əlhartini qəbul etdi
30 Aprel 2024 Cəlilabad rayon “hərbi komissarlığında” ŞOK ÖZBAŞINALIQ… -Vətəndaş şikayət edir…
30 Aprel 2024 Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO
30 Aprel 2024 Bakı sakinləri Paşinyanın devrilməsini istəyirmi? - ŞOK CAVABLAR
30 Aprel 2024 İstənilən halda bu əməliyyat olacaq - Netanyahu
30 Aprel 2024 İlham Əliyev ABŞ rəsmilərini qəbul etdi
30 Aprel 2024 Azərbaycanda ada turizmi niyə inkişaf etməyib? - ARAŞDIRMA
30 Aprel 2024 Qardaş ölkədə dollar ucuzlaşdı
30 Aprel 2024 Jerar Depardye sərbəst buraxıldı
29 Aprel 2024 "Başkəndin strateji əhəmiyyəti var, sizin YOXDUR!" - Tural Abbaslıdan Musabəyova SƏRT CAVAB! - VİDEO
29 Aprel 2024 Toyuq ətinə tələbat kəskin artdı: bahalaşma olacaq?
29 Aprel 2024 "Azərbaycan-Qırğızıstan əlaqələri güclənməkdə davam edir" - MÜNASİBƏT BİLDİRİLDİ
29 Aprel 2024 "Yaşlı insan gəncə nümunə olmalıdır ki, gənc də ona hörmət etsin" - EKSPERT TƏNQİD ETDİ
29 Aprel 2024 Taksi ödənişini kartla, yoxsa nağd ödəməliyik? - MÜNASİBƏT BİLDİRİLDİ
29 Aprel 2024 Rasim Musabəyovun açıqlaması müzakirə yaratdı - Video
28 Aprel 2024 Vet.Dr.Təbriz Abdullazadə: "Bu baxımdan baytarlıq təkcə heyvanlar üçün deyil, insan, ətraf mühit və qida sağlamlığının qorunmasında həyati əhəmiyyət kəsb edən bir peşədir."
26 Aprel 2024 Cəsarət Əhmədov: “İnsan var ki, cəmiyyətin adamı olur, insan var ki, dövlətin adamı olur, insan var ki, Allahın adamı olur” - VİDEO
25 Aprel 2024 Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
25 Aprel 2024 Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
25 Aprel 2024 Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ
24 Aprel 2024 HEYDƏR ƏLİYEV - Əbədi müstəqilliyə imza atan Dahi Şəxsiyyət TƏHLİL
24 Aprel 2024 “Təbiət bütün dünyada eyni qanunlara tabedir və heç bir dövlət sərhədi tanımır” - ŞƏRH EDİLDİ
24 Aprel 2024 Bölgələrdə 70 qəpikdən satılan xiyar paytaxt bazarlarında nə vaxt ucuzlaşacaq? VİDEO
24 Aprel 2024 "Xarici dil məcburiyyət halı alıb, bu yaxşı deyil" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ
24 Aprel 2024 Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti