Son xəbərlər

 

İşğaldan azad olunmuş ərazilərimizdə əsarətdən qurtulmuş dini-mənəvi irsin ehtiramla bərpası, nəfis şəkildə yenidən qurulan məscid və ziyarətgahlar, bütün dinlərə məxsus ibadətgah məkanları ali diqqət və multikultural dövlətçilik təfəkkürünün təzahürüdür.

Burada, Şuşada, Zəfər yolu boyunca azad olunmuş torpaqlarımızdan keçərkən gördükləriniz erməni vandalizminin ağır nəticələridir. Bu gün yandırılmış torpaqlara yeni həyat verilir, dağıdılmış mədəni-mənəvi irs bərpa edilir, basdırılmış minalar təmizlənir, məhv edilmiş şəhər və kəndlərimiz yenidən dirçəldilir. Budur Azərbaycan həqiqətləri və bu gerçəkliklər bəzi dövlət və beynəlxalq təşkilatların qərəzli fikir və bəyanatlarına ən tutarlı cavabdır.

Axar.az xəbər verir ki, bunu VI Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlərin Şuşa görüşündə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib.

O qeyd edib ki, Ermənistanın əsas havadarı kimi çıxış edən Fransada Azərbaycan şairəsi Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktı erməni işğalçılarının burada, Şuşada törətdiyi analoji vandalizm ilə eyni qəbildən olub, islamofob zehniyyətin nümunəsidir: “Halbuki Xankəndidə separatizmə son qoyan Azərbaycan oradakı erməni dini-mədəni abidələrini dövlət səviyyəsində qoruyur. Bu əsnada, bəzi qüvvələrin dini zəmində ayrı-seçkilik halları ilə yanaşı, dövlətlərin suverenliyinə təhdid olaraq separatizm kartından istifadə etmək kimi məkrli, mənfur meylləri qətiyyətlə pisləyirik”.

Şeyxülislam Allahşükür Paşazadə deyib:

“Azərbaycan torpaqlarında müsəlmanlarla yanaşı pravoslavlar, katoliklər, yəhudilər və digər etiqad sahibləri əsrlər boyu dinc yanaşı, bir ailə kimi yaşayır, ibadət və mərasimlərini sərbəst şəkildə icra edirlər. Ermənilər də zamanında multikultural Azərbaycan ailəsinin üzvü olmuşlar. Bu gün separatçılıq və revanşizm ideyaları ilə çıxış edən Ermənistandakı siyasilərə və erməni kilsəsinə buradan - mədəniyyət paytaxtımız Şuşadan xitab edərək bəyan etmək istəyirəm ki, bir daha xülyalara qapılmasınlar, mənfur separatçılıq meyllərinə uyaraq qonşu torpağına iddia etməsinlər, kimlərinsə silah-sursat vədinə, kilsə kürsüsündən qızışdırıcı moizələrə, qisas çağırışlarına aldanıb gələcəklərini təhlükəyə məruz qoymasınlar, Azərbaycanın bölgədə sülh, əmin-amanlıq və rifah istiqamətində təşəbbüslərinə qoşulsunlar. Azərbaycan xalq-dövlət birliyi sayəsində ölkəmizə qarşı bütün məkrli planların bundan sonra da öhdəsindən gələcək və ərazisindəki bütün xalqların nümayəndələri olan, o cümlədən erməni əsilli vətəndaşlarına dinc mehriban ailə kimi tərəqqi içərisində yaşamaq hüququ təmin etməkdə davam edəcək".

16 May 2024 Dönər alarkən bunlara diqqət etmək lazımdır
16 May 2024 Güllər kül oldu... - Video
16 May 2024 Güllələnən baş nazir süni koma vəziyyətinə salındı
16 May 2024 Bu ölkələr İsraildən ona görə qorxur ki... - Fidan
15 May 2024 Çevriliş ehtimalı: Rusiya Ərdoğana yenə dəstək verir?
15 May 2024 Azərbaycanda heç vaxt belə qarşıdurma olmayıb - Prezident
15 May 2024 Slovakiyanın baş naziri güllələndi - Video
15 May 2024 Fitsonun güllələnməsi görünməmiş təhlükədir - Pelleqrini
15 May 2024 Slovakiya parlamenti Fitsoya görə təcili toplanır
15 May 2024 Elşad Miri: “Allahın olmadığına inanmaq...”
15 May 2024 Paytaxtda sürücü atı maşının arxasına bağlayıb yol boyu apardı - VİDEO
15 May 2024 Qərbin “qorxduğu” Belousov buna görə gətirildi - Teleqraf
15 May 2024 Rus general Xocalıda danışdı: Hədəfə çatdıq!
15 May 2024 Samir Nuriyev İqor Petrişenko ilə görüşdü
15 May 2024 İsrail Qəzzadan sonra bura göz dikəcək – Ərdoğandan şok
15 May 2024 ABŞ-ın “yaşıl” oyunu: elektromobilləri ikiqat bahalaşdırdı
15 May 2024 Bu, Azərbaycanın tələbi deyil - Zaxarova
15 May 2024 Kərim Vəliyev rus sülhməramlılara təşəkkür etdi
15 May 2024 Gürcü, erməni etiraz edir: Bəs, biz niyə etmirik?
15 May 2024 Putin Qarabağa göndərdiyi generalı təltif etdi
15 May 2024 Zəngəzur üçün nümunə: “Kalininqrad modeli” nədir?
15 May 2024 "Aparıcıların IQ-sü yoxdur"
15 May 2024 Zelenski iki ölkəyə səfərini ləğv etdi
15 May 2024 Türkiyədə dövlət çevrilişi cəhdi... - Rusiyadan baxış
15 May 2024 Rusiya: Bu missiya Azərbaycana qarşı fəaliyyət göstərir
15 May 2024 Bakı onları Özbəkistana təhvil verdi
15 May 2024 İran polisi 4 bəlucu güllələdi
15 May 2024 Azərbaycanda boşanmaların əsas səbəbləri açıqlandı
15 May 2024 İYİ-dən çevriliş açıqlaması: Dövlətin yanındayıq!
15 May 2024 Bu ərazilər Azərbaycanın nəzarətinə verilir - Elan ediləcək