Son xəbərlər

 
easycep-azerbaycanda-fealiyyetini-genislendirir

Bakıda 28 May küçəsi 18 ünvanında yerləşən, müasir dizaynı ilə fərqlənən mağaza müştərilər üçün üstün və rahat xidmət təcrübəsini göstərməyə başlayıb.

Yeni açılmış mağazada “EasyCep” tərəfindən yenilənmiş smartfonların şəffaf qiymətləndirilməsi və alışı, ehtiyyac olduğu təqdirdə qlobal standartlara uyğun sertifikatlaşdırılmış yenilənməsi həyata keçiriləcək. Alıcılar isə mağazada yenilənmiş telefonları daha əlverişli şərtlərlə, eləcə də taksitlə almaq imkanına sahib olacaqlar.

Azərbaycanda mağazanın açılışı Türkiyədə bazar lideri olan “EasyCep Türkiye” şirkətinin qlobal miqyasda genişlənmək hədəfinə çatmasında yeni mərhələdir. Ötən il bu genişlənməyə hədəflənmiş şirkət ilk olaraq Qətərdə fəaliyyətə start verib. Növbəti mərhələsi isə Azərbaycan olub və “EasyCep Azərbaycan” şirkəti fəaliyyətə başlayıb.

“EasyCep Azərbaycan” şirkətinin Baş icraçı direktoru Seymur Cavadov Bakıda yeni mağazanın açılış tədbirində bildirib: "Biz Azərbaycanda ilk mağazamızın açılışını elan etməkdən məmnunuq. Yenilənmiş telefonlar konsepsiyası Azərbaycan istehlakçıları üçün yeni olsa da, onların bu əlverişli imkandan istifadə edəcəyinə əminik. İnanırıq ki, müştərilərimiz zəmanət və çevik ödəniş imkanlarını yüksək qiymətləndirəcəklər. Yenilənmiş telefonların yeni istehsal edilmiş cihazlara nisbətdə az karbon emissiyaya sahib olmasını nəzərə alaraq müştərilərimiz ekoloji cəhətdən şüurlu seçim etməkdən məmnun olacaqlar. Biz hər kəsi təklif etdiyimiz əhəmiyyətli üstünlükləri kəşf etməyə dəvət edirik".

Smartfon yenilənməsi bazarında üstün xidmət təcrübəsi

Fəaliyyətində müştəriyönümlü yanaşmanı tətbiq edən “EasyCep Azərbaycan” şirkəti Bakıda yeni açılmış mağazasında ixtisaslı texniklər tərəfindən texniki ekspertiza, aksesuarı ilə birgə qablaşdırma, çevik ödəniş imkanları və yenilənmiş telefonlara “Nar” təminatı ilə 12 aylıq zəmanət verir. Bu “EasyCep Türkiye” ilə “Nar” mobil operatoru arasında qurulmuş güclü tərəfdaşlıq sayəsində mümkündür.

Ölkəmizdə açılmış ilk mağazada artıq “EasyCep Azərbaycan” şirkəti müştərilərə yenilənmiş telefonların və digər elektron cihazların sürətli dəyərləndirilməsini, sərfəli qiymətə alışı və satışı xidmətlərini təqdim edir.

 2018-ci ildə təsis edilmiş “EasyCep Türkiye” şirkəti “Turkcell”, “Trendyol”, “Amazon”, “Nar”, “Carrefour”, “Migros”, “Starlink” və “Ooredoo” kimi qlobal və yerli tərəfdaşlarla əməkdaşlıq edərək yenilənmiş istehlakçı elektronikası sənayesinin aparıcı oyunçusudur. Keyfiyyətli məhsulların geniş çeşidi ilə şirkət 150-dən çox mağazaya və 800-dən çox işçi sayına sahibdir və 4000 kvadratmetr sahəyə malik müəssisədə elektronikanın ciddi yenilənməsi prosesləri ilə fəxr edir.

Qeyd edək ki, qlobal təmir edilmiş smartfon bazarı 2023-cü ildə 76,45 milyard ABŞ dolları dəyərində qiymətləndirilib, 2032-ci ilə qədər isə bu rəqəmin 185,89 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Qərbi Avropa və Şimali Amerikada yenilənmiş telefonlar artıq ümumi smartfon bazarının 20%-ni təşkil edir.

Yenilənmiş telefonun ətraf mühitə təsiri minimaldır

Yenilənmiş telefonun alışı ətraf mühitə də müsbət təsir edir. Yeni telefonun istehsalı və ondan bir il istifadə təxminən 85 kiloqram karbon emissiyası yaradır ki, bunun da 95%-i istehsalda baş verir. Yenilənmiş telefondan istifadə isə bu emissiyaların qarşısını tamamilə alır. Bundan əlavə, təmir elektronikanın ömrünü uzadır və emissiyaları daha da azaldır. Məsələn, yenilənmiş bir iPhone 11 (Apple iPhone 11, 2019) markalı smartfonu satın alan alıcı sadəcə 15,7 kg CO₂ karbon izine sahip olur. 72 kq CO₂ buraxan yeni cihazla müqayisədə bu 78% qənaət deməkdir. Bu həmçinin, ətraf mühitə müsbət təsir edən, tullantıları minimal səviyyəyə endirən dairəvi iqtisadiyyatın daha da inkişaf etməsinə töhfə verir.

“EasyCep Türkiye” şirkətindən bildirilib ki, yenilənmiş elektronikanın faydaları haqqında məlumatlılıq artdıqca, şirkət inkişaf etməkdə olan bazarlarda sürətli genişlənməni gözləyir.

 

 






 
17 May 2024 Blinken Slovakiya XİN rəhbəri ilə danışdı: Fitsoya hücum...
16 May 2024 Dönər alarkən bunlara diqqət etmək lazımdır
16 May 2024 Güllər kül oldu... - Video
16 May 2024 Güllələnən baş nazir süni koma vəziyyətinə salındı
16 May 2024 Bu ölkələr İsraildən ona görə qorxur ki... - Fidan
15 May 2024 Çevriliş ehtimalı: Rusiya Ərdoğana yenə dəstək verir?
15 May 2024 Azərbaycanda heç vaxt belə qarşıdurma olmayıb - Prezident
15 May 2024 Slovakiyanın baş naziri güllələndi - Video
15 May 2024 Fitsonun güllələnməsi görünməmiş təhlükədir - Pelleqrini
15 May 2024 Slovakiya parlamenti Fitsoya görə təcili toplanır
15 May 2024 Elşad Miri: “Allahın olmadığına inanmaq...”
15 May 2024 Paytaxtda sürücü atı maşının arxasına bağlayıb yol boyu apardı - VİDEO
15 May 2024 Qərbin “qorxduğu” Belousov buna görə gətirildi - Teleqraf
15 May 2024 Rus general Xocalıda danışdı: Hədəfə çatdıq!
15 May 2024 Samir Nuriyev İqor Petrişenko ilə görüşdü
15 May 2024 İsrail Qəzzadan sonra bura göz dikəcək – Ərdoğandan şok
15 May 2024 ABŞ-ın “yaşıl” oyunu: elektromobilləri ikiqat bahalaşdırdı
15 May 2024 Bu, Azərbaycanın tələbi deyil - Zaxarova
15 May 2024 Kərim Vəliyev rus sülhməramlılara təşəkkür etdi
15 May 2024 Gürcü, erməni etiraz edir: Bəs, biz niyə etmirik?
15 May 2024 Putin Qarabağa göndərdiyi generalı təltif etdi
15 May 2024 Zəngəzur üçün nümunə: “Kalininqrad modeli” nədir?
15 May 2024 "Aparıcıların IQ-sü yoxdur"
15 May 2024 Zelenski iki ölkəyə səfərini ləğv etdi
15 May 2024 Türkiyədə dövlət çevrilişi cəhdi... - Rusiyadan baxış
15 May 2024 Rusiya: Bu missiya Azərbaycana qarşı fəaliyyət göstərir
15 May 2024 Bakı onları Özbəkistana təhvil verdi
15 May 2024 İran polisi 4 bəlucu güllələdi
15 May 2024 Azərbaycanda boşanmaların əsas səbəbləri açıqlandı
15 May 2024 İYİ-dən çevriliş açıqlaması: Dövlətin yanındayıq!