Son xəbərlər


"Balakən rayonunda qazlaşdırma 100 faiz səviyyəsindədir. Biz hələ ki, heç ölkə üzrə bu səviyyəyə çatmamışıq. Ölkə üzrə qazlaşdırmanın səviyyəsi 93 faizdir, Balakəndə isə 100 faiz. Elektrik enerjisi ilə bağlı problemlər həllini tapır, kənd yolları salınır. Biz artıq bu gün növbəti kənd yolu layihəsinin açılışını qeyd etdik. Növbəti illərdə digər kəndlərə də yollar salınacaq”.

Ardını oxu...

   
  Son illər səhiyyə sistemində gedən əsaslı dəyişikliklər  danılmaz faktdır. Modern , dünya standartlarına cavab verən , hər cür maddi-texniki baza ilə təchiz olunmuş  o cümlədən hərtərəfli bilik və bacarıqlara yiyələnmiş , yüksək ixtisaslı tibbi personala malik şəfa ocaqlarımız belə deməyə əsas verir.

   Artıq  vətəndaşlarımızın  uzaq və yaxın xaricə uz tutmaqlarına ehtiyac yoxdur. İstər paytaxtımızda , istərsə də bölgələrimizdə fəaliyyət göstərən xəstəxanalar , hospitallar günün reallığı ilə ayaqlaşır , müasir standartlara cavab verirlər.

  Belə şəfa ocaqlarından biri də Sabirabad Rayonu Mərkəzi Xəstəxanasıdır. Xəstəxana müasir tipli  binada  yerləşir. Hər cür maddi- texniki baza ilə təciz edilmişdir. 320 çarpayıdan ibarət xəstəxana 7 şöbəni əhatə edir.Burada cərrahiyyə, reanimasiya, terapiya, mamalıq-ginekoloji, nevroloji, yoluxucu xəstəliklər, pediatriya, poliklinika şöbələri və vərəm əleyhinə xəstəxana bu qəbildəndir.Rayon Mərkəzi Xəstəxanasına  Əziz Mikayılov rəhbərlik edir.   Xəstəxanada 558 nəfər tibb işçisi çalışır. Bunlardan 122 nəfər həkim, 436 nəfər isə orta tibb işçisidir.

  Bu xəstəxananın hər zaman gözəl və  müsbət ənənələri olub, hal- hazırda da davam etməkdədir.   Başda rəhbərlik olmaqla bütün tibbi personal pasiyentlərin yüksək qayğı və diqqətlə əhatə olunması üçün əllərindən gələni əsirgəmir.  Yüksək nizam-intizam , ciddi qayda-qanun  hər addımda hiss olunur.Burada bir prinsip var . Bu şəfa ocağına üz tutan hər kəs sağ- salamat , yüksək əhval-ruhiyyə və cansağlığı ilə doğmalarının , əzizlərinin  yanına ,  öz  isti ocaqlarına dönsünlər.  

  Xəstəxanada olarkən Əziz həkimin   mütəmadi olaraq bütün palataları gəzdiyinin,  ayrı- ayrılıqda hər bir xəstəyə fərdi yanaşdığının , onlara yüksək qayğı və diqqət göstərdiyinin bir daha şahidi olduq. Təbii ki , bu bir örnəkdir. Bütün kollektiv üçün  nümunədir.

 Məqsəd rayon sakinlərinin , ümumiyyətlə xəstəxanaya üz tutan hər bir şəxsi razı salmaq , onlara ən müqəddəs nemət olan cansağlığı bəxş etməkdir.

  Doğrudur  hər yerdə olduğu kimi burada çətinliklər var . Lakin xəstəxana rəhbərliyi və heyəti bu çətinliklərin öhdəsindən gəlmək üçün əzmlə çalışır.Əhaliyə daha da yüksək xidmət göstərmək üçün bütün imkanları səfərbər edir.

  Onu da qeyd etmək istərdim ki , onsuz da həkimlərin , tibb işçilərinin zəhməti sonsuz , əməyi böyükdür .  Ulu Tanrıdan sonra bizə ikinci həyat verən həkimlərdir.   Bunu danmaq , inkar etmək  ən azı vicdansızlıqdır.

  Biz   cəfakeş  həkimlərə , bu ağ xalatlı müqəddəs insanlara borcluyuq.

   Ömrünüz uzun , canınız sağ , əhval-ruhiyyəniz hər zaman yüksək olsun !

      Siz bütün bəşəriyyətə lazımsız əziz tibb işçiləri !

 

               
 Tanrının  yaratdıqları içərisində ən çox şərəflisi , dəyərlisi   insandır. Bəşər övladı olan insan  ona bəxş edilən ömrü bəzən çox gərəksiz xərcləyir.Ona verilən imkanlardan  , şanslardan istifadə etmədən , heç bir iz qoymadan ömrü başa vurur. Bu hal əslində böyük əksəriyyətin qismətinə düşür.

  Lakin ona verilən ömür payını çox yüksək dəyərləndirən , şərəfləndirən ,  sözün həqiqi mənasında ömrə ziynət verən insanlar da var . Az da olsa var !

  Haqqında danışmaq istədiyim qəhrəmanım da belələrindəndir.

    Elman   Camal  oğlu Məmmədov . Əslində bu ad , bu sima Azərbaycan ictimaiyyətinə çox tanışdır.

Ancaq bu ad və simanın altında çoxlarına məlum olmayan elə dəyərlər , elə insani keyfiyyətlər dayanır ki , bu xüsussiyyətlərə malik olmaq üçün insana nə vəzifə , nə titul kömək edir . Bunun üçün halal süd əmməli , halal çörək yeməlisən , xəmirin  halalıqla yoğrulmalıdır. Necə ki , bu  Elman müəllim də belədir.

  Uzun illər müxtəlif vəzifələrdə çalışan , Qarabağ müharibəsi veteranı ,  millət vəkili Elman müəllim əslində təkcə bir məmur  , ictimai xadim , millət vəkili kimi deyil , dəyərli  bir insan  , əsl vətəndaş , şərəf və ləyaqəti hər zaman həyat kredosu edən bir şəxsiyyətdir.

 Vətənin çətin anında , doğma Qarabağımızın qanlı-qadalı günlərində o hər zaman canı , qanı əqidəsi və prinsipləri ilə xalqa xidmət yolunu tutub , bu amala köklənib. Bütün bunları  əməllərində nümayiş etdirib .

  Pərən-pərən düşmüş  , Qarabağ , Xocalı dərdlərini ürəyində gəzdirən soydaşlarımızın problemlərini , qayğılarını , dərd-sərlərini Elman müəllim hər daim çiyinlərində daşıyır. Onlara azacıq da olsa sevinc bəxş etmək , dərdlərini azaltmaq üçün əlindən gələni əsirgəmir.

 Elman müəllim hər zaman dövlətimizə , dövlətçiliyimzə  dürüstlüyü, sadiqliyi ilə ön sırada olub.  O ,  öz  çıxışlarında  Ulu Öndərlə bir zamanda işlədiyi üçün  fəxarət hissi keçirdiyini dəfələrlə vurğulayır.

 Bu gün də Elman müəllim Cənab prezidentin yanındadır , onun  uğurlu siyasətini hərarətlə dəstəkləyir , bu yolda öz köməyini  və dəstəyini   əsirgəmir.

  Ali Qanunverici orqandan xalqımızın taleyüklü məsələlərinin həllində yaxından iştirak edir. Seçicilərinin  haqq səsini , hüquqlarını yetərincə müdafiə edir.

  Bu gün Elman müəllim ömrünün ən məsuldar və müdrik çağındadır. O , hörmət-izzət  sahibi , xalqın sevilən ictimai xadimidir.   

    Ömrünüz uzun olsun , Elman müəllim !

  Hər zaman hörmətli . dəyərli , mötəbər olasınız!

       Sizə də ancaq bu yaraşır !