Son xəbərlər


18:20

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

Ardını oxu...


                 

  Paytaxtmızdan kənarda yerləşən ali təhsil ocaqlarından ən qabaqcıl və prestili hansıdır ? – desələr , tərəddüd etmədən Gəncə Fövlət Dövlət Universitetidir – desək heç də yanılmarıq.

  Belə deməyə əsas son bir  neçə ildə universitetdə gedən yeniliklər , təhsildə keyfiyyətin yüksəlməsinə , əsl ixtisaslı kadrarın yetişdirilməsinə yönəlmiş tədbirlər ,şəffalığın , obyektivliyin sözün həqiqi mənasında tam təmin edilməsi əsas verir.

 Son üç ildə isə Universitet inkişafının ən yüksək mərhələsinə qədəm qoyub , böyük naliyətlərə imza atıb.Universitetdə təlim- tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə infrastruktur mükəmməl səviyyədə yaxşılaşdırılıb , maddi- texniki və tədris bazası  möhkəmləndirilib.

Dünyanın bir sıra qabaqcıl universirertləri , elm mərkəzləri ilə əməkdaşlıq , qarşılıqlı əlaqələr, beynəlxalq konfranslarda, elm və təhsil layihələrində iştirak , professor-müəllim və tələbələrin akademik mobillik proqramlarına qoşulması . müasir və dövrün tələblərinə uyğun  kadrlar yetişdirməyə tam zəmanət verir.

  Artıq Universitetdə aparılan elmi tədqiqatlar dünya səviyyəsində rəqabət qabiliyyətini təmin etmək və alınan nəticələrin sənayedə tətbiqinə hesablanıb, bu məqsədə xidmət edir . Məhz bu məqsədlə yeni laboratoriyalar qurulub ,  elm və təhsil təşəbbüslərinin kommersiyalaşdırlmasına nail olmaq üçün İnnovasiyalar departamanti fəaliyyətə başlayıb.

 Bu qocaman ali təhsil ocağında təhsilin inkişafı istiqamətində tətbiq edilən çoxsaylı yeniliklər , əldə edilən yüksək naliyyətlər öz gözəl bəhrəsini verməkdədir. Belə ki , son illər qəbulda yüksək nəticələr qazanan tələbələr Gəncə Dövlət Universitetini seçirlər.Nahaq yerə deyil ki 2017- 2018 ci tədris ilində dəUniversitet qəbul planını yüz faiz doldurub. 

               

Qəbul imtahanlarında 500-dən artıq bal toplayan 60 nəfər, 600-dən isə yüksək bal toplayan 15 nəfər gənc məhz  Gəncə Dövlət Universitetinin müvafiq ixtisaslarını seçib.

Hal- hazırda   universitet 6 minə yaxın tələbəni, 550 nəfərdən çox professor-müəllim heyətini ətrafında birləşdirir. Sağlam , məsuliyyətli , işgüzar pedoqoji kollektivə və rəhbərliyə malik Gəncə Dövlət Universiteti qarşısına müqəddəs bir vəzifə qoyub ; gözəl ənənələrə malik , regionda bir çox ilklərə imza atan bu qocaman təhsil müəssisəsi  bundan sonra da uğur və naliyyətlərini davam edəcək , öz nüfuzunu daha da artıracaq , yüksək ixtisalı , layiqli kadrları ilə ölkəmizə töhfə verəcək.

 Qarşıdan Meəllimlər günü gəlir. Təbii ki bayramdan Gəncə Dövlət Universitetinin zəkmətkeş , fədakar kollektivinə , rəhbərliyinə  də pay düşür. Bayramınız mübarək , əziz müəllimlər ! Təkcə ildə bir qün deyil , ömrünüzə gələn hər bir qününüz bayram əhval – ruhiyyəli olsun !

P .S . Son zamanlar bəzi dırnaqarası mətbu orqanlarda GDU haqqında , onun rektoru tanınmış ziyalı , pedaqoq Yusif müəllim haqqında yalan , yalnış cızma – qaralara rast gəlinir. Bütün bunlar şər , böhtan və qərəzdən başqa bir şey deyil . Görülən bütün mütərəqqi işlərə yüksək naliyyətlə  kölgə salmağa xidmət edir. Lakin belə neqativ hallar ürəkbulandırmaqdan başqa bir işə yaramır. Bu qədər uğurları , naliyyətləri görməmək üçün kor olmaq lazımdır. Çəkilən əziyyətlər , edilən fədakarlıq yalnız və yalnız alqışa , tərifə layiqdir. Əgər bunu baçarmırsızsa heç olmasa susun !

                                                                                                     
                                                                                                                       Müşfiq Kişiyev


  Cənub bölgəmizin dilbər guşəsi Lənkəran hər zaman öz perspektivi , sürətli inkişafı ilə öndə olmuşdur . Ötən illərdə olduğu kimi 2017 - ci il də rayonun tarixinə əlamətdar il kimi daxil olmuşdur.
 Belə ki , olkə prezidenti  Cənab Prezident İlham Əliyevin Lənkərana davamlı diqqəti və qayğısı sayəsində rayonun sosial-iqtisadi və mədəni inkişafı sahəsində yeni mərhələ başlanmış ,  genişmiqyaslı quruculuq–abadlıq işlərinin, iri həcimli investisiya layihələrinin icrası həyata keçirilmişdir.

 Rayonda  ümumi məhsul buraxılışı əvvəlki illə müqayisədə  artmış ,  xüsusən qeyri- dövlət sektorunda istehsal həcmi  qənaətbəxş dərəcədə artmışdır.Xüsusən aqrar sahədə inkişaf , qazanılan uğurlar rayon iqtisadiyyatına əhəmiyyətli dərəcədə fayda verməkdədir. 

İlboyu rayon ərazisində  tikinti- təmir abadlıq – quruculuq işləri geniş vüsət almışdır. Xüsusən  ölkə prezidentinin 7 iyun 2017-cı il tarixli sərəncamı ilə Lənkəran şəhərində qəzalı vəziyyətdə olan 13 çoxmənzilli binada əsaslı təmir və bərpa işlərinin aparılmasından ötrü 7.5 milyon manat vəsaitin ayırması ən əlamətdar hadisələrdən biri kimi dəyərləndirilmiş , rayonun simasının daha da gözəlləşməsinə böyük töhfə olmuşdur.

Rayonun tarixində ən əlamətdar  günlərdən  biri də ölkə rəhbəri Cənab İlham Əliyevin  rayona tarixi səfəri olmuşdur. Sentyabr ayında gerçəkləşən səfər bir sıra nüansları ilə yaddaşlara yazılmışdır. Rayonun sosial – iqtisadi, mədəni həyatı ilə yaxından tanış olan ölkə rəhbəri bir sıra mühüm əhəmiyyətli obyektlərin açılışında iştirak etmişdir.
                         

Belə ki ,  Cənab prezident  “Cənub-Aqro” MMC-nin çəltik sahələrinə baxıb və çəltik zavodunun açılışını edib.Həmçinin  “Xəzər Palace” otel kompleksinin açılışında iştirak edib , “Astaraçay” Məhdud Məsuliyyətli Cəmiyyətinin plantasiyalarına baxış keçirmişdir.
   Məlum olduğu kimi    Azərbaycanda qeyri-neft sektorunun inkişafına göstərilən dövlət qayğısı, məhsul istehsalçılarına verilən subsidiyalar çayçılığın inkişafı üçün də geniş imkanlar yaradıb. Statistikaya görə, Azərbaycanda çay istehsalının 91 faizi Lənkəran iqtisadi rayonunun payına düşür.

Gələcəkdə bu sahənin daha da inkişaf etdirilməsi üçün “Azərbaycan Respublikasında 2017-2026-cı illərdə çayçılığın inkişafına dair Dövlət Proqramı”nın layihəsi işlənib hazırlanır. Proqramın həyata keçirilməsi nəticəsində çayçılığın inkişaf etdirilməsi ilə bağlı görülən işlər sürətlənəcək, çay plantasiyalarının əkin sahəsi xeyli artacaq.Qeyd etmək yerinə düşərdi ki , təkcə ötən il ölkə üzrə min ton çay istehsal edilib, 12 hektar ərazidə yeni çay plantasiyaları salınıb. Bundan başqa, çayçılığın inkişafı ilə bağlı sahibkarlara dövlət tərəfindən güzəştli kreditlər də verilir. Belə ki, bu sahədə çalışan sahibkarlara ümumilikdə 10,7 milyon manat güzəştli kredit verilib. Bunun da nəticəsində 450 nəfər işlə təmin olunub. 

                       
      Olkə prezidenti həmçinin Lənkəranda “Gilan Orchards" MMC tərəfindən salınmış sitrus bağları ilə tanış olub ,Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 22,2 kilometrlik Lənkəran-Masallı hissəsinin açılışında iştirak edib.

   Lənkəran təkcə sosial- iqtisadi , aqrar sahədə deyil , mədəni sahədə genişmiqyaslı tədbirləri ilə də öndə olmuşdur. Belə ki , bütün əlamətdar tədbirlər , bayram şənlikləri , anım günləri İcra Hakimiyyətinin birbaşa təşkilatçılığı ilə qeyd edilmişdir. Bu tədbirlər silsiləsindən  “XX əsrdə Türk-Müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq Elmi Konfransın, “İslam Həmrəyliyinin təbliği və təşviqində medianın rolu” mövzusunda regional konfransın, may ayında  “Radikalizm və ekstrizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda regional seminarın, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, təşkilatın üzv dövlətləri və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ilk dəfə olaraq “Avropa Günü”nün (Şuman günü) qeyd etmək olar.

               
   Lənkəran rayonu İcra başçısı Taleh Qaraşov hər il olduğu kimi 2017 – ci ilin ötən aylarında da mütəmadi olaraq rayon sakinləri ilə görüşlər keçirmiş , vaxtli- vaxtında onları qəbul etmiş , problemləri , çətinlikləri ilə maraqlanmış , operativ tədbirlər görmüş , müvafiq qərarlar vermişdir.

  Göründüyü kimi Lənkəran rayonu ölkə rəhbəri Cənab İlham Əliyevin qayğı və diqqətini hər zaman üzərində hiss etməklə yanaşı , göstərilən etimadı doğrultduğunu əməli işləri ilə sübut edir.

  Uğurlar olsun !
 
 P.S Son zamanlar Lənkəran rayonu , onun çox dəyərli İcra başçısı Taleh Qaraşov haqqında xoşagəlməz yazılar yazılır , onun  təqdirəlayiq fəaliyyətinə kölgə salmağa çalışırlar. Qeyd etmək istərdik ki , bu yalan cızma - qaralar etikadan kənar . şər - böhtandan başqa bir şey deyildir. 
Əməl də , iş də göz qabağındadır. Görünən dağa nə bələdçi !?