Son xəbərlər

 

"Balakən rayonunda qazlaşdırma 100 faiz səviyyəsindədir. Biz hələ ki, heç ölkə üzrə bu səviyyəyə çatmamışıq. Ölkə üzrə qazlaşdırmanın səviyyəsi 93 faizdir, Balakəndə isə 100 faiz. Elektrik enerjisi ilə bağlı problemlər həllini tapır, kənd yolları salınır. Biz artıq bu gün növbəti kənd yolu layihəsinin açılışını qeyd etdik. Növbəti illərdə digər kəndlərə də yollar salınacaq”.

 

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Balakəndə "ABAD Mərkəz”in açılışında deyib.

"Siz yaxşı bilirsiniz ki, zəlzələdən sonra Azərbaycan dövləti zərərçəkmiş vətəndaşlara öz maddi yardımını göstərdi, 7 mindən çox fərdi ev ancaq Balakən rayonunda dövlət hesabına tikilmişdir, 2 mindən çox ev əsaslı təmir edilmişdir. Yəni, bu, hesab edirəm ki, bir göstəricidir. Çünki ağır vəziyyətə düşən soydaşlarımızın problemlərinin həlli üçün dövlət öz dəstəyini əsirgəmədi və bu gün Balakən rayonunda sosial-iqtisadi inkişaf yaxşı səviyyədədir.

"ABAD Mərkəz”in yaradılması da bunun bariz nümunəsidir. Bu, sayca ikinci "ABAD Mərkəz”dir. Birincisi Masallıda yaradılıb, ikinci isə Balakən rayonunda. Bu mərkəzin fəaliyyəti nəticəsində minlərlə insan işlə təmin olunacaq, özünüməşğulluq proqramı sürətlə icra ediləcək. Mən bu barədə artıq bütün müvafiq tapşırıqları vermişəm ki, növbəti illərdə özünüməşğulluq proqramı Azərbaycanda geniş vüsət almalıdır, dövlət isə, öz növbəsində, bu şəraiti yaradır.

Mənə verilən məlumata görə, Balakən rayonunda vətəndaşlara 12 konteyner təqdim edilib və o konteynerlərdə indi artıq məhsul istehsal olunur. Bax, bu mürəbbələr sizin məhsulunuzdur, gözəl qablaşdırılıb və həm daxili bazara çıxarılır, həm də xarici bazarlara çıxarılacaq”, - dövlət başçısı əlavə edib.

Prezident paketlənmiş quru xurma məhsulunun xarici bazarlara çox böyük çıxış imkanının olduğunu vurğulayıb: "Eyni zamanda, bu gün mənə daha bir gözəl layihə haqqında məruzə edildi, əvvəllər də məruzə edilmişdi. Bu, indi sizin gördüyünüz paketlənmiş quru xurma məhsuludur ki, bunun da xarici bazarlara çox böyük çıxış imkanı var və indi bir çox ölkələrdən sifarişlər verilib. Bu istehsal geniş vüsət alacaq və nəinki Balakən rayonunun, bütün ətraf rayonların xurması, yəni, bazara çıxarılmayan xurma məhsulu buraya gətiriləcək, emal olunacaq və belə gözəl şəkildə xaricə ixrac ediləcək. Vətəndaşlar yaxşı pul qazanacaqlar, ölkəmizə valyuta gələcək və eyni zamanda, bu, xurma istehsalının inkişafına növbəti təkan verəcəkdir.

Ona görə "ABAD Mərkəz”in yaradılması Azərbaycanda sosial xidmətlər sahəsində aparılan islahatların nəticəsidir. Bilirsiniz ki, bir neçə il əvvəl Azərbaycanda "ASAN xidmət” mərkəzləri yaradıldı. İndi bu mərkəzlərə 16 milyon 500 min müraciət olunmuşdur. Növbəti mərhələdə "ASAN Kommunal” və "ABAD” ailə biznesinə dəstək mərkəzlərinin, - ikinci mərkəz burada açılır, - əlbəttə ki, sahibkarlığın, qeyri-neft sektorunun inkişafına çox böyük müsbət təsiri olacaq və Balakən rayonunun sosial-iqtisadi inkişafı, ixrac potensialı böyük dərəcədə artacaq.

İndi siz yaxşı bilirsiniz ki, biz ölkəmiz üçün ənənəvi olan kənd təsərrüfatı sahələrini bərpa edirik. Bu bölgənin imkanları, iqlim şəraiti və ənənələri nəzərə alınır. Bölgədə çox geniş vüsət alan sahələr fındıqçılıqla, baramaçılıqla, tütünçülüklə bağlıdır. Siz – burada yaşayan insanlar yaxşı görürsünüz ki, son bir-iki il ərzində bu sahədə çox böyük artım var və bu, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına birbaşa müsbət təsir göstərir. Bir il ərzində Balakən rayonunda 2 min 200 hektarda yeni fındıq bağları salınıb və bağların sahəsi 7 min hektara çatıbdır. Ancaq növbəti illərdə əlavə minimum 3 min hektarda fındıq bağları salınacaq və bütün bunlar dövlət hesabına olan məsələlərdir. Yəni, dövlət lazım olan tingləri gətirir, suvarma işlərini təşkil edir, kəndlilərə şərait yaradır ki, onlar bu ağaclara qulluq edərək öz maddi vəziyyətlərini daha da yaxşılaşdırsınlar və xaricə valyuta gətirən məhsullar çıxara bilsinlər”.

17 May 2024 “Usta mənəm”
17 May 2024 Paşinyanı Azərbaycanın əli ilə devirmək istəyirdilər-Yunus Oğuz
17 May 2024 Fitso yaşam mübarizəsi aparır, böyük itkidir - Orban
17 May 2024 “Coffeeshop”larda valideynləri olmayan 14-15 yaşlı uşaqlar çalışır”
17 May 2024 Sürücüdən tələb edilən sənədlərin çoxluğu müzakirə yaratdı - Video
17 May 2024 "Kimsə bizə qadağa qoya bilməz" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
17 May 2024 10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - VİDEO
17 May 2024 Rusiyanı sülhə məcbur etməliyik - Zelenski
16 May 2024 ""Başlıq parası" öz əhəmiyyətini itirib" - MÜNASİBƏT BİLDİRİLDİ
16 May 2024 Türkiyənin Qırğızıstana sement məhsulları ixracının həcmi açıqlandı
16 May 2024 Onlardan bizə gələn səs başlarına dəysin - Tural Abbaslı
16 May 2024 "İstehsal etdiyim məhsullarla bağlı mənfi fikir səsləndiriləcəyini gözləyirdim" -İş adamı Fəxrəddin Fərhadov
15 May 2024 Bəzi restoranlar müştərilərə sadə çay vermirlər VİDEO
15 May 2024 Azərbaycanda yeni zeytun yağı emalı zavodu inşa ediləcək
15 May 2024 Bölgəmiz seçim qarşısında: Kənar güclər çox fəallaşıb
15 May 2024 Ərdoğan Hitlerdən danışdı: Onu da eyni aqibət gözləyir
15 May 2024 Kiberfırıldqqçılıqdan qorunmağın yolları NECƏ OLMALIDIR? - MÜTƏXƏSSİS AÇIQLADI
15 May 2024 "Faktiki olaraq minalanmış xəritələr Azərbaycana verilməyib" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
15 May 2024 Danimarkada Nikola etiraz edən ermənilərin sayı - Video
15 May 2024 Ərdoğana qarşı oyun qurmağa çalışanlar... - Yerliqaya
15 May 2024 Ət niyə ucuzlaşmır? VİDEO
14 May 2024 Hayları fəlakətə sürükləyən MARİONET – TƏHLİL
14 May 2024 Azərbaycanda şəkər BAHALAŞA BİLƏR VİDEO
14 May 2024 İlham Əliyev: "Azərbaycan xalqının böyüklüyü bir daha 1993-cü ildə özünü göstərdi" -ŞƏRH
14 May 2024 Xəzərdə suyun azalması çimərliklərə təhlükə yaradır? VİDEO
14 May 2024 "ABŞ dünyada yeni işğalçılığın klassik formasını yaradıb" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
13 May 2024 "Heç kim İslam dinini qəbul etməyə məcbur edilə bilməz" - MÜNASİBƏT BİLDİRİLDİ
13 May 2024 "Heydər Əliyevin doğum günündə ilk Şuşa sakinlərinin geri qayıtması rəmzi məna daşıyır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
13 May 2024 Asan yolla qazanc vədinə aldandı, böyük məbləğdə pulundan oldu - Xaçmaz sakini şikayətçidir VİDEO
12 May 2024 Kamaləddin Qafarov: “Bu gün Şuşanın yeni tarixi yazılır”