Son xəbərlər

 


Müdafiə nazirimiz Zakir Həsənov Rusiya mətbuatına verdiyi müsahibədə əslində ermənilərin arxasında kimin durduğuna tam aydınlıq gətirdi.

 

Bu sözləri Axar.az-a açıqlamasında keçmiş dövlət müşaviri Qabil Hüseynli Müdafiə naziri Zakir Həsənovun “RİA Novosti” agentliyinə verdiyi geniş müsahibəsini şərh edərkən deyib. O bildirib ki, Zakir Həsənov bu müsahibəsində Ermənistanın işğalçı siyasətini ortaya qoydu:

“Cənab Zakir Həsənov bu müsahibədə bir çox həqiqətləri tam çılpaqlığı ilə dedi. O, ordumuzun potensialı haqqında məlumat verdi və bildirdi ki, Azərbaycan Ordusu Ermənistan ordusundan 50 qat güclüdür. Bu, xüsusilə Azərbaycanın son zamanlar “İsgəndər” raketləri ilə təhdid edilməsinə verilən ən tutarlı cavablardan biri idi. Haqlı olaraq müdafiə nazirimiz qeyd etdi ki, biz “İsgəndər” raketləri yerindəcə məhv edə bilərik”.

Politoloq vurğulayıb ki, Müdafiə naziri Zakir Həsənovun Aprel savaşında Rusiya rəsmilərinin təmaslarını diqqətə çatdırması çox önəmli bir mesaj idi:

“General Zakir Həsənov Rusiyanın Müdafiə naziri Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Aprel döyüşləri zamanı Bakıya zəng etməsindən danışdı. Əslində, Zakir Həsənov hər şeyi öz adıyla dedi və bununla bəyan etdi ki, Rusiyanın müdaxiləsi olmasa, Azərbaycan 3 günə öz ərazi bütövlüyünü təmin edə bilər. Bu, həm Rusiyaya, həm də bütün dünyaya verilən bir mesajdır. Ermənilərin işğalçı siyasətinin arxasında kimlərin durduğu bir daha və açıq mətnlə ortaya qoyuldu”.

Qeyd edək ki, Müdafiə naziri, general Zakir Həsənov “RİA Novosti” agentliyinə geniş müsahibə verib. Nazirin xarici mediaya bu ilk geniş müsahibəsində toxunduğu məqamlar böyük əks-səda doğurub.

18 May 2024 İsfəndiyar Axundov və oğlunun polislər tərəfindən saxlanılması xəbərı doğru deyil
17 May 2024 “Usta mənəm”
17 May 2024 Paşinyanı Azərbaycanın əli ilə devirmək istəyirdilər-Yunus Oğuz
17 May 2024 Fitso yaşam mübarizəsi aparır, böyük itkidir - Orban
17 May 2024 “Coffeeshop”larda valideynləri olmayan 14-15 yaşlı uşaqlar çalışır”
17 May 2024 Sürücüdən tələb edilən sənədlərin çoxluğu müzakirə yaratdı - Video
17 May 2024 "Kimsə bizə qadağa qoya bilməz" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
17 May 2024 10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - VİDEO
17 May 2024 Rusiyanı sülhə məcbur etməliyik - Zelenski
16 May 2024 ""Başlıq parası" öz əhəmiyyətini itirib" - MÜNASİBƏT BİLDİRİLDİ
16 May 2024 Türkiyənin Qırğızıstana sement məhsulları ixracının həcmi açıqlandı
16 May 2024 Onlardan bizə gələn səs başlarına dəysin - Tural Abbaslı
16 May 2024 "İstehsal etdiyim məhsullarla bağlı mənfi fikir səsləndiriləcəyini gözləyirdim" -İş adamı Fəxrəddin Fərhadov
15 May 2024 Bəzi restoranlar müştərilərə sadə çay vermirlər VİDEO
15 May 2024 Azərbaycanda yeni zeytun yağı emalı zavodu inşa ediləcək
15 May 2024 Bölgəmiz seçim qarşısında: Kənar güclər çox fəallaşıb
15 May 2024 Ərdoğan Hitlerdən danışdı: Onu da eyni aqibət gözləyir
15 May 2024 Kiberfırıldqqçılıqdan qorunmağın yolları NECƏ OLMALIDIR? - MÜTƏXƏSSİS AÇIQLADI
15 May 2024 "Faktiki olaraq minalanmış xəritələr Azərbaycana verilməyib" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
15 May 2024 Danimarkada Nikola etiraz edən ermənilərin sayı - Video
15 May 2024 Ərdoğana qarşı oyun qurmağa çalışanlar... - Yerliqaya
15 May 2024 Ət niyə ucuzlaşmır? VİDEO
14 May 2024 Hayları fəlakətə sürükləyən MARİONET – TƏHLİL
14 May 2024 Azərbaycanda şəkər BAHALAŞA BİLƏR VİDEO
14 May 2024 İlham Əliyev: "Azərbaycan xalqının böyüklüyü bir daha 1993-cü ildə özünü göstərdi" -ŞƏRH
14 May 2024 Xəzərdə suyun azalması çimərliklərə təhlükə yaradır? VİDEO
14 May 2024 "ABŞ dünyada yeni işğalçılığın klassik formasını yaradıb" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
13 May 2024 "Heç kim İslam dinini qəbul etməyə məcbur edilə bilməz" - MÜNASİBƏT BİLDİRİLDİ
13 May 2024 "Heydər Əliyevin doğum günündə ilk Şuşa sakinlərinin geri qayıtması rəmzi məna daşıyır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
13 May 2024 Asan yolla qazanc vədinə aldandı, böyük məbləğdə pulundan oldu - Xaçmaz sakini şikayətçidir VİDEO