Son xəbərlər

 

Litva Respublikası kommunikasiyaların açılması kontekstində Rusiya Federasiyasının Kalininqrad vilayətinin tranzit sxemi çərçivəsində dəfələrlə öz təcrübəsini həm İrəvan, həm də Bakı ilə bölüşüb.

 

Axar.az xəbər verir ki, bu sözləri Litvanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Andrius Pulokas erməni mediasına açıqlamasında deyib.

O bildirib ki, Litva və Ermənistan coğrafi baxımdan oxşardır.

Səfir Ermənistanla Azərbaycan arasında mümkün kommunikasiyaların açılması imkanlarını və eyni kontekstdə Litva və Rusiya Federasiyasının mövcud təcrübəsini müqayisə edərək qeyd edib:

“Rusiya Federasiyasının Kalininqrad vilayəti Azərbaycanın Naxçıvan Muxtar Respublikası kimi eksklavdır və ölkənin əsas ərazisi ilə rabitəsi vacibdir. Litvanın AB-yə daxil olması bu sahədə də həlledici rol oynadı. AB, Litva və Rusiya "Kalininqrad tranziti" adlandırılan sxem üzrə razılığa gəliblər və indi, hətta Rusiyanın Ukraynadakı müharibəsi kontekstində belə, materik Rusiya və Kalininqrad vilayətinin sakinləri Litva ərazisindən keçirlər”.

Bu kontekstdə səfir AB-nin Rusiya Federasiyası ilə razılaşmaların əldə edilməsində rolunu vurğulayıb.

Səfir Poulokas qeyd edib ki, tərəflər (Rusiya və Litva) iki əsas mühüm komponentdə razılığa gələ biliblər: Litvanın öz ərazisinə tam nəzarəti və lazımsız maneələr olmadan tranzit zamanı səyahətçilər üçün maksimum rahatlıq:

“Düşünürəm ki, bu sadələşdirilmiş tranzit modelinin bəzi elementləri insanların Ermənistan ərazisindən keçməsinin tənzimlənməsində faydalı ola bilər. Axı bu, Avropa təcrübəsi və uğurlu modeldir”.

Azərbaycanın dəhliz tələbi və "dəhliz" sözdən Ermənistanın narahat olmasına gəlincə, səfir bildirib:

“Ritorikaya gəlincə, biz onun əhəmiyyətini başa düşürük və “dəhliz” terminindən “tranzit” termininə üstünlük veririk. Axı biz 21-ci əsrdə yaşayırıq”.

17 May 2024 “Laçının 28 illik işğalı dönəmi AXC-Müsavat xəyanətinin nəticəsidir” - ŞƏRH EDİLDİ
17 May 2024 “Əli Kərimli iddia etdiyi kimi ciddi bir siyasət adamıdırsa…” - RƏY BİLDİRİLDİ
17 May 2024 Məşhur aparıcı qızına görə AzTV-dən getdi
17 May 2024 Tiflis yanır, İrəvan yanır, Bakı isə... - Klaçkov
17 May 2024 Mehdi Xəlilbəyli Bakıda həbs olundu
17 May 2024 Blinken Slovakiya XİN rəhbəri ilə danışdı: Fitsoya hücum...
16 May 2024 Dönər alarkən bunlara diqqət etmək lazımdır
16 May 2024 Güllər kül oldu... - Video
16 May 2024 Güllələnən baş nazir süni koma vəziyyətinə salındı
16 May 2024 Bu ölkələr İsraildən ona görə qorxur ki... - Fidan
15 May 2024 Çevriliş ehtimalı: Rusiya Ərdoğana yenə dəstək verir?
15 May 2024 Azərbaycanda heç vaxt belə qarşıdurma olmayıb - Prezident
15 May 2024 Slovakiyanın baş naziri güllələndi - Video
15 May 2024 Fitsonun güllələnməsi görünməmiş təhlükədir - Pelleqrini
15 May 2024 Slovakiya parlamenti Fitsoya görə təcili toplanır
15 May 2024 Elşad Miri: “Allahın olmadığına inanmaq...”
15 May 2024 Paytaxtda sürücü atı maşının arxasına bağlayıb yol boyu apardı - VİDEO
15 May 2024 Qərbin “qorxduğu” Belousov buna görə gətirildi - Teleqraf
15 May 2024 Rus general Xocalıda danışdı: Hədəfə çatdıq!
15 May 2024 Samir Nuriyev İqor Petrişenko ilə görüşdü
15 May 2024 İsrail Qəzzadan sonra bura göz dikəcək – Ərdoğandan şok
15 May 2024 ABŞ-ın “yaşıl” oyunu: elektromobilləri ikiqat bahalaşdırdı
15 May 2024 Bu, Azərbaycanın tələbi deyil - Zaxarova
15 May 2024 Kərim Vəliyev rus sülhməramlılara təşəkkür etdi
15 May 2024 Gürcü, erməni etiraz edir: Bəs, biz niyə etmirik?
15 May 2024 Putin Qarabağa göndərdiyi generalı təltif etdi
15 May 2024 Zəngəzur üçün nümunə: “Kalininqrad modeli” nədir?
15 May 2024 "Aparıcıların IQ-sü yoxdur"
15 May 2024 Zelenski iki ölkəyə səfərini ləğv etdi
15 May 2024 Türkiyədə dövlət çevrilişi cəhdi... - Rusiyadan baxış