Bu gün Azərbaycan enerji keçidi üzərində fəal işləyir, o, ev sahibliyi edəcəyi COP29-a hazırlaşır, bununla yanaşı ölkənin öz enerji keçid proqramı var.
Axar.az-ın Report-a istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov Gürcüstanın paytaxtında Asiya İnkişaf Bankının (ADB) 57-ci illik toplantısı çərçivəsində keçirilən “Transformasiya üçün iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində nəticələrin əldə edilməsi” adlı seminarda bildirib.
Onun sözlərinə görə, bu proqram 2030-cu ilə qədər istehlak olunan enerjinin 30%-ni bərpa olunan enerji mənbələrindən istehsal etmək məqsədi daşıyır.