Son xəbərlər

 

Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır

     Nəqliyyat infrastrukturu tarixin bütün dövrlərində hər bir dövlət üçün böyük əhəmiyyət daşıyıb. İqtisadiyyatın və ticarətin inkişafı həmişə yolların rəvanlığından asılı olub. Sovet İttifaqı vaxtilə dünyanın ən böyük ölkəsi idi və ərazisi Avropa qitəsindən başlayaraq uzaq Şərqdə bitirdi. Bu böyük əraziyə nəzarət etmək, təhlükəsizliyini təmin etmək, əyalətlərlə mərkəzi birləşdirmək, regionların əlaqəsini yaratmaq və iqtisadi səmərə götürmək üçün Baykal-Amur Magistralı (BAM) kimi dəmir yoluna böyük ehtiyac olub. Baykal-Amur Magistralı bu günədək dünyada həyata keçirilən ən böyük nəqliyyat layihələrindən biridir. Bu dəmir yolunun tikintisinə ötən əsrin əvvəllərində başlanılıb və demək olar ölkənin bütün ərazisindən keçərək SSRİ kimi nəhəng bir dövlətin Sakit okean sahillərinə çıxışını təmin edib. Sibiri Sovet İttifaqının mərkəzi və Qərb regionları ilə birləşdirən bu dəmir yolunun tikintisi heç də asan olmayıb. Dəmir yolu indiki kimi yeni texnologiyaların, müasir texniki avadanlıq və maşınların olmadığı zamanlarda, yalnız insan təfəkkürünün və əməyinin gücü ilə inşa edilib. Bu nəhəng infrastrukturun həyata vəsiqə almasında mühüm rol oynayan xalqımızın Ümummilli Lideri Heydər Əliyev 1999-cu ilin iyulunda BAM-ın 25 illiyinin qeyd olunması üçün yaradılmış Təşkilat Komitəsinə yazdığı məktubda bildirmişdi: “Mənim xatirimdə BAM mənən güclü, böyük işlərə qadir insanları birləşdirən bir tikinti kimi qalmışdır. Biz fəxr edirik ki, bu magistralın tikintisində Azərbaycanın bir çox nümayəndələri iştirak etmiş, onlar digər obyektlər sırasında Ulkan şəhərini də salmışlar. BAM tayqa, yolsuzluq və daimi donuşluq şəraitində işləmiş insanların, dostluq və qardaşlıq amallarına sadiq insanların mərdlik və dəyanətinin nümunəsi kimi tarixdə həmişəlik qalacaqdır”.

     Məlum olduğu kimi BAM uzun bir tarixçəyə malikdir. Onun əvvəli Trans-Sibir dəmiryoluna gedib çıxırdı. Hələ Sovet dövlətinin ilk onilliklərində Sibir və uzaq Şərq ərazilərini mənimsəmək, onun sərvətlərinin əldə edilməsinə və istifadəsinə nail olmaq, ölkənin Şərq və Cənub-Şərq ərazilərini hərbi-strateji cəhətdən möhkəmləndirmək məqsədi belə nəhəng magistralın tikintisini vacib edirdi. Lakin o dövrdə bu məqsədə nail olmaq üçün imkanlar məhdud idi. Sovet dövləti həmin planları reallaşdırmağa 70-ci illərdə özündə güc tapdı. BAM-ın tikintisinə 1974-cü ildə başlanır. İqtisadi, siyasi və hərbi strateji əhəmiyyət kəsb edən bu magistralın tikintisinin on il davam etdirilməsi və 1980-ci illərin ortalarında təhvil verilməsi planlaşdırılırdı. İlk illərdə bu nəhəng tikilinin ehtiyaclarını təmin etmək üçün Sovetlər İttifaqının bütün gücü səfərbər olunur. Miqyasının və əhəmiyyətinin nəhəngliyinə görə dünyanın ən nəhəng tikintiləri ilə müqayisə olunan BAM-da 3150 kilometr dəmiryolu çəkilməsi, minlərlə körpünün, stansiyaların tikilməsi, şəhər və qəsəbələrin salınması nəzərdə tutulurdu.

     1982-ci ilin axırlarında hakimiyyətə gəlmiş Andropov və onun komandası digər məsələlərlə yanaşı BAM-ın tikintisini də vacib və strateji sahə kimi uğurla aparmaq və başa çatdırmaq əzmində idi. Bu ağır sahəyə rəhbərlik nüfuzlu, təsərrüfatçılıq sahəsində böyük bir təcrübəyə malik olan Heydər Əliyevə tapşırılır. Magistral boyu səfər edən Heydər Əliyev Severomuysk tunelinin qazılması zamanı yeraltı çayın üzə çıxdığını öyrənir və dəmir yolunun bu ərazidən yan keçməsi fikrini irəli sürərək hazırladığı məruzədə bunu əsaslandırır. Heydər Əliyev məruzədə nəzərə çatdırır ki, tunelin inşasının davam etdirilməsi dövlətə böyük məbləğdə maliyyə itkisinə başa gələcək və nəticədə dəmir yolunun tikintisi sonu görünməyən vaxtadək uzanacaq. Fitri istedad sahibi olan və uzaqgörən dövlət xadimi Heydər Əliyevin irəli sürdüyü təşəbbüs Siyasi Büroda müzakirəyə çıxarılır, onun haqlı olduğu bildirilir və təklif qəbul edilir.

     Dəmir yolunun tikintisi gedən əraziyə 10 gündən çox davam edən ezamiyyəti zamanı Heydər Əliyev rezin çəkmədə qurşağa kimi suyun və palçığın içinə girərək sadə fəhlələrlə görüşür, onlara ruh verirdi. Sovet dönəmində sadə adamların dövlətin yüksək səviyyəli rəhbərləri ilə belə görüşlərinə çox nadir hallarda rast gəlinirdi. Saatlarla hərbi vertolyotla sahədən-sahəyə baş çəkən Heydər Əliyev səhra şəraitində müşavirələr keçirir, işin gedişinə ciddi nəzarət edir, tövsiyə və tapşırıqlar verirdi.

      2008-ci ildə BAM-ın 210-cu kilometrliyində yerləşən Anqoy stansiyası yenidən təmir edildi və ona Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı verildi. Ulkan və Anqoy qəsəbələrini Heydər Əliyevin azərbaycanlılardan ibarət formalaşdırdığı tikinti briqadaları inşa edib və magistral boyu salınan qəsəbələrdən 2 ay tez təhvil verilib.

     Uzunluğu 4324 kilometr olan bu dəmir yolunun tikintisində 2 milyondan artıq insan iştirak edib, 2230 körpü, 8 tunel, 200 dəmir yolu stansiyası inşa olunub. Bu gün Rusiya Federasiyasının iqtisadi inkişafında əhəmiyyətli rol oynayan Sibir və Uzaq Şərqin təbii resursları məhz bu dəmir yolu ilə mərkəzi və Qərbi Rusiyaya, eləcə də xarici dövlətlərə ixrac edilir. Rusiyanın əsas neft-qaz yataqları, meşə və balıqçılıq, heyvandarlıq təsərrüfatları bu magistral boyunca yerləşir ki, bunların da daşınmasında, ixracında, eləcə də yerli xalqların maliyyə və sosial vəziyyətinin inkişafında BAM çox böyük rola malikdir. Bu magistralla ildə təxminən 180 milyon ton yük daşınır.

     Rusiyanın vaxtilə insan ayağı dəyməyən, ucu-bucağı görünməyən əyalətlərində BAM hesabına bu gün müasir şəhərlər yaradılıb. Bu yol Rusiyanın tranzit sahəsində də inkişafına böyük təkan verib. Çin, Koreya Respublikası, Vyetnam, Hindistan və digər cənub Şərqi Asiya və Orta Asiya dövlətləri Avropa ilə ticarət əlaqələrini məhz BAM vasitəsi ilə qurublar. Rusiya mətbuatının yazdığına görə 2030-cu ilədək BAM daha 3,5 min kilometr uzadılacaq, yeni stansiyalar tikiləcək. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin BAM-ın tikintisindəki rolunu yüksək qiymətləndirən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin deyib: “Sovet İttifaqında çox nəhəng tikinti olan BAM Heydər Əliyevin adı ilə bağlıdır”.

 

Əliyev İlqar,

Salyan Rels Qaynaqlama Sahəsinin rəisi

03 May 2024 "Ulu Öndər bütün gücünü milli intibahımıza yönəltdi" - MÜNASİBƏT BİLDİRİLDİ
03 May 2024 "Multikultural dəyərlər bu xalqın qanında və canındadır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
03 May 2024 Lukaşenko nazirə yer qazdırdı: Axtar... - Video
03 May 2024 Ucarda pambıq emalı müəsisəsinin fəaliyyəti şəhər sakinlərini narahat edir VİDEO
03 May 2024 “KQB” agentlərinin adının açıqlanması yenidən gündəmdə
03 May 2024 Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bu məkan həm də “QAN BANKI” adlandırılıb
02 May 2024 Şeyx delimitasiyaya xeyir-dua verdi
02 May 2024 Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam
02 May 2024 Tarix yazan sərkərdə
01 May 2024 Düşmənlər silahlarımızın qarşısında titrəyir - Medvedyev
01 May 2024 Lukaşenko Rusiyada dəbdəbəli iqamətgah tikdirir
01 May 2024 Prezident Zuhair Əlhartini qəbul etdi
30 Aprel 2024 Cəlilabad rayon “hərbi komissarlığında” ŞOK ÖZBAŞINALIQ… -Vətəndaş şikayət edir…
30 Aprel 2024 Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO
30 Aprel 2024 Bakı sakinləri Paşinyanın devrilməsini istəyirmi? - ŞOK CAVABLAR
30 Aprel 2024 İstənilən halda bu əməliyyat olacaq - Netanyahu
30 Aprel 2024 İlham Əliyev ABŞ rəsmilərini qəbul etdi
30 Aprel 2024 Azərbaycanda ada turizmi niyə inkişaf etməyib? - ARAŞDIRMA
30 Aprel 2024 Qardaş ölkədə dollar ucuzlaşdı
30 Aprel 2024 Jerar Depardye sərbəst buraxıldı
29 Aprel 2024 "Başkəndin strateji əhəmiyyəti var, sizin YOXDUR!" - Tural Abbaslıdan Musabəyova SƏRT CAVAB! - VİDEO
29 Aprel 2024 Toyuq ətinə tələbat kəskin artdı: bahalaşma olacaq?
29 Aprel 2024 "Azərbaycan-Qırğızıstan əlaqələri güclənməkdə davam edir" - MÜNASİBƏT BİLDİRİLDİ
29 Aprel 2024 "Yaşlı insan gəncə nümunə olmalıdır ki, gənc də ona hörmət etsin" - EKSPERT TƏNQİD ETDİ
29 Aprel 2024 Taksi ödənişini kartla, yoxsa nağd ödəməliyik? - MÜNASİBƏT BİLDİRİLDİ
29 Aprel 2024 Rasim Musabəyovun açıqlaması müzakirə yaratdı - Video
28 Aprel 2024 Vet.Dr.Təbriz Abdullazadə: "Bu baxımdan baytarlıq təkcə heyvanlar üçün deyil, insan, ətraf mühit və qida sağlamlığının qorunmasında həyati əhəmiyyət kəsb edən bir peşədir."
26 Aprel 2024 Cəsarət Əhmədov: “İnsan var ki, cəmiyyətin adamı olur, insan var ki, dövlətin adamı olur, insan var ki, Allahın adamı olur” - VİDEO
25 Aprel 2024 Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
25 Aprel 2024 Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ