Son xəbərlər

Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçirilən görüşün hər nə qədər iqtisadi xarakter daşıdığı bildirilsə də, bu təmasların Azərbaycan əleyhinə yönəldiyi, konkret olaraq Cənubi Qafqazda sülhə ciddi zərbələr vurduğu sirr deyil.

Register to read more...

Azərbaycanda taksi sifarişi operatorları ilə işləyən taksi minik avtomobillərinə taksometrin quraşdırılmasına ehtiyac yoxdur.

Register to read more...


Bu günlərdə redaksiyamıza məlumat daxil oldu ki, Paytaxtın Xətai rayonu ərazisində, Məhəmməd Hadi küçəsi – 183 ünvandakı yaşıllıq zolağında çoxsaylı ağaclar kəsilib. Çəkiliş qrupumuz qeyd olunan ünvanda olub və baş verənləri əks etdirən görüntüləri video-qeydə alıb: Bəzi ağacların qabığını soyublar və bu əməl onların tezliklə qurumasına hesablanıb. Guya təmizlik işi aparırlar. Ərazini dəmir təbəqə ilə hasarlayıblar, arxasında – ağacları qırdıqları yerdə daş hörürlər.
Ümumiyyətlə, Xətai rayonunda yaşıllıqların məhv edilməsi və yerinin obyektaltı istifadə üçün satılması çoxdandır ki davam edir. Xüsusilə də cənab Rafiq Quliyev 2019-cu ilin sonunda Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə irəli çəkiləndən sonra bu mənfi tendensiya daha da dərinləşdi. Məhv edilən yaşıllıqların yerində çay evləri, kafelər, avto-yuma məntəqələri yağışdan sonra çıxan göbələk kimi artmağa başladı. Əslində isə, Rafiq Quliyevin adı rayon ərazisində torpaq sahələrinin qanunsuz olaraq satılmasında hələ xeyli əvvəldən, RİH başçısının birinci müavini vəzifəsində işlədiyi 2013-cü ildən hallanmağa başlamışdı. Xatırladaq ki, Razim Məmmədovun Xətai rayonuna rəhbərliyi dönəmində səkiyə, qaz borularının üstünə, yüksək gərginlikli elektrik xətlərinin altına illərlə əziyyət çəkilərək əkilib becərilən ağacların olduğu əraziyə müxtəlif məqsədli kommersiya obyektlərinin tikintisi üçün çoxlu sayda sərəncamlar verilib. Bu tip məsələlər məhz başçının I müavini Rafiq Quliyevin nəzarətində olub. Yəni həmin Sərəncamlara təşkilatçılığı Rafiq Quliyev edib və bu sayaq işlər onu oliqarxa çevirib.
Məlumatlarda qeyd olunur ki, Xətai RİH-nin sabiq başçısı Razim Məmmədov axır-axırlarda Rafiq Quliyevin rayondakı öz obyektləri barədə ona çatmış informasiyanı dəqiqləşdirmək üçün ərazidə gəzintiyə çıxıbmış. Gördüklərindən heyrətə gəlib və birinci müavini ilə sözü çəpləşibmiş. Çünki aşkar etdikləri onun təxminlərini, məqbul saydığı kəmiyyətləri çox-çox üstələyib. Özü də Rafiq Quliyevin obyektlərində necə deyərlər, “kəsilən başa sorğu-sual yoxdur”. Doğru-dürüst vergi ödəmirlər, əmək qanunvericiliyinin tələblərini pozurlar, qonşuluqda yaşayan sakinləri səs-küylə narahat edirlər. Şikayətlər, narazılıqlar ortaya çıxanda da Rafiq Quliyevin pulyığanı – Xətai MKTB-nin rəis müavini İntiqam Cümşüdov və digər qoçular qabaqlayıcı tədbir görərək, şikayətlərin ünvanlandığı hüquq-mühafizə və cinayət təqibi orqanlarına zəng vurub işləri “qaydasına” qoyurlar. Onu da deyirlər ki, Rafiq Quliyevin təbii ki, öz adına rəsmiləşdirmədiyi kommersiya obyektlərinin çoxu qohumlarının adınadırsa, ən səs-küylüləri İntiqamın bacısı Afət xanımın adınadır.
Lakin, sabiq başçı hər şeyin fərqinə varanda artıq gec idi – Rafiq Quliyev onun kreslosuna yiyələnmək üçün qabaqcadan tədarük görmüşdü. Həmin ərəfələrdə mübahisələrinin şahidi olan digər aşağı vəzifəli şəxslər məhrəm məclislərdə bu mövzuda lətifəyə bənzər əhvalatlara danışır, onların qovğalarını Kərbəlayi İsmayılla Qəmlonun danışığı ilə müqayisə edirlər. Hərçənd, Qəmlo boynundan zəncirlə asdığı miniatür Qurana and içirdisə, deyilənə görə Rafiq Quliyev üstündə gəzdirdiyi “erməni gülləsinə” and içir. Dolaşan söhbətlərə görə, zəncirdən asdığı həmin güllə saxtadır, daha doğrusu, heç də onu yaralayan erməni gülləsi deyil, sonradan əldə edilib. Yeri gəlmişkən, Rafiq Quliyev yalan-gerçək I Qarabağ müharibəsi veteranı olmasından, güllə yarası almasından indiyədək çox istifadə eləyib. Elə indi də II Qarabağ müharibəsinin gənc qazilərini qabağa verir, bir çox obyekt yerlərini onların adı ilə satdırır. Bilir ki, cəmiyyət qazilərə müəyyən mənada güzəşt edəcək. O ki qaldı Bakı şəhər rəhbərliyinə, ŞİH ondan bu məsələlərlə bağlı hesabat tələb edəndə kabinet söhbətlərində deyir ki, “neyləyim, irad tuturlar ki, sən özün qocaman veteran ola-ola, gənc veteranlara güzəşt eləmirsən, qeyrətimə boğuluram”.
Göründüyü kimi, adamın bu sahədə on ildən artıq təcrübəsi var, tam ixtisaslaşıb. Ona görə də bəzən hətta iri-iri torpaq sahələrini satanda heç Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla da hesablaşmağın vacibliyini də nəzərə almır.
Rafiq Quliyev “xeyir-dua” verəndən sonra ortada umulan təmənnadan Bakı şəhərində yaşıllıqların, bitkilərin mühafizəsinə cavabdeh olan Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyi Bitki mühafizəsi şöbəsinin rəisi Şaiq Vəliyevə də pay çatır. Birliyin əməkdaşlarının tələm-tələsik üzərində budama əməliyyatı apardıqları ağaclar çox keçmədən kəsilir və kəsilən ağacların hesabına boşalan ərazidə ayrı-ayrı şəxslər tərəfindən yeni obyektlər tikilir. Məlum olur ki, “budama” əməliyyatı elə ağacların kəsilməsi və yerinin qabaqcadan sövdələşmə aparılan adamlara, əsasən tikinti şirkətlərinə satılması üçün zəmin hazırlamaq məqsədi daşıyırmış.
Başçı ilə anlaşıb rayon ərazisində qanunsuz iş görənlər hətta qəfil iş başında yaxalansalar belə arxayındırlar ki, uzaqbaşı inzibati xətaya görə cərimələnəcəklər. Çünki Rafiq Quliyevin nüfuz etdiyi bütün əlaqədar qurumlar hər vəchlə çalışacaqlar ki, qanunsuz götürülən ağacların, yaşıllıqların həcmini cinayət tərkibi yaradacaq qədər, yəni yaşıllığa vurulan ziyanı külli miqdarda göstərməsinlər, Cinayət Məcəlləsinin 259-cu maddəsində nəzərdə tutulan cinayətin əlamətləri müəyyən edilməsin.
Mövzuya qayıdacağıq.

 
 
 
 

Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən 14 martda yayılmış məlumatda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam rayon Mənzil Kommunal İstismar Sahəsinin rəisi Valeh Abdullayevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin başlanıldığı göstərilirdi.

Məlumatda həmçinin qeyd edilir ki, əməliyyat-istintaq tədbirləri ilə Valeh Abdullayevin müxtəlif şəxslərin işlə təmin olunması, təqaüd yaşına çatanların işdən çıxarılmaması, faktiki olaraq işə gəlməyən şəxslərə əməkhaqqı verilməsinə şərait yaradılması, təmsil etdiyi qurumun balansında olan mənzillərin başqa şəxslərin istifadəsinə verilməsi və digər bu kimi qanunsuzluqlar müqabilində onlardan təkrarən rüşvət istəməsinə əsaslı şübhələr müəyyən edilib. Valeh Abdullayev tələb etdiyi pul vəsaitlərini vətəndaşlardan alarkən cinayət başında yaxalanıb.Sadalanan qanunsuz əməllər əməliyyat-axtarış tədbirləri zamanı qeydə alınan videogörüntülər, Valeh Abdullayevin xidməti otağına keçirilmiş baxış nəticəsində götürülmüş sənədlər və digər sübutlarla təsdiqini tapıb. Hazırda qeyd edilən qanunsuz əməllərin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi və digər halların yoxlanılması istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Maraqlıdır görəsən bu cinayət işində Valeh Abdullayevin qanunsuz əməlləri törətməsinə hər hansı formada iştirak etmiş rəhbəri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin rəisi Səbuhi Əhmədovun da adı keçirmi? Təbii ki, rüşvət verməkdə yox, mənzillərin başqa şəxslərin istifadəsinə verilməsinə şərait yaratdığına görə, rüşvət almağa təhrik etməyə görə.

Qeyd edək ki, Valeh Abdullayevin məhkəmənin qərarı ilə vəzifəsindən azad edilərək ev dustaqlığına buraxılması xəbərindən sonra bu günlərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədovun özü də gündəmə gəldi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Səbuhi Əhmədova İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimə yazıb. Bu maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır. Buna görə də vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.

Göründüyü kimi təzad təşkil edir. Kim daha çox rüşvət ala bilər, bir İstismar Sahəsinin rəisi, yoxsa sərəncamında onlarla istismar sahəsi olan Departament direktoru?

Qeyd edək ki, Səbuhi Əhmədov 2003-2006-cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru, daha sonra “Balaxanıneft” Neft Qaz Çıxarma İdarəsinin rəisi vəzifəsində çalışıb. Millət vəkili olmuş Rövşən Rzayevin 2018-ci ilin aprel ayında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin edilməsindən az sonra vəzifə başına gətirdiyi şəxslərdən biri də məhz Səbuhi Əhmədov olub.

Məlum olduğu kimi qaçqın və məcburi köçkün ailələrinin problemlərinin həlli daim dövlətimizin başçısı İlham Əliyev cənablarının diqqət mərkəzində olub. Ötən illər ərzində bu sahəyə ayrılan vəsaitləri və görülən işləri burada bir daha sadalamağa zənnimizcə ehtiyac yoxdur. Dövlətimiz artıq torpaqları geri alınmış məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə də kifayət qədər vəsait ayırır. Lakin bu işə birbaşa cavabdeh olan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Səbuhi Əhmədovun rəhbərliyi ilə sözügedən işləri həyata keçirmək adı altında dövlətin və qaçqınların malını talan etməklə məşğuldurlar.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədov xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlayaraq vətəndaşların pulunu ələ keçirməklə məşğuldur. Bununla bağlı elektron mediada kifayət qədər geniş məlumatlar var. Şikayətçilərdən biri yazır: “Guya Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində 13 nömrəli evdə 51 saylı mənzil mənə ayrıldı. Müqavilə tam rəsmi qaydada, dövlətin rəsmi qurumunun möhürü ilə təsdiqləndiyi üçün heç bir şübhəmiz olmadı. Sonradan belə bir hiylə ilə insanları aldatdıqlarına dair söz-söhbət dolaşdığı üçün sənədlərin kötüyünü yoxlamaq qərarına gəldik. Məlum oldu ki, bu şəxslər əvvəllər də bir neçə belə əməl törədib və barələrində tədbir görülür”. Səbuhi Əhmədov məcburi köçkünlər üçün tikilən binalardakı JEK rəisləri ilə birgə mənzilləri satmaqla, pul alıb kiməsə bağışlamaqla məşğul olur. Mənzillərin bölgüsündə baş verən qanunsuzluqların memarı da Səbuhi müəllimdir.

Bütün bunlar azmış kimi, Səbuhi Əhmədov qaçqınların hesabına daha çox qazanmaq üçün yollar arayıb. Və tapıb.
Belə ki, məcburi köçkünlər üçün tikilən binaların, şəhərciklərin ətrafını kənardan gələn, məcburi köçkün olmayan şəxslərə satıb. Yəni ticarət obyekti kimi işlətmək üçün kənar şəxslərə verib. Və həmin şəhərciklərdə ayaq basmağa yer qoymayıb. Şuşa şəhərciyində vətəndaşdan 40 kv metr bir yerdə iaşə obyektinin tikintisinə rəsmi qurumun möhürü ilə təsdiqlənmiş, Səbuhi Əhmədovun imzası ilə saxta sənəd verən vətəndaş ödədiyi 13 min manatı hələ ala bilmir. Səbuhi Əhmədov qaçqınlara yaşadıqları mənzillərin guya mülkiyyət kağızını düzəltmək adı ilə dövlət rüsumu kimi 5-10 min manat pul alıb. Yəni qaçqınları aldadıblar ki, mənzillər sizə qalacaq. Ancaq indi məlum olur ki, həmin mənzillər dövlət fonduna aiddir.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Mənzil İstismar Departamentinində büdcə pulları da direktor Səbuhi Əhmədovun ixtiyarındadır. Satınalmalar yolu ilə istədiyi istiqamə yönəldir, istədiyi şirkətlərə formal müqavilələr bağlayıb büdcə pullarını təyinatından kənarlaşdırır.

Dövlət Komitəsinin Mənzil İstismar Departamenti 2023-cü ildə 33 açıq tender daxil edib. Onlardan 31 açıq tenderin nəticələri barədə dövlət satınalmalarının vahid internet portalında məlumat yerləşdirilib. Bu tenderlərin böyük əksəriyyəti Sumqayıt şəhəri, Qaradağ, Abşeron, Ağdam, Füzuli, Bərdə, Goranboy, Şabran, Qaradağ, Qəbələ, Zaqatala, Balakən və Qazax rayonlarında salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin və mənzillərinin təmiri, binaların fasad üzlük daşları və dam örtüklərinin təmiri, fərdi yaşayış evlərinin, mənzillərin, blokların və dam örtüklərinin təmiri işləri, qəsəbədaxili küçələrin,həyətyani sahələrin,park ərazisinin və ətraf yaşıllıq sahələrinin işıqlandırılmasının təmiri işlərini görmək üçün keçirilib.Nədənsə bu sifarişləri də bir neçə ildir eyni şirkətlər, “Qarabağ Təmir-Tikinti”, “Tunel-Metro İnşaat”, “Turan.İ.O”, “Simmetriya”, “Baku Building” kimi MMC -lər görür.

Keçirilmiş tenderlərdən də göründüyü kimi dövlətimiz artıq torpaqları geri alınmış məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə kifayət qədər vəsait ayırır. Lakin bu işə birbaşa cavabdeh olan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti sözügedən işləri həyata keçirmək adı altında dövlətin və qaçqınların malını talan etməklə məşğuldurlar. Ötən yazılarımızın birində bu movzuya toxunmuşduq. Keçirilən tenderlərdə təmir olunacaq fərdi yaşayış evlərinin hansı qəsəbələrdə aparılması, evlərdə nə kimi təmir işlərinin görülməsi ictimaiyyətə nə üçün açıqlanmayıb,tenderlərin əsas şərtlər toplusunda qanunda göstərildiyi kimi niyə hər şey açıq göstərilməyib. Qanun isə görülən işlərin ünvanının və həcminin açıq şəkildə göstərilməsini tələb edir. Bunlardan əlavə, təmirin kimin evində aparıldığı, konkret ünvanı nə üçün ictimaiyyətə açıqlanmayıb? Kim zəmanət verə bilər ki, ayrılan bu vəsaitlər təmirli evlərin yenidən təmir olunmasına yönəldilərək silinməyib?

Göründüyü kimi Ağdamda kiçik bir İstismar Sahəsinin rəisi məbləği bəlli olmayan rüşvət üstündə həbs edilir, amma Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Mənzil İstismar Departamentinində hər cür qanun pozuntularına yol verən Səbuhi Əhmədov isə cərimələnir. Nəyə görə? İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin hesablanmasında və ödənilməsində yol verdiyi qanun pozuntularına görə. Səbuhi Əhmədovdan bəs talanan milyonların hesabı nə vaxt sorulacaq?
//Aktualinfo.org//

Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!
Uzun müddətdir ki, Tovuz rayonunun səhiyyə müəssisələrində yaşanan problemlərin, baş verən çoxsaylı qanunsuzluqların, olmazın həngamələrin və s. nə həddi, nə də ki, hüdudu bilinir.

Yəni, rayon sakinlərinin tam əksəriyyəti o halın varlığına narazılıq edirlər ki, nəyə görə qəbul olunmuş qanunlar Tovuz səhiyyəsində kağız üzərində qalır, vətəndaşlara verilmiş imtiyazlar, əksər ixtiyarlar, bir çox təminolunmalar boş-boş vədlərdən başqa bir şey olmur?. Adicə bir faktı qeyd edək ki, 1971-ci ildə istifadəyə verildiyi bildirilən və Qovlar şəhəri, Şəhriyar küçəsi-13 ünvanında yerləşən Cəlal Əhmədov adına Qovlar Şəhər Xəstəxanası, hal-hazırda ölkəmizin ən bərbad, ən biabırçı səhiyyə müəssisələrindən biri hesab olunur. Bütün bunlar haqda Qerar.az-ın redaksiyasına Tovuz rayonu, Qovlar şəhəri, Mehdi Hüseyn küçəsi, ev-29 ünvanında yaşayan Abbasova Şəlfinaz Qəzənfər qızının, həmçinin adı çəkilən bu küçədə yaşayan Qarabağ müharibəsi qaziləri Hüseynov Rəfayıl Musa oğlunun, Orucov Ruslan Eldar oğlunun və diğər sakinlərin çatdırdıqları məlumatlarda bildirilir ki, təqribən 30 min nəfər şəxsin yaşadığı Qovlar şəhəri ərazisində fəaliyyət göstərən bu xəstəxanada adicə rentgen aparatı yoxdur.

[/center
Verilən statistik məlumatlarda qeyd olunur ki, bu gün Tovuz rayonunda əhalinin sayı 187 min nəfər təşkil edir və bu qədər əhalinin təqribən 90-100 min nəfərindən çoxu Qovlar şəhərində və ətraf kəndlərdə yaşayırlar. Yəni, hal-hazırda Qovlar şəhərinə yaxın ərazilərdə, o cümlədən Zəyəm çayı boyunca və Əsrik dərəsində, hətta Şəmkir rayonunun Tovuz rayonuna yaxın kəndlərində yaşayan sakinlər də, Qovlar Şəhər Ailə Sağlamlıq Mərkəzi Xəstəxanasından istifadə etməyə məcbur olurlar. Faciə odur ki, hal-hazırda 21-ci əsrin olmasına baxmayaraq, bu xəstəxananın ümumi görkəmi və burada olan dözülməz şəraitin varlığı, sanki Qovlar Şəhər Ailə Sağlamlıq Mərkəzi Xəstəxanasını ötən əsrin 60-cı, 70-ci illərinin səhiyyə müəssisələrinə bənzədir. Bir sözlə, adamın bu səhiyyə müəssisəsinə xəstəxana deməyə dili gəlmir.
Qeyd edək ki, Qovlar Şəhər Ailə Sağlamlıq Mərkəzi Xəstəxanasının birinci mərtəbəsini, bir müddət bundan əvvəl bu səhiyyə müəssisəsinin baş həkimi Tofiq Hüseynov, texniki işçilər, tibb bacıları, həkimlər şəxsi vəsaitləri hesabına bir qədər təmir etdirirlər. Bundan əlavə, hər həkim öz iş otağını da şəxsi vəsaiti hesabına müəyyən qədər qaydaya saldırır. Bütün bunlara baxmayaraq, adı çəkilən bu səhiyyə müəssisəsinin divarları, tavan hissələri, döşəmələri, qapıları, pəncərələri və s. olduqca yararsız vəziyyətdədir. Xəstəxananın ikinci mərtəbəsi isə, böyük bir klidlə bağlanıb və həmin klidi açmaq qeyri-mümkündür. Diqqət yetirmək lazımdır ki, təqribən 90-100 min nəfər sakinə bu gün cəmi bir ədəd təcili-tibbi yardım maşını xidmət göstərir. Əslində, belə bir halın varlığı bənzəri olmayan biabırçılıqdır. Çünki, bu qədər əhaliyə cəmi bir ədəd təcili-tibbi yardım maşınının xidmət göstərməsi, əhalinin bugünkü tələbatını heç cür ödəyə bilmir. Buna əsas səbəb, ərazinin olduqca böyük və əhalinin sayca çox olmasıdır.

Əgər hansısa şəxsin səhhətində müəyyən problem yaşanarsa, o halda həkimlər vaxtında çağırış üzrə ünvana çata bilmirlər. Tovuz MRX-da isə cəmi altı ədəd təcili-tibbi yardım maşınının olduğu bildirilir. Elə hallar da olub ki, həkim bir çağırışdan çıxıb digər çağırışa çata bilməyib və belə bir səbəbdən də, xəstə kömək göstərilmədiyindən rəhmətə gedib. Sonda da xəstənin sahibləri hirsləndiklərindən həkimi döyməli olublar. Ümumiyyətlə, bu cür halların təkrar baş verməməsi üçün Qovlar Şəhər Ailə Sağlamlıq Mərkəzinə əlavə üç-dörd ədəd təcili-tibbi yardım maşını verilməlidir ki, təqribən 90-100 min nəfər sakinin bu yöndə tələbatını ödəmək mümkün olsun. Əgər yaxın vaxtlarda lazımi addımlar atılmazsa, yəqin ki, o halda ərazidə baş verən ölüm hallarının sayı çox olacaq. Diqqət yetirmək lazımdır ki, istər Qovlar şəhərində, istərsə də ətraf kəndlərdə səhhətində ciddi problemləri olan yaşlı insanlar yaşayırlar, Qarabağ müharibəsində iştirak edib travma alan neçə-neçə qazilər, əlillər və s. var. Bir sözlə, həmin şəxslərin səhhətindəki problemlər özünü göstərməyə başlayarkən, onların həkim köməyinə ehtiyacı yaranır. Sual oluna bilər ki, belə olan halda bir ədəd təcili-tibbi yardım maşını bu qədər insanın ehtiyacını ödəyə bilərmi? Əlbəttə ki, yox! Ümumiyyətlə, Qovlar Şəhər Xəstəxanası bu gün elə bərbad, yarasız haldadır ki, bu səhiyyə müəssisəsində hansısa xəstənin müayinə, yaxud da müalicə olunmasının özü müşkül məsələdir. Çünki, bu xəstəxanada hər cür antisanitariya, hər cür natəmizlik halları hökm sürür. O halda ortaya belə bir sual çıxır ki, görəsən ötən yarım əsr ərzində bu xəstəxananın təmirinə büdcədən pul vəsaitləri ayrılmayıbmı ki, Qovlar Şəhər Xəstəxanası belə bir durumdadır? Ayrılıbsa, niyə təmir olunmayıb? Yaxud da, ayrılmış vəsaitlər hara “qeybə çəkilib?”. Deməli, bunların araşdırılmasına ciddi ehtiyac var.

Diqqəti cəlb edən hallardan biri də odur ki, Qovlar Şəhər Xəstəxanasının digər şöbələrində olduğu kimi, doğum şöbəsində də olduqca acınacaqlı vəziyyət hökm sürməkdədir. Yəni çatdırılan məlumatlara görə, bu şöbədə bir nəfər olsun belə ginekoloq həkim çalışmır. Ona görə də, doğum şöbəsinin otaqlarında hansısa xəstəni tapmaq mümkün deyil. Təəssüflər olsun ki, bu cür halların varlığı, hələ də MRX-nın rəhbər şəxslərini heç də narahat etmir. Bu xəstəxanaya məxsus binaların və iş otaqlarının bərbad halda olması, divarların uçub-dağılması, qapı-pəncərələrin sınıq-salxaq vəziyyətə düşməsi, həyət-bacanın natəmiz saxlanması və s. onu göstərir ki, ötən illər ərzində Tovuz səhiyyəsinə rəhbərlik edənləri Qovlar şəhərində və ətraf ərazilərdə yaşayan sakinlərin taleyi heç də maraqlandırmayıb.

Bütün bunlar onu söyləməyə əsas verir ki, Tovuzun səhiyyə şöbəsinə rəhbərlik edənlərin əməllərinə hüquqi qiymət verməyin zamanı çoxdan çatıb. Düşünürük ki, əgər bu yöndə lazımi araşdırmalar aparılarsa və müəyyən həqiqətlər ortaya çıxarılarsa, o halda hər kəs, o cümlədən TƏBİB-in İcraçı direktoru cənab Vüqar Qurbanov da, Tovuzun səhiyyə müəssisələrində, ələlxüsus Qovlar Şəhər Xəstəxanasında yaşanan acınacaqlı durumun varlığından lazımınca xəbərdar olacaq. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Bu yöndə araşdırmalarımız davam edəcək. Bizi izləyin.
“Azərbaycan və Türkiyə arasında münasibətlər iki dövlətin liderlərinin göstərdiyi cəhdlər və uğurlu xarici siyasət nəticəsində tarixinin ən möhtəşəm dövrünü yaşayır.

Register to read more...

"Əməkhaqqı məsələlərini qiymətləndirərkən siyasi partiyalar haqqında qanundan çıxış etmək lazımdır".

Register to read more...

"Uşaq orucu" deyə bir anlayış yoxdur.

Register to read more...


Bu gün ki, güclü və qüdrətli Azərbaycan dövləti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin qurucusu olduğu dövlətdir.

Register to read more...