“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı satışı həyata keçirən “im Kinsky” hərrac evi yayıb.
Bildirilir ki, Klimtin 1917-ci ilin yazında çəkdiyi bu rəsmi Honqkongdan bir alıcı əldə edib.
Qeyd edək ki, sözügedən rəsm əsərinin 1925-ci ildən 1961-ci ilə qədər taleyi məlum deyil. Hərrac evinin məlumatına görə, əsərin bundan əvvəlki sahibləri 1960-cı ildən sonra ona qanuni əsaslarla yiyələniblər. Bu dövrə qədər isə əsər itmiş hesab olunub.
“Froylyayn Lizerin portreti” 1960-cı illərdən sonra miras yolu ilə 3 şəxsə məxsus olub. “im Kinsky” cari ilin yanvarında rəsm əsərinin tapıldığını elan edib. Əsərin son sahibinin kim olduğu açıqlanmayıb.