Son xəbərlər

 

Aprelin 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Qazaxıstan Respublikasının müdafiə nazirinin birinci müavini – Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Sultan Kamaletdinovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qazaxıstan nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdiriblər.

Sonra Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib. Fəxri qarovul dəstəsinin önündən keçiddən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib, protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

Qonaqları salamlayan general-polkovnik Z.Həsənov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Nazir Qazaxıstanla dostluq və qardaşlıq münasibətləri üzərində qurulan hərbi əməkdaşlığın xüsusi əhəmiyyətə malik olduğunu və bu əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib.

Qazaxıstanlı nümayəndələr Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzda aparılan islahatlar barədə məlumatlandırılıb.

General-polkovnik S.Kamaletdinov isə öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsində bu cür görüşlərin vacibliyini xüsusi vurğulayıb.

Görüşdə, eyni zamanda Azərbaycanla Qazaxıstan arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Qazaxıstan nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, birgə təlimlərin keçirilməsinin vacibliyi vurğulanıb, eləcə də qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Qazaxıstan nümayəndə heyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qazaxıstan Respublikasındakı hərbi attaşesi polkovnik Zaur Kərimova "Beynəlxalq əməkdaşlığın inkişafında xidmətlərinə görə" medalını təqdim edib.

 
04 May 2024 Minaların daha tez təmizlənməsi üçün xəritələr olmalıdır - Norveçli səyyah
04 May 2024 Bir ölkə müdaxilə etsə, III Dünya savaşı başlayacaq
04 May 2024 Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...
03 May 2024 Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır
03 May 2024 Rusiya rəsmilərinə Ermənistana səfər qadağa olundu
03 May 2024 İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir
03 May 2024 COP29.az vebsaytı istifadəyə verildi
03 May 2024 Ukraynalı hərbçi yoldaşlarını əsir götürdü
03 May 2024 “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək!
03 May 2024 Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov
03 May 2024 Orban Putinin andiçməsinə gələrsə… - Arkov
03 May 2024 Deyirdilər, varlı arxa-dayağım, “saxlayanım” var...
03 May 2024 İlham Əliyev Andjey Dudaya məktub ünvanladı
03 May 2024 Gömrükdə əməliyyat: rəis Bakıya gətirildi
02 May 2024 “EasyCep” Azərbaycanda fəaliyyətini genişləndirir
02 May 2024 Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video
02 May 2024 Şuşadan bəyan edirəm, xülyalara qapılmayın! - Şeyx
02 May 2024 Prezident Əsədovu yenidən bu vəzifəyə təyin etdi
02 May 2024 Prezident Leonid Kalaşnikovu qəbul etdi
02 May 2024 Səhər yeməyindən imtina etməyin - Dəhşətli nəticələr
02 May 2024 Bunu oxuyandan sonra bir də heç vaxt çiyələk yarpaqlarını atmayacaqsınız
02 May 2024 “Allergiyası olanlar bu qidaları yeməsinlər - yeyən uşaqlar...”
02 May 2024 Dueyn Consona görə şirkət 50 milyon zərərə düşdü
01 May 2024 Şeyxdən Ermənistana çağırış: Xülyalara aldanıb…
01 May 2024 Lalə Məmmədova şəhid övladları ilə bir arada - Video
01 May 2024 Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - VİDEO
01 May 2024 “Qənimət Zahid yenə sərsəmləyib” - DEPUTAT FİKİR BİLDİRDİ
01 May 2024 "Qanunları pozan hər bir kəs qanun qarşısında cavab verməlidir" - MÜNASİBƏT BİLDİRİLDİ
01 May 2024 Biz imkan verə bilmərik ki... - İlham Əliyev
01 May 2024 Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi