Mircəfər Əyyubov sözlərinə belə davam edib: “Qurani-Kərimdə deyilir ki, cəhənnəm odunda yananlara niyə burada olduqlarını soruşduqda ilk cavab olaraq namaz qılanlardan olmadıqlarını söyləyərlər”.
O bildirib ki, hədislərdə namaz dinin sütunu olaraq dəyərləndirilmişdir: “Əlbəttə namaz qılmayan şəxs kafir sayılmaz, lakin namaz o qədər önəmlidir ki, hətta qiyamət günü ilk sual namaz haqqında olacaq və əgər namaz məhkəməsundən keçə bilməsə başqa əməllər soruşulmayacaq. Odur ki, namazı tərk etmək ən böyük günahlardan sayılır. Namaz bəndənin Allah ilə ən önəmli əlaqəsi hesab olunur, onu tərgidən şəxs Allah ilə ən önəmli əlaqəsini kəsmiş olur”.