Dünyanın problemləri Azərbaycanın iştirakı ilə müzakirə olunur, həlli yolları axtarılır.

     Azərbaycan dünyada nüfuzlu ölkə və etibarlı tərəfdaş kimi tanınır: "Bu səbəbdən mötəbər beynəlxalq tədbirlərin əsas ünvanı da ölkəmizdir. Dünyada yaranan müasir çağırışlar, ortaya çıxan problemlər Azərbaycanın təşəbbüsü və iştirakı ilə müzakirə olunur, həlli yolları axtarılır. Bu baxımdan, ölkəmizdə “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumu qlobal müzakirə platforması hesab oluna bilər".

     Nizami Gəncəvi Beynəlxalq Mərkəzi də önəmli beynəlxalq platformadır: "Qlobal Bakı Forumu da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ənənəvi olaraq hər il keçirdiyi tədbirdir. İndiyədək keçirilən forumlarda yüzlərlə nüfuzlu xarici qonaq təmsil olunub. Mərkəzin keçirdiyi tədbirlərə də maraq ildən-ilə artır. Elə XI Qlobal Bakı Forumunda da 68 ölkədən 400-dən çox qonağın iştirak etməsi bunu təsdiqləyir. Qonaqlar arasında 40-dan çox hazırkı, həmçinin sabiq dövlət və hökumət başçıları var. Bu da həqiqətən tədbirin nəhəng intellektual potensialına dəlalət edir".

     Prezident İlham Əliyev XI Qlobal Bakı Forumunun açılış mərasimində dərin məzmunlu çıxış edərək dünyada və regionda baş verən proseslər, Qoşulmama Hərəkatı müstəvisində fəaliyyəti və digər aktual mövzularla bağlı fikirlərini ifadə etdi. Ən vacib məqamlardan biri də dövlət başçısının Cənubi Qafqaz regionu üçün sülh imkanlarının yarandığını bəyan etməsidir. Prezidentin dediyi kimi, güclü siyasi iradə, eyni zamanda potensialı nümayiş etdirdik. Çünki güclü hərbi potensial və xalqın birliyi olmasa, güclü siyasi iradə uğura aparmayacaq. Beləliklə, bütün amillərin vəhdəti, iqtisadi inkişaf, maliyyə imkanları, müdafiə potensialı, hərbi qulluqçularımızın təlimi, BMT, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini tam dəstəkləməsi, aktiv və proaktiv xarici siyasətin yürüdülməsi buna imkan verdi. Dövlət başçısı bir daha sülhə çox yaxın olduğumuzu bəyan etdi: “Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır. Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər bərpa olunub və sülhə nail olmaq mümkündür. Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik, indi də regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib”.

     XI Qlobal Bakı Forumunda COP29 məsələsi də diqqət mərkəzində oldu. Tədbir iştirakçıları bu mötəbər beynəlxalq platformanın ölkəmizdə keçirilməsini dəstəkləyiblər. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, COP29-un Azərbaycanda keçirilməsi ölkənin yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsidir. Məlumdur ki, indiyədək Azərbaycan dünyanın bir neçə aparıcı enerji şirkətləri ilə müqavilə və anlaşma memorandumları imzalayıb. Nəticədə Azərbaycanda günəş və külək enerjisindən 25 meqavat həcmində yaşıl enerji əldə olunacaq. Bu, gözəl nailiyyətdirvə bu, Azərbaycanı beynəlxalq yaşıl enerji bazarında vacib təchizatçıya və oyunçuya çevirəcək. Biz yaşıl hidrogeni ixrac etməyi də planlaşdırırıq. Yaşıl enerji bu gün qlobal problemə çevrilən iqlim böhranının da həllinə öz töhfəsini verə bilər. Çünki iqlim dəyişiklikləri ölkələrin iqtisadiyyatı, ətraf mühiti və ekologiyasına ciddi ziyan vurur. Ona görə də beynəlxalq ictimaiyyət qlobal problemin həlli üçün daim çağırışlar edir. Bu baxımdan, Azərbaycanın həyata keçirdiyi siyasət, gerçəkləşdirdiyi tədbirlər təqdirəlayiqdir. Bütün bunların fonunda COP29-un ölkəmizdə keçirilməsi məsələnin müzakirəsinin qlobal mahiyyətini ifadə edir. XI Qlobal Bakı Forumunda bu reallıqlar iştirakçıların diqqət mərkəzində oldu.

Ramil Bayramov,

Salyan rayon Mədəniyyət Mərkəzinin direktoru

 

 


Azərbaycan dünya siyasətinin mühüm iştirakçısına çevrilib

 Prezident İlham Əliyevin çoxşaxəli, praqmatik siyasəti, güclü siyasi iradəsi sayəsində Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu dövlət kimi tanınır. Beynəlxalq birlik ölkəmizi etibarlı tərəfdaş kimi qəbul edir. Eyni zamanda, Azərbaycan mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Təbii ki, bu amil ölkəmizə beynəlxalq birliyin inam və etimadının göstəricisidir. 

     Ölkəmizdə XI Bakı Qlobal Forumunun keçirilməsi də Azərbaycanın qlobal problemlərin müzakirə olunduğu mərkəz kimi statusunu gücləndirir. Məlumdur ki, bu tədbirin təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. Hər il Forumun iştirakçılarının sayının artdığının, coğrafiyasının, eyni zamanda intellektual potensialının genişləndiyinin şahidi oluruq. 30 illik müasir siyasi tarixə malik olan Azərbaycan Respublikası öz növbəsində bu gün dünyada qlobal çağırışlara həssaslıq nümayiş etdirir, müstəqilliyinin, süverenliyinin qorunması, habelə tarixi torpaqlarında yaşayan xalqların maraqlarını nəzərə almaqla dünyada dayanıqlı sülhün əldə olunması üçün öz töhfələrini verir. 14 mart 2024-cü il tarixində “Parçalanmış dünyanın bərpası” mövzusunda öz işinə başlayan XI Qlobal Bakı Forumunda 68 ölkədən 400-dən çox qonağın, o cümlədən müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etmələri Azərbaycan Respublikasının və əlbəttə ki, Prezident İlham Əliyevin iradəsinə, humanistliyinə olan etimadın bariz nümunəsidir. Forumda COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılır, yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, parçalanmış dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınır, qarşıda duran çağırışların həlli yolları müzakirə olunur. Eləcə də,  dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinə toxunulur.

     Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış mərasimində dərin məzmunlu çıxış edərək dünyada, o cümlədən regionumuzda baş verən proseslər haqqında fikirlərini ifadə edib. Dövlətimizin başçısının dediyi kimi, biz güclü siyasi iradə və eyni zamanda, potensialı nümayiş etdirmişik. Çünki güclü hərbi potensial və xalqın birliyi olmasa, güclü siyasi iradə uğura aparmayacaq. Bütün amillərin vəhdəti, bizim iqtisadi inkişafımız, bizim maliyyə imkanlarımız, müdafiə potensialımız, hərbi qulluqçularımızın təlimi, Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini tam dəstəklədikdə aktiv və proaktiv xarici siyasətin yürüdülməsi buna imkan verdi. 

     Prezident İlham Əliyev dünyamızın sürətlə dəyişdiyini vurğulayaraq hər bir bölgədə baş verən lokal hadisələrin regionlaşdığını, regional hadisələrin isə qloballaşdığını iştirakçıların diqqətinə çatdırdı. Belə ki, 2020-ci ildə Azərbaycanın Zəfər çaldığı 44 günlük İkinci Qarabağ-Vətən Müharibəsi, daha sonra 2023-cü ildə həyata keçirilən 1 sutkalıq lokal xarakterli antiterror əməliyyatları təkcə Cənubi Qafqazın siyasi mənzərəsini dəyişmədi, eyni zamanda qlobal arenada həlli mümkünsüz kimi görünən münaqişələrin necə həll ola biləcəyini ortaya qoydu. Ölkə başçısının XI Qlobal Bakı Forumunda çıxışı, səsləndirdiyi fikirlər bir daha mövcud yanaşmaların nizamlanmasına, bütün dünya xalqlarının maraqlarının nəzərə alınmasına, dayanıqlı sülh sisteminin təşkili işinə növbəti çağırış, Azərbaycanın dünyada təhlükəsizlik və əmin-amanlığın carçısı olduğunun əyani sübutudur

 

Məhəmməd Ağayev,

Salyan rayon Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü

 

 


Forum iştirakçılarının sayı rekord həddədir.

 

Azərbaycan növbəti dəfə möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi edir. Martın 14-də Bakıda işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun iştirakçılarının sayı rekord həddədir. Daha dəqiq desək, Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edir. Onların arasında 40-dan çox hazırkı və sabiq dövlət, hökumət başçıları var. Bu sadə statistika həqiqətən də Forumun nəhəng intellektual potensialına dəlalət edir. Artıq keçirilməsinə alışdığımız və sanki gündəlik təcrübəmizə çevrilmiş bu tədbirlər əslində Vətənimiz Azərbaycanın beynəlxalq status və nüfuzunu o qədər artırıb ki, ölkəmiz müasir beynəlxalq münasibətlər sistemində söz sahibinə çevrilib. Bu amil mütləq olaraq hər bir fərdin vətəndaşlıq məfkurəsinin ayrılmaz parçasına çevrilməlidir. Güclü cəmiyyət məhz milli maraqlar və dövlət naminə birləşərək xalqın aparıcı gücünə çevrilə bilər.

Hər bir Qlobal Bakı Forumu üçün seçilən mövzular həmin dövrün tələblərini özündə ehtiva edir. Ötən ilin mövzusundan da bəlli olduğu kmi, dövrün çağırışları aydındır və Azərbaycan hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirir. Bu çağırışlara söykənilərək atılan addımlar  düşünülmüş siyasətə əsaslanır. Builki Forumda  Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin “Parçalanmış dünyanın bərpası” adı altında   görüşün mahiyyətini açıqlayaraq bildirdi ki, dünya həqiqətən parçalanıb, hər yerdə ciddi çağırışlar var”.

X Qlobal Bakı Forumundan ötən bir ildə qət edilən yolun uğurlarını görmək üçün Azərbaycanın həyatında baş verən yeniliklərə diqqət yetirmək kifayətdir: Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə tarixi ədalətin və beynəlxalq hüququn mövcudluğunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Dövlət başçısı cənab İlham Əliyev Forumdakı çıxışında bir daha Azərbaycanın son 30 ildə Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həll olunmasına səy göstərdiyini bildirdi. 44 günlük İkinci Qarabağ müharibəsinin, eyni zamanda, birgünlük antiterror tədbirlərinin qaçılmazlığını şərtləndirən amillərin hər kəsə bəlli olduğunu vurğuladı. Prezident İlham Əliyev bu reallıqları diqqətə çatdırdı ki, 2020-ci ilin sentyabr-noyabr aylarında rəsmi İrəvana dərs vermək məcburiyyətində olduq. Xarici qüvvələrə güvənərək başqa ölkənin torpaqlarını işğal altında saxlamaq dövrü artıq bitib. 2020-ci il noyabrın 10-da Ermənistanın imzalamaq məcburiyyətində qaldığı kapitulyasiya aktına əsasən onlar o zaman Azərbaycanın  nəzarətində olmayan Qarabağın qalan ərazilərindən işğalçı qüvvələrini çıxarmaq öhdəliyini üzərinə götürdülər. Lakin 3 il ərzində onlar bunu etmədilər. Onlar nəinki on beş minlik hərbi kontingentlərini ərazidən çıxarmadılar, əksinə İkinci Qarabağ müharibəsindən sonra kommunikasiya yolları üzərində nəzarətimizin olmadığından faydalanaraq silah, mina və sursatları qaçaqmalçılıq yolu ilə Qarabağa göndərdilər. Lokal antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz bərpa olundu.

Tarixi Zəfərimizdən dərhal sonra Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin yaradılması və Ermənistanla münasibətlərində yeni səhifənin açılması məqsədilə qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif etdi: “Beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh təklifini Ermənistanın baş naziri keçirilən müxtəlif səviyyəli görüşlərdə dəstəklədiyi halda, sonrakı dövrdə havadarlarının tapşırığına uyğun olaraq qeyri-ciddi bəyanatlar səsləndirməklə sülh müqaviləsinin imzalanması prosesini bugünədək uzadıb. Ermənistanın bu kimi addımları atmasında əsas dəstəkçisi Fransadır”. Dövlət başçısı İlham Əliyev Forumdakı nitqində bu məqamlara xüsusi diqqət yönəltdi: “Burada beynəlxalq reaksiya haqqında danışarkən mən bir ölkənin mövqeyini təəssüflə qeyd etməliyəm” söyləyən Prezident İlham Əliyev bildirdi ki, bu mövqe beynəlxalq ictimaiyyətin yanaşması ilə ziddiyyət təşkil edir. Bu ölkə Fransadır. Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına münasibəti tamamilə qeyri-adekvat oldu. Onlar tərəfindən bu məsələlərin BMT Təhlükəsizlik Şurasına çıxarılmasına və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə beş dəfə cəhd edilib. Biz beynəlxalq hüquqa zidd olan addım atmamışıq. Beş cəhdin hər biri uğursuz oldu, çünki Təhlükəsizlik Şurasının digər üzvləri bunu dəstəkləmədi. Daha sonra Avropa İttifaqı çərçivəsində Azərbaycana qarşı sanksiyaların tətbiqinə bir neçə cəhd edildi. Həmin cəhdlər də uğursuz oldu. Avropa İttifaqı ölkələrinin əksəriyyəti bunu dəstəkləmədi”.

Hazırkı dövrdə Azərbaycanın mühüm uğurlarından biri də bu il COP29-a ev sahibliyi etməsidir. Dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında bu məsələyə xüsusi diqqət yönəldərək bildirdi ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsidir. COP29  onu nümayiş etdirməyə imkan verəcəkdir ki, müstəqil yaşayan və heç kəsdən asılı olmayan bir ölkə uğurla inkişaf edə bilər. Bu, həm də Azərbaycanın son 30 ildə apardığı düzgün siyasəti nümayiş etdirir.

Forumun mövzusundan da göründüyü kimi,  parçalanmış dünyanın bərpası əsas çağırışlardandır. Bu çağırış səylərin birləşdirilməsini, konkret addımların atılmasını, ən əsası ədalətin və beynəlxalq hüququn müdafiəsinin sözdə deyil, əməldə təsdiq olunmasını bir tələb kimi qarşıya qoyur. Azərbaycan daim birlik, həmrəylik, ədalət, beynəlxalq hüquq  çağırışları ilə dünyanın diqqətindədir.

Fuad Qəhrəmanov,

Salyan rayon Şorsulu kənd inzibati ərazi dairəsi üzrə nümayəndə

Azərbaycanda bal istehsalı 40%-ə yaxın azalıb buna səbəb nədir? Bu sahəyə maraq nə üçün azalıb? SİA olaraq mövzu ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmlinin fikrini öyrəndik.

Onun sözlərinə görə, bu sahəyə marağın azalmasının bir neçə səbəbi var: “İlk səbəb odur ki, ölkədə arıçılığı inkişaf etdirmək üçün kifayət qədər şərait yoxdur. Baxmayaraq ki, hökumət bir neçə il əvvəl qərar qəbul etmişdi ki, hər arı ailəsinə subsidiya verilsin. Ölkədə bitkiçilik inkişaf etdirilməli, arıçılıqla məşğul olanlar üçün imkan yaradılmalıdır. Türkiyədə arıçılığın inkişafı üçün yeni meşə zolaqları salınır. Azərbaycanda bitkiçilik zəif inkişaf edib, ona görə də arıçılığın inkişafı üçün şərait yoxdur”.

Ekspert bildirib ki, Azərbaycan 2020-ci ildə 1 milyon 700 min hektara yaxın ərazini işğaldan azad etdi: “Orada bu sahəni inkişaf etdirmək üçün iş görmək lazımdır. Təəssüflər olsun ki, son vaxtlar qlobal istiləşmə nəticəsində bu sahədə daha ciddi problemlər yaranıb. Arıçılıqla məşğul olan fermerlərimiz arı ailələrini bir neçə dəfə bir regiondan digərinə daşıma məcburiyyətində qalırlar. Nəticədə təbii ki, əvvəlki illərə nisbətən bal istehsalı azalıb. Keçən il arı saxlayanların sayı azalıb. Son vaxtlar xəstəliklər, zərərvericilər geniş yayılıb. Arıçılıq üçün möhkəm yem bazası yaratmaq lazımdır. Rusiya fermerləri ildə 2 dəfə Azərbaycanda yarmarka təşkil edir və istehsal etdikləri balı çox ucuz qiymətə istehlakçılara təqdim edirlər. Azərbaycanda balın bir kilosu 27, Türkiyədə 17, İranda isə 5 manata başa gəlir. Əgər istehsal etdiyimiz bal baha başa gəlirsə və tələb yoxdursa, o sahə ilə məşğul olan sahibkar nə etməlidir? Ya imtina etməli, ya da xərcləri azaltmaq üçün arı ailəsi sayını azaltmalıdır. Bu kimi problemlərə görə ölkəmizdə arıçılıqla məşğul olanların sayı, bal istehsalı da azalıb. Təəssüflər olsun ki, gələcək üçün də əsaslı tədbirlər görülmür”.


Milli Məclisin deputatı Cavanşir Feyziyev
 - Regionun iqtisadi və siyasi lideri olan Azərbaycan öz geopolitik nüfuz dairəsini qlobal miqyasda böyütməkdədir. Bu gün ölkəmiz Cənubi Qafqazda sabitliyin təminatçısı olmaqla yanaşı, bir çox beynəlxalq layihələrin fəal iştirakçısına çevrilib. Paytaxt Bakı çəkisinə və nüfuzuna görə qlobal əhəmiyyət kəsb edən bir çox forumların, toplantıların ünvanına çevrilib ki, bu da respublikamızın beynəlxalq nüfuzunun yüksəlişinin göstəricisidir. Artıq beynəlxalq əhəmiyyətli tədbirlərin Azərbaycanda baş tutması adi hal alıb ki, bu da dövlətimizə olan inam və etibarı əks etdirir. Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun keçirilməsi fikrimizin sübutudur. Qlobal təhlükəsizlik məsələləri, eləcə də onların qlobal dünya nizamına təsirini nəzərə alsaq, 70-dən artıq ölkədən 350-dən çox qonağın qatıldığı Qlobal Bakı Forumu dünya düzənində təhdidlərə qarşı uğurlu mübarizə ilə yadda qaldı. Eyni zamanda, forum həm də, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin dediyi kimi, tanınmış insanları bir araya gətirən, müxtəlif fikirlərin ifadə olunduğu nadir azadlıq məkanıdır. Müzakirələrdə forum iştirakçıları dünyanı təhdid edən təhlükələrin azaldılmasına və vədlərin yerinə yetirilməsinə yönəlmiş bütün məsələlərlə bağlı fikirləri humanizm dəyərlərinin qorunmasına xidmət edirdi. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Qlobal Bakı Forumu müxtəlif tərəflərin fikirlərini birləşdirən inklüziv və yaxşı platformadır. Forumda müzakirə olunan məsələlər tövsiyələrə çevrilir və beynəlxalq ictimaiyyətə təqdim olunur. Bundan başqa, Bakıda keçirilən qlobal forum özünü yeni yanaşmaların işlənib hazırlanması və səmərəli müzakirələr üçün son dərəcə əlverişli və mötəbər platforma kimi təsdiqləyib. Bunu isə şübhəsiz Prezident İlham Əliyevin xarici siyasət strategiyasının təcəssümü adlandırmaq olar, çünki Azərbaycan lideri ilk növbədə milli maraqlara söykənərək, hər zaman ortaq nöqtələrin, ümumi baxışların və yaxınlaşma yollarının tapılması istiqamətində mühüm səylər göstərir. Müharibələr və böhranlarla parçalanmış bugünkü dünya baxış və mövqe fərqlərinə baxmayaraq, hər zamankından daha çox fəaliyyət birliyinə ehtiyac duyur. Sirr deyil ki, bəşəriyyətin bəlasına çevrilən COVİD-19 pandemiyası, Rusiya- Ukrayna müharibəsi, Yaxın Şərq regionunda gərginlik dünya nizamı üçün böyük təhdidlər törədir. Bütün bunlar təbii ki, müxtəlif dövlətlərin keçmiş və indiki rəhbərlərini, beynəlxalq strukturların nümayəndələrini, görkəmli ictimai xadimləri, o cümlədən Nobel mükafatçılarını narahat etməyə bilməz. Bütün bu narahatlıq doğuran məsələlər, eyni zamanda dünyanı silkələyən meqatəhdidlərə iqlim və ərzaq təhlükəsizliyi kimi əhəmiyyətli məsələlər də forumda müzakirə olunur. Statistikaya görə, bir milyarda yaxın insan qida çatışmazlığı ilə üzləşib və 3 milyarddan çox insan sağlam qida ala bilmir. Bu problemlər artan xərclər, təchizat zəncirinin pozulması və iqlim dəyişikliyi ilə daha da mürəkkəbləşir. Bunun fonunda çatdırılma üçün vaxta və xərclərə qənaət etməyə kömək edəcək ən optimal marşrutun seçilməsi aktuallaşır ki, bu da Azərbaycandır. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan regionda mühüm nəqliyyat və logistika mərkəzi kimi tanınır. Ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri yüklərin daşınması üçün həm məsafəyə, həm də vaxta qənaət baxımından əlverişlidir. Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bu nəqliyyat dəhlizlərinin imkanlarını daha da genişləndirir. Əlbəttə ki, forum iştirakçılarının qarşısında duran ən mühüm vəzifələrdən biri sürətlə dəyişən dünyada etimad və əməkdaşlığın qurulması üçün yeni formatların və yolların axtarışıdır. Təsadüfi deyil ki, Bakı qlobal geosiyasi fikir mərkəzlərindən birinə çevrilib, burada həll yollarının axtarışı gedir. Prezident İlham Əliyevin yüksək beynəlxalq nüfuzu, uzun illər əvvəl irəli sürdüyü təşəbbüslər və layihələr bu gün Avropa və Asiya üçün həyati əhəmiyyət kəsb edir - bütün bunlar dünya üçün məhz Azərbaycanın qlobal problemlərin həlli üçün uğurlu yer olduğunu təsdiq edir. Forumda COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılır. Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in dekabrın 11–də keçirilən plenar iclasında verilib. Prezident İlham Əliyev forumda çıxışı zamanı bildirdi ki, COP29 konfransının keçirilməsi Azərbaycanın yaşıl keçid istiqamətində göstərdiyi səylərin nəticəsidir. Forum iştirakçıları da çıxışlarında belə mötəbər tədbirin Bakıya tapşırılmasının doğru seçim olduğunu qeyd etdilər. Latviyanın sabiq Prezidenti Egils Levits çıxışında haqlı olaraq qeyd etdi ki, Bakı COP29 üçün düzgün seçilmiş bir məkandır. Onun sözlərinə görə, bu mötəbər tədbir iqlim dəyişiklikləri ilə bağlı yeni müzakirələrə nəfəs gətirəcək və uğurla keçiriləcək. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus ölkəmizdə 3300-dən artıq tibbi xidməti əhatə edən icbari tibbi sığortanın tətbiqinə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirərək vurğuladı ki, XI Qlobal Bakı Forumu dünya problemlərinin həlli yollarının tapılmasına önəmli töhfələrini verəcək. Qlobal çağırışların müzakirə ünvanı olan Bakı dünyanın diqqət mərkəzinə bu dəfə “Parçalanmış dünyanın bərpası”nın həlli yollarını araşdırmaqla düşdü. Bakı Forumunda bəşəriyyətə real təhlükə olan təhdidlərin, siyasi qərarların fonunda yaranan münaqişələrin, eyni zamanda iqlim, qida, nüvə təhlükəsizliyi və səhiyyə problemləri geniş müzakirə olunmaqla dünyanın xilasına Azərbaycan növbəti dəfə töhfə verdi. Prezident İlham Əliyevin bildirdiyi kimi, Davos Dünya İqtisadi Forumu, eləcə də Münxen Təhlükəsizlik Konfransı qədər vacib olan Qlobal Bakı Forumu dünya üçün səmərəli, aktual mövzuların çözülməsi, dialoqun qurulması istiqamətində aparılan müzakirələr bəşərin qurtuluşuna xidmət edir. Uzun illər işğaldan və müharibədən əziyyət çəkən Azərbaycanın bu gün beynəlxalq arenanın mühum oyunçusu kimi dünyaya sülh çarçısı olaraq təqdimatı birmənalı şəkildə Prezident İlham Əliyevin mükəmməl xarici siyasətinin nəticəsidir. Qalib ölkə rəhbəri kimi Cənubi Qafqazda münaqişəyə son qoyan Prezident İlham Əliyev bu gün ikili dünyaya ədalət örnəyi göstərir. Reallıq odur ki, Azərbaycan öz lideri ilə birgə beynəlxalq aləmdə ədalətin təminatçısı obrazındadır və Bakı Forumu da bu həqiqətin növbəti təsdiqi idi.

İnqilab Əbdulov
 
Şimal yarımkürəsinə, Azərbaycana yazın gəlişini simvolizə edən, çox qədim zamanlardan xalq arasında bir ənənəyə çevrilən qədim xalq bayramıdır Novruz bayramı... Qədim zamanlardan bəri qeyd olunan bu bahar bayramı haqqında nə qədər məlumatımız var? Xalqımız indi də bayram adət-ənənələrini qeyd edirmi? SİA Novruz bayramının tarixi, adət-ənənələri barədə araşdırma aparıb.

Novruz bayramı nədir və hansı ölkələrdə keçirilir?

Novruz bayramı şimal yarımkürəsində yazın gəlişi ilə eyni gündə qeyd olunur. 21 mart tarixində gecə ilə gündüzün bərabərləşdiyi bu gündə qədim zamanlardan bir sıra xalqlar elə həmçinin azərbaycanlılar da yazın gəlişini, təbiətin oyanışını yeni ilin başlanğıcı kimi qeyd etmiş şənliklər keçirmişlər. Bu şənliklər təkcə Azərbaycanda yox həmçinin İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bir sıra şərq ölkələrində qeyd olunur. Hətta İran və Əfqanıstan təkcə bununla kifayətlənmirlər həmin gün onlarda təqvimin ilk günü hesab olunur və yeni il 21 mart tarixində başlayır.

Novruz bayramı 2009 – cu ildə YUNESKO tərəfindən qeyri -maddi mədəni irs siyahısına daxil edilmiş, 2010 – cu ildə isə BMT Baş Asambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi ” Beynəlxalq Novruz Günü” elan edilmişdir. Hal hazırda da bu bayram eyni qayda ilə qeyd olunur.

Novruz bayramının mənşəyi və tarixi

Novrzu bayramı Azərbaycanda mənşəyi ən qədim bayramlardan biridir. Çox uzun müddətlər daim din xadimləri və müxtəlif təriqət nümayəndələri Novruz bayramına dini libas geyindirməyə çalışmış və onu öz gözlərində ayırmaq üçün bu kimi bir sıra işlər görmüşlər. Dini məsələlərin Novruz Bayramına təsiri isə Ərəb xilafətinin Azərbaycana gəlişi ilə başlamışdır.

Hətta bəzilərinin fikrincə bu bayram Əlinin hakimiyyətə gəldiyi günlə bağlıdır. Yəni xalq Əlinin hakimiyyətə gəlişini qeyd etmək məqsədi ilə bu bayramı qeyd edib. Ancaq bildirək ki, Əli iyul ayında hakimiyyətə gəlib. Novruz bayramı isə bildiyimiz kimi mart ayında qeyd olunur.

Xalqların çox hissəsi elə qədim zamanlardan olan adətləri özlərində saxlayıblar. Məlum olur ki, keçirilən bu bayramların, adətlərin heç bir dini ehkamla əlaqəsi olmadan keçirilir.

Novruz bayramı ilə əlaqədar bir sıra dahi sənət insanları da öz xüsusi görüşlərini deyiblər. Əbu Reyhan Biruni Novruz bayramı haqqında özünəməxsus müxtəlif rəvayətlər, Novruz bayramı ilə xalq arasında yaranmış adət ənənələrdən və Novruz bayramının yaranma səbəblərindən bəhs edib. O öz əsərlərində Novruz bayramının hər hansı bir dini bayram yox, təbiətin canlanması yeni fəslin gəlişi ilə əlaqəli dünyəvi bir bayram olduğunu qeyd edib.

Sovet hakimiyyəti zamanı Novruz bayramı qeyri-rəsmi şəkildə qeyd edilib, çünki dövlət orqanları yazın gəlişinin bayram kimi qeyd edilməsinə icazə verməyiblər. Lakin qadağalara baxmayaraq, çoxəsirlik ənənələrə sadiq olan hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edib.

Novruz bayramı çərşənbələri

Qeyd etdiyimiz kimi Novruz bayramı gecə ilə gündüzün bərabərləşdiyi 21 mart tarixində qeyd olunur. Novruzdan əvvəl isə dörd həftə ardıcıllıqla hər çərşənbə günü başqa – başqa adla qeyd olunur hansılar ki, aşağıda sıralanıb:

- İlk çərşənbə Su çərşənbəsi adlanır. Su çərşənbəsi adətən havaların yavaş – yavaş isinməyə başladığı, çaylardakı buzların əriyərək çaya qarışdığı vaxt ilə üst – üstə düşür.

- İlin ikinci çərşənbəsi isə Od çərşənbəsi adlanır. Bu çərşənbədən etibarən günəş torpağı daha da qızdırmağa başlayır və insanlar həyətlərində tonqallar qalayıb evlərində hər ailə üzvünə görə bir şam yandırırlar.

- Üçüncü çərşənbəmiz isə Yel çərşənbəsidir. bu gündən etibarən bəzi ağaclarda tozlanma başlayır. Bu isə demək olar küləyin hesabına əmələ gəlir. Necə ki tozlanma vaxtına çatmış tumurcuqları külək tərpədərək onları tozlanması üçün birləşdirir.

- Dördüncü və ilin son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsi adlanır. Bütün bu dörd həftə ərzində ən birinci Su çərşənbəsi ilə təbiət torpağı suladı, Od çərşənbəsində torpağı qızdırdı, yel çərşənbəsində təbiəti oyatdı indi isə sıra torpaqdadır əkin yerlərində işlər elə məhz Torpaq çərşənbəsində başlayır.

Novruz bayramı adət-ənənələri

Novruz bayramı illərdən bəri qeyd olunduğu üçün vaxt keçdikcə yeni yeni adətlər əmələ gəlib və nəsildən nəsilə ötürülüb hal hazırda isə Azərbaycanda Novruz bayramında aşağıda qeyd etdiyimiz adətlər var.

- Papaq atmaq. Əsasən gənclər və uşaqlar arasında yayılan bu adət zamanı atılan papağı heç vaxt boş qaytarmazlar deyirlər.

- Qulaq falı da papaq atmaq qədər məşhur adətlərdən biridir hansı ki, bu adətdə hər hansı bir evdə danışılanlar gizlincə dinlənilir əgər yaxşı söhbətlər danışılırsa onda bu o deməkdir ki, arzunuz yerinə yetəcək.

- Tonqaldan tullanmaq isə növbəti adətlərimizdəndir bu adət həm Novruz bayramı günü həm də əsas Od çərşənbəsi günü həyata keçirilir.

- Üzük falı isə qızlar arasında yayılan ən məşhur adətlərdən sayılır, odur ki, sapa bağlanmış üzük su ilə dolu bir stəkanın içərisinə salınır və üzük neçə dəfə stəkanın divarlarına dəysə bu o deməkdir ki, qız o yaşında ərə gedəcək.

- Səməni əkmək isə demək olar bütün ailələrdə həyata keçirilən bir adətdir, hər bir ailədə səməni yetişdirilir və bu da yazın gəlişindən ətrafın yaşıllaşmağından xəbər verir.

- Yumurta döyüşdürmək isə elə balaca vaxtlarımızdan hamımızın ən sevdiyi olub. Bu oyunda yumurtası qırılan tərəf digərinin dediklərini etməli idi.

- Bir biri ilə yola getməyən Keçəl ilə Kosa isə Azərbaycan Novruz bayramının əsas rəmzlərindən biridilər.

 

Novruz nemətlərinin bəzi simvolik mənaları:

Yumurta

Yumurta Həft - Sin (Yeddi nemət) süfrəsindən əlavə bayramın əsas komponentdidir və masada boyalı şəkildə görünməlidir, çünki yumurtanın daxilində olan ağ maye nütfənin (insanın yenidən doğuluşu), sarı rəng isə irqin, yəni, fərqli yaradılışın simvoludur. Üst qabığı isə səma və kosmik tağın simvoludur. Tezliklə canlanmalı, dünyaya gəlməli olan təbiətin alleqoriyasıdır.

Səməni

Təzə yetişmiş buğda cücərtilərindən hazırlanan səməni, yaşıllığın və təbiətin dirilməsinin simvoludur. Eyni zamanda Səməninin yaxşı bitməsi ilin məhsuldar olacağını, əks halda isə qıt olacağına nişanədir.

 

İydə

İydə və yarpaqları, həmçinin ətirli çiçəkləri sevgi və məhəbbət stimuludur və daha gözəl il üçün əsas şərtlərdən biridir, Zərdüştlər iydə toxumlarını kəklikotu ilə qarışdırıb Novruz masasına qoyurdular.

Sarımsaq

Sarımsaq gümrahlıq, ətraf mühitin təmizliyi və bədənin sağlamlığı ilə yanaşı bəd gözlərdən qorunmanın simvolu kimi süfrəyə qoyulurdu.

Sumaq

Sumaq Novruz süfrəsinə qoyulmuş sevgi, qəlblərin birləşməyin simvoludur.

Qovurğa

Qovurğa ilaxır çərşənbədə qovurmalıq buğdadan qovrulur. Qovurğa bərəkət simvoludur. Zövqə görə qovurğaya küncüt, qoz, boranı tumu, düyü əlavə edilə bilər. Xonçaya qoz fındıq da qoyulur.

Qoz, fıstıü, fındıq, şabalıd

Bu çərəzləri yedikdə insanda enerji depolanır və gücün rəmzidir. Şabalıd farsca olub "şah palıd" sözünün birləşməsidir. Gələcək işlərdə möhkəm olmağa nişanədir.

Paxlava

Paxlava ulduz və odun simvoludur. Paxlava ortasına qoyulmuş fındıq torpağa işarədir. Torpaqdan yaranmanı ifadə edir. Ümumiyyətlə, Novruz şirniyyatları əcdadlarımızın astral təsəvvürləri ilə bağlıdır. Paxlava ulduz simvoludur və alimlərə görə rombu xatırladır. Romb həyat ağacının mərkəzi elementidir və ana bətninə işarədir. Mərkəzinə yerləşdirilən fındıq, qoz içi isə ana bətnində olan uşağa işarədir.

Azərbaycan incəsənətində Novruz bayramı

Novruz bayramı xalqımızın əsrlər boyu qeyd etdiyi bir bayramdır. Xalqımızın sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarlar müxtəlif mahnılar yazmışlar. Həmçinin də, Novruz haqqında “Novruzun çələngi” və “Ocaq” kimi Azərbaycan filmləri də çəkilib.

Bildiyimiz kimi, bu bayram təkcə Azərbaycanda keçirilmir. Əgər öz adət-ənənələrimizdən danışırıqsa, digər ölkələr haqqında məlumat verməyi də özümüzə borc bilirik.

Türk xalqları Novruzu necə qeyd edirlər?

Türkmənistan

Novruz 1922-ci ildə türkmən xalqının qeyd etdiyi rəsmi bayramları sırasına daxil olmuşdu. Bu bayram iki gün, yəni martın 21-i və 22-sində keçirilir. Türkmənlər həm də mart ayını Novruz adlandırırlar. Ölkədə onun gəlişinə bir il qabaq hazırlaşırlar. İki gün əvvəlsə ev və həyətyanı sahədə dərindən təmizlik işləri aparılır, milli xörəklər bişirilir. Türkmənlərə görə süfrə həmin gün dopdolu olmalı, bu ərəfədə insanlar bir-birinə qonaq getməlidirlər. Deyilənə görə, qonağa nə qədər çox kişmiş, qoz, konfet, nabat verilərsə, həmin evdə də bir o qədər bolluq olar. Burada bayramın simvolu Novruz baba və gənc Bahargül hesab olunur. Səmənidən hazırlanan xörəklərin bayram süfrəsində yer almasına xüsusi olaraq fikir verilir. Onlar səhərdən ağ mərmərli Aşqabadı qarışbaqarış gəzərək şəhər əhli və qonaqları salamlayırlar. Axşama yaxınsa şəhər amfiteatrı bayramın əsl episentrinə çevrilir. Burada Türkmənistanın tanınmış estrada ulduz və qruplarının iştirakıyla konsert proqramı verilir.

Qırğızıstan

Qırğızlar da mart ayını Novruz adlandırırlar. Vaxtilə həmin gün doğulan oğlanlara adətə görə Novruzbay, qızlara isə Novruz və ya Novruzgül adı verilərdi. Əgər bu gün qar yağardısa, yaxşı əlamət hesab olunardı. Təsadüfi deyil ki, qırğız əfsanələrində qız gözəlliyini Novruzda yağan qarla müqayisə edirlər. Bayramda üzərinə dadlı təamlar düzülmüş ağappaq dəstərxan – süfrə salınır. Süfrədə un qatılmış səməni, yağ və şəkərdən hazırlanan sümelek mütləq olmalıdır. İnsanlar mənzillərini qaydaya salır, təzə paltarlar geyinir, küsülülər barışırlar. Hələ audıraspek adlı oyundan danışmırıq. Bu zaman oğlanlar bir-birini atdan salmalıdırlar. Hətta xanımların iştirak etdiyi idman yarışlarını demirik. Oğlanları yarışa dəvət edən qızlar qalib gəldikləri halda onlardan istənilən arzunu yerinə yetirməyi xahiş edir, oğlanlarsa həmin qıza elçi düşə bilirdilər. İndinin özündə Bişkek şəhərinin mərkəzi meydanı “Alatoo” və digər rayon mərkəzlərində səhnəciklər təşkil olunur. Cıdır meydanlarında at yarışları keçirilir. İnsanlar ənənəvi şərq xörəyi sayılan plova da qonaq olurlar.

Türkiyə

Türklər belə hesab edirlər ki, martın gəlişi ilə qış qurtarır. Qaziantep və onun ətrafındakı ərazilərdə martın 22-si “Novruz sultan” adlandırılır. Diyarbekirdə insanlar gəzintiyə çıxırlar. Evə gələn adamsa müxtəlif növ meyvələrə qonaq edilir. Tuncelidə kişilər alınlarına qara rəng vuraraq su mənbələrinə doğru hərəkət edir, burada onlar rəngi axıdır və dua edirlər. Mərkəzi Anadoluda Novruz Bayramı “mart doqquzu” kimi də tanınır. Anadoluda keçirilən digər mərasimlərə ağacları mart günəşinin şüalarından qorumaq üçün onlara parçaların (mart lenti) sarınmasını misal çəkə bilərik. Bu, xüsusən də Giresun şəhəri üçün xarakterikdir. Tekirdağda Novruz soyuq günlərin bitməsi və yazın gəlməsi hesab olunur və “Novruz şənliyi” adı altında qeyd olunur. İzmir, Uşaq, Sivas və Şebinkarahisarda ənənələr eyni olaraq qalır. Mart ayı yeni ilin başlanğıcı hesab olunduğu üçün onun ilk 12 gününə görə ilin necə keçəcəyi müəyyənləşdirilir. Novruzda S hərfi ilə başlayan yeddi təam yemək məsləhət görülür.

Qazaxıstan

Qazaxlar Novruzu Naurız adlandırırlar. Bu söz yazın doğulması mənasını verir. Lakin bayramın başqa adları da var. Məsələn, “Ulus küni” (yeni lin birinci günü), və ya “Ulıstın ulı küni” (xalqın böyük günü). Novruzun gəlişi münasibətilə insanlar təzə paltar geyinir, bir-birilərinə qonaq gedirlər. Mərasimin əsas xörəyi tərkibinə 7 inqredient daxil olan naurız-kojedir. O həyatın 7 elementini simvolizə edir. Bunlara ət, su, duz, yağ, un, taxıl və süd daxildir. İnqredientlərsə öz növbəsində şadlıq, uğur, müdriklik, sağlamlıq, firavanlıq, sürət, artım və ilahi mühafizə anlamı daşıyır. Ağsaqqalın qarşısına naurız-koje olan 7 piyalə qoyumalı, hər kəs 7 evə qonaq getməli və öz evinə 7 nəfəri dəvət etməlidir. Qazaxlar bir-birilərini “köktem tudı” (yazın doğulması deməkdir) deyərək təbrik edir. Axşama yaxınsa akınların (aşıqların) dombra alətinin müşayiətilə deyişməsi – altıs başlayır. Bu, səhərə kimi davam edir. Xeyri daha çox tərif edən qalib gəlir. Qazaxıstanda Novruz Bayramı rəsmi olaraq 2001-ci ildən qeyd olunur.

Özbəkistan

Bu gün bayram menyusuna xüsusi olaraq fikir verilir. Süfrədə mütləq şurpa (ət bulyonunda bişirilən tərəvəzlər), plov və samsa (göyərtili bişmişlər) olmalıdır. Sumalakın adını xüsusi olaraq qeyd etməliyik. Belə ki, bişməsi 24 saat çəkən bu xörəyin hazırlanmasında yalnız qadınlar iştirak edir və bu əməlli-başlı mərasimdir desək yanılmarıq. Belə ki cücərmiş buğda dənələri iri qazana tökülür və tünd rəng alınana kimi qarışdırılır. Yaz haqqında nəğmələr oxunur. Qazanın dibinə isə daş və ya qoz yerləşdirilir. Sumalak fincanına daş və ya qozun düşməsi ilin uğurlu olması deməkdir. Burada Novruzla əlaqədar olaraq buzboşi və ya kupkari adlı ənənəvi oyunlar da keçirilir. Ata minmiş igidlər bir-birinin əlindən yəhərlərindəki qoyun və ya keçini almağa çalışırlar. Kupkariyə bayramdan 7-10 gün qabaq hazırlıq görülür. Ağsaqqallar bir yerə toplaşır, oyunun qaydalarını müzakirə edirlər. Atı seçəndə xüsusi olaraq diqqətli olmaq tələb olunur. Belə ki onun cəldliyi və alçaqboylu olması əsas şərtlərdən biri kimi qəbul edilir. Sonra geyim seçilməlidir. Paltarın oyunçuların bir-birinə endirdikləri qamçı zərbələrinə davamlı olması mütləqdir. Ona görə də iştirakçılar sırıqlı pambıq xələt və şalvar geyinməli olurlar. Qalib gələn şəxsə xalça, sırıqlı yorğan və ya xələt hədiyyə olunur.

Dünyanın başqa yerlərində...

VII əsrdə müsəlmanların fəthindən sonra fars zərdüştilərinin əksəriyyəti Hindistana qaçdı. Bu gün də onların törəmələri olan Parsilər zərdüştiliyi dinləyir və “Novruz” bayramını qeyd edirlər. Bayramı qeyd edən digər azlıqlar arasında Çindəki türk uyğur xalqı və Rusiyanın cənubundakı ləzgilər və tatarlar, həmçinin Balkanlar, Monqolustan, Pakistan və Banqladeşin bəzi bölgələrindəki azlıqlar var. Dünyanın müxtəlif yerlərindəki diasporlar, eyni zamanda, ölkənin əhəmiyyətli İran-Amerika əhalisi sayəsində bir çoxu ABŞ-ın müxtəlif şəhərlərində təşkil oluna bilən möhtəşəm bayramlara ev sahibliyi edir.