Son xəbərlər

 

“Bu gün Azərbaycan xalqı sevinc və qürur hisləri yaşayır.

Bu da təsadüfi deyil. Çünki növbəti tarixi uğura imza atmışıq. Prezident İlham Əliyevin yeritdiyi müdrik və uzaqgörən siyasət sayəsində bir güllə belə atılmadan Ermənistan tərəfi 30 ildən çoxdur işğal altında saxladığı Qazaxın 4 kəndini Azərbaycana geri qaytardı. Yaxın zamanlarda Qazaxın qalan 3 kəndi və Naxçıvanın Kərki kəndi Azərbaycana qaytarılacaq. Son üç il ərzində həm ərazi bütövlüyümüzü bərpa etmişik, həm suverenliyimiz tam təmin olunub, həm də işğal altında olan kəndlərimizi qan tökmədən geri alırıq. Bundan əlavə Rusiya sülhməramlıları vaxtından əvvəl Qarabağ torpağını tərk etdilər. Bütün bunlar sözün əsl mənasında tarixi hadisələrdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

O vurğulayıb ki, ölkə başçısının müəllifi olduğu bu siyasəti xalqımız birmənalı şəkildə dəstəkləyir: “Belə bir vəziyyətdə özünü radikal müxalifətin siması kimi təqdim etməyə AXCP və onun funksionerləri 5 may mitinqindən danışırlar. Bu mitinqlə bağlı əsas şüarlarından biri də odur ki, sərbəst toplaşma azadlığı təmin edilsin. Ölkəmizdə bu azadlıq yoxdur? Əlbəttə ki var. Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir. Ölkəmizdə bütün hüquq və azadlıqlar tam təmin edilib. Əhalimizin 80%-dən çoxu internet istifadəçisidirsə, bunu başqa necə qiymətləndirmək olar? Kim hansı mövqeyi ifadə etmək istəyirsə, edir. Kim nəyi yazmaq istəyirsə, yazır. Sərbəst toplaşmaq azadlığının olmaması ilə Azərbaycanı ittiham edənlər gözünün içinə qədər yalan danışırlar. Azərbaycan dövləti dəfələrlə müxalif siyasi qruplaşmalara bildirib ki, Bakının ən böyük rayonu olan Qaradağ rayonu ərazisində bu məqsəd üçün xüsusi yer ayrılıb. Həmin ərazidə istədikləri cür mitinq keçirə bilərlər. Bakının mərkəzində 5-6 km uzaq olan bir əraziyə getmək bu qədərmi çətindir? Onlar üçün çətin olan ora insanları toplaya bilməkdir. Öz qohum-əqrəbalarından və başlarını aldatdıqları bəzi gənclərdən başqa heç kimi apara bilməyəcəklər”.

Deputat qeyd edib ki, şəhərin mərkəzində onsuzda əhali sıxlığı var: “Bu sıxlıqdan istifadə edərək kənardan şəkil çəkmək istəyirlər ki, guya onların hamısə mitinqdə iştirak edir. Hesab edirəm ki, müxalifət bugünkü gündə özünə sual verməlidir ki, xalq niyə onları dəstəkləmir? Mən öz ehtimallarımı deyim. Çünki xalqın gözü tərəzidir. Xalq ona görə müxalifəti boykot edir ki, onlar xalqın sevincinə sevinə bilmirlər. Xalq tarixi qələbələrdən ruhlanır. Amma müxalifət kənarda qalıb göz yaşı tökür, Bakıda çaxnaşma yaratmaq, ölkəmizdə sabitliyi pozmaq istəyirlər. Arzuları isə hər zaman gözlərində qalacaq. Çünki xalq onlardan çoxdan imtina edib”.

04 May 2024 Minaların daha tez təmizlənməsi üçün xəritələr olmalıdır - Norveçli səyyah
04 May 2024 Bir ölkə müdaxilə etsə, III Dünya savaşı başlayacaq
04 May 2024 Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...
03 May 2024 Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır
03 May 2024 Rusiya rəsmilərinə Ermənistana səfər qadağa olundu
03 May 2024 İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir
03 May 2024 COP29.az vebsaytı istifadəyə verildi
03 May 2024 Ukraynalı hərbçi yoldaşlarını əsir götürdü
03 May 2024 “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək!
03 May 2024 Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov
03 May 2024 Orban Putinin andiçməsinə gələrsə… - Arkov
03 May 2024 Deyirdilər, varlı arxa-dayağım, “saxlayanım” var...
03 May 2024 İlham Əliyev Andjey Dudaya məktub ünvanladı
03 May 2024 Gömrükdə əməliyyat: rəis Bakıya gətirildi
02 May 2024 “EasyCep” Azərbaycanda fəaliyyətini genişləndirir
02 May 2024 Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video
02 May 2024 Şuşadan bəyan edirəm, xülyalara qapılmayın! - Şeyx
02 May 2024 Prezident Əsədovu yenidən bu vəzifəyə təyin etdi
02 May 2024 Prezident Leonid Kalaşnikovu qəbul etdi
02 May 2024 Səhər yeməyindən imtina etməyin - Dəhşətli nəticələr
02 May 2024 Bunu oxuyandan sonra bir də heç vaxt çiyələk yarpaqlarını atmayacaqsınız
02 May 2024 “Allergiyası olanlar bu qidaları yeməsinlər - yeyən uşaqlar...”
02 May 2024 Dueyn Consona görə şirkət 50 milyon zərərə düşdü
01 May 2024 Şeyxdən Ermənistana çağırış: Xülyalara aldanıb…
01 May 2024 Lalə Məmmədova şəhid övladları ilə bir arada - Video
01 May 2024 Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - VİDEO
01 May 2024 “Qənimət Zahid yenə sərsəmləyib” - DEPUTAT FİKİR BİLDİRDİ
01 May 2024 "Qanunları pozan hər bir kəs qanun qarşısında cavab verməlidir" - MÜNASİBƏT BİLDİRİLDİ
01 May 2024 Biz imkan verə bilmərik ki... - İlham Əliyev
01 May 2024 Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi