Son xəbərlər

Dövlətimizin başçısı daim nazirliyin strukturunun və normativ-hüquqi bazasının, maddi-texniki təchizatının təkmilləşdirilməsi, şəxsi heyətin sosial müdafiəsinin və təminatının gücləndirilməsinə xüsusi diqqət yetirir. Bu gün müasirləşmə tendensiyası DİN-in bütün orqan və hissələrini əhatə edir. Fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılması, o cümlədən ən müasir texnologiyalarla təchizat yüksək səviyyəyə çatdırılıb, onlarla elektron xidmət, veb-sayt, “qaynar xətt” və digər informasiya resursları yaradılıb, polisin “ASAN xidmət” mərkəzlərində fəaliyyəti təşkil olunub. Vətəndaş məmnunluğunu təmin edən innovativ təşəbbüslər orqan və hissələrdə qanunçuluğun qorunmasını, xidmətin səmərəsini və operativliyi qat-qat artırıb.
Beynəlxalq standartlara cavab verən infrastruktura və maddi-texniki bazaya malik olan Azərbaycan Polisi ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan yaradır.

Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Binəqədi DYP Şöbəsinin rəisi, polis mayoru Vüsal Qələndərovdir.

Bəli, yaxşı hal o olar ki, hər bir Adəm övladı yaşadığı ömür yollarında elə bir iz qoysun ki, həmin şəxsin barəsində söhbət düşərkən adı həmişə fəxrlə çəkilsin, hər kəs öz yanaşması ilə həmin şəxsə qarşı bəlli münasibətini ortaya qoymağı bacarsın. Qeyd edək ki, Vüsal Qələndərovun xeyirxah əməllərinin, atdığı addımlarının, verdiyi dəyərli məsləhətlərinin, insanlara qarşı səmimi münasibətinin və s. əhəmiyyətini bu gün də hər kəs görür, lazımınca da dəyərləndirir. Əslinə baxsan, bu şəxsə qarşı yüksək insani münasibətin formalaşmasına əsas səbəb, ona göstərilən böyük hörmət və ehtiramın nəticəsidir.

Ümumiyyətlə, Vüsal Qələndərovun xarakterik xüsusiyyəti, yüksək insani keyfiyyətinin varlığı onu göstərir ki, hal-hazırda bu şəxsə qarşı hər kəsin xüsusi rəğbəti var. Düzdür, hər bölgədə, ayrı–ayrı şəhər və rayonlarda, kənd və qəsəbələrdə əksəriyyətin tanıdığı ağsaqqallar, imkanlı şəxslər, müəyyən qədər nüfuz sahibi olan insanlar var. Amma, etiraf etmək lazımdır ki, həmin şəxslər əksəriyyət tərəfindən tanınsalar da, heç də onların hər biri hər kəsin rəğbət hissini qazana bilmirlər. Çünki, həmin şəxslərdən bəziləri sahib olduqları və milyonlarla dəyərləndirilən var– dövlətlərini çox zaman şəxsi məqsədlərinin həllinə yönəldirlər. Belə insanlardan tamamilə fərqlənən Vüsal Qələndərov isə, bu gün nəinki təmsil etdiyi bölgənin, hətta digər bölgə sakinləri tərəfindən də rəğbət hissi ilə qarşılanan Vətən oğludur. Əslində bu şəxs əksər imkansızlar, köməyə ehtiyacı olanlar, könülləri intzarda qalıb yol gözləyənlər üçün sanki bir dayaqdır, “sönməz məşəldir”.

Unutmaq olmaz ki, Vüsal Qələndərov fəaliyyəti hər zaman göz önündə olub və geniş ictimaiyyət tərəfindən də daim qiymətləndirilib. Hal-hazırda bölgə sakinlərinin tam əksəriyyət Vüsal Qələndərovun qürurlu adı ilə öyünür, onunla iftixar hissi də keçirirlər. Çünki, bu şəxs indiyə qədər xeyirxah əməlləri, atdıgı addımları ilə yaşadığı ömür yollarında elə bir iz buraxıb ki, həmin iz müasir dövrümüzün bugünkü tarixinə birdəfəlik həkk olunub. Bəli, bu gün də o, hər kəs üçün əzizidir, hər kəsin rəğbət bəslədiyi, hörmət göstərdiyi ləyaqətli vətən övladıdır. Belə bir səbəbdəndir ki, vətənimizin sayılıb–seçilən övladlarından biri olan Vüsal Qələndərovun adı el-oba arasında dillər əzbəridir. Gənc yaşlarından halal zəhmətlə çörək qazanmağa çalışan, özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin ən ülvi amallar uğrunda yorulmadan çalışması, məhz Vüsal Qələndərovun kamil bir şəxs olmasından xəbər verir. Bundan əlavə, bu şəxsin heç bir təmənna, hansısa maraq və məqsəd güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması da, məhz hər kəsə bəlli olan həqiqətlərdir. Bundan əlavə, hal-hazırda Vüsal Qələndərov bu gün də ölkə rəhbərinin yürütdüyü daxili iqtisadi siyasətə lazımınca dəstəyini ifadə edir. Unutmaq olmaz ki, bu şəxs Vətən müharibəsinin davam etdiyi vaxtlarda şəhid ailələrinə baş çəkmiş, şəhidlərin hüzr mərasimlərində iştirak etmiş, imkan daxilində onların ailələrinə, yaralı əsgər və zabitlərimizə, imkansız ailələrə, xəstələrə, yaşlı nəslin nümayəndələrinə və s. müəyyən köməkliyini göstərmişdir. Bu gün də onun şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, aztəminatlı ailələrə və digər imtiyaz sahibi olanlara göstərdiyi diqqət və qayğı hər kəs tərəfindən qiymətləndirilir. Belə bir səbəbdəndir ki, Vüsal Qələndərov bu yöndə atdığı hər addım, ortaya qoyduğu yanaşma və s. geniş ictimaiyyət tərəfindən hər zaman qiymətləndirilir.

Unutmaq olmaz ki, Vüsal Qələndərovun indiyə kimi əldə etdiyi uğurlar təkcə onun deyil, bütövlükdə xalqımızın, dövlətimizin uğurları hesab olunur. Faktdır ki, bu günün özü də bir tarixdir. Ona görə də hər bir vəzifə sahibi, iş adamı, yaxud da digər peşə sahibi olan hər kəs öz xalqı, dövləti üçün vicdanla, ləyaqətlə çalışarsa, özündə cəmləşdirdiyi potensialını bu yöndə səfərbər edərsə, deməli o halda həmin şəxsin adı bugünkü tariximizə yazılacaq. Hətta, illər keçsə də, həmin şəxs lazım olduğu qiymətini alacaq və doğma xalqının sevgi hissini qazanmağı da bacaracaq. Faktdır ki, Vüsal Qələndərov da atdığı addımlarına görə belə şəxslərdən biri hesab olunur. Ümumiyyətlə, bu şəxsin ləyaqətli vətəndaş mövqeyi bu gün olduğu kimi, gələcəkdə də xalqı tərəfindən lazımınca dəyərləndiriləcək. Bütün bunlar gəlişi xoş sözlər deyil, əsl həqiqətlərdir.
Akademik Zərifə xanım Əliyeva həyatını səhiyyə elminin inkişafına həsr edən Azərbaycanın dəyərli ziyalılarındandır.
Zərifə xanım səhiyyə və elm sahəsində danılmaz xidmətləri ilə yanaşı sədaqətli həyat yoldaşı və gözəl ana kimi də milli-mənəvi dəyərlərimizə töfhə verən Azərbaycan xanımıdır. Zərifə xanımın qısa, lakin mənalı ömrü barədə onu tanıyanların xatirələrini, ürək sözlərini Ulu Öndər, Zərifə xanımın sədaqətli həyat yoldaşı Heydər Əliyev çıxışlarının birində çox mükəmməl ifadə etmişdir:
“Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”.
O, həkim olub, insanların köməyinə çatmaqla yanaşı, Azərbaycanda oftalmologiya elminin inkişafına səbəb olmuş mühüm əsərlərin müəllifidir.
Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir.
Zərifə Əliyeva Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirir.
1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı vermişdir. O dövr üçün gənc yaşda bu nailiyyətlərə sahib hər adama qismət olmurdu.
XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur.
Zərifə xanım Əliyevanın müalicə metodu bütün respublikada tətbiq edilirdi. Uğurlu tədqiqatların nəticələri Z.Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur.
Zərifə xanım Əliyeva uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Böyük alim yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi, o, respublikanın şəhər və rayonlarını bir-bir gəzərək, xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi.
Zərifə xanım Əliyeva 1967-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunur. Sözügedən institut ömrünün son illərində həmin kollektivə rəhbərlik etmiş mərhum professor Əziz Məmmədkərim oğlu Əliyevin – Zərifə xanımın atasının adını daşıyırdı.
Traxoma ilə yanaşı Zərifə Əliyeva qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri aparır. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə kömək etdi.
Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil etmişdir. O, “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Zərifə Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.
Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilir, 1983-cü ildə isə həmin kafedranın müdiri olur. Bundan sonra onun fəaliyyəti daha da genişləndi.
Fəxrlə qeyd edim ki, Zərifə xanım M.İ.Averbax adına mükafata layiq görülmüş ilk azərbaycanlı qadındır. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü.
Zərifə xanım gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir.
Z.Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir.
Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Z.Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir.
Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi. 1994-cü ildə Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur. Zərifə xanımın işıqlı xatirəsi hər bir azərbaycanlının qəlbində yaşayır və yaşayacaq.