Son xəbərlər

 

“Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bildirilib ki, magistratura səviyyəsində danışıq bloku imtahanı tətbiq oluna bilər. Doğrusu, sözügedən yeniliyin elə də tərəfdarı deyiləm və bunun müəyyən problemlər yaradacağını düşünürəm. Dövlət İmtahan Mərkəzinin qəbul qaydalarını çətinləşdirməsi tələbə olmaq istəyənlərin müxtəlif proqramlara müraciət edərək rahat şəkildə xaricdə təhsil almağa üstünlük vermələrinə gətirib çıxaracaq. Xarici dildə danışığın imtahana salınması o zaman ağlabatan qərar olar ki, ümumi təhsil məktəblərinin məzunlarının ən azı 50 faizi xarici dil bilgisinə sahib ola bilsin. Magistraturaya qəbul olmaq istəyən ali məktəb məzunlarının isə ən azı 70 faizi ali məktəb auditoriyasından xarici dili öyrənib çıxa bilsin”. Bu sözləri SİA-ya danışan təhsil eksperti Rizvan Fikrətoğlu deyib.

“Daha aydın desək, DİM-in abituriyentlər və tələbələrdən təhsil müddətində aldıqları bilikləri tələb etməsi daha düzgündür. Məzuna, abituriyentə "zəhmət çəkib öyrənəydin" və ya "hazırlığa get, öyrən" demək də düzgün olmaz. Hər yenilik repetitorların, kursların, "Əlabbasın" torbasını genişləndirəcəksə, bu, inkişaf deyil. Azərbaycan vətəndaşının mövcud dil problemini hələ orta məktəbdən başlayaraq həll etmək lazımdır. Sual olunur, bizdə orta və ali məktəblərdə xarici dil hansı səviyyədə öyrədilir? Ali məktəbdə öyrədilmir, orta məktəbdə isə orta səviyyədən bir az aşağı öyrədilir.",-deyə o əlavə edib.

Ekspertin fikrincə, şəxs bakalavr və magistraturaya qəbul olmaq istəyirsə, xarici dildə danışmaq, tənqidi mühakimə yürütmək qabiliyyəti olmalıdır: “Amma danışıq səviyyəsində xarici dildən imtahan götürmək nəyə lazımdır? Bu hansı bacarığı ortaya qoyur? Bütün bunlar əngəldir, bariyerdir. Xarici dildən imtahan olar, amma bunu yüksək səviyyəyə qaldırmaq lazım deyil.

 

Biz o qədər xarici dil aludəçisi olmuşuq ki, sanki öz dilimizi unutmuşuq. Baxın, hər 100 nəfərdən, ən azı 90-nı sosial şəbəkədə status yazarkən, öz dilimizdə nə qədər səhvlər buraxır. Amma xarici dildə o qədər səhvlər etmir. Öz dilimizin kölgədə qalması mənfi haldır. Hətta deyərdim ki, magistraturaya qəbulda suallar ixtisas üzrə olsun. Kimin nəyinə lazım riyazi məntiq, nəzəri informatika, dəbdəbəli xarici dil? Xarici dil məcburiyyət halı alıb, bu yaxşı deyil".

04 May 2024 Çiyələyin qiyməti 1 manata DÜŞDÜ VİDEO
03 May 2024 "Ulu Öndər bütün gücünü milli intibahımıza yönəltdi" - MÜNASİBƏT BİLDİRİLDİ
03 May 2024 "Multikultural dəyərlər bu xalqın qanında və canındadır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
03 May 2024 Lukaşenko nazirə yer qazdırdı: Axtar... - Video
03 May 2024 Ucarda pambıq emalı müəsisəsinin fəaliyyəti şəhər sakinlərini narahat edir VİDEO
03 May 2024 “KQB” agentlərinin adının açıqlanması yenidən gündəmdə
03 May 2024 Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bu məkan həm də “QAN BANKI” adlandırılıb
02 May 2024 Şeyx delimitasiyaya xeyir-dua verdi
02 May 2024 Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam
02 May 2024 Tarix yazan sərkərdə
01 May 2024 Düşmənlər silahlarımızın qarşısında titrəyir - Medvedyev
01 May 2024 Lukaşenko Rusiyada dəbdəbəli iqamətgah tikdirir
01 May 2024 Prezident Zuhair Əlhartini qəbul etdi
30 Aprel 2024 Cəlilabad rayon “hərbi komissarlığında” ŞOK ÖZBAŞINALIQ… -Vətəndaş şikayət edir…
30 Aprel 2024 Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO
30 Aprel 2024 Bakı sakinləri Paşinyanın devrilməsini istəyirmi? - ŞOK CAVABLAR
30 Aprel 2024 İstənilən halda bu əməliyyat olacaq - Netanyahu
30 Aprel 2024 İlham Əliyev ABŞ rəsmilərini qəbul etdi
30 Aprel 2024 Azərbaycanda ada turizmi niyə inkişaf etməyib? - ARAŞDIRMA
30 Aprel 2024 Qardaş ölkədə dollar ucuzlaşdı
30 Aprel 2024 Jerar Depardye sərbəst buraxıldı
29 Aprel 2024 "Başkəndin strateji əhəmiyyəti var, sizin YOXDUR!" - Tural Abbaslıdan Musabəyova SƏRT CAVAB! - VİDEO
29 Aprel 2024 Toyuq ətinə tələbat kəskin artdı: bahalaşma olacaq?
29 Aprel 2024 "Azərbaycan-Qırğızıstan əlaqələri güclənməkdə davam edir" - MÜNASİBƏT BİLDİRİLDİ
29 Aprel 2024 "Yaşlı insan gəncə nümunə olmalıdır ki, gənc də ona hörmət etsin" - EKSPERT TƏNQİD ETDİ
29 Aprel 2024 Taksi ödənişini kartla, yoxsa nağd ödəməliyik? - MÜNASİBƏT BİLDİRİLDİ
29 Aprel 2024 Rasim Musabəyovun açıqlaması müzakirə yaratdı - Video
28 Aprel 2024 Vet.Dr.Təbriz Abdullazadə: "Bu baxımdan baytarlıq təkcə heyvanlar üçün deyil, insan, ətraf mühit və qida sağlamlığının qorunmasında həyati əhəmiyyət kəsb edən bir peşədir."
26 Aprel 2024 Cəsarət Əhmədov: “İnsan var ki, cəmiyyətin adamı olur, insan var ki, dövlətin adamı olur, insan var ki, Allahın adamı olur” - VİDEO
25 Aprel 2024 Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur