Respublika Perinatal Mərkəzinini direktoru Mehriban Abasquliyeva - Yeni Azərbaycan Partiyası İdarə Heyətinin dekabrın 15-də keçirilmiş genişləndirilmiş iclasında Yeni Azərbaycan Partiyasının Sədri İlham Heydər oğlu Əliyevin 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Yeni Azərbaycan Partiyasından namizəd irəli sürülməsi haqqında yekdilliklə qərar qəbul olunması tarixi bir qərardır. Həm Yeni Azərbaycan Partiyası, həm də bütün Azərbaycan xalqı 2024-cü il prezident seçkilərində özünün yeganə namizədi kimi cənab İlham Əliyevi görür.
Mehriban Abasquliyeva: Xalqın namizədi

Ötən 20 il ərzində nəinki Azərbaycan xalqı, eləcə də bütün dünya şanlı tarix yazan, bütün vədlərini yerinə yetirən, dövlətini qüdrətli edən, bölgənin taleyini müsbət yöndə dəyişdirən və yeni reallıqlar yaradan bir ölkə başçısının yüksək intellekti, əzmi və cəsarətinə, güclü siyasi qətiyyəti və iradəsinə, böyük uzaqgörənliyinə, zəngin idarəçilik təcrübəsi və məharətinə şahidlik etdi. Prezident İlham Əliyev 2003-cü ildən Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmiz dinamik inkişaf yolu keçdi, iqtisadiyyatımız sürətlə inkişaf etdi, bu illər ərzində beynəlxalq səviyyədə dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən dövləti imicini qazandı və ən əsası suverenliyimiz və ərazi bütövlüyümüz bərpa edildi.
Mehriban Abasquliyeva: Xalqın namizədi

Cənab İlham Əliyev Prezident seçilən gündən xalqın taleyini öz taleyinə çevirdi. “Ölkənin ən dəyərli sərvəti onun vətəndaşlarıdır” deyən Prezident hakimiyyətdə olduğu dövrdə hamımızın doğmasıdır. O, xalqını, xalq da onu qorudu, ona inandı. O, bu sevgisi ilə təkcə kiçik ölkəsini böyütmədi, bu kiçik ölkənin vətəndaşlarını da ucaltdı. Azərbaycanın qazandığı misilsiz uğurların təməlində də məhz xalq-iqtidar birliyi dayandı. Prezidentin bölgələrə səfərləri zamanı insanlarla görüşləri, onlarla səmimi ünsiyyəti, hər birini təmkinlə dinləməsi, problemlərini məhz onların özlərindən öyrənməsi, yerindəcə tapşırıqlar verməsi, ilk növbədə xalqa olan hörmətin sübutudur. Bu etimadın təməlində isə qarşılıqlı hörmət qərarlaşıb. Tariximizə ən parlaq Qələbəni də o yazdı, torpaqlarımızı işğaldan azad edərək xalqın 30 illik həsrətinə son qoydu. Bu 44 günlük Vətən müharibəsi Azərbaycan Prezidentinin həm də elə ali keyfiyyətlərini üzə çıxardı ki, dünya onu heyrətlə izlədi. Ölkəsinə qazandırdığı qalibiyyət Vətən, yurd, xalq, insan sevgisinin zirvə nöqtəsi idi. O, müharibə dövründə dünyaya təkcə qalib sərkərdə, Müzəffər Ali Baş Komandan, qətiyyətli siyasətçi, adil dövlət başçısı, mahir diplomat kimi görünmədi. Dünya, onu həm də hər zaman xalqını düşünən, onun qayğıları ilə yaşayan nümunəvi lider kimi tanıdı. O, ən həssas dönəmdə də xalqının qarşısına çıxdı, ən sevincli xəbəri özü çatdırdı insanlara.
Mehriban Abasquliyeva: Xalqın namizədi

Bu münasibət qəti şəkildə Azərbaycan vətəndaşlarının 2024-cü il prezident seçkilərində İlham Əliyevin namizədliyinin yenidən irəli sürülməsi ilə əlaqədar mövqeyini formalaşdırıb. Növbədənkənar seçkilərin keçirilməsi sözsüz ki, Azərbaycana yeni dividentlər qazandıracaq. Bu seçkidə xalqın seçimi sözsüz ki, birdir və xalq öz Prezidentinə, cənab İlham Əliyevə inanır və əlbəttə onun namizədliyi hamılıqla irəli sürüləcək və bir nəfər kimi hamı öz Ali Baş Komandanına, rəhbərinə səs verəcəkdir. Hər bir Azərbaycan vətəndaşı buna əmindir. Nəinki Azərbaycan vətəndaşları, dünyanın bir çox ölkələri, türk dünyası bu gün cənab İlham Əliyevə böyük ümidlər bəsləyir, Azərbaycanın gələcəyinə inanır. Ölkənin suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunduğu bir vaxtda bütün ərazilərdə baş tutacaq prezident seçkiləri dünyaya Azərbaycan xalqının siyasi iradəsini nümayiş etdirməklə həm də ölkəmizin prezidentinə, Ali Baş Komandan İlham Əliyevə bir daha böyük etimadın, hörmət və məhəbbətin göstəricisi olacaqdır.


 Ulu Tanrı gözəl bir diyar yaratdı. Yeraltı, yerüstü bütün gözəllikləri, zənglikləri bəxş etdi bu       cənnət məkana. Adına Azərbaycan dedilər. Bir də genişqəlbli , comərd, mübariz, dağ vüqarlı   insanlarla tamamladı bu zənginliyi. Lakin bütün bu gözəlliklərlə bərabər nankor qonşular da       yazıldı qismətimizə. Saf niyyətimizdən, mərdliyimizdən sui-istifadə etdilər. Zaman-zaman   xəyanət-xəyanət ardınca ,vurulan zərbələr saysız hesabsız oldu. Nə yazıq ki unutduq olanları,   bağışladıq. Dədəm Qorqud nə gözəl demiş:”Qarı düşmən dost olmaz”. Olmadı da.

 Ötən əsrin əvvələrində yeni bir vüsət alan erməni azğınlığı əsrin sonlarında daha da alovlandı.     Nəticədə misli görünməmiş Xocalı faciəsi , 20 faiz itirilən ərazilər, dədə-baba torpaqlarından       zorla, qəddarcasına çıxarılan minlərlə qaçqın və köçkünlər, minlərlə şəhidlər...

 Təklənmişdik. Yağı düşmənin havadarları, müdafiəçiləri çox idi .Haqlı olduğumuz halda             sanki bütün dünya lal və kar oldu. Səsimizi eşidən, fəryadımıza hay verən olmadı, amma heç       zaman qürurumuz sınmadı, ümidimiz üzülmədi . Çünki iman yerimiz – güman yerimiz olan       Əbədiyaşar bir liderimiz vardı – H.Əliyev! Hər kəs bir mənalı olaraq inanırdı ki, Heydər             Əliyev haqqı nahaqqa verməyəcək, bu kələfin ucunu tapacaq, ədaləti bərqərar edəcək. Onun       hakimiyyətə gəliş i- Zəfərə gedən yolun başlanğıcı idi. Təəssüf ki, ömür vəfa etmədi. Acımız       çox ağır oldu, amma sarsllmadıq .Çünki bu yolda yeni bir yolçu - əzəmət və qürur                       mücəssəməsi, Ulu Öndərin layiqli davamçısı Cənab İlham Əliyev addımlayırdı. Onun                 uzaqgörən siyasəti dahi liderin ideyalarını , arzularını gerçəkləşdirirdi. Dayanıqlı iqtisadiyyat,     güclü ordu, dünyanın siyasi arenalarında mütləq söz sahibi olmaq  - Budur 20 illik möhtəşəm     hakimiyyətin gerçəkliyi!

 Cənab Əliyev münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün düşmənə bütün imkanları         tanıtdı. Düşmən  isə öz mənfur və xəbis niyyətindən əl çəkmədi.

 Nəyi, nə zaman və necə edəcəyini gözəl bilən Ali Baş Komandan 2020-ci ilin 27 sentyabrında     zamanın yetişdiyini bəyan etdi. Dəmir Yumruq işə düşdü. Cəmi 44 günlük müharibə                   xalqımızın, dövlətçiliyimizin tarixinə qızıl hərflərlə yazıldı.

 Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan          azad etdi.

 Bideyil, əzilmiş qürurumuz , heysiyyətimiz, öləzimiş ruhumuz, perik düşmüş sevincimiz             qayıtdı. Bu zəfər nakam şəhid ruhlarına məlhəm oldu. Doğrudur, boy-boy ər igidlərimiz bu         yolda canlarını fəda etdilər. Öz ağlasığmaz şücaətləri ilə dünya hərb tarixində yeni səhifələr         açdılar. Milli kimliyimizi dünyaya sübut etdilər.

 Ulu Öndərin 100 illik yubileyi bu il Şuşa şəhərində qeyd olundu. Bu, oğul Əliyevin- ata               Əliyevə verdiyi o müqəddəs sözün sübutu idi.

 Lakin Ali Baş Komandan hələ də mənzili başa vurmamışdı. 2023-cü il sentyabrın 19-20-dək       cəmi 23 saat davam edən antiterror əməiyyatı ilə son nöqtə qoyuldu.15 oktyabrda Cənab Ali       Baş Komandan Xankəndində bayrağımızı dalğalandırdı.

 Budur-Böyük Qələbə!

 Budur-Adını tarixə əbədi yazdıran yenilməz Sərkərdə!

 Bu gün hər bir vətənpərvər azərbaycanlı fəxrlə deyir:

-          QARABAĞ,SƏN AZADSAN!

-          QARABAĞ AZƏRBAYCANDIR!

-          CƏNAB İLHAM ƏLİYEV DÜNYANIN MƏĞLUBEDİLMƏZ SİYASİ LİDERİDİR!!!

           Azərbaycan Milli Kitabxanasının direktoru, professor
                              Kərim Tahirov

“Məlumdur ki, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclası keçirildi. İclasda iki mühüm qərar verildi:

1. YAP-ın İdarə Heyətinin iclasında növbədənkənar prezident seçkisində iştirakına qərar verildi;

2. YAP-ın növbədənkənar prezident seçkisində namizədi hazırkı dövlət başçısı İlham Əliyevin olması qəbul edilib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

O, sözlərinə belə davam edib: “YAP-ın namizədinin İlham Əliyevin olması gözlənilirdi. Xüsusilə, indiki məqamda onun seçkilərə getməsi istər ölkə, istər region, istərsə də geosiyasi proseslər baxımından olduqca vacibdir.

Cənab İlham Əliyev hər şeydən öncə xarici təhdidləri sezməyi və analiz aparmağı yaxşı bacarır. Təsadüfi deyil ki, onun hakimiyyəti illərində Azərbaycan balans siyasətini qorumağı, beləliklə isə xarici təhdidlərdən yayınmağı bacarıb. Bu siyasət xüsusilə keçmiş “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ” münaqişəsi illərində daxili auditoriya və müxalifət tərəfindən sərt tənqid edilsə də Əliyev bu siyasətdən bir addım da geri atmadı.

Prezident İlham Əliyevin apardığı balans siyasəti həm də vaxt udmağa hesablanmışdı. Azərbaycanın güclü xarici əməkdaşlara, müttəfiqlərə, ordusunu aparıcı ölkələrin orduları ilə bərabər səviyyədə inkişaf etdirməyə, iqtisadiyyatı gücləndirməyə ehtiyacı vardı.

İlham Əliyev 20 ilə bütün bunları bacardı. Nəticə etibarilə 44 günlük ikinci Qarabağ müharibəsi və lokal xarakterli antiterror tədbirləri ilə “Ermənistan Azərbaycan Dağlıq Qarabağ” münaqişəsinin “Dağlıq Qarabağ” etapı bitdi.

 

İlham Əliyev böhran vəziyyətlərinə hazırlıqlı, dözümlü və çıxış yolu tapmağı yaxşı bacarır. O, qətiyyəti, prinsipiallığı ilə dəfələrlə dövlətin mövqeyini ən üst səviyyədə təmin etməyi bacarıb. Xüsusilə onun 44 günlük ikinci Qarabağ müharibəsi zamanı həm Ali Baş Komandan kimi əməliyyatlara nəzarət etməsi, həm prezident kimi vaxtaşırı xalq qarşısına çıxıb proseslər barədə birbaşa məlumat verməsi, həm də informasiya müharibəsinin aparıcı qüvvəsi kimi xarici mediaya müsahibələr verərək reallığı çatdırması böhran vəziyyətlərində necə davranılmalı olduğunu əyani şəkildə sübut edir.

İlham Əliyevin məhz indi seçkilərə qatılması həm də gələcək perspektivdə Azərbaycanı gözləyən real təhdidlər baxımından vacibdir. Məsələ ondadır ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra qlobal aktorların Azərbaycana baxış bucağı da dəyişib. Yəni, bu günə qədər edilən təzyiqlər daha çox Qarabağ münaqişəsi və Ermənistan üzərindən idisə, yeni təzyiqlər daha qlobal və dərin olacaq.

İlham Əliyev dövlət başçısı kimi Bakını hədəf alan qlobal aktorların ehtimal təhdidlərini ölkəmizə qarşı yarana biləcək risk faktorlarını ciddi təhlil etmək potensialına və təcrübəsinə malikdir.

Hesab edirəm, YAP-ın İlham Əliyevin prezidentliyə namizədliyini məhz indi irəli sürülməsi yerində, düzgün və partiyanın tarixindəki ən strateji qərardır. İlham Əliyevin seçkidə qələbə qazanacağı isə şübhəsizdir”.

Dövlətimizin qətiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın dəmir yumruq kimi birliyi sayəsində qələbə qazandıq.

Bu Qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. 2020-ci il 27 sentyabrda başlayan və 44 gün davam edən haqq mübarizəsində  dünya ölkələri Şanlı Ordumuzun 30 illik erməni işğalına son qoymasının şahidi oldu. Gərgin müharibə dövründə Azərbaycan Ordusu böyük rəşadət göstərərək vətənpərvərlik nümunəsi göstərdi. Müharibənin ilk günlərindən Ordumuzun azad etdiyi kəndlərin, yüksəkliklərin çəkilişlərinə baxdıqca, 30 ilə yaxın müddətdə keçirdiyimiz acı xatirələri unudur, qürur hissi keçirirdik. Xalqımızın tarixin bu sınağından alnıaçıq-üzüağ, zəfərlə çıxmasını şərtləndirən başlıca amillərdən biri də məhz vətənə sonsuz sevgi hissinin sarsılmazlığı idi. İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən təmizləyərək Azərbaycanın ərazi bütövlüyünü təmin etməyi bacardı.Təsadüfi deyildi ki, İkinci Qarabağ savaşında minlərlə gənc erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü müraciət edərək cəbhəyə yollanmaq istəklərini ortaya qoydular. Arxa cəbhədə olanlar həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmədilər, hər cür maddi və mənəvi dəstək verməyə hazır olduqlarını göstərdilər. Ölkəmizdə  fəaliyyət göstərən müxtəlif siyasi partiyalar siyasi baxışlarını bir kənara qoyaraq milli birlik nümayiş etdirdilər. Bütün bunlar bir daha onu göstərdi ki, siyasi, dini, sosial mövqeyindən asılı olmayaraq vətənin ümumi maraqları, Azərbaycan xalqının birliyi hər bir vətəndaş üçün bütün arzu və istəklərdən öndə dayanır. Bu günlər Azərbaycan xalqı öz əzmi ilə bütün dünyaya, sözün həqiqi mənasında, birlik və həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirdi. Biz birlikdə güclüyük! Qələbəmizin qazanılmasında birliyimizin rolu misilsizdir. Ay yarım davam edən bu savaş xalq-iqtidar birliyindən güc alan Azərbaycanın qüdrətinin, milli birliyinin sarsılmazlığının göstəricisi oldu. Eyni zamanda Azərbaycan xalqının qazandığı zəfərin möhtəşəmliyi ölkə başçısı cənab İlham Əliyevin mümkünsüzü mümkünə çevirmək qüdrətindən bəhrələndi.  Məhz Ali Baş Komandan Prezident cənab İlham Əliyevin ortaya qoyduğu nümunə xalqımızı bu müharibədə qələbəyə ruhlandırdı. Dövlət başçısının vətənpərvərliyi xalqımızı torpaqlarımızın azadlığı uğrunda mübarizədə həmrəy etdi. Prezident cənab İlham Əliyevin qətiyyəti, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmi hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Vətən müharibəsi xalqımızın mübarizliyini bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda bu savaşda xalqımız Prezident cənab  İlham Əliyevin rəhbərliyi ilə milli həmrəyliyin ən mükəmməl nümunəsini yaratdı. Artıq heç bir qüvvə bu sarsılmaz birliyi pozmaq iqtidarında deyil.  Prezident cənab İlham Əliyev  çıxışında qeyd etmişdir : “Milli həmrəylik Azərbaycan xalqının təbii güc mənbəyidir. Bütün Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində birlik, iradə göstərmişdir.”

Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir. Bu gün qarşılaşdığımız mənzərə həqiqətən də qürurvericidir.

Çıxışında qürurla :” Mən hər bir azərbaycanlının Prezidentiyəm!”- deyən dövlətimizin müdrik başçısı dediklərini dönə-dönə əməli işlərlə təsdiqləyir. Odur ki, xalq da həmişə öz dövlətini, öz liderini bütün işlərdə dəstəkləyir. Başqa sözlə, ən şad günlərdə də, ən çətin vaxtlarda da lider öz xalqının, xalq öz liderinin yanındadır. Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi milli birliyimizin səbəbidir. Bir sözlə,  xalqımız ağır günlərdə bacarıqla bir nöqtəyə vura bilir. Prezident İlham Əliyev haqlı olaraq xalq-iqtidar birliyini Azərbaycanda sabitliyin inkişafının əsas şərti adlandırmışdır. İllərdir, xəyallarını qurduğumuz an gerçəkləşib, otuz illik həsrət artıq sona çatıb və Azərbaycan xalqı öz doğma torpaqlarına qovuşub. İşğaldan azad edilən şəhər, rayon, qəsəbə və kəndlərimiz yenidən canlanır. Bütün bunlar tariximizin Şanlı Zəfəri kimi gələcək nəsillərin xatirəsində əbədi yaşayacaqdır.

Qoy bu birliyimiz, həmrəyliyimiz əbədi və sarsılmaz olsun!

Professor Kərim Tahirov
Azərbaycan Milli Kitabxanasının direktoru