Son xəbərlər

Ulu Öndər Heydər Əliyev bir xalqın müstəqillik əldə etmək üçün necə böyük əziyyətlər çəkməli, qurbanlar verməli və əziyyətlərə qatlaşmalı olduğunu və bu ağır sınaqdan heç də bütün dövlətlərin uğurla çıxa bilmədiyini hamıdan daha yaxşı bilirdi. Buna görə də Ümummilli Liderimiz müstəqilliyə aparan yolun ağırlığını bir kəlmə ilə ifadə edərək belə demişdir: “Müstəqillik yolu qədər çətin yol yoxdur”. Azərbaycan isə öz müstəqillik yolunda ən ağrılı-acılı faciələrlə qarşılaşmalı oldu. Lakin ən vacibi budur ki, bu faciələrdən ən böyüyü, müstəqilliyimizin itirilməsi baş vermədi. 1993-cü ildə artıq başlanmaq üzrə olan vətəndaş müharibəsinin fonunda Azərbaycanın parçalanmasının və suveren dövlət kimi mövcudiyyətinə son qoyulmasının qarşısını xalqın xilaskar oğlu, Ulu Öndər Heydər Əliyev aldı.

2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnmiş Vətən müharibəsində tarixi Qələbənin əldə olunmasında ən vacib amil kimi çıxış edən ordu quruculuğu işinin də əsası Azərbaycanda məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur: “Bir ay bundan öncə Azərbaycan xalqı Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin üçüncü ildönümünü böyük təntənə ilə qeyd etdi. Hamımız bilirik ki, xalqımızı bu möhtəşəm Zəfərə gətirən yolun ən önəmli hissəsi Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın 2003-2020-ci illər ərzində keçdiyi mühüm hazırlıq dövrü olmuşdur. Məhz bu illər ərzində Azərbaycan öz iqtisadiyyatını daha da gücləndirmiş, müasir, yüksək döyüş qabiliyyətinə malik olan ordu yaratmış, beynəlxalq mövqelərini möhkəmlətmiş, ölkə daxilində ən yüksək səviyyədə milli birlik və həmrəylik mühiti formalaşdırılmış və yalnız bütün bu hazırlıqlar uğurla başa çatdırıldıqdan sonra şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanımızın əmri ilə irimiqyaslı hərbi əməliyyatlara başlayaraq, qısa müddət ərzində Vətən torpaqlarını işğaldan azad etmişdir.

Möhtərəm Prezidentimiz İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, ölkəmizdə 2003-cü ildən bəri gedən bütün mütərəqqi, xalqın rifahına və dövlətin mənafelərinə xidmət edən proseslər yalnız və yalnız Heydər Əliyev siyasi xəttinin və Ulu Öndərin müəllifi olduğu inkişaf strategiyasının davamıdır. O cümlədən, tarixi Qələbəmizin əldə olunmasında müstəsna rol oynamış ən mühüm amillərdən biri əlbəttə ki, güclü ordu faktorudur. Birmənalı olaraq demək lazımdır ki, Azərbaycanda ordu quruculuğu işinin əsasları da məhz Ulu Öndərin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdə qoyulmuşdur. Yalnız Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra, ümummilli liderimizin gərgin səyləri və müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı.

Ulu Öndər 1971-ci ildə görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi məktəbin yaradılmasına nail oldu. Bu proses ümummilli liderimiz tərəfindən artıq müstəqillik illərində daha böyük vüsətlə davam etdirilmişdir. Hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Ulu Öndər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması haqqında fərman imzalamışdır. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşdırılması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsinə keçidi təmin etdi. Həmçinin 2001-ci il 20 avqust tarixli fərmanla Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmış və bununla həmin təhsil ocaqlarının respublika üzrə hərbi təhsil müəssisələri sistemində statusu yüksəldilmişdir.

Çox vacib məqamlardan biri də budur ki, Vətən müharibəsi başa çatdıqdan sonra da ölkəmizdə ordu quruculuğu işi nəinki səngimədi, əksinə cənab Prezident İlham Əliyevin müdrik siyasəti syəsində bu proses daha da sürətləndi. Son üç ildə şahidi olduğumuz hadisələr də bu qərarın düzgünlüyünü dəfələrlə sübut etmiş oldu. Vətən müharibəsinin nəticələrindən dərs almayan Ermənistan bəzi xarici qüvvələrin dəstəyi və təhriki ilə ölkəmizə qarşı revanşist planlar cızmağa başlamışdı. Lakin Azərbaycan bu cəhdlərin də qarşısını qəti tədbirlərlə aldı. Bu ilin sentyabr ayının 19-da keçirilmiş antiterror tədbirinin nəticəsində isə, ölkəmiz Qarabağda mövcud olan separatçı rejimin tam süqutuna və artıq bütün ərazisində suverenliyinin bərpasına nail oldu.

 

Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni şərtləndirən digər bir mühüm amil də ölkəmizdə formalaşmış milli birlik və həmrəylik mühitidir: “Qeyd olunmalıdır ki, Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili siyasətin nəticəsi kimi təzahür edən bu faktor da Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı istiqamətində həyata keçirdiyi, dövlətin milli mənafeləri baxımından müstəsna əhəmiyyət kəsb edən tədbirlərin əsasında formalaşmışdır.

Bu gün bütün dünya azərbaycanlıları üçün vahid birləşdirici faktor olan azərbaycançılıq ideologiyasının əsasını qoymaqla, Ulu Öndər milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, aşınmadan xilas etmişdir. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan ümummilli lider Heydər Əliyev bu sahədə inqilabi addımların atılmasına zəmin yaratmışdır. Hələ 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə Heydər Əliyev tərəfindən siyasi-ideoloji müstəvidə görülən işlər milli inkişaf və həmrəyliyimizin təminatçısı qismində çıxış etmişdir. Milli-ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə ulu öndərin təşəbbüsü və gərgin səyləri sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi əhəmiyyətə malik addım oldu. Bunun ardınca milli-mənəvi dəyərlərin qorunması istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Ulu Öndər Heydər Əliyev, eyni zamanda Azərbaycan multikulturalizminin də əsasını qoymuşdur. Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli lider ölkədə mövcud olan xaos və özbaşınalığa son qoymuş, ölkəmizi vətəndaş qarşıdurması kimi böyük bəlalardan xilas etmişdir. Belə bir dövrdə Azərbaycanda yaşayan bütün xalqların və dinlərin nümayəndələrinin ortaq dəyərlər ətrafında birləşməsinə ehtiyac var idi.

Ulu Öndər azərbaycançılıq məfkurəsinin prinsiplərini bəyan etməklə ölkəmizin inkişaf və tərəqqisinin təməlini qoydu. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən Azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amilə çevrildi.


“Ölkədə növbədənkənar prezident seçkiləri elan olunub. 2024-cü il fevralın 7-də Azərbaycan növbədənkənar prezident seçkiləri keçiriləcək. Nəzərə almalıyıq ki, bundan əvvəlki dönəmdə də prezident seçkiləri növbədənkənar keçirilib”. Bunu SİA-ya açıqlamasında AMİP sədri Arzuxan Əlizadə deyib.

Onun sözlərinə görə, hazırkı parlament də növbədənkənar seçkilərlə formalaşıb: “O zaman ölkədə fəaliyyət göstərən iddialı olan siyasi güclərdə mövcud reallara hazır olmalı və seçkilərin növbəti və ya növbədənkənar keçirilməsindən asılı olmayaraq əgər siyasi iradəsi, gücü və elektaratının olmasını bildirirsə mütləq mənada seçkilərin hansı formada keçirilməsindən asılı olmayaraq bu seçkilərə hazır olmalıdır. Növbədənkənar elan olunub deyə bu seçkilərdə iştirak etməmək və ya təbii ki, özünün yetərli elektaratının olduğunu iddia edərək də seçkilərdə iştirak etməməklə hansısa növbədənkənar keçirilməsini bəhanə etmək, təbii ki, bəhanədən başqa bir şey deyil. Bir sözlə, həmin siyasi güclərə heç də bəraət qazandırmır. Hesab edirəm ki, prezident seçkilərinin növbədənkənar keçirilməsi ilə bağlı yaranmış situasiya hər kəs üçün eyni, bərabər vəziyyət yaradır. Seçkilərin növbədənkənar keçməsini bəhanə edərək seçkilərdə iştirak etməmək bir tərəfə bu seçkiləri hansısa formada qaralamaq və bunun ətrafında hansısa qara piar kampaniyası qurmaq heç bir halda heç bir siyasi təşkilata başucalığı gətirmir. Əgər gücün varsa, elektaratın varsa, özündə yetərli güc hesab edirsənsə və seçkilərdə iştirak edərkən nəticə əldə edəcəyinə əminsənsə təbii ki, seçkilərdə iştirak etməli və namizədliyini irəli sürməlisən. Əks halda təbii ki, hansısa qarayaxma kampaniyası həyata keçirmək, bir daha qeyd edirəm ki, düzgün deyil və heç bir siyasi təşkilata başucalığı gətirmir”.

Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.

Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

Dinamik inkişaf edən iqtisadiyyatı yüksək ixtisaslı kadrlarla təmin etmək üçün Azərbaycanda orta ixtisas və ali təhsil məktəbləri şəbəkəsi nəzərəçarpacaq dərəcədə genişləndirilmiş, hər il Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin aparıcı elm və təhsil ocaqlarına gənclərin göndərilməsi həmin illərdə bir ənənəyə çevrilmişdi. Həmin dövrdə on mindən çox azərbaycanlı gənc keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərinə təhsil almağa göndərildi. Onların əksəriyyəti bu gün müstəqil Azərbaycanın iqtisadiyyatının, elminin, təhsilinin inkişafında, dövlətçiliyinin möhkəmləndirilməsində fəal iştirak edir.

 

Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, gənc və yeniyetmə azərbaycanlı oğlanların həmin məktəbə, habelə respublikadan kənarda ali hərbi məktəblərə cəlb olunması Azərbaycan üçün peşəkar hərbi kadrlar hazırlanması işinə böyük təkan vermişdi. Beləliklə, Ulu Öndərin uzaqgörənliyi sayəsində gələcəkdə müstəqil Azərbaycanın Milli Ordusunun formalaşması üçün kadr probleminin həlli yolunda mühüm addım atılmışdı.

Azərbaycanın elmi, mədəniyyəti və incəsənəti həmin illərdə böyük yüksəliş dövrü yaşamış, paytaxt Bakının, digər şəhər və rayonların inkişafı və abadlaşması sahəsində kompleks tədbirlər həyata keçirilmişdi.
Bütün bunların fonunda xalqımızda özünə inam artdı, milli özünüdərk prosesi gücləndi. Ən başlıcası isə gələcək müstəqillik üçün möhkəm baza yaradıldı.Təsadüfi deyildi ki, Sovet İtttifaqı dağılanda Azərbaycan iqtisadi cəhətdən özünü təmin edə bilən 3 müttəfiq respublikadan biri idi.

Əskişəhərdə Ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib.

Axar.az xəbər verir ki, Əskişəhər Anadolu Universitetinin Heydər Əliyev Tətbiq və Araşdırmalar Mərkəzi, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası və Əskişəhər Azərbaycanlıları Dərnəyinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin Anım Günü keçirilib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev, Anadolu Universitetinin rektoru Fuad Erdal və digər qonaqlar, tələbələr iştirak edib.

Çıxışçılar Heydər Əliyevin həyatından və siyasi fəaliyyətindən, Azərbaycanın müstəqilliyinin gücləndirilməsindəki xidmətlərindən danışıblar.

Sonda Ümummilli liderin həyatı ilə bağlı film nümayiş etdirilib.