Son xəbərlər

Üçrəngli bayrağımız tarixi qələbəmizin, dövlətçilik ənənələrinə sadiqliyimizin
rəmzi kimi əzəmətlə dalğalanır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli
Sərəncamı ilə hər il 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi
qeyd edilir. Xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli
kimliyini tərənnüm edən üçrəngli bayrağımız həm də milli qürurumuzdur. Çünki milliliyi, dini
inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü
xatırladır, üzərində dalğalanan torpağın qədimliyini göstərir.
Müstəqil Azərbaycanın dövlət bayrağı ölkəmizin və xalqımızın milli-mənəvi dəyərlərini
özündə yüksək səviyyədə əks etdirir. Bayrağımızdakı mavi rəng türklük, yaşıl rəng
müsəlmanlıq rəmzidir, qırmızı rəng isə müasirliyin simvoludur. Türkçülük, islamçılıq və
müasirlik prinsiplərinin vəhdətini özündə əks etdirən dövlət bayrağımızın rəng simvolikası ötən
əsrin əvvəllərində bir sıra Azərbaycan mütəfəkkirlərinin əsərlərində ifadəsini tapan müvafiq
ideyalardan qaynaqlanır.
Bayraq dövlətin varlığının, tarixinin və taleyinin göstəricisidir, onun özünütəsdiq
simvoludur. Bayraq millətin kimliyinin, təfəkkür və düşüncə tərzinin ən dəqiq mənəvi ölçü
meyarıdır. Qürur və güvənc yeri kimi bayraq dünyanın hər yerində ən müqəddəs milli dəyərdir,
azadlığın rəmzidir. Bütün dünyaya müstəqil dövlətimizin varlığını bəyan edən Azərbaycan
bayrağı bu deyilənlərin hər birini öz rənglərində vüqarla, iftixarla daşıyır. Xalqımızın azadlığını,
suverenliyini, istiqlalımız uğrunda apardığımız tarixi mübarizəni, mənəvi dünyagörüşümüzü
tərənnüm edən ay-ulduzlu bayrağımız həm də milli kimliyimizin ən böyük tərənnümçüsüdür.
Təsadüfi deyil ki, dövlət bayrağı bütün vətəndaşlarımız üçün müqəddəs dövlətçilik rəmzidir.
Azərbaycan xalqının bayraq sevgisi sonsuzdur. Hər bir vətəndaşımız bayrağımıza
ehtiram göstərməyi özünə müqəddəs borc sayır. Bayrağımız ölkəmizin hər yerində vüqarla
dalğalanır. Üzvü olduğumuz beynəlxalq təşkilatların binalarının qarşısında dalğalanan
bayrağımız müstəqil dövlətimizin varlığını dünyaya çatdırır. Bayrağımız mühüm tədbirlər,
mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda qaldırılaraq
müstəqilliyimizi və milli birliyimizi təcəssüm etdirir. İdmançılarımız beynəlxalq yarışların qalibi
olanda bayrağımızı başlarının üzərinə qaldırıb, himnimizi səsləndirirlər.
Ulu Öndər Heydər Əliyev Dövlət bayrağımız haqqında danışarkən qeyd edirdi ki, kim
Azərbaycanı sevirsə, Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, işğal olunmuş
torpaqlarımızın azad olunmasını, ərazi bütövlüyümüzün təmin olunmasını istəyirsə, o, bu
bayraq altında birləşməlidir.Ulu Öndərin bu fikirləri hər bir vətəndaş qarşısında böyük vəzifələr
müəyyənləşdirmiş oldu. Azərbaycan xalqı üçrəngli bayaraq altında birləşdi və öz torpaqlarını
işğaldan azad etdi. Artıq üçrəngli bayrağımız işğaldan azad edilmiş ərazilərimizdə qürurla,
Zəfər coşqusu ilə dalğalanır. Müəzffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev hər
zaman qeyd edir ki, bizim bayrağımız qürur mənbəyimizdir. Bayrağımız eşidilən səsimiz,
duyulan nəfəsimizdir. Ölkəmizdə 9 noyabr tarixinin Bayraq Günü kimi qeyd olunması da məhz
Prezident cənab İlham Əliyevin üçrəngli bayrağımıza verdiyi böyük dəyərin göstəricisidir.
Müdriklərin belə bir deyimi var: “Bəşəriyyət dahilərə, tarixi şəxsiyyətlərə möhtac olduğu
qədər də onlara borcludur”. Bu gün xalqımız onu nicat yoluna çıxaran, dövlətçiliyimiz,
müstəqilliyimiz yolunda mütərəqqi addımlar atan dahi siyasətçi, görkəmli dövlət xadimi
ümummilli liderimiz Heydər Əliyevin Naxçıvandan başladığı tarixi xilaskarlıq missiyasını daim
hörmət və ehtiramla xatırlayır. Gənc nəslin Vətənə, xalqa, dövlətə olan məhəbbəti,
bayrağımıza olan sevgisi, ehtiramı dövlətimizi daim yaşadacaq, müstəqilliyimizi əbədi edəcək.
Qalibiyyət nişanəsi üçrəngli bayrağımız həmişə yüksəklərdə, zirvələrdə dalğalanacaq!

Rəşad Tağızadə,
Salyan şəhər 9 saylı tam orta məktəbin müəllimi,
Vətən müharibəsi iştirakçısı, YAP fəalı

Azərbaycan bayrağına ehtiram göstərilməsi ölkə vətəndaşlarının müqəddəs borcudur


Azərbaycan Respublikasının bayragı, gerbi və himni Azərbaycan dövlətinin
müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Dövlət atributu olaraq Azərbaycan
bayrağına ehtiram göstərilməsi ölkə vətəndaşlarının müqəddəs borcudur. Hər kəs bilməlidir
ki, Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir.
Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng - Azərbaycan
xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı
inkişaf etdirmək istəyini, yaşıl rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı
zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir
edilib.
Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan
Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul olunub.Üçrəngli bayraq ikinci dəfə 1990-cı il
noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli
lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar
Respublikasının dövlət bayrağı kimi qəbul edilib. Eyni zamanda Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın
Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsadət qaldırıb.
1991-ci il fevral ayının 5-də ölkə ictimaiyyətinin tələbi ilə Azərbaycan Respublikasının
Ali Soveti "Dövlət Bayrağı haqqında" Qanun qəbul edərək üçrəngli bayrağa Azərbaycan
Respublikasının dövlət bayrağı statusunu verib. 1991-ci il oktyabrın 18-də müvafiq
Konstitusiya aktı ilə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü
Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərkən onun dövlət rəmzlərini,o cümlədən
Dövlət Bayrağını qəbul edib. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışından sonra üçrəngli bayrağımız ümumxalq referendumu ilə qəbul edilən
Konstitusiyada da öz əksini tapıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvandan başlanan
bu böyük tarixi hadisəni yüksək qiymətləndirərək demişdir:“Ulu öndər Heydər Əliyevin
rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında məhz Xalq Cümhuriyyətinin
bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da
yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir.”
Ulu öndərin milli mənafelərə əsaslanan, siyasətini bütün sahələrdə uğurla davam
etdirən Prezident İlham Əliyev də daxilindən gələn yüksək vətənpərvərliklə Azərbaycanın
milli dövlət atributlarını uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır. Dövlət
başçısının milli ideallara bağlılığı özünü həm də üçrəngli bayrağımıza münasibətdə qabarıq
göstərir. Bakı şəhərində, Xəzərin sahilində Dövlət Bayrağı Meydanının yaradılması da
Prezident İlham Əliyevin dövlət atributlarına olan yüksək ehtiramının bariz nümunəsidir.
Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının
yaradılması barədə Sərəncam imzaladı, həmin il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində
- Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Dövlət Bayrağı Meydanının təməli qoyuldu.
2010-cu il sentyabr ayının 1-də Bakıda Dövlət Bayrağı Meydanının açılışı oldu. Belə bir
meydanın ölkəmizdə yaradılması isə üçrəngli bayrağımıza dövlətimizin, cəmiyyətimizin
dərin ehtiramının göstəricisidir. Həmçinin, Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda
Dövlət Bayrağı Muzeyi də yaradılıb. Bütövlükdə, Dövlət bayrağının təbliği istiqamətində
görülən işlər, o cümlədən dövlətimizin atributiv rəmzinin qorunması dövlət rəmzlərinə
hörmətin ifadəsi kimi vahid azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməyə rəvac verən
məsələ oldu.
Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik
nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər
mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə
və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. Bütövlükdə, dünya
ictimaiyyəti xalqımızın öz bayrağına - milli atributlarına nə qədər sayğılı olduğunu görür.
Ümummilli liderimiz Heydər Əliyevin bəyan etdiyi kimi, Azərbaycanın müstəqilliyi əbədidir,
daimidir, dönməzdir. Və üçrəngli bayrağımız da daim zirvələrdə dalğalanacaq. Bu
baxımdan, 9 Noyabr - Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəmizə, milli-
mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.


Rafiq Əzizov,
Salyan rayon Dayıkənd kənd tam orta məktəbin müəllimi, YAP fəalı

 

Bayrağımız bundan sonra daha möhtəşəm uğurlarımıza şahidlik edəcək

Bayraq hər bir millətin imzasını, onun kimliyini təsdiq edən bir varlıqdır. Bayraq həmçinin
Vətənə sevgi və məhəbbət rəmzidir.Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən
müqəddəs rəmzlərdən sayılan üçrəngli bayrağımız hər bir Azərbaycan vətəndaşında yüksək
vətənpərvərlik duyğuları aşılayır.
Bаyrаğımız tаriхin кеşməкеşli yоllаrındаn кеçib, illərin sınаğındаn çıхıb. Müstəqilliк
uğrundа gеdən mücаdilələrdə şəhid оlmuş minlərlə оğul və qızlаrımızın qаnınа bоyаnıb. Оnа
görə də hər bir аzərbаycаnlı üçün bu bаyrаq həm də müqəddəsdir.
30 ilə yaxındır, üçrəngli bayrağımızın təcavüzkar qonşularımızın işğal etdiyi torpaqlarda
dalğalanacağı günü gözləyirdik. İllərlə arzuladığımız, həsrətlə gözlədiyimiz bu gün artıq reallığa
çevrilib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğal
olunmuş ərazilərimizin azad edilməsi uğrunda müzəffər yürüşünü inamla sona çatdırdı və
torpaqlarımız azad oldu. Artıq iki ildir bütün bayramlarımızı, o cümlədən 9 Noyabr-Dövlət
Bayrağı Gününü Zəfər ruhunda qeyd edirik. Qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın
işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması qürurumuzun, milli kimliyimizin, sabaha
doğru inamlı addımlarımızın əsasıdır. Dövlət Bayrağı Günündə 44 günlük İkinci Qarabağ
müharibəsi dövründə cəbhədən gələn qələbə müjdəli xəbərlərin xalqımızda yaratdığı hissləri
yada salmamaq mümkün deyil. Həmin gün küçə və meydanlarımızı üçrəngli Azərbaycan
Bayrağı bəzədi. Bayrağımız paytaxt və bölgələrimizdə yaşanan Zəfər sevincinə şahidlik etdi.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tarixi Zəfərimizdən dərhal
sonra işğaldan azad edilmiş ərazilərimizə ilk səfərləri həmin torpaqlarımızda Azərbaycan
Bayrağının ucaldılması ilətarixə yazıldı.
Azərbaycan Prezidenti cənab İlham Əliyev özünün dövlət başçısı kimi fəaliyyətə
başlamasının iyirminci ildönümü günündə, möhtəşəm Zəfərimizin üçüncü ildönümü, eləcə də,
18 Oktyabr – Dövlət Müstəqilliyimizin Bərpası Günü ərəfəsində xalqımıza heç zaman
unudulmayacaq hədiyyələr bəxş etdi. Belə ki, ölkəmizin Qarabağ iqtisadi rayonunda kök salmış
separatşı və terrorçu ünsürlərə qarşı aparılmış lokal antiterror əməliyyatlarından bir ay
keçməmiş Ali Baş Komandan Azərbaycan Bayrağının bütün yaşayış məntəqələrimizdə
ucaldılmasına nail oldu. Həm də bu uğura cənab Prezidentin özü, şəxsən imza atdı. Ağdərə,
Əsgəran, Xocalı, Suqovuşan, Xocavənd və Xankəndidə müqəddəs bayrağımızı öz əli ilə
ucaltdı.
“Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün
Azərbaycanın hər bir yerində Dövlət Bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa
edəndən sonra milli Dövlət Bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda
qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır...”
Prezident İlham Əliyevin 13 il bundan əvvəl – Bakıda Dövlət Bayrağı Meydanının təntənəli
açılış mərasimdə əminliklə söylədiyi həmin fikirlər bu gün müasir Azərbaycan reallıqlarının
zirvəsində yer alır. Bizim bayrağımız həqiqətən işğaldan azad etdiyimiz bütün şəhər və
kəndlərdə dalğalanır.
Azərbaycan ənənələri olan ölkədir. Keçmişinə, ədət-ənənələrinə, milli-mənəvi dəyərlərinə
sadiq, dövlətçilik maraqlarını hər şeydən üstün tutan xalqımız Dövlət Bayrağımız altında bir
amala-azərbaycançılıq ideyasının təbliğinə xidmət edir. Bayrağımız varlığımızın sübutu,
müstəqil dövlətə sahib çıxmaq bacarığımızın əsas göstəricisidir. Prezident cənab İlham
Əliyevin ilk gündən qarşıya qoyduğu bu hədəfə uyğun olaraq əldə edilmiş uğurlarla
kifayətlənmir, daim irəli baxırıq. Bu gün qalib Azərbaycanın qarşısında daha böyük üfiqlər
açılııb. Bayrağımız bundan sonra daha möhtəşəm uğurlarımıza şahidlik edəcək.


Aqil Qurbanov,
Salyan rayon Qarabağlı 2 saylı kənd tam orta məktəbin müəllimi, YAP fəalı

Azərbaycan Respublikasının dövlət bayrağından düzgün istifadə edilməsi
hər kəsin vətəndaşlıq borcudur


Hər bir dövlətin, millətin, xalqın tarixində azadlığın və müstəqilliyin ifadəsi olan bayraq
çox mühüm məna daşıyır və xalqın varlığını, ideologiyasını özündə əks etdirir. Hər bir xalqın
tarixinin şanlı səhifələri məhz Dövlət Bayrağı ilə bəzənir. Xalqa, millətə milli qürur, mənlik,
ləyaqət, güc, qüvvət, qüdrət verir. Bizim bayrağımız da bu gün sərhədlər aşdıqca, ölkələr
keçdikcə və ən əsası işğaldan azad edilən tarixi Azərbaycan torpaqlarında dalğalandıqca
azərbaycanlıların milli simvolu kimi könülləri fəth edir, əbədiləşir. Dövlət Bayrağımız bu gün
həm də Qələbə və Zəfər üfüqlərini özündə təcəssüm edir. Həm dünyada, həm də azad
edilmiş torpaqlarda dalğalanan bayrağımız siyasi qələbəmizin təntənəsi kimi bütün
azərbaycanlılara qürur verir və bizim xalq kimi birliyimizin, həmrəyliyimizin rəmzidir.
Planetimizin hər bir ölkəsi kimi Azərbaycan Respublikası da dünya dövlətləri sırasında
öz bayrağı ilə təmsil olunur, tanınır. Tarixə nəzər salsaq görərik ki, Azərbaycan ərazisində
müxtəlif dövrlərdə mövcud olmuş dövlətlərin bayraqları dövlətin xarakterinə, xalqın
düşüncəsinə, milli mənəvi keyfiyyətlərinə uyğun bir tərzdə seçilirdi. Bu səbəbdən istər tarixdə,
istərsə də indinin özündə hər hansı bir ölkənin bayrağına diqqət yetirsək, həmin bayraq
altında hansı cəmiyyət yer alibsa onun simasını, keçdiyi inkişaf yolunu, bayraqdakı təsvir və
rənglərin mənasını görə bilərik. Azərbaycan Respublikasının dövlətçilik rəmzlərindən biri
onun Milli Bayrağı - Dövlət bayrağıdır. Milli bayraq siyasi, ideoloji, mənəvi baxımdan bir
millətin və bu milləti təşkil edən dövlətin mövcudluğunu təsdiqləyən rəmzdir. Dövlət bayrağı
hər birimiz üçün Vətən, millət və dil qədər müqəddəsdir. Bayrağın yeri ucalıqdır. Təsadüfü
deyil ki, bayraq salona daxil olanda hər kəs ayağa qalxır.
Milli bayraq bizim xalqımızın mədəniyyətini, xasiyyətini və tarixini özündə əks etdirən
simvoldur. Bu cəhətdən Azərbaycanın dövlət bayrağı dərin məna əks etdirərək, xalqımız
arzularını və inkişaf yolunu özündə ehtiva edir. Azərbaycan bayrağında olan aypara və
səkkizguşəli ulduz tək islamı və türkçülük elementlərini daşımır, həmçinin vəhdəd təşkil
edərək unikal azərbaycançılıq nişanəsi rolunu oynayır. Azərbaycan bayrağında olan göy rəng
bizim türkçülüyümüzü, yəni xalqımızın çox qisminin türk millətinə aid olduğunu bildirir, qırmızı
rəng bizim modernləşmə, demokratik inkişaf kursumuzu bildirir, yaşıl rəng isə islam dininə aid
olduğumuzu bildirir. Bayrağınızın rəngləri və simvolikası Azərbaycanın prioritet olan inkişaf
istiqamətlərini bildirir.
Qeyd etdiyimiz kimi, üçrəngli dövlət bayrağımız bizim qürur mənbəyimizdir. Bu
bayrağa dərin hörmət və ehtiram hissi ilə yanaşdığımız kimi, ondan istifadə qaydalarına da
ciddi əməl etməliyik. Azərbaycan RespublikasıKonstitusiyasının 75-ci maddəsinin birinci
bəndində qeyd olunur ki, hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə -
bayrağına, gerbinə və himninə hörmət etməlidir. Bundan əlavə, ulu öndər Heydər Əliyevin
1998-ci il 13 mart tarixli "Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin
gücləndirilməsi haqqında" sərəncamı dövlət atributlarının təbliği baxımından mühüm
əhəmiyyət daşımışdır. "Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin,
müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir
ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir
hissəsi olsun" - deyə ulu öndər çıxışlarında dəfələrlə bildirmişdir.
2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi
qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik
bazası təkmilləşdirilmişdir. Həmin Qanunla Azərbaycan Respublikasının Dövlət bayrağına
hörmət göstərilməsi ilə bağlı vəzifələr, Dövlət bayrağının qaldırılmalı və yerləşdirilməli olduğu
yerlər, təsvirinin istifadəsi, həmçinin rəsmi tədbirlər zamanı, matəm günlərində və matəm
mərasimlərində istifadəsi, digər bayraqlarla birgə qaldırılması (asılması) və ya yerləşdirilməsi,
habelə Dövlət bayrağının istifadəsinə dair tələblər və məhdudiyyətlər müəyyən edilmişdir.
Qanunun 9-cu və 10-cu maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının
Dövlət bayrağı bütöv olmalı və solğun görünməməlidir. Azərbaycan Respublikasının Dövlət
bayrağı ya bayraq dirəyi, ya da xüsusi tutqaclara bərkidilən dəstək üzərində qaldırılır.
Azərbaycan Respublikasının Dövlət bayrağı elə qaldırılmalıdır ki, onun parçasının aşağı
tərəfi yerdən azı üç metr hündürlükdə olsun. Azərbaycan Respublikasının Dövlət bayrağı
masaların və ya kürsülərin üstünə örtük kimi sərilə bilməz, oturulan və ayaq basılan yerlərə
qoyula bilməz.
Bir sözlə, Azərbaycan Respublikasının dövlət bayrağından düzgün istifadə edilməsi
hər kəsin vətəndaşlıq borcudur. Bayrağa münasibət dövlətə münasibətin ifadəsidir. Ona görə
də mühüm dövlət atributu ilə istifadə qaydalarında son dərəcə dəqiq olmaq lazımdır.

 

Abbas Mustafayev,
Salyan rayon gənci, YAP fəalı

 

 

oru

Lokal xarakterli antiterror əməliyyatları

Xalqımızın yaddaşına və şanlı hərb tariximizə qızıl hərflərlə yazılan 2020-ci il hər
zaman Qələbə, Zəfər ili kimi xatırlanacaq. Çünki həmin ildə Prezident, Silahlı Qüvvələrin
Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz sentyabrın
27-də başlayan və 44 gün davam edən Vətən müharibəsini böyük Zəfər, unudulmaz
tarixi Qələbə ilə başa vurdu. Azərbaycan qələbə qazandıqdan sonra 2020-ci il 10 noyabr
tarixində dövlətlər arasında Üçtərəfli Bəyanat imzalandı. Bəyanatın dördüncü
maddəsində deyilirdi ki, qanunsuz erməni birləşmələri oz silahlarını təhvil verib,
Azərbaycan ərazisini tərk edəcəklər. Lakin üstündən 3 il vaxt keçməsinə baxmayaraq,
Ermənistan hakimiyyəti məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktları həyata
keçirdi və beləliklə, sazişin maddələrinə riayyət etmədi. Nəticədə, Azərbaycan ərazilərini
minaladılar, Azərbaycan ərazisində qanunsuz zirehli texnikalar, top və artilleriya
qurğuları yerləşdirdilər, tez-tez atəşkəsi pozdular, yerli sakinlərin yaşadıqları yerlərə
minalar basdırdılar. Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın
Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış
minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus
nəqliyyat vasitəsi sıradan çıxdı və mülki şəxslər həlak oldu. Həmin gün Daxili İşlər
Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də
Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış
minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak oldu və yaralandılar. Bu kimi
faktlar Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətini
göstərirdi. Dəfələrlə ölkə prezidenti, Ali Baş Komandan səviyyəsində deyildiyi kimi,
“bütün bu təxribatlar Azərbaycanın “Dəmir Yumruğu” ilə qarşılaşacaq, onlara güzəşt
olmayacaq” kimi fikirləri reallığa çevrildi. Sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri
bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Ikinci Qarabağ Müharibəsində
olduğu kimi bu antiterror əməliyyatında da ağır relyef şəraitinin olmasına və düşmən
mövqelərin daha yüksəkdə olmasına baxmayaraq Azərbaycan ordusu öz gücünü
göstərərək qısa zaman ərzində uğurlar əldə etdi. Aparılmış qısamüddətli lokal xarakterli
antiterror tədbirləri nəticəsində düşmənin silah və texnikalarının böyük hissəsi sıradan
çıxarıldı. 24 saatdan da az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində
Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu. Erməni
separatçı dövlətinin başçısı və dəstəkçiləri həbs edilərək Bakıya gətirildi. Antiterror
tədbirləri Ordumuzun peşəkarlığını bütün dünyaya göstərdi. Mülki insanlara, mülki
infrastruktura ziyan vurmadan, dağdan-dərədən, düzəndən-keçiddən adlayaraq çox qısa
müddətdə böyük nəticə əldə etmək yalnız yüksək hazırlıqlı orduya xas hadisədir. Cənab
Prezident İlham Əliyev tarixə həm Qurucu, İslahatçı Prezident kimi, həm də Qalib
Sərkərdə, Müzəffər Ali Baş Komandan kimi düşdü. Azərbaycanın dövlət suverenliyi tam
təmin edildi. Bunun nəticəsidir ki, bu gün Cəbrayılda, Zəngilanda, Qubadlıda, Fizulidə,
Şüşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Xankəndində, Ağdərədə, Xocalıda,
Xocavənddə və doğma Azərbaycanımızın hər guşəsində Şanlı Azərbaycan bayrağı
dalğalanır. Azad olunmuş ərazilərimizdə günəş yenidən doğur, əzəli və əbədi yurd
yerlərimiz yenidən canlanır, Azərbaycan bayrağının sancıldığı hər qarış yer cənnətə
dönür. Soydaşlarımız yurd yerlərinə, öz ata-baba torpaqlarına geri qayıdırlar.
Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik
sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Bu
siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən,
modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Bu gün
qürurla deyə bilirik ki, sahəsi 86.6 min kv.km olan Azərbaycan Respublikası bütöv,
suveren və müstəqil dövlətdir. Müstəqil Azərbaycan Prezident, Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə daha da yüksək zirvələr fəth edəcəkdir.

Qurban Əliyev,
49 saylı Astara Yol İstismar İdarəsinin rəisi 

Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və
barış bir o qədər də möhkəm olacaqdır.

İkinci Qarabağ müharibəsi işğal edilmiş torpaqlarını azad edən Azərbaycan
Respublikasının qələbəsi ilə sonlandı. 44 günlük Vətən müharibəsində Azərbaycan
Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi
ilə şanlı ordumuzun torpaqlarımızı işğaldan azad etməsi xalqımızın qəhrəmanlıq tarixinə
qızıl hərflərlə yazıldı. “Dəmir yumruq” əməliyyatı nəticəsində 28 ildən sonra
şəhidlərimizin qanı bahasına, ordumuzun böyük şücaəti sayəsində yenidən doğma
yurda qovuşmaq xalqımıza nəsib oldu. Hər zaman Azərbaycanın haqlı mövqeyini
dəstəkləyən Türkiyə bu dəfə də dövlətimizin çətin günündə öz mənəvi dəstəyini və
köməyini əsirgəmədi. Şübhəsiz ki, Azərbaycanın tarixi qələbəsini təmin edən mühüm
amillərdən biri qardaş Türkiyə Cümhuriyyətinin ölkəmizə qətiyyətli, birmənalı və güclü
mənəvi-siyasi dəstək göstərməsidir. Müharibənin başladığı gündən etibarən qardaş ölkə
ictimaiyyəti Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etdi, həm reallıqların
dünya ictimaiyyətinə çatdırılmasında, həm də erməni yalanlarının ifşasında yüksək
fəallıq nümayiş etdirdi. İki qardaş dövlət arasında olan münasibətlərin fəlsəfi ideoloji
xəttini Ulu Öndər Heydər Əliyev qoymuşdur. Burada dövlətlər arasındakı bağlayıcı tezis
“Bir millət, iki dövlət” ifadəsidir. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə
onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi və Türkiyə Prezidentinin
Azərbaycana açıq dəstəyi müharibəyə müdaxilə etmək fikrində olan bütün qüvvələri,
dairələri dayandırdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi açıqlamalar onu
göstərdi ki, Azərbaycan bu haqq savaşında tək deyil, onun Türkiyə kimi böyük qardaşı,
arxa-dayağı və etibarlı tərəfdaşı vardır. Türkiyə İkinci Qarabağ müharibəsinin hər anını
bir qardaş ölkə olaraq Azərbaycanla birgə yaşadı. Qarabağ müharibəsində əldə edilən
şanlı Zəfər isə yalnız Azərbaycanın deyil, eləcə də Türkiyə və bütün türk dünyasının
tarixi Qələbəsi kimi qiymətləndirildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın
Azərbaycanın Vətən müharibəsində qələbəsinə həsr olunmuş Zəfər paradında çıxışını
bütün türk dünyası üçün qürur kimi dəyərləndirmək olar. Prezident çıxışında
Azərbaycanın yanında olduğunu bir daha bütün dünyaya göstərdi .
Bu tarixi Qələbədən sonra Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa
Bəyannaməsi isə iki ölkə arasındaki birliyin daha da üst səviyyələrə çatdırılması
baxımından mühüm əhəmiyyət kəsb edən sənəddir. Bu sənəd Azərbaycanın müstəqilliyi
dövründə iki qardaş ölkə arasında imzalanan, hərbi təhlükəsizlik məsələlərini, onun
müxtəlif parametrlərini göstərən ilk rəsmi sənəddir. Məhz bu baxımdan Şuşa
Bəyannaməsi tarixi önəm daşıyaraq, regionda yeni geosiyasi və geoiqtisadi
münasibətlərin başlanğıcını qoydu. Bu Bəyannamə bütün sahələrdə münasibətlərin yeni
zirvəyə yüksəlməsi üçün geniş imkanlar açır. Şuşa Bəyannaməsinin imzalanmasından
sonra görülən işlər iki ölkə arasında siyasi, iqtisadi-ticari, hərbi-strateji, mədəni-
humanitar sahələrdə münasibətlərin inkişafına mühüm töhfədir. Ümumiyyətlə,
Azərbaycan-Türkiyə strateji müttəfiqliyi bu gün regionda mühüm bir faktordur. Bu gün
Azərbaycan–Türkiyə münasibətləri böyük türk birliyinin əsasını təşkil edır və bu
əməkdaşlıq bütün dünyaya, eləcə də bütün türk ölkələrinə bir nümunədir. Azərbaycan və
Türkiyə münasibətləri qardaşlığın elə zirvəsidir ki, tarixin bütün sınaqlarından üzüağ
çıxmış və bu ənənə bu gün də ən yüksək səviyyədə davam etdirilir. Bəli, bu gün Türkiyə
və Azərbaycan liderlərinin qardaşlığı, iki dövlət-bir yumruq həmrəyliyi, birliyi, dar gündə,
xoş gündə bir yerdə olması sarsılmaz birliyin əyani təzahürüdür. Çünki Azərbaycan və
Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır. Əminliklə deyə bilərik ki, bu,
iki dövlətin bir-biri ilə münasibətinin əsl qardaşlıq nümunəsidir. Azərbaycan və Türkiyə
Respublikaları arasındakı əlaqələr gün keçdikcə daha çox inkişaf edəcək, iki ölkə
birlikdə yeni uğurlara imza atacaqdır.

Mailə Hacıyeva,
Salyan şəhər 6 saylı uşaq bağçasının müdiri, YAP fəalı

Qazax-Bakı magistralının  təxninəm 480-ci kilomertliyində, Qırmızı körpüyə gedən yolun sol  tərəfində,  el arasında  "Qazaxbəyli meşəsi"  deyilən meşə zolağının 50 metrliyində təxminən 10-dan çox ağac  naməlum səbəbdən  kəsilib.
Niyə kəsilib, kimlər kəsib, bunu  bilmirik...
Təbiətə,  filora və faunaya  kimlər  qənim kəsilib?.. Onu da  bilmirik... 
10-dan çox ağacın  hansı səbəbdən kəsilməsi haqqında kimdən, hansı qurumdan icazə alınıb?  Təssüf ki,  o da sual  altındadır...
Meşə zolağı  elə ilk baxışdan  xoş təəssurat  bağışlamır insana,  görünən odur ki,   meşə zolağına  aidiyyatı  qurumlar nəzarət etmir.
Çünki  körpə  ağaclar  əzilmiş, çeynənmiş,  qırılmış vəziyyətdədir.
Meşə zolağındakı ağaclar süni kənar təsirlər nəticəsində gündən-günə  seyrəlir. 
Xatırladım ki , Azərbaycanda ölkə ərazisinin   15 faizini meşəliklər  təkşil edir, bu isə müqaisədə   çox aşağı  göstəricidir. 

Bizlər hər birimiz  təbiətimizə  sahib çıxmalıyıq. Ümummilli lider  Heydər Əliyevin bir kəlamını xatıramaq yerinə düşər: -
"Ağacları, yaşıllıqları  məhv edənlər,  bu Ölkəyə, bu Xalqa  xəyanət etmiş  kimidir".
    


Ulu Tanrı gözəl bir diyar yaratdı. Yeraltı, yerüstü bütün gözəllikləri, zənglikləri bəxş etdi bu cənnət məkana. Adına Azərbaycan dedilər. Bir də genişqəlbli , comərd, mübariz, dağ vüqarlı insanlarla tamamladı bu zənginliyi. Lakin bütün bu gözəlliklərlə bərabər nankor qonşular da yazıldı qismətimizə. Saf niyyətimizdən, mərdliyimizdən sui-istifadə etdilər. Zaman-zaman xəyanət-xəyanət ardınca ,vurulan zərbələr saysız hesabsız oldu. Nə yazıq ki unutduq olanları, bağışladıq .Dədəm Qorqud nə gözəl demiş:”Qarı düşmən dost olmaz”. Olmadı da.

Ötən əsrin əvvələrində yeni bir vüsət alan erməni azğınlığı əsrin sonlarında daha da alovlandı. Nəticədə misli görünməmiş Xocalı faciəsi , 20 faiz itirilən ərazilər, dədə-baba torpaqlarından zorla, qəddarcasına çıxarılan minlərlə qaçqın və köçkünlər, minlərlə şəhidlər...

Təklənmişdik. Yağı düşmənin havadarları, müdafiəçiləri çox idi .Haqlı olduğumuz halda sanki bütün dünya lal və kar oldu. Səsimizi eşidən, fəryadımıza hay verən olmadı, amma heç zaman qürurumuz sınmadı, ümidimiz üzülmədi . Çünki iman yerimiz – güman yerimiz olan Əbədiyaşar bir liderimiz vardı – H.Əliyev! Hər kəs bir mənalı olaraq inanırdı ki, Heydər Əliyev haqqı nahaqqa verməyəcək, bu kələfin ucunu tapacaq, ədaləti bərqərar edəcək. Onun hakimiyyətə gəliş i- Zəfərə gedən yolun başlanğıcı idi. Təəssüf ki, ömür vəfa etmədi. Acımız çox ağır oldu, amma sarsllmadıq .Çünki bu yolda yeni bir yolçu - əzəmət və qürur mücəssəməsi, Ulu Öndərin layiqli davamçısı Cənab İlham Əliyev addımlayırdı. Onun uzaqgörən siyasəti dahi liderin ideyalarını , arzularını gerçəkləşdirirdi. Dayanıqlı iqtisadiyyat, güclü ordu, dünyanın siyasi arenalarında mütləq söz sahibi olmaq  - Budur 20 illik möhtəşəm hakimiyyətin gerçəkliyi!

Cənab Əliyev münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün düşmənə bütün imkanları tanıtdı. Düşmən  isə öz mənfur və xəbis niyyətindən əl çəkmədi.

Nəyi, nə zaman və necə edəcəyini gözəl bilən Ali Baş Komandan 2020-ci ilin 27 sentyabrında zamanın yetişdiyini bəyan etdi. Dəmir Yumruq işə düşdü. Cəmi 44 günlük müharibə xalqımızın, dövlətçiliyimizin tarixinə qızıl hərflərlə yazıldı.

Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi.

Bideyil, əzilmiş qürurumuz , heysiyyətimiz, öləzimiş ruhumuz, perik düşmüş sevincimiz qayıtdı. Bu zəfər nakam şəhid ruhlarına məlhəm oldu. Doğrudur, boy-boy ər igidlərimiz bu yolda canlarını fəda etdilər. Öz ağlasığmaz şücaətləri ilə dünya hərb tarixində yeni səhifələr açdılar. Milli kimliyimizi dünyaya sübut etdilər.

Ulu Öndərin 100 illik yubileyi bu il Şuşa şəhərində qeyd olundu. Bu, oğul Əliyevin- ata Əliyevə verdiyi o müqəddəs sözün sübutu idi.

Lakin Ali Baş Komandan hələ də mənzili başa vurmamışdı.2023-cü il sentyabrın 19-20-dək cəmi 23 saat davam edən antiterror əməiyyatı ilə son nöqtə qoyuldu.15 oktyabrda Cənab Ali Baş Komandan Xankəndində bayrağımızı dalğalandırdı.

Budur-Böyük Qələbə!

Budur-Adını tarixə əbədi yazdıran yenilməz Sərkərdə!

Bu gün hər bir vətənpərvər azərbaycanlı fəxrlə deyir:

-          QARABAĞ,SƏN AZADSAN!

-          QARABAĞ AZƏRBAYCANDIR!

-          CƏNAB İLHAM ƏLİYEV DÜNYANIN MƏĞLUBEDİLMƏZ SİYASİ LİDERİDİR!!!

Bitki Mühafizə vəTexniki Bitkilər Elmi-Tədqiqat İnstitunun direktoru,

Kənd təsərrüfatı elmləri doktoru.

Professor , AMEA-nın müxbir üzvü İbrahim Cəfərov.


Bu günə kimi ölkəmizin təhsil sistemində baş verən hər cür qanunsuzluqlar, o cümlədən yuxarı sinif şagirdlərindən bir çoxunun məktəb üzü tanımadan şagird adını daşımaları, direktorlar başda olmaqla müəllimlərin müxtəlif adlar altında şagirdlərdən pul tələb etmələri, dövlətin təhsil müəssisələrinə verdiyi avadanlıqların rəhbər şəxslər tərəfindən mənimsənilməsi və s. kimi məsələ və problemlər haqda məlumatları eşitsək də, hansısa məktəb müəlliməsinin çılpaq şəkilini şagirdlərə məxsus WhatsApp qrupuna göndərib paylaşmasını nə görmüşdük, nə də ki, eşitmişdik. Nəhayət bunu da gödrük, bunu da eşitdik. Belə ki, bu günlərdə redaksiyamıza Qazax rayonu Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbində yaşanan biabırçılıqla bağlı sensasion məlumatlar çatdırılıb, hətta lazımi çəkilişlər də təqdim olunub. Daxil olan məlumatlarda vurğulanır ki, hələlik etika naminə adının çəkilməsini istəmədiyimiz məktəb müəllimələrindən biri, yuxarı sinif şagirdlərinin zövqünü daha çox oxşamaq üçün, özünün çılpaq şəkilini şagirdlərin WhatsApp qrupuna atır. Çox keçmir ki, müəllimənin belə bir hərəkəti rayon ərazisində sürətlə yayılır və geniş ictimai müzakirələrə də səbəb olur. Unutmaq olmaz ki, yuxarı sinif şagirdlərinin zövqünü oxşamaq məqsədilə çılpaq şəkilini şagirdlərin WhatsApp qrupuna atan müəllimə, Qazax rayonu ərazisində vəzifə sahibi olan şəxslərdən birinin həyat yoldaşıdır. Elə ki, baş verən olayla bağlı Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbinin direktoru Mahirə xanım Abbasova ilə əlaqə saxladıq və bu təhsil müəssisəsinin rəhbəri olaraq ondan məsələlərə münasibət bildirməsini xahiş etdik. Düzdür, ilk öncə Mahirə xanım telefon zəngimizi diqqətlə dinlədi və az sonra o, “Bilirsinizmi, həmin müəllimə çılpaq şəkilini yuxarı sinif şagirdlərinin WhatsApp qrupuna deyil, kənar adamlara atıb. Mən onu bilmirəm və müəllimə belə bir hərəkətinə görə məktəbdən çıxarılıb” desə də, redaksiyamıza daxil olan məlumatlarda isə bildirilir ki, direktorun dedikləri ağyalandır və həmin müəllimə hələ də işdən çıxarılmayıb. O halda sual oluna bilər ki, görəsən Mahirə xanımı nə vadar edir ki, o, belə bir formada yalan danışmağı özünə rəva bilir. Amma, bu təhsil müəssisəsinin rəhbəri onu unudur ki, indiki dövr elektrotexnikanın sürətlə yayıldığı dövrdür. Belə bir səbəbdən də, direktor Mahirə xanım Abbasova baş verən bu olayı nə qədər “malalamağa” çalışsa da, o, heç də həmin müəllimənin biabırçı hərəkətlərinə haqq qazandıra bilməyəcək. Çünki, yuxarı sinif şagirdlərin zövqünü oxşamaq məqsədilə, hansı ki, çılpaq şəkilini şagirdlərin WhatsApp qrupuna atan müəllimə, bu gün də Qazax rayonu ərazisində vəzifə sahibi olan və gənc nəslin formalaşmasında az-çox rolu olan şəxslərdən birinin həyat yoldaşıdır.

Digər tərəfdən onu da qeyd edək ki, Mahirə xanım Abbasova baş verən bu olayla bağlı saat 18:00-dan sonra danışıb məsələlərə tam aydınlıq gətirəcəyini vəd etsə də, o, heç də bizə zəng etmədi və etdiyimiz telefon zənglərindən heç birini də cavab vermədi. Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik.

Mövzuya qayıdacağıq.
Qarşı tərəfi dinləməyə hazırıq.
Ağstafa RİH başçısı Seymur Orucov - Uzun illər idi ki, hiyləğər və məkirli ermənilərin müxtəlif azğınlıqları ilə qarşılaşan xalqımız nəhayət ki, 3 il bundan öncə öz haqq savaşına qalxaraq, 30 il işğal altında olan torpaqlarımızı yağı düşməndən azad etdi və möhtəşəm qələbəyə imza ataraq tarixi ədaləti bərpa etməyə müvəffəq oldu. 

Ermənistanın vaxtaşırı törətdiyi bəd əməllərin davamı olaraq 2020-ci ilin sentyabr ayının 27-də növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da ta­rixi qələbəmizlə başa çatdı. Həmin gün Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan birgə bəyanatla Silahlı Qüvvələrimizin hərbi cəbhədəki möhtəşəm qələbəsi diplomatik sahədə də rəsmiləşdirildi. Beləliklə, xalqımızın 30 il çəkən torpaq həsrətinə son qoyuldu, haqq yerinə düşdü, ədalət bərpa edildi. Eyni zamanda, Prezident, Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə, Azərbaycan Silahlı Qüvvələri güclü ordu, xalqımız isə böyük, məğrur, yenilməz xalq olduğunu bir daha təsdiqlədi.



İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsində dövlətimizin baş­çısının da dəfələrlə vurğuladığı kimi, bizim birlikdə güclü olmağımız önəmli rol oynadı.  Bir sözlə, Xalq-Prezident-Ordu vəhdəti ərazi bütövlüyümüzün bərpasında, torpaqlarımızın işğaldan azad edilməsində mühüm rola malik oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır. Bir sözlə, Vətən müharibəsi insanların illər boyu vərdiş etdikləri həyat fəlsəfəsini dəyişdi, yeni bir təfəkkür hadisəsini – qalibiyyət fəlsəfəsini doğurdu. Ordu və bayraq sevgisini həmişəlik könüllərə və zehinlərə yerləşdirdi, hər kəsə yeni həyat gücü və enerjisi bəxş etdi. İndi elə bir vətəndaşımız tapılmaz ki, ən qısa zamanda mənfur düşməndən azad edilmiş müqəddəs torpaqlarımızı ziyarət etmək arzusunda olmasın. Vətən müharibəmizdə fərdi qəhrəmanlıq qrup və kollektiv qəhrəmanlığını doğurdu, qısa zamanda bu bütün xalqın qəhrəmanlığına yol açdı. Müharibənin ilk günündən Ali Baş Komandanın tam qələbəyə inamlı çağırışı, zəfər ümidli müraciətləri bütün xalqımızı qəhrəmana çevirdi.

Şübhəsiz ki, ölkəmizə rəhbərlik etdiyi dövrdə cənab İlham Əliyevin müdrikliyi və uğurlu siyasəti ilə Azərbaycan bu qələbəyə addım-ad­dım yaxınlaşırdı. Münaqişənin davam etdiyi illərdə cənab Prezident çox böyük uzaqgörənlik və təmkinlə həm diplomatik, həm də ordu quruculuğunda təxirəsalınmaz tədbirlər reallaşdırırdı. İştirakçısı olduğu ən yüksək beynəlxalq tədbirlərin tribuna­larından Qarabağ həqiqətlərini dünyaya bəyan edir, aparıcı dövlətlərin rəhbərlərinin diqqətinə bu bölgənin ölkəmizin əzəli torpaqğı olduğunu və işğaldan azad edilməsinin labüdlüyünü çatdırırdı. Eyni zamanda, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, ən müasir hərbi texnika ilə təchizatının təmin edilməsi üçün səylər göstərdi.

Seymur Orucov: Çoxəsrlik tariximizin ən parlaq səhifəsi


Yeri gəlmişkən, müharibənin davam et­diyi günlərdə dövlət başçısı xarici ölkələrin nüfuzlu kütləvi informasiya vasitələrinə, telekanallarına verdiyi müsahibələri ilə də respublikamızın haqq səsini dünya ictimaiyyətinə tutarlı arqumentlərlə çatdırdı, həmçinin Azərbaycanın beynəlxalq hü­ququn tələblərinə uyğun öz torpaqlarında savaş apardığını sübut etməklə ermənipərəst xarici dairələrin döyüşlərin gedişinə müdaxilələrinin qarşısını böyük məharətlə aldı.

Hərbi əməliyyatların gedişi zamanı Ali Baş Komandan İlham Əliyevin müntəzəm olaraq çatdırdığı qələbə xəbərləri, işğaldan azad olunan yaşayış məntəqələri, düşmənin məhv edilən canlı qüvvəsi və hərbi texni­kası barədə məlumatları ölkəmizin hər bir vətəndaşında qürur, fərəh hissi doğururdu, xalqın dövlətimizin başçısına, rəşadətli ordumuza inamını gücləndirirdi.

Erməni hərbi birləşmələri üzərində qazanılan tarixi qələbədən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilən ərazilərə səfərləri də dövlət başçısının sevinc hisslərini ilk növbədə, xalqla bölüşmək arzusundan irəli gəlir. Onun həmin bölgələrdə yaşayan əhali tərəfindən böyük coşqu və izdiham­la qarşılanması isə xalqın öz liderinə, müzəffər sərkərdəsinə bəslədiyi ehtiramın təzahürüdür.

Ölkə rəhbəri Füzuli, Cəbrayıl və Ağdam rayonlarına tarixi səfər etməklə “Qarabağ Azərbaycandır və nida” ifadəsinin müəllifi kimi bir daha xalqa verdiyi bütün vədlərə sadiqliyini nümayiş etdirdi. Bununla da siyasətdə, diplomatiyada və hərbi strategiyada dövlət başçısının adı bu zəfərin müəllifi kimi tarixə əbədi yazıldı.

 Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü, ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşa əməliyyatı çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutur. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir.



Dövlətimizin başçısı xalqa hər müraciətində haqqa, ədalətə söykənərək işğal altındakı bütün torpaqlarımızın tezliklə azad ediləcəyini, üçrəngli bayrağımızın bu ərazilərimizdə dalğalanacağını böyük inam­la, əminliklə bildirirdi. Yağı tapdağından qurtulan yurd yerlərimizin xilası ilə bağlı qələbə müjdələri ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla reallaşdıran Prezident İlham Əliyevin ata vəsiyyətini yüksək səviyyədə yerinə yetirdiyinin təsdiqinə çevrildi. Ali Baş Ko­mandan Qarabağın tacı, incisi olan Şuşanın işğaldan azad edilməsi xəbərini isə Şəhidlər xiyabanından xalqa çatdırarkən bu fikri xü­susi vurğuladı: “Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”.

Bu müharibə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasətçi olmaqla yanaşı, həm də mahir sərkərdəlik bacarığını, çətin, ağır şəraitdə düzgün qərar vermək istedadını bir daha bütün dünyaya nümayişi etdirdi. Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistan baş nazirinin birgə bəyanat imzaladıqları gün dövlətimizin başçısı xalqa müraciətində məhz bu məsələni xüsusi vurğulayaraq, bildirdi ki, “biz döyüş meyda­nında, siyasi müstəvidə, istənilən formatda gücümüzü göstərmişik, müstəqilliyimizi göstərmişik”.

Xalqımız öz haqq savaşında zəfər çalması ilə qalib xalq olduğunu dünyaya sübut etdi. 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi  və

böyük siyasi, diplomatik səy hesabına əldə edilən bütün bu uğurlar Azərbaycanın tarixi qələbəsi, işğalçı Ermənistanın və dünya erməniliyinin isə ağır, ölümcül məğlubiyyətinin ifadəsi oldu.



Qalib Prezidentimizin qeyd etdiyi kimi, rəşadətli və şanlı Azərbaycan Ordusunun Tarixi Zəfəri gənclərimizin bitib-tükənməz vətənpərvərliyini, müasir dövrdə vətənimizə, dövlətimizə və xalqımıza layiq olan gözəl, dəyərli bir nəslin formalaşdığını bütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

Bu gün Azərbaycanın ərazi bütövlüyü tam təmin olunub, Xocalı, Ağdərə, Xankəndi azaddır.  Müzəffər Ali Baş Komandanımız 15 oktyabr 2023-cü ildə Xankəndində Azərbaycan bayrağını ucaltması ilə “Nəyi, necə, nə vaxt etmək lazımdır onu mən bilirəm” ifadəsini sözün əsil mənasında qızıl sözlər kimi hər bir insanın sevinclə, qururla təkrarladığı aksioma çevirdi.



Qədirbilən xalqımız bu gün Möhtəşəm Qələbənin 3-cü ildönümünün sevincli günlərini yaşayır və  ölkəsini sevən, Vətəninə sonsuz sevgi ilə bağlı olan hər bir Azərbaycanlı ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində rəhbər tutmağa, Azərbaycan gəncliyinin lideri olan Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması uğrunda mübarizə aparmağa hər an hazırdır.