Üçrəngli bayrağımız tarixi qələbəmizin, dövlətçilik ənənələrinə sadiqliyimizin
rəmzi kimi əzəmətlə dalğalanır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli
Sərəncamı ilə hər il 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi
qeyd edilir. Xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli
kimliyini tərənnüm edən üçrəngli bayrağımız həm də milli qürurumuzdur. Çünki milliliyi, dini
inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü
xatırladır, üzərində dalğalanan torpağın qədimliyini göstərir.
Müstəqil Azərbaycanın dövlət bayrağı ölkəmizin və xalqımızın milli-mənəvi dəyərlərini
özündə yüksək səviyyədə əks etdirir. Bayrağımızdakı mavi rəng türklük, yaşıl rəng
müsəlmanlıq rəmzidir, qırmızı rəng isə müasirliyin simvoludur. Türkçülük, islamçılıq və
müasirlik prinsiplərinin vəhdətini özündə əks etdirən dövlət bayrağımızın rəng simvolikası ötən
əsrin əvvəllərində bir sıra Azərbaycan mütəfəkkirlərinin əsərlərində ifadəsini tapan müvafiq
ideyalardan qaynaqlanır.
Bayraq dövlətin varlığının, tarixinin və taleyinin göstəricisidir, onun özünütəsdiq
simvoludur. Bayraq millətin kimliyinin, təfəkkür və düşüncə tərzinin ən dəqiq mənəvi ölçü
meyarıdır. Qürur və güvənc yeri kimi bayraq dünyanın hər yerində ən müqəddəs milli dəyərdir,
azadlığın rəmzidir. Bütün dünyaya müstəqil dövlətimizin varlığını bəyan edən Azərbaycan
bayrağı bu deyilənlərin hər birini öz rənglərində vüqarla, iftixarla daşıyır. Xalqımızın azadlığını,
suverenliyini, istiqlalımız uğrunda apardığımız tarixi mübarizəni, mənəvi dünyagörüşümüzü
tərənnüm edən ay-ulduzlu bayrağımız həm də milli kimliyimizin ən böyük tərənnümçüsüdür.
Təsadüfi deyil ki, dövlət bayrağı bütün vətəndaşlarımız üçün müqəddəs dövlətçilik rəmzidir.
Azərbaycan xalqının bayraq sevgisi sonsuzdur. Hər bir vətəndaşımız bayrağımıza
ehtiram göstərməyi özünə müqəddəs borc sayır. Bayrağımız ölkəmizin hər yerində vüqarla
dalğalanır. Üzvü olduğumuz beynəlxalq təşkilatların binalarının qarşısında dalğalanan
bayrağımız müstəqil dövlətimizin varlığını dünyaya çatdırır. Bayrağımız mühüm tədbirlər,
mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda qaldırılaraq
müstəqilliyimizi və milli birliyimizi təcəssüm etdirir. İdmançılarımız beynəlxalq yarışların qalibi
olanda bayrağımızı başlarının üzərinə qaldırıb, himnimizi səsləndirirlər.
Ulu Öndər Heydər Əliyev Dövlət bayrağımız haqqında danışarkən qeyd edirdi ki, kim
Azərbaycanı sevirsə, Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, işğal olunmuş
torpaqlarımızın azad olunmasını, ərazi bütövlüyümüzün təmin olunmasını istəyirsə, o, bu
bayraq altında birləşməlidir.Ulu Öndərin bu fikirləri hər bir vətəndaş qarşısında böyük vəzifələr
müəyyənləşdirmiş oldu. Azərbaycan xalqı üçrəngli bayaraq altında birləşdi və öz torpaqlarını
işğaldan azad etdi. Artıq üçrəngli bayrağımız işğaldan azad edilmiş ərazilərimizdə qürurla,
Zəfər coşqusu ilə dalğalanır. Müəzffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev hər
zaman qeyd edir ki, bizim bayrağımız qürur mənbəyimizdir. Bayrağımız eşidilən səsimiz,
duyulan nəfəsimizdir. Ölkəmizdə 9 noyabr tarixinin Bayraq Günü kimi qeyd olunması da məhz
Prezident cənab İlham Əliyevin üçrəngli bayrağımıza verdiyi böyük dəyərin göstəricisidir.
Müdriklərin belə bir deyimi var: “Bəşəriyyət dahilərə, tarixi şəxsiyyətlərə möhtac olduğu
qədər də onlara borcludur”. Bu gün xalqımız onu nicat yoluna çıxaran, dövlətçiliyimiz,
müstəqilliyimiz yolunda mütərəqqi addımlar atan dahi siyasətçi, görkəmli dövlət xadimi
ümummilli liderimiz Heydər Əliyevin Naxçıvandan başladığı tarixi xilaskarlıq missiyasını daim
hörmət və ehtiramla xatırlayır. Gənc nəslin Vətənə, xalqa, dövlətə olan məhəbbəti,
bayrağımıza olan sevgisi, ehtiramı dövlətimizi daim yaşadacaq, müstəqilliyimizi əbədi edəcək.
Qalibiyyət nişanəsi üçrəngli bayrağımız həmişə yüksəklərdə, zirvələrdə dalğalanacaq!

Rəşad Tağızadə,
Salyan şəhər 9 saylı tam orta məktəbin müəllimi,
Vətən müharibəsi iştirakçısı, YAP fəalı

12 May 2024 Kamaləddin Qafarov: “Bu gün Şuşanın yeni tarixi yazılır”
12 May 2024 Netanyahu etdikləri ilə Hitleri qısqandıracaq - Ərdoğan
12 May 2024 Qeyri-sabit hava məhsulların qiymətinə təsir edə BİLƏRMİ? VİDEO
10 May 2024 Azərbaycana gələn turistlər daha çox nədən narazıdırlar?
10 May 2024 İşğaldan azad edilmiş ərazilər Azərbaycanın ətə olan tələbatını qarşılaya bilərmi? VİDEO
10 May 2024 “Ulu Öndər Heydər Əliyevin dünyada əvəzi yoxdur və olmayacaq” - MÜNASİBƏT BİLDİRİLDİ
10 May 2024 "Heydər Əliyev müasir Azərbaycanın banisidir" - MÜNASİBƏT BİLDİRİLDİ
09 May 2024 Prof. İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” adlı kitabı işıq üzü görüb - FOTO
09 May 2024 Əliyev olmasaydı, ölkə parçalanacaqdı - Şvıdkoy
09 May 2024 "Çox uşaq ağır məsuliyyət deməkdir" - MÜNASİBƏT BİLDİRİLDİ
09 May 2024 Kamaləddin Qafarov: “Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir”
08 May 2024 ”Azərbaycanın güclü olmasını istəyənlər daim Heydər Əliyev irsinə müraciət edəcəklər” - DEPUTAT ŞƏRH ETDİ
08 May 2024 Erməni kilsəsinin gətirdiyi İDEOLOJİ BƏDBƏXTLİK - TƏHLİL
08 May 2024 “Heydər Əliyev Fondu deyiləndə humanizm, sosial tərəfdaşlıq yada düşür“ - ŞƏRH EDİLDİ
07 May 2024 “Heydər Əliyev irsi xalqımızın milli sərvətidir” - ŞƏRH EDİLDİ
07 May 2024 İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir
07 May 2024 Bu şəxslər 12 min manatadək cərimələnəcək
07 May 2024 Putin: Bu cür dünya nizamı yaradacağıq!
07 May 2024 Taksi fəaliyyəti üçün icazələrin verilməsinə başlanıldı
07 May 2024 “Azərbaycana kor-koranə itaət lazım deyil” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
07 May 2024 Ağsu rayon MKS-nin Mərkəzi Kitabxana şöbəsinin təşkilatçılığı ilə görüş keçirildi
06 May 2024 DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - FOTO
06 May 2024 "Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” - FOTOLAR
06 May 2024 Heydər Əliyevin adı Azərbaycan və dünya tarixinə həkk olunub
06 May 2024 Papanın Ukraynaya cavabı: Rusiya olmasa, gəlməyəcəm!
06 May 2024 Prezident İqor Babuşkini qəbul etdi
06 May 2024 Türkiyədə quş əti ixracına qadağa Azərbaycanda qiymətlərə təsir edə bilər? VİDEO
04 May 2024 Çiyələyin qiyməti 1 manata DÜŞDÜ VİDEO
03 May 2024 "Ulu Öndər bütün gücünü milli intibahımıza yönəltdi" - MÜNASİBƏT BİLDİRİLDİ
03 May 2024 "Multikultural dəyərlər bu xalqın qanında və canındadır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ