Ağstafa RİH başçısı Seymur Orucov - Uzun illər idi ki, hiyləğər və məkirli ermənilərin müxtəlif azğınlıqları ilə qarşılaşan xalqımız nəhayət ki, 3 il bundan öncə öz haqq savaşına qalxaraq, 30 il işğal altında olan torpaqlarımızı yağı düşməndən azad etdi və möhtəşəm qələbəyə imza ataraq tarixi ədaləti bərpa etməyə müvəffəq oldu. 

Ermənistanın vaxtaşırı törətdiyi bəd əməllərin davamı olaraq 2020-ci ilin sentyabr ayının 27-də növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da ta­rixi qələbəmizlə başa çatdı. Həmin gün Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan birgə bəyanatla Silahlı Qüvvələrimizin hərbi cəbhədəki möhtəşəm qələbəsi diplomatik sahədə də rəsmiləşdirildi. Beləliklə, xalqımızın 30 il çəkən torpaq həsrətinə son qoyuldu, haqq yerinə düşdü, ədalət bərpa edildi. Eyni zamanda, Prezident, Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə, Azərbaycan Silahlı Qüvvələri güclü ordu, xalqımız isə böyük, məğrur, yenilməz xalq olduğunu bir daha təsdiqlədi.



İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsində dövlətimizin baş­çısının da dəfələrlə vurğuladığı kimi, bizim birlikdə güclü olmağımız önəmli rol oynadı.  Bir sözlə, Xalq-Prezident-Ordu vəhdəti ərazi bütövlüyümüzün bərpasında, torpaqlarımızın işğaldan azad edilməsində mühüm rola malik oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır. Bir sözlə, Vətən müharibəsi insanların illər boyu vərdiş etdikləri həyat fəlsəfəsini dəyişdi, yeni bir təfəkkür hadisəsini – qalibiyyət fəlsəfəsini doğurdu. Ordu və bayraq sevgisini həmişəlik könüllərə və zehinlərə yerləşdirdi, hər kəsə yeni həyat gücü və enerjisi bəxş etdi. İndi elə bir vətəndaşımız tapılmaz ki, ən qısa zamanda mənfur düşməndən azad edilmiş müqəddəs torpaqlarımızı ziyarət etmək arzusunda olmasın. Vətən müharibəmizdə fərdi qəhrəmanlıq qrup və kollektiv qəhrəmanlığını doğurdu, qısa zamanda bu bütün xalqın qəhrəmanlığına yol açdı. Müharibənin ilk günündən Ali Baş Komandanın tam qələbəyə inamlı çağırışı, zəfər ümidli müraciətləri bütün xalqımızı qəhrəmana çevirdi.

Şübhəsiz ki, ölkəmizə rəhbərlik etdiyi dövrdə cənab İlham Əliyevin müdrikliyi və uğurlu siyasəti ilə Azərbaycan bu qələbəyə addım-ad­dım yaxınlaşırdı. Münaqişənin davam etdiyi illərdə cənab Prezident çox böyük uzaqgörənlik və təmkinlə həm diplomatik, həm də ordu quruculuğunda təxirəsalınmaz tədbirlər reallaşdırırdı. İştirakçısı olduğu ən yüksək beynəlxalq tədbirlərin tribuna­larından Qarabağ həqiqətlərini dünyaya bəyan edir, aparıcı dövlətlərin rəhbərlərinin diqqətinə bu bölgənin ölkəmizin əzəli torpaqğı olduğunu və işğaldan azad edilməsinin labüdlüyünü çatdırırdı. Eyni zamanda, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, ən müasir hərbi texnika ilə təchizatının təmin edilməsi üçün səylər göstərdi.

Seymur Orucov: Çoxəsrlik tariximizin ən parlaq səhifəsi


Yeri gəlmişkən, müharibənin davam et­diyi günlərdə dövlət başçısı xarici ölkələrin nüfuzlu kütləvi informasiya vasitələrinə, telekanallarına verdiyi müsahibələri ilə də respublikamızın haqq səsini dünya ictimaiyyətinə tutarlı arqumentlərlə çatdırdı, həmçinin Azərbaycanın beynəlxalq hü­ququn tələblərinə uyğun öz torpaqlarında savaş apardığını sübut etməklə ermənipərəst xarici dairələrin döyüşlərin gedişinə müdaxilələrinin qarşısını böyük məharətlə aldı.

Hərbi əməliyyatların gedişi zamanı Ali Baş Komandan İlham Əliyevin müntəzəm olaraq çatdırdığı qələbə xəbərləri, işğaldan azad olunan yaşayış məntəqələri, düşmənin məhv edilən canlı qüvvəsi və hərbi texni­kası barədə məlumatları ölkəmizin hər bir vətəndaşında qürur, fərəh hissi doğururdu, xalqın dövlətimizin başçısına, rəşadətli ordumuza inamını gücləndirirdi.

Erməni hərbi birləşmələri üzərində qazanılan tarixi qələbədən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilən ərazilərə səfərləri də dövlət başçısının sevinc hisslərini ilk növbədə, xalqla bölüşmək arzusundan irəli gəlir. Onun həmin bölgələrdə yaşayan əhali tərəfindən böyük coşqu və izdiham­la qarşılanması isə xalqın öz liderinə, müzəffər sərkərdəsinə bəslədiyi ehtiramın təzahürüdür.

Ölkə rəhbəri Füzuli, Cəbrayıl və Ağdam rayonlarına tarixi səfər etməklə “Qarabağ Azərbaycandır və nida” ifadəsinin müəllifi kimi bir daha xalqa verdiyi bütün vədlərə sadiqliyini nümayiş etdirdi. Bununla da siyasətdə, diplomatiyada və hərbi strategiyada dövlət başçısının adı bu zəfərin müəllifi kimi tarixə əbədi yazıldı.

 Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü, ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşa əməliyyatı çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutur. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir.



Dövlətimizin başçısı xalqa hər müraciətində haqqa, ədalətə söykənərək işğal altındakı bütün torpaqlarımızın tezliklə azad ediləcəyini, üçrəngli bayrağımızın bu ərazilərimizdə dalğalanacağını böyük inam­la, əminliklə bildirirdi. Yağı tapdağından qurtulan yurd yerlərimizin xilası ilə bağlı qələbə müjdələri ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla reallaşdıran Prezident İlham Əliyevin ata vəsiyyətini yüksək səviyyədə yerinə yetirdiyinin təsdiqinə çevrildi. Ali Baş Ko­mandan Qarabağın tacı, incisi olan Şuşanın işğaldan azad edilməsi xəbərini isə Şəhidlər xiyabanından xalqa çatdırarkən bu fikri xü­susi vurğuladı: “Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”.

Bu müharibə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasətçi olmaqla yanaşı, həm də mahir sərkərdəlik bacarığını, çətin, ağır şəraitdə düzgün qərar vermək istedadını bir daha bütün dünyaya nümayişi etdirdi. Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistan baş nazirinin birgə bəyanat imzaladıqları gün dövlətimizin başçısı xalqa müraciətində məhz bu məsələni xüsusi vurğulayaraq, bildirdi ki, “biz döyüş meyda­nında, siyasi müstəvidə, istənilən formatda gücümüzü göstərmişik, müstəqilliyimizi göstərmişik”.

Xalqımız öz haqq savaşında zəfər çalması ilə qalib xalq olduğunu dünyaya sübut etdi. 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi  və

böyük siyasi, diplomatik səy hesabına əldə edilən bütün bu uğurlar Azərbaycanın tarixi qələbəsi, işğalçı Ermənistanın və dünya erməniliyinin isə ağır, ölümcül məğlubiyyətinin ifadəsi oldu.



Qalib Prezidentimizin qeyd etdiyi kimi, rəşadətli və şanlı Azərbaycan Ordusunun Tarixi Zəfəri gənclərimizin bitib-tükənməz vətənpərvərliyini, müasir dövrdə vətənimizə, dövlətimizə və xalqımıza layiq olan gözəl, dəyərli bir nəslin formalaşdığını bütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

Bu gün Azərbaycanın ərazi bütövlüyü tam təmin olunub, Xocalı, Ağdərə, Xankəndi azaddır.  Müzəffər Ali Baş Komandanımız 15 oktyabr 2023-cü ildə Xankəndində Azərbaycan bayrağını ucaltması ilə “Nəyi, necə, nə vaxt etmək lazımdır onu mən bilirəm” ifadəsini sözün əsil mənasında qızıl sözlər kimi hər bir insanın sevinclə, qururla təkrarladığı aksioma çevirdi.



Qədirbilən xalqımız bu gün Möhtəşəm Qələbənin 3-cü ildönümünün sevincli günlərini yaşayır və  ölkəsini sevən, Vətəninə sonsuz sevgi ilə bağlı olan hər bir Azərbaycanlı ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində rəhbər tutmağa, Azərbaycan gəncliyinin lideri olan Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması uğrunda mübarizə aparmağa hər an hazırdır.
12 May 2024 Kamaləddin Qafarov: “Bu gün Şuşanın yeni tarixi yazılır”
12 May 2024 Netanyahu etdikləri ilə Hitleri qısqandıracaq - Ərdoğan
12 May 2024 Qeyri-sabit hava məhsulların qiymətinə təsir edə BİLƏRMİ? VİDEO
10 May 2024 Azərbaycana gələn turistlər daha çox nədən narazıdırlar?
10 May 2024 İşğaldan azad edilmiş ərazilər Azərbaycanın ətə olan tələbatını qarşılaya bilərmi? VİDEO
10 May 2024 “Ulu Öndər Heydər Əliyevin dünyada əvəzi yoxdur və olmayacaq” - MÜNASİBƏT BİLDİRİLDİ
10 May 2024 "Heydər Əliyev müasir Azərbaycanın banisidir" - MÜNASİBƏT BİLDİRİLDİ
09 May 2024 Prof. İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” adlı kitabı işıq üzü görüb - FOTO
09 May 2024 Əliyev olmasaydı, ölkə parçalanacaqdı - Şvıdkoy
09 May 2024 "Çox uşaq ağır məsuliyyət deməkdir" - MÜNASİBƏT BİLDİRİLDİ
09 May 2024 Kamaləddin Qafarov: “Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir”
08 May 2024 ”Azərbaycanın güclü olmasını istəyənlər daim Heydər Əliyev irsinə müraciət edəcəklər” - DEPUTAT ŞƏRH ETDİ
08 May 2024 Erməni kilsəsinin gətirdiyi İDEOLOJİ BƏDBƏXTLİK - TƏHLİL
08 May 2024 “Heydər Əliyev Fondu deyiləndə humanizm, sosial tərəfdaşlıq yada düşür“ - ŞƏRH EDİLDİ
07 May 2024 “Heydər Əliyev irsi xalqımızın milli sərvətidir” - ŞƏRH EDİLDİ
07 May 2024 İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir
07 May 2024 Bu şəxslər 12 min manatadək cərimələnəcək
07 May 2024 Putin: Bu cür dünya nizamı yaradacağıq!
07 May 2024 Taksi fəaliyyəti üçün icazələrin verilməsinə başlanıldı
07 May 2024 “Azərbaycana kor-koranə itaət lazım deyil” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
07 May 2024 Ağsu rayon MKS-nin Mərkəzi Kitabxana şöbəsinin təşkilatçılığı ilə görüş keçirildi
06 May 2024 DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - FOTO
06 May 2024 "Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” - FOTOLAR
06 May 2024 Heydər Əliyevin adı Azərbaycan və dünya tarixinə həkk olunub
06 May 2024 Papanın Ukraynaya cavabı: Rusiya olmasa, gəlməyəcəm!
06 May 2024 Prezident İqor Babuşkini qəbul etdi
06 May 2024 Türkiyədə quş əti ixracına qadağa Azərbaycanda qiymətlərə təsir edə bilər? VİDEO
04 May 2024 Çiyələyin qiyməti 1 manata DÜŞDÜ VİDEO
03 May 2024 "Ulu Öndər bütün gücünü milli intibahımıza yönəltdi" - MÜNASİBƏT BİLDİRİLDİ
03 May 2024 "Multikultural dəyərlər bu xalqın qanında və canındadır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ