Son xəbərlər

Çox vaxtı Azərbaycan xalqı olaraq bəzi millətlərə, dövlətlərə qarşı həddindən artıq xeyirhaqlıq göstərməyimiz, yüksək formada hümanistlik nümayiş etməyimiz bizlər üçün acı nəticələr verib. Ürəyi genişliyimizdən istifadə edən məkrli qüvvələr, xüsusilə də ermənilər dövlətimizə və xalqımıza bəlalar yaşadıblar. Ümumilikdə türk milli varlığının daşıyıcısı olaraq qeyd etmək olar ki, bugünkü milli bəlalarımızın baş verməsində əcdadlarımızın da yanlış baxışlarının, addımlarının səhvləri olub desək səhv etmərik. Çünki fatehlərimizin gələcəyə hesablanmadan verdikləri qərarlar, atdıqları addımlar sonrakı mərhələdə ağır fəlakətlər yaradıb. Misal olaraq rus-türk müharibələrinin birində Rusiyanın hazırda böyük Pyotur kimi təqdim etdiyi qoşun başçısının əsir götürülməsi və sonradan buraxılmasından Osmanlı imperiyasının əziyyət çəkməsini göstərmək olar. Belə ki, 1696-ci ildə Odessa ətrafında gedən döyüşlərdə I Pyotor türk əsgərləri tərəfindən əsir götürülür. I Yekaterina türk generalına bir boyunbağı verərək Pyoturu azad etdirir. Bunu bilən Osmanlı sultanı boyunbağını əridərək həmin qızılı Yekaterinadan alan generalın boğazına tökdürür. I Pyotorun azad olunması türklərin başına bəla oldu. XVIII əsrdən XX əsrə (1920-ci ilə qədər) qədər türklərlə ruslar arasında 10 müharibə olub. I Pyotr əsir götürülənə qədər, yəni dörd döyüşdə türklər ruslara qalib gəlir. Amma ondan sonra baş verən altı müharibədə türklər məğlub olurlar. Yəni, buraxılmış bir səhv Türkiyəyə baha başa gəldi.

Səhvlər milli faciələrə gətirib çıxarır

Eyni səhvləri Azərbaycan xalqının böyük sərkərdələri başqa formada təkrarlayıblar. Tarixi faktlara və əldə olunan yazışmalara istinadən demək olar ki, xalqımızın böyük sərkərdələri də zaman-zaman ermənilərin bölgəyə kütləvi şəkildə köçürülməsindən narahatlıqlarını ifadə etmişlər. XVI əsrin əvvəlində Rəvan xan Səfəvi şahı Şah İsmayıl Xətaiyə məktub göndərək qeyd edir ki, hazırkı fars-molla rejiminin nəzarət etdiyi ərazilərdən Azərbaycan torpaqlarına köçürülən ermənilərin sayının çoxalması bizə çoxlu sayda problem yaradacaq. Təəssüf ki, Şah İsmayıl Xətai Rəvan xanın xəbərdarlığını nəzərə almayıb. Bu kimi laqeydlik, etinasızlıq nəticə etibarı ilə Rəvan xanın da qeyd etdiyi kimi, sonrakı proseslərdə xalqımıza acılar yaşatdı. Bu azmış kimi 1507-ci ildə Osmanlı torpaqlarından və digər xarici ölkələrdən daha 10.000 erməninin İrəvan, Qarabağ daxil olmaqla Azərbaycanın digər ərazilərində yerləşməsinə izn verdi. Baş verən proseslər onu göstərdi ki, 5 əsr bundan əvvəl Rəvan xanın söylədiyi həmin xəbərdarlıqdan sonralar da nəticə çıxarılmadığından Azərbaycan xalqı çox ciddi bəlalarla üzləşməli oldu. İki əsr ərzində ermənilər 2 milyondan çox azərbaycanlını qətlə yetirib, on minlərlə yaşayış məskəni dağıdıb, yer üzündən silmişlər. Düzdür, burada böyük güclərin ermənilər göstərdiyi siyasi, hərbi dəstəkdə xüsusi rol oynayıb. Məhz xarici məkrli dairələrin dəstəyinə arxalanan ermənilər Cənubi Qafqaza köçürülüb, möhkəmləndikdən sonra azərbaycanlılara qarşı vəhşiliklər, soyqırım aktları həyata keçirmişlər. 1918-ci ilə qədər zaman-zaman ermənilər dövlət yaratmaq iddialarını reallaşdırmaq üçün səylər göstərdilər. Nəhayət, ermənilər Rusiyanın himayəsi və dəstəyi ilə İrəvan xanlığı ərazisində Ermənistan dövləti yaratdılar. İstəsək də və istəməsək də reallıq ondan ibarətdir ki, İrəvanın ermənilərə verilməsində 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin ciddi səhvləri rol oynamışdır. Bunu sonrakı mərhələlərdə cümhuriyyət qurucuları da qeyd ediblər. 1919-cu il dekabr ayının 1-də Fətəli xan Xoyski Nəsib bəy Yusifbəyliyə bir teleqram ünvanlayır. Həmin teleqramda göstərilir ki, İrəvanı Ermənistana verməklə biz sərhəd məsələsini həll etmiş olduq və ermənilərlə bizim daha heç bir problemimiz olmayacaq. 1919-cu ildə İrəvan torpaqlarının arxasınca Dərələyəz, daha sonra isə Göyçə ermənilərə verildi.

AXC-nin səhv, düşünülməmiş siyasəti Azərbaycan xalqının başına bəla oldu

Bir məsələni də xatırlatmaq lazımdır ki, 1918-ci ilin may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunanda Azərbaycanın ərazisi 114 min kv.km idi. Amma 1920-ci il aprel ayında Azərbaycan ərazisi 86 min kv.km oldu. Çox təəssüflər olsun ki, 1918-1920-ci illərdə ADC-nin bu cür buraxdığı səhvlər 1992-1993-cü illərdə AXC hakimiyyəti dövründə də təkrar olundu. XX əsrin sonlarında Azərbaycanın aran Qarabağ ərazisi ermənilər tərəfindən işğal olundu. Qeyd etmək lazımdır ki, ermənilərin aran Qarabağı işğal etmək niyyəti olmayıb. AXC hakimiyyətinin prosesləri düzgün qiymətləndirib, ondan düzgün nəticə çıxarmaması ermənilərin Qarabağı, daha sonra isə aran Qarabağı işğal etmələrinə gətirib çıxarmışdır. Yəni, bütün hallarda AXC-nin səhv, düşünülməmiş siyasəti Azərbaycan xalqının başına bəla oldu. XX əsrin 90-cı illərinin əvvəllərində hakimiyyətdə olan Xalq Cəbhəsi Qarabağ məsələsini beynəlmiləşdirməklə eyni səhvi təkrarlamış oldu. Bununla onlar Azərbaycana ən böyük bəla gətirdilər. Çox təəssüflər olsun ki, bu məsələ tarixçilərimizin də diqqətindən kənarda qalıb. Biz buraxdığımız səhvlərdən çıxarmadığımız nəticələrin bəlasına düşmüşük. Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin, ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hal olmayıb. Beləliklə, ermənilərin köçürülməsi ilə adları çəkilən ərazilərin etnik tərkibi dəyişdirilməyə başladı. 1823-cü ilin məlumatına görə, Qarabağ vilayətinin (keçmiş Qarabağ xanlığının ərazisi) 20 minə yaxın ailəsindən cəmi 1,5 minini erməni ailəsi təşkil edirdi. Köçürmədən sonra əhalinin etnik tərkibi kəskin şəkildə dəyişir.

 

Erməni separatizminin əsası iki yüz il əvvəl qoyulub

1832-ci ildə azərbaycanlılar Qarabağ əhalisinin 64,8 %, ermənilər isə 34,8% təşkil etmişdir. Rusiya bu siyasəti rnəqsədyönlü şəkildə dəyişməklə davam etdirilməyə başladı. XIX əsrin 80-ci illərində Şuşa qəzasında əhalinin milli tərkibində azərbaycanlılar 41,5%, ermənilər isə 58,2% oldu. Rusiyada əhalinin 1897-ci il siyahıya alınmasına görə, bu rəqəmlər 45 və 53%, 1917-ci ildə isə 40,2 və 52,3% olmuşdu. 1918-1920-ci illərdə Ermənistan Respublikasının törətdiyi azərbaycanlı qırğınları Qarabağı da əhatə etmişdi. 1923-cü ildə isə Dağlıq Qarabağ Muxtar Respublikasını təşkil edərkən tarixi ədalətsizliyə yol verildi, Qarabağın dağlıq və aran hissəsi süni şəkildə bir-birindən ayrıldı, erməni əhalisinin konsolidasiyası üçün əlverişli şərait yaradıldı, azərbaycanlıların demoqrafik mövqeyinə ciddi zərbə vuruldu. XX əsrin 20-60-cı illərində yəni, 1926, 1959, 1970, 1979-cu illərdə keçirilmiş siyahıya almalara görə DQMV-nin azərbaycanlı və erməni əhalisi müvafiq olaraq 10,1 və 89,1%"; 13,8 və 84,4%; 18,1 və 80,5%; 23,0 və 75,9% olmuşdur. Qarabağ erməniləri 1978-ci ildə köçürülmələrinin 150 illiyini qeyd etmiş, bu münasibətlə Mardakert - Ağdərə rayonunun Marağaşen - Leninavan kəndində xüsusi abidə qoymuşdular. Ermənilərin köçürüldüyü qeyd edildiyi kimi, həm Rusiyanın, həm də Ermənistanın siyasi mənafeləri ilə bağlı olmuşdur. Minlərlə erməni hər iki dövlətin bu fitnəkar siyasətinin düşünülmüş qurbanı olmuşdur. İqtisadi mənafe ilə bağlı olan məsələlərdə çox pərgar olan ermənilər bu siyasi oyunların acınacaqlı nəticələrindən dərs ala bilməmiş, Rusiya və Ermənistan liderlərinin onlar üçün müəyyən etdiyi fitnə və xəyanət rolunu həmişə canla-başla və amansızlıqla yerinə yetirmiş, hər dəfə də bu əməllərin qanunauyğun nəticəsi kimi milli məğlubiyyət və faciəyə düçar olmuşlar. Bu fitnəkarlığın başlıca obyekti olan Türkiyə və Azərbaycan müəyyən çətinliklərə baxmayaraq həmişə bu imtahandan uğurla çıxmışdır. Artıq erməni separatizminə son qoyulub. 2020-ci il Azərbaycan tarixində şanlı, qızıl hərflərlə yazılan tarixi səhifə oldu. 2020-ci ildə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, müqəddəs Qarabağımız işğaldan azad olundu. Müzəffər Ali Baş Komandanımız və rəşadətli ordumuz böyük qələbəni Azərbaycan xalqına bəxş etdi. Artıq separatçı hərəkətləri və terrorçu əməlləri ilə millətimizə meydan oxuyan Artunyan, Vardanyan, Qukasyan, Saakyan və digər soyqırımı aktları törədənlər cəngavər oğullarımız tərəfindən həbs ediliblər və əlləri qandallı Bakıya gətirilərək istintaqa təhvil veriliblər. Onları ən ağır cəzanın gözlədiyi şübhəsizdir. Lakin bu, yetərli olmamalıdır. Xocalıda uşaqları öldürən, ailələri məhv edən Koçaryan və Sarkisyanda məhkəmə qarşısına çıxarılmalıdır. Əminəm ki, günün birində o cəlladlar da həbs ediləcək və Azərbaycanın istintaq orqanlarına təslim olunacaqlar. Xocalı soyqırımının dünya dövlətləri tərəfindən tanıdılması istiqamətində fəaliyyət daha da gücləndirilməlidir. Aparılan təbliğat informasiya müharibəsi səviyyəsindən çıxaraq hüquqi müstəviyə keçməlidir.


Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Ümummilli Liderin həyat amalının təntənəsidir

Dekabrın 12-si müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Bütün həyatını Azərbaycanın bu gününə və gələcəyinə həsr edən Ulu Öndər Heydər Əliyev bildirmişdir: “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

O qeyd edib: Dahi şəxsiyyət Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyası o qədər genişdir ki, onları zamana, tarixin səhifələrinə sığışdırmaq mümkün deyil. Onun həyat və fəaliyyətinə həsr olunan kitablar, yazılan elmi məqalələr nə qədər saysız-hesabsızdırsa, yenə də yenilərinə böyük zərurət duyulur. Təbii ki, bu, Ümummilli Liderin illər keçdikcə Azərbaycan dövlətinin, xalqının xoşbəxt gələcəyi naminə gördüyü işlərə yeni işıq salınmasına əsaslanır. Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyinə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz onun zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Ümummilli Liderin həyat amalının təntənəsidir. Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatların və görülən strateji tədbirlərin fonunda ölkəmiz sürətlə inkişaf edərək keçmiş İttifaq miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrilmişdi. Dahi şəxsiyyət Azərbaycana rəhbərlik etməyə başlayanda ölkəmiz Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dövrü Azərbaycanın həyatında yeni bir mərhələnin başlanması ilə xarakterizə edilirdi. Həmin illərdə sənaye, o cümlədən yüngül sənaye və kənd təsərrüfatı ən parlaq inkişaf dövrünü yaşamışdır. Əgər Azərbaycan keçmiş SSRİ miqyasında yalnız xammal mənbəyi kimi tanınaraq inkişaf tempinə görə ən geridə qalmış respublika kimi səciyyələndirilirdisə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərin fonunda respublikamız bütün sahələrdə mütəmadi inkişaf göstəriciləri ilə diqqətdə oldu”.

Vüqar Rəhimzadə xüsusi qeyd edib ki, Ulu Öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək zəruri olan bazanın formalaşdırılmasına məhz həmin illərdə başlamışdı. İqtisadi tərəqqinin təməlinin qoyulması, kadr hazırlığının yüksək səviyyədə təşkili, ən əsası dövlətin müstəqilliyinin qarantı olan gələcək milli ordunun inkişafına xidmət edəcək mühüm addım kimi qiymətləndirilən Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması və s. kimi biri-birindən əhəmiyyətli addımlar müstəqillik dövründə inkişafımızın əsası oldu. Böyük dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Onun ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər Azərbaycanın dirçəliş, tərəqqi, müstəqilliyini əbədi və dönməz etdiyi dövrdür. Onu da qeyd edək ki, Ümummilli Liderin fəaliyyətinin Naxçıvan mərhələsində də Azərbaycanın bu günü üçün mühüm addımlar atılmışdır. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı Ümummilli Liderin rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilməsidir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.

 

YAP Xətai rayon təşkilatının sədri bütün uğurlarımıza yol açan azərbaycançılıq ideologiyasının inkişafında və təbliğində Ümummilli Liderin böyük rolunu xüsusi qeyd edib. Ulu Öndərin hakimiyyətinin hər iki dövründə hər kəsin Vətən üçün çalışmasına çağırış xüsusi yer tutub. Ulu Öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” müdrik kəlamı dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilmişdir. Müstəqil Azərbaycana rəhbərlik etdiyi illər ərzində Ümummilli Lider tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan diasporu təşkilatlanmış, inkişaf etmiş və öz tarixi Vətəni ilə sıx bağlılığını nümayiş etdirmişdir. Bu gün dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycanı milli ruhun, milli-mənəvi dəyərlərin, milli mədəniyyətin məbədi kimi qəbul etmələri və azərbaycançılıq ideyası ətrafında birləşmələri Ulu Öndər Heydər Əliyevin titanik fəaliyyətinin nəticəsidir. Ulu Öndərin XX əsrdə totalitarizmin Azərbaycana qarşı törətdiyi faciələrin davamı kimi qanlı 20 Yanvarı xalqımız əleyhinə hərbi, siyasi və mənəvi təcavüz kimi qiymətləndirməsi onun ömür boyu sadiq qaldığı siyasi məfkurəsinin və yüksək vətənpərvərliyinin yeni siyasi şəraitdə təcəssümü idi. Onu da qeyd edək ki, milli həmrəyliyin uğurlu gələcəyini təmin etmiş tarixi qərar Ümummilli Lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu dövrdə qəbul olunub. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib və həmin vaxtdan etibarən bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir.

Diqqətə çatdırılıb ki, ölkəmizin gərgin və böhranlı vəziyyətində xalq ümidini dahi siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevə bağlamış, 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı Ona müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etdi. Tarixə “91-lər”in müraciəti kimi daxil olan “Azərbaycan Sizin sözünüzü gözləyir” çağırışı ölkəmizin həyatında böyük dönüş nöqtəsi oldu. Yeni Azərbaycan Partiyasının yaranması və inkişafı Ulu Öndərin adı ilə bağlıdır. Dahi şəxsiyyətin dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi Yeni Azərbaycan Partiyası xalqın partiyası olaraq ona göstərilən etimadı yüksək səviyyədə doğruldur. Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev bu gün belə bir əminliyi ifadə edir ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. YAP ənənələri olan partiyadır. YAP nəinki ölkənin, hətta regionun aparıcı siyasi təşkilatıdır. Bu gün Yeni Azərbaycan Partiyası “Biz birlikdə güclüyük!” devizi ilə yeni-yeni hədəflərə doğru inamla addımlayır.

YAP Xətai rayon təşkilatının sədri Azərbaycanın hər bir uğurunun Heydər Əliyev siyasətinin təntənəsi olduğunu önə çəkərək 2003-cü ildən başlanan yeni mərhələnin ölkəmizin tarixində hansı uğurlarla yadda qaldığını diqqətə çatdırıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin 2003-cü ildə xalqa tarixi müraciəti Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə gedən yolu yaxınlaşdırdı. Son 20 ildə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı dünyaya qalib ölkə kimi təqdim etdi. Ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt sayan dövlətimizin başçısı tarixi ədalətin bərpası istiqamətində davamlı addımlar ataraq 2020-ci ildə ərazi bütövlüyümüzü təmin etdi. Bundan üç il sonra 2023-cü il sentyabrın 19-da Silahlı Qüvvələrimizin həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam təmin edildi. Bu gün qalibiyyət rəmzi olan üçrəngli bayrağımız bütün azad edilmiş torpaqlarımızda, o cümlədən Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə dalğalanır. 30 il davam edən işğal dövründə hər zaman qəbimizdə yaşayan “Azərbaycanın üçrəngli bayrağı Şuşada, Xankəndidə dalğalanacaq” amalımız artıq reallıqdır. Bu il noyabrın 8-də Zəfər Günündə Xankəndi şəhərində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə keçirilən hərbi parad Qarabağ Zəfərimizin kuliminasiya nöqtəsi oldu. Bu gün Azərbaycan möhtəşəm uğurlara doğru inamla addımlayır. Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir, mərhələ-mərhələ sakinlərini qarşılayır. Bu uğurlarımızın fonunda böyük inamla qeyd edirik ki, Ümummilli Liderin ruhu şaddır. Azərbaycan bu gün onun görmək istədiyi Azərbaycanın modelini dünyaya təqdim edir. Güclü, qüdrətli, dahi şəxsiyyət Heydər Əliyevin şah əsəri olan və onun layiqli davamçısı Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi müasir müstəqil, qalib Azərbaycanın vətəndaşı olmaq böyük qürur və məsuliyyətdir.

“Azərbaycan mədəniyyətinin inkişafı üçün Ümummilli Lider Heydər Əliyevdən başlayan dövrü mütləq təhlil etmək lazımdır. Ulu Öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi seçildikdən sonra Azərbaycanın mədəniyyət elitasının yaranma formasını doğru şəkildə müəyyən etdi. Bir çox yazıçı və musiqi xadiminə, tanınmış şəxsiyyətlərə fəxri adlar verərək, elitanın formalaşması təmin olundu. Bununla da elitada artıq Azərbaycan seqmenti önə çıxmağa başladı”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa deyib.

Deputat bildirib ki, Azərbaycanda ayrı-ayrı musiqi məktəblərinin açılması, müəyyən ansamblların yaradılması, müxtəlif əsərlərin səhnələşdirilməsi, xarici ölkələrdə tanınmış Azərbaycan mədəniyyət xadimlərinin əsərlərinin nümayiş etdirilməsi bu elitanın tanınması istiqamətində də mühüm işlər görüldüyünü göstərdi: “Bu işlərin hər biri bilavasitə Ulu Öndər Heydər Əliyevin nəzarəti ilə həyata keçirilirdi. Ona görə bu gün də Azərbaycan mədəniyyətinin müxtəlif sahələrindəki uğurları məhz Ulu Öndərin adı ilə bağlıdır. Xüsusilə teatrların qorunub saxlanması, mədəniyyət abidələrinin qorunması məsələləri önə çəkildi. Bütövlükdə sənət insanlarının fəaliyyətlərinin stimullaşdırılması birbaşa olaraq Ümummilli Liderin səyləri nəticəsində mümkün oldu. Bu baxımdan da Ulu Öndərin Azərbaycan mədəniyyətinin inkişafında danılmaz və böyük rolu olub. Bu gün Azərbaycan mədəniyyəti həmin zəmin üzərində inkişaf edir”.

Fələstin administrasiyasının müharibədən sonra Qəzzanı idarə etməsi həll yolu deyil.

Axar.az xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu X sosial şəbəkəsində yazıb.

“Birincisi HƏMAS olmayacaq, onu məhv edəcəyik, ikincisi də Fələstin administrasiyası həll yolu deyil”, - deyə Netanyahu bildirib.

Bu günədək bizim iqtisadi inkişafımız müsbət olub, hətta daha mürəkkəb geosiyasi vəziyyətdə belə. Hətta işğal dövründə bizim iqtisadiyyatımız inkişaf edib. İndi isə ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etmişik. Biz genişmiqyaslı iqtisadi islahatlar aparırıq ki, büdcədə daha çox vəsait toplansın. Biz gömrük və vergi inzibatçılığı sahəsində olduqca uğurlu islahatlar həyata keçirmişik. Biz bütün dövlət şirkətlərimizdə korporativ idarəçilik sistemi yaratmışıq və bunun bəhrəsini görürük.

Axar.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev "Avronyus" televiziyasına müsahibəsində deyib.

Bağlantı layihələrindən böyük həcmdə mənfəət əldə olunacağını qeyd edən dövlətimizin başçısı bildirib:

“Biz Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərindən Azərbaycan ərazisindən keçən, müxtəlif istiqamətlərə daşınan 10 milyonlarla ton əlavə yük gözləyirik. Bu, məşğulluq, əlavə vəsait, Azərbaycanın geosiyasi əhəmiyyəti deməkdir. Regionumuzun, Avrasiyanın xəritəsinə baxsanız görərsiniz ki, bütün əsas nəqliyyat marşrutları bizim ərazidən keçir. Biz ən müasir nəqliyyat infrastrukturunu yaratmışıq. Bu da əlavə imkanlar yaradacaq. Üstəgəl yüz minlərlə keçmiş məcburi köçkünü məskunlaşdırmağı planlaşdırdığımız Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş əraziləri - bu da əlavə aparıcı qüvvə olacaqdır. Beləliklə, səmimi desəm nə iqtisadi sahədə, nə də digər sahədə ölkəmiz üçün hər hansı bir potensial riskləri görmürəm”.

"ABŞ ilə Azərbaycan arasında gərginliyin nisbi olduğu əslində ilk günlərdən bəlli idi. Çünki Bakı Vaşinqton üçün Cənubi Qafqaz regionunda çox önəmlidir. İrana, mərkəzi Asiyaya, yaxın şərqə yaxınlığı baxımından Azərbaycan kimi bir ölkə ilə münasibətlərin pozulması Vaşinqton nəzərində uğursuz bir addım olardı". Bunu SİA-ya açıqlamasında politoloq Turan Rzayev bildirib.

Onun sözlərinə görə, ABŞ-nin müttəfiqləri olan Türkiyə və İsraillə Azərbaycanın çox yüksək səviyyədə münasibətləri var: "Hətta İsraillə hərbi tərəfdaşıq, Türkiyə ilə isə rəsmi səviyyədə müttəfiqik. Bu reallıqlar fonunda ABŞ-nin münasibətləri daha da pisləşdirməsi və Azərbaycana qarşı radikal addımlar atmasını gözləmək bir qədər doğru olmazdı. Qarşıda ABŞ-də prezident seçkiləri gəlir və bu seçkilər öncəsində də cənubi Qafqaz kimi stratejik bir coğrafiyada Azərbaycan kimi bir ölkə ilə münasibətləri gərgin saxlamaq ABŞ xarici siyasətinə olduqca tərs bir davranışdır. Bu baxımdan ABŞ nümayəndəsinin Azərbaycana səfəri və səfər sonunda gərginliyin azalması, münasibətlərin əvvəlki kimi normallaşma etabına qədəm qoyması gözlənilən idi".

 

Politoloq bildirib ki, ABŞ dövlətlərə qarşı bu tipli gedişləri tez-tez edir: "Bunun da təməlindəki əsas səbəb bu ölkələrlə münasibətlərin necə qurulacağını müəyyən etməkdir. Yəni Azərbaycan kimi ölkələrlə ABŞ öncə hədə ritorikasına keçir, bununla da bir növ həmin ölkələrin reaksiyasını ölçməyə çalışır. ABŞ gördü ki, Azərbaycanla bu tipli ritorikalarla danışmaq mümkün deyil. Real yanaşdıqda ABŞ-nin Azərbaycana qarşı sərgilədiyi mövqe iki ölkə münasibətlərinin pozacaq səviyyədə idi. Azərbaycan bu cür rəftar görmək xüsusi bir şey etməmişdi. Bu gün Azərbaycan Avropa İttifaqının alternativ enerji daşıyıcısı olan ölkələrdəndir. İldən-ilə bizim Avropaya nəql etdiyimiz qazın həcmi artırılır. Bu fakt belə özlüyündə ABŞ-nin maraqlarına uyğun olduğunu göstərir. Bu baxımdan münasibətlərin normallaşması indiki məqamda əlbəttəki müsbətdir və bu prosesin davamı 2024-cü ildə də gələcəkdir. ABŞ-dəki seçki prosesləri zamanı rəsmi Vaşinqton Bakı ilə münasibətlərin daha da yaxınlaşdırılması üçün əlindən gələni edəcəyini demək olar".

“Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqımızın dəstəyi ilə Azərbaycan Pespublikasının Prezidenti seçildikdən sonra bir sıra olduqca prinsipal gələcəyimizi təyin edəcək addımlar atdı”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, hər şeydən öncə daxili siyasi sabitliyi təmin etmək bir tarixi zərurət idi. Belə ki həmin ərəfədə Azərbaycan müxtəlif silahlı qruplaşmalar mövcud idi ki, onlar hakimiyyət uğurunda qeyri-sivil mübarizə aparırdılar: “Bu da təbii ki, ölkənin həm siyasi, həm də iqtisadi baxımdan gələcəyini sual qarşısında qoyurdu. Ulu Öndər Heydər Əliyev olduqca gərgin tarixi bir şəraitdə siyasi sabitliyi təmin etməklə sosial iqtisadi islahatların həyata keçirilməsi üçün zəmin yaratmış oldu. Əks halda milli iqtisadi sistemi qurmaq və bu əsasda sosial xarakterli addımları qeyri-mümkün olardı. Ölkədə daxili siyasi sabitlik təmin edildikdən sonra milli iqtisadi sistemin qurulması istiqamətində addımlar atıldı, bu mənada ən təsirli addımlarlardan biri 1994-cü il sentyabr ayının 20-də "Əsrin müqaviləsi"nin imzalanmasından ibarət oldu. Çünki iqtisadi resurslar olmadan sosial yönümlü siyasətin həyata keçirilməsi qeyri-mümkün olardı. Artıq milli iqtisadi sistemin ilkin elementlərinin formalaşmasından dərhal sonra Azərbaycan dövlətinin sosial xarakteri formalaşdırmağa başladı. Azərbaycanda sosial dövlət ideyasının ən birinci dəstəkləyicisi və bu ideyanı həyata keçirən Ulu Öndər Heydər Əliyev oldu. Məhz xalqının rifahını düşünən və hər bir Azərbaycan vətəndaşının sosial iqtisadi rifahını öz siyasətinin mərkəzində qoyan Dahi Öndər Heydər Əliyev sosial dövlət ideyasına söykənərək elə sosial siyasəti də həyata keçirməyə başladı. Sosial dövlət ideyasının başlıca prinsipi ondan ibarətdir ki resursların birgə yaradılması ilə yanaşı bu resursların ədalətli bərabər bölgüsündə həyata keçirir və hər bir milli resurslardan hər bir cəmiyyət üzvü faydalanmış olur. Bu həm cəmiyyətdə ədalət prinsipinin bərpa olunması həm də, bütövlükdə ölkənin sosial dövlət xarakterinin gücləndirilməsini şərtlandirirdi. Ona görə də, məhz 1994-1995-ci illərdən başlayaraq Ulu Öndər Heydər Əliyev tərəfindən hər tərəfli sosial xarakterli addımlar atılmağa başladı. Məhz vaxtı ilə uğurlu bünövrə bu gün də sosial xarakterli addımların davamlı xarakter almasını təmin etməkdədir”.

Xarici mətbuat Azərbaycan Prezidentinin növbədənkənar seçki qərarından yazır

Azərbaycan Prezidenti İlham Əliyevin növbədənkənar president seçkilərinin keçirilməsi barədə imzaladığı sərəncam təkcə ölkəmizdə deyil, eyni zamanda xarici mətbuatda da geniş işıqlandırılır. Müxtəlif versiyalar səsləndirilir, seçkilərin önə çəkilməsinə müxtəlif rənglər verməyə çalışanlar da var. Amma reallıq budur ki, gəən il təkcə Azərbaycanda deyil, dünyanın 70 ölkəsində seçkilər keçiriləcək. Ümumxalq tədbiri sırasında president seçkiləri ilə yanaşı, parlament və bələdiyyə seçkiləri də var. Hər ölkə üçün bu seçkilərin bir əhəmiyyəti var. Azərbaycan siyasi hadisələri qabaqlayaraq, vaxt itkisinə yol vermədən seçkiləri 1 il qabağa çəkdi.

Əslində vaxt məsələsinin seçkilərin nəticələrinə təsir edəcəyi barədə düşünmək belə absurddur. Çünki, İlham Əliyevin indiki reytinqi çox yüksəkdir, həm də qarşıda elə bir nüans, faktor, həlli mümkün olmayan məsələ qalmayıb ki, nəticələrə təsir etsin. 96-98 faizlik reytinq nə qədər aşağı düşsə, yenə qalibiyyət üçün yetərli olacaq. Deməli məsələ bunda deyil. Məsələ Azərbaycanın başlatdığı, bizi yeni-yeni uğurlara götürəcək hadisələrin, meqalayihələrin, quruculuq işlərinin davamlılığını təmin etməkdir. Glən ildən ölkəmizdə həyata keçirilən inkişaf konsepsiyasının növbəti və əsas mərhələsinə start veriləcək. Başladılan prosesə fasilə vermək, insanları seçkilərə cəlb etmək əldə olunanları da itirməyə bərabər olar.

Azərbaycanda növbədənkənar seçkilərin keçirilməsi barədə yazılar, müzakirələr Rusiya mətbuatında da dərc edilir. Maraqlı cəhətlərini nəzərə alıb həmin məqalələrdən birini dəyərli oxucularımıza təqdim etmək istərdik.
Azərbaycan Prezidenti İlham Əliyev növbədənkənar prezident seçkilərinin 2024-cü il fevralın 7-də keçirilməsi haqqında sərəncam imzalayıb. O, qəfil qərarını açıqlamayıb. Respublikanın hazırkı rəhbərinin seçki yarışından qalib çıxacağına heç kim şübhə etmir. Ekspertlər hesab edir ki, cənab Əliyev öz düşmənlərini - əsasən də xarici düşmənlərini daxili işlərə qarışmaq imkanından məhrum etmək üçün vaxtından əvvəl yenidən prezident seçilmək qərarına gəlib.

Dekabrın 7-də İlham Əliyev iki ay müddətində respublika başçısının növbədənkənar seçkilərinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, ölkənin Mərkəzi Seçki Komissiyası səsvermənin 2024-cü il fevralın 7-də keçirilməsini təmin etməlidir. Bu, 2025-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkilərindən 15 ay tezdir. Azərbaycan lideri qərarını heç bir şəkildə izah etməyib. Onun imzaladığı sərəncamda yalnız Sənətin 1-ci hissəsinə istinadlar var, ölkə konstitusiyasının 101-ci maddəsi və Seçki Məcəlləsinin 179-cu maddəsi. Konstitusiyanın 101-ci maddəsində deyilir ki, "Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan etmək hüququna malikdir". Seçki Məcəlləsinin 179-cu maddəsində deyilir: növbədənkənar seçkilər təyin edilərsə, səsvermə çərşənbə günü və müvafiq sərəncam imzalandıqdan sonra 60 gündən gec olmayaraq keçirilməlidir.

2003-cü ildən Azərbaycana rəhbərlik edən İlham Əliyev bütün prezident seçkilərində rəqibləri üzərində böyük fərqlə qalib gəlib. Üstəlik, onunla rəqibləri arasında uçurum seçkidən-seçkiyə daha da böyüyürdü. 2003-cü il oktyabrın 15-də keçirilən president seçkilərində İlham Əliyev 76,86% səs toplayıb. Onun rəqibləri isə üst-üstə 18 faiz səs toplayıb.

Müxalifət daha sonra nəticələrlə razılaşmayaraq etiraz aksiyasına çıxdı. Təhlükəsizlik qüvvələri ilə toqquşmada 3 nəfər öldü. 2008-ci ildə Azərbaycan prezidenti seçiləndə cənab Əliyev 88,73%, ən yaxın rəqibi İqbal Ağazadə isə cəmi 2,86% səs toplayıb. İlham Əliyev 2013-cü ildə də, 2018-ci ildə də topladığı səslər 80%-dən aşağı düşmədi.

İlham Əliyevin dövründə eyni şəxsin iki dəfədən artıq dövlət başçısı seçilə bilməyəcəyi ilə bağlı müddəa konstitusiyadan çıxarılıb, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilədək artırılıb. Yeri gəlmişkən, sonuncu - 2018-ci ildəki prezident seçkiləri də vaxtından əvvəl olub. Cənab Əliyev öz qərarı ilə onları oktyabrda deyil, apreldə keçirdi və rəqiblərini təəccübləndirdi. Bir sıra müxalifət partiyaları bu səbəbdən həmin kampaniyanı boykot etmək qərarına gəldilər.

 

Müxalifətin radikal qanadı İlham Əliyevin hazırkı qərarını da tənqid edir. Müxalifətdə olan Müsavat Partiyasının başqanı Arif Hacılının sözlərinə görə, növbədənkənar parlament və ya prezident seçkiləri yalnız ölkədə böhran olanda keçirilir. "Hazırda Azərbaycanda siyasi böhran yoxdur", – deyə siyasətçi Turan agentliyinə bildirib və söz verib ki, yaxın vaxtlarda partiya prezidentin qərarına münasibət bildirəcək. Başqa müxaliflər də təxminə buna yaxın fikirlər səsləndiriblər. Amma tutarlı arqument səsləndirməyiblər. Bu arada göz qabağındadır ki, bu gün İlham Əliyevin Azərbaycanda ciddi rəqibləri yoxdur.

Prezident İlham Əliyev 2020-ci ildə II Qarabağ müharibəsində qazandığı qələbəyə və bu il Qarabağdan separatçıları təslim olmağa məcbur etdiyinə görə xalqın əksəriyyətinin rəğbətini qazanıb. Hər iki hadisə Azərbaycan və Cənubi Qafqaz üçün tarixidir. Onlar prezident mandatını növbəti yeddi il müddətinə uzatmaqla hakimiyyəti birləşdirmək üçün yaxşı fon və məqam yaradırlar.

"Leninin dediyi kimi – "bu gün tez, sabah gec". Beynəlxalq Araşdırmalar İnstitutunun nəzdində Avro-Atlantik Təhlükəsizlik Mərkəzinin aparıcı elmi işçisi Sergey Markedonov "Yeni il şənliyindən sonra biz "bütövləşmiş ölkədə" prezidentin yenidən seçilməsi üçün kampaniyanı başa çatdıracağıq", deyə Rusiya Xarici İşlər Nazirliyinin Telegram-kanalında Azərbaycan liderinin qərarını şərh edib. O qeyd edib ki, qarşıdan gələn seçkilər "birinci şəxsin dəstəyi və ona etimad haqqında plebisit" olacaq: "Axı, bu gün Azərbaycanın ən sərt müxalifətçiləri belə, Əliyevin dövlətin idarəçiliyində mükəmməl rolunu inkar etmirlər. Bu kontekstdə "burada və indi" ona qarşı çıxmaq demək olar ki, mümkün deyil. Prezident legitimliyinin təməlinə yeni simvollar toxunacaq. Əliyev belə bir anı əldən verməyə hazır deyil".

Qafqaz Siyasi Təhlil Mərkəzinin (Bakı) direktoru Əhməd Əlili "Kommersant"a müsahibəsində qarşıdan gələn seçkiləri ölkə tarixində ən proqnozlaşdırıla bilən növbədənkənar seçkilər adlandırıb. O qeyd edib ki, 2020-ci ilin noyabrında Üçtərəfli Bəyanat (Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair saziş) imzalanan kimi "məlum oldu ki, Azərbaycanda prezident və parlament seçkiləri, eləcə də Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinin başa çatması üçün son tarix 2025-ci ilə qədərdir".

Cənab Əlili hesab edir ki, Rusiya sülhməramlı kontingenti ətrafında müzakirələr seçki kampaniyası zamanı əsəbi mühit yarada bilər. "Hesab edirəm ki, o vaxt aydın idi ki, bəzi seçkilər daha əvvəl keçirilməlidir. Görünür, qərara alınıb ki, bu, prezident seçkisi olsun", - Əhməd Əlili bildirib.

Xatırladaq ki, dekabrın 6-da İlham Əliyev Bakıda ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayen ilə görüşüb. Görüşdən sonra amerikalı diplomat X sosial şəbəkəsində ABŞ dövlət katibi Antoni Blinkenin Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərini yaxın vaxtlarda sülh danışıqları üçün gözlədiyini yazıb. İlham Əliyev dekabrın 6-da Ceyms O’Brayenlə görüşüb. Antoni Blinken onu qəbul etməyi şəxsən Azərbaycan dövlətinin başçısından xahiş edib. Ertəsi gün - dekabrın 7-də isə cənab Əliyev növbədənkənar seçkilər təyin edib.

Prezident İlham Əliyevin qərarı "dünyada seçki dövrlərinin sinxronlaşdırılması" ilə bağlı ola bilər. Hesablama belə ola bilər ki, 2025-ci ildə seçkilərin keçiriləcəyi ilə müqayisədə indi müdaxilə etmək istəyən daha az olacaq. Əsas güc mərkəzləri daxildə seçkilərlə məşğul olacaq. 2024-cü ildə dünyanın müxtəlif regionlarında mühüm seçkilər keçiriləcək. Rusiyada yazda, ABŞ-da isə payızda prezidentləri seçəcəklər. Avropa İttifaqı bu yay Ümumavropa parlamentini seçəcək. Deməli, seçki qərarı düzgündür.

7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkiləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir

Azərbaycan dövlətinin əldə etdiyi bütün uğurlara görə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və bu siyasəti böyük əzmlə və qətiyyətlə davam etdirən ölkə Prezidenti, Yenilməz Sərkərdə, Ali Baş Komandan İlham Əliyevə borcludur. Ulu Öndər Heydər Əliyevin ən layiqli siyasi varisi Cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 20 il ərzində ölkəmizdə bütün sahələrdə sürətli inkişafa nail olunub, insanların sosial-iqtisadi vəziyyəti daha da yaxşılaşıb. Əldə olunan uğurların davamı xarakter alacağını bildirən Müzəffər Ali Baş Komandan çıxışlarının birində demişdir: "Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində, biz uğurla inkişaf edirik". Ölkə Prezidenti İlham Əliyevin müdrik islahatları ilə Azərbaycanı iqtisadi baxımdan qüdrətli dövlətə çevirib. Vaxtaşırı olaraq şəhid ailələrinin, qazilərin mənzil, məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. 1997-ci il avqustun 2-dək hərbi xidmətdə aldığı xəsarətlə bağlı əlilliyi olan 17 164 şəxs üzrə birdəfəlik ödəmə verilib. Şəhid ailələri üzvləri, müharibə iştirakçılarından ibarət 11 min şəxsə 43 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. Ötən dövr ərzində şəhid ailələrinə və qazilərə 13560 mənzil və fərdi ev verilib. Qazilər avtomobillərlə təmin olunub, xarici ölkələrdə müalicə və müayinələri təmin edilib. Şəhid ailə üzvləri və müharibə veteranlarından ibarət 103 min şəxsə aylıq sosial ödəniş təyin olunması, 3 565 şəxsə sığorta ödənişinin edilməsi bu kateqoriyadan olan insanlara diqqət və qayğının göstəricisidir.

"Əsrin müqaviləsi"nin davami "Yeni əsrin müqaviləsi"

Gündən günə inkişaf edən iqtisadi artım enerji sektorunda da geniş şəkildə davam etdirilir. 1994-cü ilin sentyabrın 20-də imzalanan və dünyada böyük maraqla qarşılanan "Əsrin müqaviləsi"nin davamı olan "Yeni əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın dünyanın enerji təhlükəsizliyində yeri və rolunu möhkəmləndirir. "Əsrin müqaviləsi"nin 2050-ci ilədək uzadılması ölkəmizin etibarlı və stabil inkişaf edən dövlət kimi bütün dünyada nüfuzunun yüksəlməsi, əhalimizin rifahının təminatı baxımından böyük strateji əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması Azərbaycanın Avrasiyanın geosiyasi nəqliyyat mərkəzinə çevrilməsi yolunda atılmış ən mühüm addımdır. Milyondan artıq sərnişin, 17 milyon tondan artıq yük daşınması Azərbaycanın Cənubi Qafqazın iqtisadi, siyasi mərkəzinə çevrilən dövlət olduğunu təsdiqləyir. Prezident İlham Əliyevin verdiyi sözlərə istisnasız əməl edən, sözü ilə əməlinin üst-üstə düşən, sözünün dəyərli və keçərli olduğunu görən böyük siyasi xadim kimi tanıyır. 2003-cü il prezident seçkilərində Cənab İlham Əliyev doğma xalqına müraciət edərək qeyd etmişdir ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa edəcək. Vədini əməli işi ilə yerinə yetirən Prezident İlham Əliyev ordu quruculuğunu ən yüksək səviyyədə həyata keçirə bildi. Dünyada ən güclü 50 ordu sırasında yer tutan Azərbaycan ordusu bu reytinqini 44 günlük Vətən Müharibəsində əldə etdiyi parlaq qələbə ilə daha da möhkəmləndirdi. Hələ 2016-cı ilin aprelində qəhrəman Ordumuz Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, ümumilikdə 2 min hektardan çox torpağı işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ aldı. 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi, Yerevan-Gorus–Laçın yolu nəzarətə götürüldü.
2020-ci sentyabr ayının 27-dən başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində qələbə ilə başa çatdı. Şuşa şəhərinin işğaldan azad edilməsi ilə düşmən diz çökdü və təslim olmaqla ağ bayraq qaldırdı. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağın incisi olan Şuşanın işğaldan azad olunması müjdəsini Azərbaycan xalqına çatdırarkən demişdir: "Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!". Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev xalqa müraciətində onu da fəxarət və qürur hissi ilə qeyd etmişdir ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.: "Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox". Həmin ilin dekabrın 10-da Bakının Azadlıq meydanında Zəfər paradı keçirildi. Paradda 44 günlük Vətən Müharibəsində hər məqamda Azərbaycan xalqının, Prezidentinin yanında olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etdi. Zəfər Paradında Azərbaycan Ordusunun döyüş meydanlarında məhv etdiyi, qənimət götürdüyü düşmənin hərbi texnikaları da nümayiş etdirildi.

Xankəndi şəhərində keçirilən hərbi parad zəfər salnaməmiz idi

 

Üç il sonra daha və yeni möhtəşəm qələbəyə imza atıldı. Sentyabrın 19-da başlayan və cəmi 23 saat 44 dəqiqə çəkən antiterror əməliyyatları ilə Qarabağdakı separatçıların silah-sursatları və canlı qüvvələri məhv edildi. Baş terrorçuların əksəriyyəti isə həbs olundular. Hazırda onlar istintaq altındadırlar və layiq olduqları cəzanı almaq üçün məhkəmələrini gözləyirlər. Oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Prezidenti, Yenilməz Sərkərdə, Ali Baş Komandan İlham Əliyev üçrəngli Bayrağımızı ucaltdı. Ali Baş Komandan, Prezident İlham Əliyev Bayrağımızı şəhərin meydanında ucaltdıqdan sonra xalqa müraciətində demişdir: "Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və "Qurani-Kərim"ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı "Allaha şükür" deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək". Prezident İlham Əliyev 7 noyabr 2023-cü ildə daha bir qürurverici anları xalqımıza bəxş etdi. Xankəndi şəhərində hərbi parad keçirildi və paradda separatçılardan götürülən hərbi texnikalar nümayiş etdirildi. Bununla da Ermənistanın Azərbaycan dövlətinə və xalqına qarşı etdiyi pisliklərə, vandalizm aktlarına, işğalçılıq siyasətinə sərt və qətiyyətli cavab verildi. Nümayiş etdirildi ki, Azərbaycan xalqı qalib xalqdır və bu xalqa yalnız zəfər yaraşır.

Xalq yeni zəfərə hazırlaşır

Hədəf və məqsədlərə isə ancaq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə nail olmaq olar. Bu baxımdan, xalq yeni zəfərə hazırlaşır. Bu zəfərin yeri və ünvanı seçki məntəqələri olacaq. Fevralın 7-də keçirilməsi planlaşdırılan seçkilərdə xalq Cənab İlham Əliyevə olan sevgisini, məhəbbətini, dəstəyini böyük fərəhlə nümayiş etdirəcək. Ona görə də 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərini Zəfər seçkiləri adlandırmaq olar. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı. Bu seçkilər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Prezident İlham Əliyev bu günə qədər dediyi hər məsələni uğurla həyata keçirib. "Qarabağ Azərbaycandır!" şüarını dilindən düşürməyən xalqımız, uzun illər min bir zəhmət hesabına bu şüarı yaradan və həyata keçirən ölkə rəhbərinin yeni seçkilərdə əlbəttə ki, yanında olacaq, xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək. Regionda tam müstəqil bir ölkənin olmasını və Azərbaycanın Qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət kəsb edir. Nəzərə almaq lazımdır ki, növbədənkənar prezident seçkiləri siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra keçirilir. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir. Söz yox ki, uduzacaqlarını indidən başa düşən dağıdıcı ünsürlər qidalandıqları xarici qüvvələrin tapşırıqlarına uyğun olaraq müəyyən təxribatçı addımlar atacaqlar, qərəzli açıqlamalarla çıxış edəcəklər. Təbii ki, bunların heç biri keçərli olmayacaq. Birincisi ona görə ki, seçkilərin nəticələrini xarici qüvvələr deyil, Azərbaycan xalqı müəyyənləşdirir, ikinci isə, ölkəmizdə Qalib, Müzəffər Sərkərdə İlham Əliyevlə rəqabət apara biləcək heç bir qüvvə yoxdur və ola da bilməz. Ona görə də, dağıdıcı ünsürlərin deyəcəkləri qərəzli fikirlər boşboğazlıqdan başqa bir şey olmayacaq.