Hacıqabul rayon Prokurorluğundan verilən xəbərə görə, araşdırma zamanı qeyd olunan tibb müəssisəsinin 2022-ci il yanvarın 1-dən 2023-cü il iyunun 15-dək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən Publik Hüquqi Şəxsin vəzifəli şəxs(lər)i tərəfindən əsassız olaraq əmək haqqı ödənilməsi və digər yollarla dövlət büdcəsinə məxsus külli miqdarda vəsaitin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə) maddəsilə cinayət işi başlanılmaqla istintaq aparılır.
Hazırda iş üzrə istintaq davam edir.