Son xəbərlər

 

“Konkret cinayət əməli törədən şəxs qanun qarşısında cavab verməlidir. Əgər onun cinayət əməli sübut olunubsa, təbii ki, mühakimə olunmalıdır”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Teyyub Qənioğlu deyib.

Onun sözlərinə görə, bu, obyekiv reallıqdır və bütün dünyada belədir, o cümlədən Azərbaycanda: “Təəssüflər olsun, Əli Kərimli və digərləri hesab edirlər ki, əgər müxalifətçidirlərsə, bunlar hər şeyi edə bilərlər. Yəni, qanunu da poza bilərlər, qeyri-qanuni fəaliyyət də göstərə bilərlər, kimisə təhqir edə bilərlər və kimləri isə rüşvətxor, cinayətkar hesab edə bilərlər. Bu əməlinə görə də müxalifətçi olduqlarına görə qanun qarşısında cavab verməməlidirlər. Təbii ki, bu da kökündən yanlış yanaşmadır. Qanun qarşısında hər kəs bərabərdir və hər kəs də qanun qarşısında cavab verməlidir”.

“Əli Kərimlinin konkret cinayət əməlinə görə həbs olunan şəxslərdən siyasi məhbus düzəltməyə cəhdi nə üçün lazımdır” sualına cavab olaraq T.Qənioğlu bildirdi ki, sözügedən adamlar ölkədə nə isə xoşagəlməz bir hal yaradaraq qarışıqlıq yaratmaq istəyirlər: “Bu da onlara xarici havadarları tərəfindən verilən növbəti tapşırıqdır ki, Azərbaycan dövlətinin əldə etdiyi uğurlara kölgə salsınlar. Müxalifət qüvvələrinə xarici ağalarından aldıqları pulları yumaq lazımdır və bu da nəticəsiz bir prosesdir. Hay-küyləri stəkanda fırtına yaratmaqdan başqa bir şey deyil. Lakin heç vaxt onların Azərbaycanla bağlı məkrli planları baş tutmayacaq. Azərbaycan haqq yolundadır və bu cür hərəkətlər Azərbaycanı öz haqq yolundan döndərə bilməz. Sadəcə olaraq, onlara tövsiyəm odur ki, bu bəd əməllərindən əl çəksinlər”.

10 May 2024 Azərbaycana gələn turistlər daha çox nədən narazıdırlar?
10 May 2024 İşğaldan azad edilmiş ərazilər Azərbaycanın ətə olan tələbatını qarşılaya bilərmi? VİDEO
10 May 2024 “Ulu Öndər Heydər Əliyevin dünyada əvəzi yoxdur və olmayacaq” - MÜNASİBƏT BİLDİRİLDİ
10 May 2024 "Heydər Əliyev müasir Azərbaycanın banisidir" - MÜNASİBƏT BİLDİRİLDİ
09 May 2024 Prof. İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” adlı kitabı işıq üzü görüb - FOTO
09 May 2024 Əliyev olmasaydı, ölkə parçalanacaqdı - Şvıdkoy
09 May 2024 "Çox uşaq ağır məsuliyyət deməkdir" - MÜNASİBƏT BİLDİRİLDİ
09 May 2024 Kamaləddin Qafarov: “Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir”
08 May 2024 ”Azərbaycanın güclü olmasını istəyənlər daim Heydər Əliyev irsinə müraciət edəcəklər” - DEPUTAT ŞƏRH ETDİ
08 May 2024 Erməni kilsəsinin gətirdiyi İDEOLOJİ BƏDBƏXTLİK - TƏHLİL
08 May 2024 “Heydər Əliyev Fondu deyiləndə humanizm, sosial tərəfdaşlıq yada düşür“ - ŞƏRH EDİLDİ
07 May 2024 “Heydər Əliyev irsi xalqımızın milli sərvətidir” - ŞƏRH EDİLDİ
07 May 2024 İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir
07 May 2024 Bu şəxslər 12 min manatadək cərimələnəcək
07 May 2024 Putin: Bu cür dünya nizamı yaradacağıq!
07 May 2024 Taksi fəaliyyəti üçün icazələrin verilməsinə başlanıldı
07 May 2024 “Azərbaycana kor-koranə itaət lazım deyil” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
07 May 2024 Ağsu rayon MKS-nin Mərkəzi Kitabxana şöbəsinin təşkilatçılığı ilə görüş keçirildi
06 May 2024 DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - FOTO
06 May 2024 "Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” - FOTOLAR
06 May 2024 Heydər Əliyevin adı Azərbaycan və dünya tarixinə həkk olunub
06 May 2024 Papanın Ukraynaya cavabı: Rusiya olmasa, gəlməyəcəm!
06 May 2024 Prezident İqor Babuşkini qəbul etdi
06 May 2024 Türkiyədə quş əti ixracına qadağa Azərbaycanda qiymətlərə təsir edə bilər? VİDEO
04 May 2024 Çiyələyin qiyməti 1 manata DÜŞDÜ VİDEO
03 May 2024 "Ulu Öndər bütün gücünü milli intibahımıza yönəltdi" - MÜNASİBƏT BİLDİRİLDİ
03 May 2024 "Multikultural dəyərlər bu xalqın qanında və canındadır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
03 May 2024 Lukaşenko nazirə yer qazdırdı: Axtar... - Video
03 May 2024 Ucarda pambıq emalı müəsisəsinin fəaliyyəti şəhər sakinlərini narahat edir VİDEO
03 May 2024 “KQB” agentlərinin adının açıqlanması yenidən gündəmdə