Onun sözlərinə görə, istehsalın zəifləməsinə səbəb müxtəlif ola bilər: "Bəzən sahibkar bazarda öz malını sata bilmir. Nəticədə məcburdur ki, fəaliyyətini dondursun. Bundan sonra müəyyən məqam gözləsin ki, bazar nə vaxt əlverişli olacaq.
İstehsalın azalmasında monopoliya da öz rolunu oynaya bilər. Bu səbəbdən kiçik sahibkarlar bazarda olan rəqabətə dözə bilmir, biznesini daha iri müəssisələrə satırlar. Bəzən sahibkar biznes qurmaq üçün kredit götürür. Uğurlu ola bilmir və borcu ödəmək imkanı olmur. Bu səbəbdən məcburən biznesini satır. İstehsalın azalması müvəqqəti də ola bilər”.