Son xəbərlər

 

Ağstafada əhaliyə göstərilən tibbi və digər xidmət sahələrindəki mövcud şərait növbəti dəfə yerində araşdırılıb.
Ağstafa RİH başçısı Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və aidiyyəti üzrə məsul şəxsləri ilə birlikdə Ağstafa Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xəstəxana və poliklinika şöbəsindəki mövcud şəraitə diqqət yetirib, rayon mərkəzində yerləşən ticarət, xidmət və ictimai-iaşə obyektlərinə baxış keçirib. Son vaxtlar ölkəmizin nəqliyyat sahəsində əhalinin daha çox yararlandığı sürət qatarlarının əsas təyinat nöqtələrindən olan Ağstafa Dəmiryol Vağzalının rəhbərliyi ilə söhbət aparılaraq müvafiq tövsiyələr verilib.









Ağstafa RİH başçısı Seymur Orucov - Azərbaycan xalqı xoşbəxt və qürurlu anlarını yaşayır. Oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaltması illərdir arzuladığımız anı reallığa çevirdi. Hər zaman bu arzunu ifadə edirdik. Üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalacağı gün uzaqda deyil.

Həmin an yetişdi. Cənab İlham Əliyev böyük qürur hissi ilə Azərbaycan Bayrağını Xankəndidə ucaltdı və buradan xalqa müraciət etdi. Üç il bundan öncə isə Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşanın işğaldan azad edilməsi ilə Ermənistan silahlı qüvvələri diz çökdü. İki gün sonra Ermənistanın kapitulyasiyasını, Azərbaycanın hərbi-siyasi Qələbəsini təsdiqləyən üçtərəfli Bəyanat imzalandı. Müzəffər Ali Baş Komandan Şəhidlər xiyabanından xalqa müraciət edərkən ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirdi. Bu məqamı da qürurla vurğuladı ki, əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Laçın müəllim: Təkmil dirçəliş modeli
Son üç il ölkəmizin həyatında mühüm tarixi məqamlarla zəngindir. Bu ilin sentyabr ayının 19-da cəmi 23 saat davam edən antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin olundu. Sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizlənən əzəli torpaqlarımızda Azərbaycan Bayrağının ucaldılması bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajdır ki, bu torpaqların sahibi Azərbaycan xalqıdır. Xalqımız burada əbədi olacaq. Bu reallıqları dövlət başçısı İlham Əliyev Xənkəndindən xalqa müraciətində qeyd edərək belə bir çağırışı da səsləndirdi: “Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax bu kadrlara yaxşı baxsın.”
Laçın müəllim: Təkmil dirçəliş modeli
Cənab İlham Əliyevin vurğuladığı kimi, təkcə Azərbaycan vətəndaşları yox, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, dövlətimizlə haqlı olaraq fəxr edir. Bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, övladıdır. Elə bir gənc nəsil yetişdirildi ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Azərbaycan xalqı şəhidlərimizə əbədi borcludur.

Ölkə Prezidenti həmin müraciətində bir daha diqqəti işğal dövründə Azərbaycanın məsələnin sülh danışıqları əsasında həlli istiqamətində göstərdiyi səylərə, Ermənistanın isə danışıqlar prosesinə imitasiya naminə qatılmasına yönəltdi. Bildirdi ki, vasitəçilər də məsələni dondurmaq istəyirdilər. 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutan Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun belə əks-hücum əməliyyatı ilə üzləşib, 44 gündə tarixdə heç vaxt unuda bilməyəcəkləri dərsi alacaqlarını düşünmürdülər.

Artıq dövlətimizin, xalqımızın səbir kasası dolmuşdur. Müzəffər Ali Baş Komandanın “Hücum!” əmrini böyük ruh yüksəkliyi ilə qəbul edən Azərbaycan əsgəri 44 günün hər gününü tariximizə zəfər səhifəsi kimi yazdı. Bu gün böyük qürur hissi ilə həmin tarixləri qeyd edir, tarixi sahibinə qovuşan torpaqlarımızda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərindən danışırıq.

17 oktyabrda Füzuli Şəhəri Gününü qeyd etdik. Dövlət başçısı İlham Əliyevin oktyabrın 15-də azad edilmiş ərazilərimizə səfərləri sırasında Füzuli də var idi. Oktyabrın 16-da Füzuli rayonunda bir sıra sosial obyektlərin təməlqoyma mərasimlərində iştirak edən dövlət başçısı İlham Əliyev oktyabrın 17-də Füzuli Şəhəri Günündə bura köçmüş sakinlərlə və rayon ictimaiyyəti nümayəndələri ilə görüşdü.

Cənab İlham Əliyev daim çıxışlarında bu mühüm məqamı qeyd edir ki, Füzuli şəhərinin azad edilməsi bizə əlavə mənəvi güc verdi. Uğurlu əməliyyatlarımız məhz Füzuli rayonundan başlamışdır.

Dövlət başçısı füzulilərlə görüşündə bu xoş anı belə dəyərləndirdi: “Necə də gözəl bir gündür. Siz mənə “Xoş gəlmisiniz!” deyirsiniz. Mən işğal dövründə həm füzulililərlə, həm digər rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə “Xoş gəlmisiniz!” deyəcəksiniz və bu gün gəldi. Bu gün Füzulidə bayram günüdür, şəhər günüdür və eyni zamanda, Füzuli şəhərinin işğaldan azad olunmasının üçüncü ildönümüdür.”

Son üç il işğaldan azad edilmiş ərazilərimizin bərpası dövrü kimi xarakterizə edilir. Genişmiqyaslı bərpa işləri Böyük Qayıdış Proqramının tezliklə başa çatacağına əminliyi artırır. Azərbaycan qurucu xalq olduğunu təkmil dirçəliş modeli ilə bir daha təsdiqləyir.

 

 
10 May 2024 Azərbaycana gələn turistlər daha çox nədən narazıdırlar?
10 May 2024 İşğaldan azad edilmiş ərazilər Azərbaycanın ətə olan tələbatını qarşılaya bilərmi? VİDEO
10 May 2024 “Ulu Öndər Heydər Əliyevin dünyada əvəzi yoxdur və olmayacaq” - MÜNASİBƏT BİLDİRİLDİ
10 May 2024 "Heydər Əliyev müasir Azərbaycanın banisidir" - MÜNASİBƏT BİLDİRİLDİ
09 May 2024 Prof. İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” adlı kitabı işıq üzü görüb - FOTO
09 May 2024 Əliyev olmasaydı, ölkə parçalanacaqdı - Şvıdkoy
09 May 2024 "Çox uşaq ağır məsuliyyət deməkdir" - MÜNASİBƏT BİLDİRİLDİ
09 May 2024 Kamaləddin Qafarov: “Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir”
08 May 2024 ”Azərbaycanın güclü olmasını istəyənlər daim Heydər Əliyev irsinə müraciət edəcəklər” - DEPUTAT ŞƏRH ETDİ
08 May 2024 Erməni kilsəsinin gətirdiyi İDEOLOJİ BƏDBƏXTLİK - TƏHLİL
08 May 2024 “Heydər Əliyev Fondu deyiləndə humanizm, sosial tərəfdaşlıq yada düşür“ - ŞƏRH EDİLDİ
07 May 2024 “Heydər Əliyev irsi xalqımızın milli sərvətidir” - ŞƏRH EDİLDİ
07 May 2024 İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir
07 May 2024 Bu şəxslər 12 min manatadək cərimələnəcək
07 May 2024 Putin: Bu cür dünya nizamı yaradacağıq!
07 May 2024 Taksi fəaliyyəti üçün icazələrin verilməsinə başlanıldı
07 May 2024 “Azərbaycana kor-koranə itaət lazım deyil” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
07 May 2024 Ağsu rayon MKS-nin Mərkəzi Kitabxana şöbəsinin təşkilatçılığı ilə görüş keçirildi
06 May 2024 DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - FOTO
06 May 2024 "Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” - FOTOLAR
06 May 2024 Heydər Əliyevin adı Azərbaycan və dünya tarixinə həkk olunub
06 May 2024 Papanın Ukraynaya cavabı: Rusiya olmasa, gəlməyəcəm!
06 May 2024 Prezident İqor Babuşkini qəbul etdi
06 May 2024 Türkiyədə quş əti ixracına qadağa Azərbaycanda qiymətlərə təsir edə bilər? VİDEO
04 May 2024 Çiyələyin qiyməti 1 manata DÜŞDÜ VİDEO
03 May 2024 "Ulu Öndər bütün gücünü milli intibahımıza yönəltdi" - MÜNASİBƏT BİLDİRİLDİ
03 May 2024 "Multikultural dəyərlər bu xalqın qanında və canındadır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
03 May 2024 Lukaşenko nazirə yer qazdırdı: Axtar... - Video
03 May 2024 Ucarda pambıq emalı müəsisəsinin fəaliyyəti şəhər sakinlərini narahat edir VİDEO
03 May 2024 “KQB” agentlərinin adının açıqlanması yenidən gündəmdə