Son xəbərlər

 
Xəbər verdiyimiz kimi, oktyabrın 24-də Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdə təhsil alan 20 şagirddə müxtəlif vaxtlarda qida mənşəli narahatlıq və ürəkbulanma əlamətlərinin müşahidə edilməsi haqqında məlumat daxil olub. Qeyd olunan təhsil müəssisələrinin müxtəlif siniflərində təhsil alan şagirdlərlə bağlı onların valideynləri (bir neçə şagirddə narahatlıq evdə müşahidə olunub), məktəblərin rəhbərliyi və "Məktəblinin dostu" layihəsinin əməkdaşları tərəfindən dərhal təcili-tibbi yardıma müraciət olunub. İlkin tibbi yardım göstərildikdən sonra şagirdlər müvafiq səhiyyə müəssisəsinə yerləşdirilib. Onlar müvafiq müayinə və müalicə proseduruna cəlb olunub. Məktəblərin rəhbərliyi tərəfindən aidiyyəti dövlət qurumlarına və məktəbdə halı pisləşən şagirdlərin valideynlərinə də məlumat verilib. Şagirdlər dərsə gələrkən və məktəbdən evə gedərkən Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən iaşə xidməti məkanlarından birindən dönər alıb yediklərini bildiriblər. Bəs, bu dönərxanalarla necə mübarizə aparılmalıdır? Onların qarşısı necə alınmalıdır? SİA mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov və qida üzrə baş mütəxəssis Ağa Salamovun fikirlərini öyrənib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov: "Dönərxanalar cəmiyyətin bəlası olmaqda davam edir. Mən AQTA-da iki il İctimai Şuranın üzvü olaraq dəfələrlə rəhbərlik qarşısında məsələ qaldırdım ki, dönərxanalarla bağlı bir iş görək, monitorinq aparaq, burada şəffaflıq təmin edək və əgər lazım olsa, köməkləşib nümunəvi dönərxanalar yaradıb onu təbliğ edək ki, digər dönərxanalar sıradan çıxsın. İstehlakçı hüquqları arxa planda qalıb. Belə bir vəziyyətdə dönərxanalar xüsusilə gənclərin zəhərlənmə mənbəyidir.

Vaxtaşırı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi regionlarda at, eşşək və murdar heyvan ətlərinin Bakıya daşınması ilə bağlı işlər görür. Müşahidə etsəniz, bir çox dönərxanalarda yalançı kağızlar asılıb. Yəni, guya bu ətlərin mənbəyi məlumdur. Onlar qanuni dönər hazırlayan yerlərdən bir dəfə mal alıb həmin bu kağızı oradan asırlar. Heç kəs də sübut edə bilməz ki, o kağız bu bişən dönərlərə aiddir.

Dönərlərin insanları zəhərləmə amillərindən biri də təkcə dönərin hazırlandığı quş və mal ətinin mənbəyi deyil, eləcə də dönərin özünün hazırlanmasındakı sərt texnologiyadır. Yəni, dönərin üst tərəfi qaşınır, bişmiş olur. İçərisinə isə təzə-təzə istilik keçir. Heyvan bədənində olan bütün xəstəliklər həmin təzə istilik keçən mərkəzdən şiş üzrə axıb aşağıdakı qaba tökülür. Dönərçi isə üstdən kəsdiyi qızarmış əti həmin suya qarışdırıb istehlakçıya təqdim edir. Bütün heyvan xəstəlikləri insana buradan keçir. Ona görə də dönərlərin hazırlamasında ayrıca bir texnologiya var.

Ölkədə dönərləri qanuni yolla hazırlayan iki müəssisə mövcuddur. Bunlar "Səhliyalı" və "AzProtein Foods Group" şirkətləridir. Onlara bu barədə icazə verilib. Çünki onlarda dönər hazırlamaq üçün xüsusi bahalı aparatlar var. Burada dönərlər hazırlanır, şişlənir və xüsusi qablaşmada maşınlarda dönərxanalara gətirilir. Azərbaycandakı dönərxanaların 0,5 faizi belə buradan dönər almır. Bu işlərin montorinqi aparılmalıdır.

 

Biz AQTA-nın saytına baxsaq görərik ki, Azərbaycanda qida zəhərlənmənin statistikası ümumdünya göstəricisindən 700 dəfə az göstərilir. Bunlar niyə gizlədilir? Nə üçün zəhərlənən şagirdlərə və onlara kompensasiya verilmir? Dövlət orqanları bu barədə bir addım belə atmaq istəmirlər. Yaxşı ki, KİV-lər var və bu məsələləri gündəmə gətirirlər. Bütün bunlarla mübarizə aparılmalı və belə dönərxanaların fəaliyyətinin qarşısı alınmalıdır".

Qida üzrə baş mütəxəssis Ağa Salamov: "Qida zəhərlənmələri mikrobioloji çirklənmədən əmələ gəlir. Bu da ətin və ət məhsullarının soyuq qida zəncirində qırılması nəticəsində baş verir. Yəni, ətin daşınması, saxlanması, emalı və təqdimatı düzgün şəkildə olmadıqda qida zəhərlənməsi halları baş verir. Bu da ucuz dönər və ucuz kabab seti kimi məhsullardan qaynaqlanır. Məsələn, 1 manat 50 qəpiklik dönərlər var ki, mənşəyi bəlli deyil. Çünki elə pomidorun kilosu 4-5 manatdır. Sən bu dönəri necə 1.50 AZN-a sata bilərsən? Bəs, bu adamlar nə qazanır? Deməli bunların ətlərinin mənşəyi bəlli deyil.

Zəhərlənmə halları çox vaxt toyuq dönərindən baş verir. Ət dönərindən zəhərlənmə nadir hallarda olur. Çünki ət bahadır və bir çox insan toyuq dönərinə üstünlük verir. Ona görə də əmtəə nişanı olan yerlərdən dönər almaq lazımdır. Hər yol qırağında satılan dönəri alıb yemək olmaz. Çünki günəş şüaları altında olan mayonez və ət dönəri ağırlaşdırır. Bu zaman da çirklənmə baş verir. Bunu qəbul edən və immun sistemi zəif olan hər kəs zəhərlənir".

10 May 2024 Azərbaycana gələn turistlər daha çox nədən narazıdırlar?
10 May 2024 İşğaldan azad edilmiş ərazilər Azərbaycanın ətə olan tələbatını qarşılaya bilərmi? VİDEO
10 May 2024 “Ulu Öndər Heydər Əliyevin dünyada əvəzi yoxdur və olmayacaq” - MÜNASİBƏT BİLDİRİLDİ
10 May 2024 "Heydər Əliyev müasir Azərbaycanın banisidir" - MÜNASİBƏT BİLDİRİLDİ
09 May 2024 Prof. İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” adlı kitabı işıq üzü görüb - FOTO
09 May 2024 Əliyev olmasaydı, ölkə parçalanacaqdı - Şvıdkoy
09 May 2024 "Çox uşaq ağır məsuliyyət deməkdir" - MÜNASİBƏT BİLDİRİLDİ
09 May 2024 Kamaləddin Qafarov: “Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir”
08 May 2024 ”Azərbaycanın güclü olmasını istəyənlər daim Heydər Əliyev irsinə müraciət edəcəklər” - DEPUTAT ŞƏRH ETDİ
08 May 2024 Erməni kilsəsinin gətirdiyi İDEOLOJİ BƏDBƏXTLİK - TƏHLİL
08 May 2024 “Heydər Əliyev Fondu deyiləndə humanizm, sosial tərəfdaşlıq yada düşür“ - ŞƏRH EDİLDİ
07 May 2024 “Heydər Əliyev irsi xalqımızın milli sərvətidir” - ŞƏRH EDİLDİ
07 May 2024 İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir
07 May 2024 Bu şəxslər 12 min manatadək cərimələnəcək
07 May 2024 Putin: Bu cür dünya nizamı yaradacağıq!
07 May 2024 Taksi fəaliyyəti üçün icazələrin verilməsinə başlanıldı
07 May 2024 “Azərbaycana kor-koranə itaət lazım deyil” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
07 May 2024 Ağsu rayon MKS-nin Mərkəzi Kitabxana şöbəsinin təşkilatçılığı ilə görüş keçirildi
06 May 2024 DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - FOTO
06 May 2024 "Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” - FOTOLAR
06 May 2024 Heydər Əliyevin adı Azərbaycan və dünya tarixinə həkk olunub
06 May 2024 Papanın Ukraynaya cavabı: Rusiya olmasa, gəlməyəcəm!
06 May 2024 Prezident İqor Babuşkini qəbul etdi
06 May 2024 Türkiyədə quş əti ixracına qadağa Azərbaycanda qiymətlərə təsir edə bilər? VİDEO
04 May 2024 Çiyələyin qiyməti 1 manata DÜŞDÜ VİDEO
03 May 2024 "Ulu Öndər bütün gücünü milli intibahımıza yönəltdi" - MÜNASİBƏT BİLDİRİLDİ
03 May 2024 "Multikultural dəyərlər bu xalqın qanında və canındadır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
03 May 2024 Lukaşenko nazirə yer qazdırdı: Axtar... - Video
03 May 2024 Ucarda pambıq emalı müəsisəsinin fəaliyyəti şəhər sakinlərini narahat edir VİDEO
03 May 2024 “KQB” agentlərinin adının açıqlanması yenidən gündəmdə