Son xəbərlər

Bu günlərdə mənim barəmdə sosial şəbəkələrdə şişirdilmiş və özündə bir çox yalan məlumatlar əks etdirən, böhtan xarakterli yazı dərc olunub. Bununla bağlı mənə və rəhbərlik etdiyim federasiyaya çox sayda zənglər gəldiyindən açıqlama vermək qərarına gəldim.


İşin mahiyyəti budur ki, idarə etdiyim avtomobillə yol hərəkəti qaydalarını pozmuşam və buna görə də 50 manat cərimə olunmuşam. Vəssalam. Amma görünür ictimai insan olaraq dövlətimizə və xalqımıza xidmətə yönəlmiş fəaliyyətim, eləcə də federasiyamızın əldə etdiyi uğurlar bəzi “sapı özümüzdən olan baltalar”ı çox narahat edir, onların paxıllığına və qısqanclığına səbəb olur. Məhz bu iyrənc hisslərin nəticəsində də belə kampaniyalar keçirilir. Əslində əvvəllər də mənə qarşı bir neçə dəfə belə şər və böhtan kampaniyaları təşkil edilib. Onların da məqsədi mənə və fəaliyyətimə qara yaxmaq, məni xalqımın və dövlətimin gözündən salmaq olub. Lakin onlar heç vaxt öz məqsədlərinə çata bilməzlər. Buna görə də üzümü həmin “sapı özümüzdən olan baltalar”a tutub deyirəm ki, özlərini hədər yerə yormasınlar və belə çirkin əməllərindən əl çəksinlər.
Uca Allah bu cür bədxahların layiqli cəzasını özü verəcək. Kimlərsə öz pis əməllərindən əl çəkmirsə, biz də öz yaxşı işlərimizdən heç əl çəkməyəcəyik.

Gözlənildiyi kimi yenə də eyni ssenari, eyni istiqamət –Avropa Parlamenti ənənəsinə sadiq qaldı - ədalətə, beynəlxalq hüquq və prinsiplərinə deyil, qərəz və ikili standartlara üstünlük verdi. Fransanın təşəbbüsü ilə Azərbaycana qarşı qərəz və ikili standartlardan irəli gələn sənəd qəbul edildi. Və oktyabrın 5-də Avropa Parlamentinin “Azərbaycanın hücumundan sonra “Dağlıq Qarabağda vəziyyət və Azərbaycanın Ermənistana davam edən təhdidləri” adlı qətnaməsi qərəzli və Azərbaycana qarşı təzyiq cəhdlərinin davamı olmaqla yanaşı bu qətnamənin hər bir bəndində Azərbaycan və Türkiyəyə qarşı qüvvələrin baş qaldırması Avropa Parlamentinin anti-Azərbaycan mövqeyinin nümayişidir.

Ümumiyyətlə, AP tərəfindən Azərbaycana qarşı təşəbbüslərin və qətnamələrin artıq sayı-hesabı itib. Digər tərəfdən AP haqq-ədalət axtarırsa, o zaman daxilini təmizləsin. Bu təşkilat beynəlxalq aləmdə korrupsiya cinayətlərinin tüğyan etdiyi bir qurum kimi tanınıb. Bu xüsusda, Yunanıstandan olan Vitse-prezident Eva Kailinin milyonlarla dollar korrupsiya cinayətində ittiham edilməsi nə birinci, nə də sonuncu haldır. Və bu gün Avropa Parlamenti Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə çağıran qətnamə qəbul etməklə ərazi bütövlüyümüzün bərpası yolunda apardığımız mübarizəyə təsir edə bilməyəcək. Azərbaycanı ədalətli mövqeyindən heç bir qüvvə döndərə bilməz. Və həmişə olduğu kimi, Avropa Parlamentinin oktyabrın 5-də Azərbaycana qarşı qəbul etdiyi qətnamədə insanların ərazidən könüllü şəkildə çıxmasını “etnik təmizləmə” adlandırmaq, ancaq və ancaq həyasızlığın və riyakarlığın pik həddidir. Belə ki, «etnik təmizlənmə» 30 il bundan əvvəl, məhz Ermənistanın azərbaycanlılara qarşı həyata keçirilib. 200 minə yaxın insan əsrlər boyu yaşadıqları dədə-baba yurdlarından didərgin salınıb, hüquqları pozulub və yüzlərlə insan qətlə yetirilib. Nə üçün o zaman Avropa Parlamenti kimi mayası qərəzdən yoğurulan qurumlar baş verənlərə laqeyd yanaşırdılar? Avropa Parlamentinin tribunasından soydaşlarımızın pozulmuş hüquqlarının bərpası bir dəfə də olsun dilə gətirilmirdi.

BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrası 27 il kağız üzərində qalaraq saraldı. Tarixi Zəfərimizdən sonra bəzi dünya güclərinin, Avropa Parlamenti kimi qurumların insan hüquqları anlayışından öz çirkin niyyətlərini həyata keçirmək üçün bir vasitə kimi istifadə etmələri riyakarlıqlarının nümayişidir. Və bu gün Qarabağdan köçmüş ermənilər üçün qayıdış hüququndan, hansısa beynəlxalq mexanizmdən dəm vuran Avropa Parlamenti nədənsə eyni tələbi Qərbi Azərbaycana qayıtmalı olan azərbaycanlı qaçqınlar üçün irəli sürmür. Bütün bunlar onu göstərir ki, Avropa Parlamentinin məqsədi insan hüquqları, beynəlxalq hüquq və Ermənistan ilə Azərbaycan arasında sülhü təşviq etmək deyil, regionda gərginliyi qızışdırmaqdır. Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə kağız parçasından başqa bir şey deyil və müharibələrə, işğallara, ölkələrin ərazi bütövlüyü və suverenliyinə etnik və dini əsasda yanaşan irqçi, islamofob Avropa Parlamenti Avropanın utanc mənbəyidir.

Həmçinin, qətnamənin hər bir bəndində Azərbaycan və Türkiyəyə qarşı ifadələrin yer alması Avropa Parlamentinin anti-Azərbaycan mövqeyinin daha bir nümayişidir. Ancaq Avropa Parlamentinin istənilən qərar və qətnamələrindən asılı olmayaraq, Azərbaycan öz ərazi bütövlüyünün, suverenliyinin təmin edilməsi istiqamətində beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq siyasətini həyata keçirməyə davam edəcək. Regionda heç bir kənar qurumların rəyindən asılı olmayaraq, sülh gündəliyinin təşviq edilməsinə, sülhün və sabitliyin bərqərar olunmasına çalışacaq.

 

Bir sözlə, Avropa Parlamenti Azərbaycanla bağlı son qərəzli qətnaməni qəbul etməklə öz riyakarlığını, ikiüzlülüyünü bir daha nümayiş etdirməklə bir daha onu göstərdi ki, Azərbaycan və Ermənistan arasında sülh prosesi onlar üçün heç bir əhəmiyyət kəsb etmir və maraq dairələrində də deyil. Və Avropa Parlamentinin anti-Azərbaycan qətnaməsi boş bir kağız parçasıdır. Belə qətnamələr, qarayaxma kampaniyaları hec vəchlə Azərbaycanın iradəsinə təsir göstərə, ölkəmizin qanuni hədəflərinə çatmasına mane ola bilməz.
Azərbaycan Prezidenti İlham Əliyev cənablarının söylədiyi kimi, bu mənasız kağız parçaları o qədərdir ki, sayı da yaddan çıxıb: «Mən hətta Avropa Parlamentinin müxtəlif vaxtlarda qəbul etdiyi anti-Azərbaycan qətnamələrinin sayını da yaddan çıxarmışam».

Bir sözlə, Avropa Parlamenti bir həqiqəti anlamalıdır ki, bu günə kimim hazırladıqları qondarma qətnamələri Azərbaycan xalqının yüksək milli, mənəvi və mədəni dəyərlərinə kölgə sala bilməyəcək adi bir kağız parçasıdır. Və Avropa Parlamentinin bizimlə bu yollarla danışmağının heç bir mənası yoxdur. Onların qəbul etdiyi sənədlər bizim üçün kağız parçasından başqa bir şey deyil. Bizim işimiz haqq işidir. Biz öz mövqelərimizi istənilən səviyyədə müdafiə edirik və dövlət başçımızın dediyi kimi: «Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma ölkəmizdə hansısa mövqeyə sahib olsun. Biz bundan sonra da demokratik inkişafla bağlı səylərimizi artıracağıq, gələcək fəaliyyətimizdə də bu istiqamət önəmli yer tutacaqdır». Bu sözlər də Prezident İlham Əliyevin ikili standartlardan yararlananların ədalətə çağırışıdır.


Biz ölkənin təhlükəsizliyi sahəsində mövcud problemləri böyük ağrı ilə qəbul edirik.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hərbi xidmətdən yayınma cəhdlərinin artması barədə danışarkən deyib.

Paşinyan qeyd edib ki, Ermənistanda vətəndaşların hərbi xidmətdən yayınma cəhdləri ölkənin təhlükəsizlik problemlərindən biridir.