Son xəbərlər

 
Məlumdur ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb. Hazırda döyüşlər davam edir. SİA mövzu ilə bağlı QHT sədrlərinin fikirlərini öyrənib.

"Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova: “Hər zaman erməni terrorizmindən əziyyət çəkən Azərbaycan vətəndaşı olaraq yüzlərlə günahsız insanların ölümünə səbəb olan HƏMAS radikallarının İsraildə törətdikləri terroru birmənalı olaraq pisləyirəm.

Düşünürəm ki, bu məsələdə biz İsrailin yanında olmalıyıq. Çünki İsrail dövləti Azərbaycanın müstəqilliyini qəbul edən ilk dövlətlərdən biri olduğu kimi, 44 günlük erməni işğalına qarşı haqlı savaşımızda hər zaman yanımızda olaraq bizə siyasi-mənəvi dəstək göstərdi. Onların bizə verdiyi pilotsuz uçuş aparatlarının qələbə qazanmağımızda da böyük rolu olmuşdur”.

“Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin icraçı direktoru Elşad Məmmədli: “İsrail və Fələstin münaqişəsinin tarixi 10 əsrə yaxındır. Fərqli din və ideya daşıyıcıları olan iki xalq – yəhudi və ərəblər yüz illərdir ortaq məxrəcə gələ bilmir. Düzdür, müxtəlif zamanlarda razılaşmalar, müvəqqəti dinc yaşayış olub, amma bu, uzun çəkməyib.

Bu gün baş verənlərdə isə İsraili günahlandırmaq yersiz olardı. Faktiki olaraq Həmas İsrailə hücum edib və hazırda onlar dünyanın gözü qarşısında kütləvi qətliam, terrorlar törədir.

Əlbəttə, müxtəlif xarici güclər, Qərbdə müəyyən dairələr, habelə İran da İsrail-Fələstin münaqişəsinin davamlı olaraq gərginləməsinə zaman-zaman öz “töhfələrini” veriblər.

Görünən budur ki, qısa zamanda Qəzzada vəziyyət stabilləşməyəcək. Hətta bu qanlı olayların regional münaqişəyə çevrilmə təhlükəsi də var.

Azərbaycanın məsələyə yanaşması isə təbii ki, dövlətimizin doğru xarici siyasəti çərçivəsində olacaq və olur. İsrail Azərbaycanın strateji müttəfiqidir və İkinci Qarabağ savaşında ölkəmizə birmənalı və açıq dəstək verib.
Eyni zamanda, Azərbaycan dünyada bütün münaqişələrin sülh yolu və beynəlxalq normalar, ədalət prinsipi ilə həlli yanaşmasına sadiq olub və indi də bu mövqeyimiz prioritetdir”.

“Yaşıl Dünya” təşkilatının sədri Elman Cəfərli: “Oktyabrın 7-də HƏMAS təşkilatının İsrailə bir neçə min raket atması ilə Yaxın Şərqdə gərginlik yenidən artıb. İsrail tərəfi son hücumlarda 500-ə yaxın hərbi və mülki şəxslərdən ibarət itkisinin olduğunu bildirib. Qəfil hücum bir sıra ekspertlərdə və müşahidəçilərdə İsrailin hərbi qüdrəti və kəşfiyyatının gücü barədə şübhələr yaradıb.

Əslində, şübhələr əsassız da deyil. Çünki bu vaxta qədər İsrail tərəfi bu cür zərbə almamışdı. Qəfil raket hücumundan sonra İsraildə hərbi vəziyyət elan edilib. Son məlumata görə, İsrailin HƏMAS-a qarşı “Dəmir Qılınclar” əməliyyatı çərçivəsində Qəzza zolağına endirdiyi cavab zərbələri nəticəsində 91-i uşaq olmaqla 436 nəfər ölüb. İsrail ötən gecə Qəzza zolağında HƏMAS-ın 500-dən çox hədəfini vurub. İsrailin hərbi mənbələri bildirir ki, hədəflər döyüş təyyarələri, helikopterlər və artilleriyalarla vurulub.

HƏMAS rəhbərliyinin yerləşdiyi binalara da zərbələr endirilib. Göründüyü kimi münaqişənin miqyası genişlənir. İsrail bütün diqqətini HƏMAS-ın mövqeləri olan Qəzza zolağına yönəldib. Lakin Livandan Hizbillah terror təşkilatının da İsrailə hücumu gözlənilir. Bu halda müharibə daha qanlı şəkil alacaq. Təbii biz Yaxın Şərqin qan gölünə çevrilməsinə qarşıyıq. On illərdir İsrail-Fələstin münaqişəsi həll edilmir. İtirən də mülki insanlardır. Bu günə qədər yüz minlərlə günahsız insan, qadın, qoca və uşaq münaqişənin qurbanına çevrilib. Bu, ürəkağrıdan məsələdir.

Biz İsrail-Fələstin münaqişəsi zonasında mülki şəxslərə qarşı zorakılığı qəti surətdə pisləyirik. Həm İsraildə, həm də Qəzza zolağında çoxsaylı mülki şəxslər arasında faciəvi şəkildə həlak olanlara üzülürük. Bu qanlı qarşıdurma tezliklə dayandırılmalı, tərəflər danışıqlar masasına əyləşməlidir.

HƏMAS-ın xain hücumunu pisləyirik. Onların metodu bizim metodumuz deyil. Biz də vətənimizin azadlığı uğrunda mübarizə apardıq, biz də suveren ərazimizə daxil olan “boz zona”da anti-terror əməliyyatı apardıq, amma dinc insanları, mülki infrastrukturları hədəfə almadıq.

 

Bu gün İsrail dövləti Azərbaycanın dostu və əsas müttəfiqlərindən biridir. İsrail 44 günlük ikinci Qarabağ müharibəsində Azərbaycanı dəstəkləyib və ordumuzu çox vacib silahlarla təchiz edib.

Fələstin isə islam ölkəsidir. Müsəlmanların müqəddəs hesab etdiyi məbədlər oradadır. Amma burada İran amili də var və biz bunu nəzərdən qaçırmamalıyıq. İran terrorçu “Hizbullah”ı və HƏMAS-ı dəstəkləyən dövlətdir. Tehran İsrailə qarşı yüzlərlə insanın ölümünə səbəb olan son hücumlarını da açıq dəstəkləyib. İran 44 günlük müharibə zamanı müsəlman Azərbaycanın haqq davasını dəstəkləmədi. Əksinə işğalçı və terrorçu Ermənistanı müdafiə etdi. Bu üzdən müasir dünyamızda quru müsəlman təəssübkeşliyi bir az düşündürücü məsələdir. Biz ümmət təəssübkeşi kimi çıxış etməməli, haqq və hüququn yanında olmalıyıq. Reallıqda İsrail dövləti var. Beynəlxalq hüquq onu tanıyır. Beynəlxalq ictimaiyyət Fələstin dövlətinin yaradılmasını da uyğun bilir. Fikrimcə, ortaq uzlaşma nöqtələri tapılmalı və bu münaqişə həll edilməlidir”.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev: “Şənbə günü HƏMAS-ın İsrailə qarşı etdiyi irimiqyaslı hücum hələ də davam edir. Çoxsaylı insan təlafatı və yaralılar var. Görünən odur ki bu savaşın yenidən və bu cür qızışdırılmasında maraqlı olan dövlətlər var. İlk olaraq bir ay əvvəl Hindistanda keçirilən G-20 sammitində bir araya gəlmiş dövlətlərin planlarını və yarana biləcək birliklərinin pozulmasına yönəlmiş hərbi münaqişədir.

Qeyd etmək lazımdır ki, HƏMAS da İŞİD kimi adında islamiyyəti daşıyan, əməlində isə islamiyyətdən çox uzaq olan bir qurumdur. Hər ikisi də beynəlxalq aləmdə terror təşkilatı kimi tanınır.

Zaman-zaman İranın HƏMAS-a dəstək olduğunu mətbuatdan izləyirdik. Lakin bu hücuma hazırlıq və hərbi təchizat fikrimcə tək İranın işi deyil. Burada başqa dövlətlərin də fəal dəstəyinin olduğu yəqin ki, tezliklə bəlli olacaq.

Bu, həm də İsraillə müsəlman dövlətlərinin arasında sülhü və əməkdaşlığı uzun müddətə pozmağa yönəlmiş bir münaqişədir.

İnanıram ki, tezliklə yaranmış münaqişənin sönməsi üçün böyük dövlətlər öz səylərini əsirgəməzlər. Əks halda miqyası sürətlə genişlənib bütün bəşəriyyəti üçüncü dünya müharibəsinin astanasına gətirə bilər”.

“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal: “Bu gün Yaxın Şərq regionunda baş verən qanlı hadisələr bir daha onu göstərir ki, dünyada olan münaqişəli məsələlər ədalətli formada, nəhayət, həllini tapmalı və münaqişələrə son qoyulmalıdır. Çünki hər hansı bir tərəfin güclü olmasına əsaslanan statusluğu nə qədər davam etsə belə bütün hallarda həm bölgəyə, həm bölgədə yaşayan mülki, dinc insanlara, eyni zamanda, bütövlükdə dünya gündəminə zərər verməkdədir.

Biz hazırda İsraillə Qəza bölgəsi arasında yaşanan bu qanlı hadisələri eynilə Azərbaycanın 30 il müddətində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə müqayisə edərkən baxırıq ki, burada Ermənistan hansısa bir mərhələdə, hansısa faktorların hesabına əldə etdiyi güclə Azərbaycan torpaqlarını işğalda saxlayıb, Azərbaycan əhalisinə, Azərbaycan hərbçilərinə qarşı vandalizm həyata keçirib. Bu vəziyyəti fasiləsiz və qeyri-müəyyən müddətə qədər davam etdirmək niyyətində olub. Beynəlxalq aktorlar isə bu prosesi sadəcə olaraq izləməklə məşğul olublar. Amma Azərbaycan dövlətinin və ordusunun gücü hesabına hal-hazırda bölgədə torpaqlar azad olunandan sonra yeni mərhələ başlayır. Bu mərhələ artıq demək olar ki, dünya tərəfindən də qəbul olunur ki, bu münaqişə ədalətli formada başa çatır. Bundan sonra münaqişə üçün heç bir əsas yoxdur və Ermənistanla Azərbaycan sülh müqaviləsi bağlayaraq dinc qonşu kimi yaşamaq vəziyyətində davam etməlidirlər.

Eynilə biz İsrail və Fələstin münaqişəsinə də baxarkən dünya və tərəflər də bununla bağlı nəhayət reallığa əsaslanan addımlar atmalıdırlar, bölgədə hər iki tərəfin və yaxud da hər iki xalqın həm tarixi, həm son təxminən 100 ilə yaxın müddətdə arasında olan münaqişənin səbəbləri ortaya qoyularaq ədalətli hər formuluna nail olunmalıdır. Bu olmadıqca hər dəfə hansısa bir tərəfin gücünün artıb azalması ilə münaqişə daha uzun onillərə gedəcək. Belə olan qeyri-müəyyənlikdə isə həm dinc insanlar, həm bölgə, həm də dünya bundan zərər görür.

Ayşən Vəli

10 May 2024 Azərbaycana gələn turistlər daha çox nədən narazıdırlar?
10 May 2024 İşğaldan azad edilmiş ərazilər Azərbaycanın ətə olan tələbatını qarşılaya bilərmi? VİDEO
10 May 2024 “Ulu Öndər Heydər Əliyevin dünyada əvəzi yoxdur və olmayacaq” - MÜNASİBƏT BİLDİRİLDİ
10 May 2024 "Heydər Əliyev müasir Azərbaycanın banisidir" - MÜNASİBƏT BİLDİRİLDİ
09 May 2024 Prof. İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” adlı kitabı işıq üzü görüb - FOTO
09 May 2024 Əliyev olmasaydı, ölkə parçalanacaqdı - Şvıdkoy
09 May 2024 "Çox uşaq ağır məsuliyyət deməkdir" - MÜNASİBƏT BİLDİRİLDİ
09 May 2024 Kamaləddin Qafarov: “Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir”
08 May 2024 ”Azərbaycanın güclü olmasını istəyənlər daim Heydər Əliyev irsinə müraciət edəcəklər” - DEPUTAT ŞƏRH ETDİ
08 May 2024 Erməni kilsəsinin gətirdiyi İDEOLOJİ BƏDBƏXTLİK - TƏHLİL
08 May 2024 “Heydər Əliyev Fondu deyiləndə humanizm, sosial tərəfdaşlıq yada düşür“ - ŞƏRH EDİLDİ
07 May 2024 “Heydər Əliyev irsi xalqımızın milli sərvətidir” - ŞƏRH EDİLDİ
07 May 2024 İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir
07 May 2024 Bu şəxslər 12 min manatadək cərimələnəcək
07 May 2024 Putin: Bu cür dünya nizamı yaradacağıq!
07 May 2024 Taksi fəaliyyəti üçün icazələrin verilməsinə başlanıldı
07 May 2024 “Azərbaycana kor-koranə itaət lazım deyil” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
07 May 2024 Ağsu rayon MKS-nin Mərkəzi Kitabxana şöbəsinin təşkilatçılığı ilə görüş keçirildi
06 May 2024 DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - FOTO
06 May 2024 "Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” - FOTOLAR
06 May 2024 Heydər Əliyevin adı Azərbaycan və dünya tarixinə həkk olunub
06 May 2024 Papanın Ukraynaya cavabı: Rusiya olmasa, gəlməyəcəm!
06 May 2024 Prezident İqor Babuşkini qəbul etdi
06 May 2024 Türkiyədə quş əti ixracına qadağa Azərbaycanda qiymətlərə təsir edə bilər? VİDEO
04 May 2024 Çiyələyin qiyməti 1 manata DÜŞDÜ VİDEO
03 May 2024 "Ulu Öndər bütün gücünü milli intibahımıza yönəltdi" - MÜNASİBƏT BİLDİRİLDİ
03 May 2024 "Multikultural dəyərlər bu xalqın qanında və canındadır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
03 May 2024 Lukaşenko nazirə yer qazdırdı: Axtar... - Video
03 May 2024 Ucarda pambıq emalı müəsisəsinin fəaliyyəti şəhər sakinlərini narahat edir VİDEO
03 May 2024 “KQB” agentlərinin adının açıqlanması yenidən gündəmdə