Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Şuşa rayonunun Malıbəyli kəndində olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində və Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Əsgəran qalasında olub.
K.Bayramov qeyd edib ki, Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib. Ölkəmizdə bütün istiqamətlər üzrə təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində sıx təmaslar mövcuddur. Ölkələrimizin yerləşdiyi regionlarda xarici təhdidlər də yox deyil və bu istiqamətdə operativ iş riskləri minimuma endirməyə imkan verir. Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunub. Bu fakt regionumuzda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün imkanlar yaradır.
Deputat diqqətə çatdırıb ki, rəsmi İrəvan sülhlə bağlı tədbirləri hər zaman ikinci plana keçirir. Nikol Paşinyan bu və ikitərəfli məsələlərlə bağlı görüşlərə getməkdən yayınır.Onun, Bişkekdə MDB dövlət başçılarının sammitində iştirakdan imtina etməsi, Brüsselə səfəri “təxirə” salması kimi faktlar da bunu təsdiqləyir. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən deyib: "İndi sual yaranır: Ermənistan sülh istəyirmi? Zənnimcə, xeyr, çünki, əgər, sülh istəsəydi, bu imkandan imtina etməzdi. Ermənistanın baş naziri 6 saata Qranadaya uçur, orada Azərbaycansız Azərbaycanın müzakirə edildiyi mənasız görüşdə iştirak edir, amma 2-3 saata Bişkekə uça bilmir, onun mühüm işləri varmış. Bax, biz bütün bunları açıq deməliyik. Bütün bunları hamı görür, ancaq bunu danışmaq və nəzərə almaq lazımdır".
Bildiyiniz kimi, Ermənistan 1994-cü ilin mayında Qırğızıstanın paytaxtı Bişkekdə imzalanmış atəşkəs rejimini 2020-ci il sentyabrın 27-dək pozub, müxtəlif terror və təxribatlar törədib. Həmin il Azərbaycan özünün işğal edilmiş torpaqlarında Ermənistan silahlı qüvvələrinə və qanunsuz silahlı qruplaşmalara qarşı əks-hücum əməliyyatına başladı. Bu, 2020-ci il noyabrın 10-da rəsmi İrəvanın kapitulyasiya aktını və üçtərəfli bəyanatı imzalaması ilə nəticələndi. Elə zənn edilirdi ki, bu ölkənin rəhbərliyi baş verənlərdən nəticə çıxarıb reallığı düzgün dəyərləndirəcək, bəyanatın müddəalarına əməl edəcək. Əksinə, kommunikasiyaların açılması ilə bağlı müddəa yerinə yetirilməyib - minaların xəritəsi, qanunsuz silahlı dəstələr, cinayətkarlar təhvil verilməyib, torpaqlar işğaldan azad edilməyib. Rəsmi Bakının sülh müqaviləsinin imzalanması ilə bağlı təqdim etdiyi təkliflər paketinə indiyədək cavab verilməyib.
K.Bayramov əlavə edib ki, Azərbaycan ərazilərində kütləvi şəkildə minaların və digər partlayıcı qurğuların yerləşdirilməsi bərpa və yenidənqurma işlərinin əngəlsiz şəkildə irəliləməsinə ciddi maneə olaraq qalır. Bu, otuz illik məcburi köçkünlükdən sonra öz evlərinə qayıdan şəxslər üçün də real təhlükədir.
İşğaldan azad olunmuş ərazilərdə minalar elə quraşdırılıb ki, hadisə zamanı minaya düşən şəxsin sağ qalmaq ehtimalı olmasın. Bütün bunlarda məqsəd daha çox insanı qətlə yetirmək üçün partlayışın dalğasını maksimum böyütməkdir. Ermənistan işğal etdiyi ərazilərdə hərbi təyinatı olmayan yerləri də minalamışdı. Bu faktın özü Ermənistanın terrorçu xislətindən xəbər verir. Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycanlılar öz torpaqlarında, hətta, müharibədən sonra həlak olmağa davam ediblər. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bizim 315 nəfər hərbi və mülki vətəndaşlarımız həlak olmuş və ağır şəkildə yaralanmışlar. Təəssüf ki, onların sayı hər həftə artır.
K.Bayramov əlavə edib ki, Ermənistan əldə edilmiş razılaşmalara əməl etməməklə noyabr bəyanatının imzalanmasında vasitəçi və zəmanətçi missiyasını üzərinə götürmüş Rusiyaya da etibar və etimadı azaldır. Rəsmi İrəvanın bu davranışı Cənubi Qafqazda təhlükəsizliyi, sabitliyi təhdid edir. Dövlət başçısı vurğulayıb ki, "bu gün ərazilərin quldur dəstələrindən təmizlənməsi prosesi gedir. Bizdə olan məlumatlara görə, hələ ərazimizdə gizlənməyə davam edən müəyyən qruplar mövcuddur".
Deputat xüsusi olaraq qeyd edib ki, ölkədə reinteqrasiya prosesi intensiv şəkildə davam edir. Azərbaycan həm işğal müddətində, həm İkinci Qarabağ müharibəsində, həm də antiterror tədbirləri zamanı bütün humanitar normalara riayət edib. Beynəlxalq ekspertlər bunun şahididirlər”.
“Cənab İlham Əliyevin ilk dəfə Prezident seçildiyi 15 oktyabr 2003-cü il tarixindən 20 il keçir. 20 il hər bir vədə sadiqliyin, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsinin təqdimatıdır. Bu gün qürurla qeyd edirik ki, Prezident İlham Əliyev təkmil islahatları, yeniliyə, müasirliyə əsaslanan siyasəti ilə Azərbaycanı Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycan səviyyəsinə yüksəldib. Onun şah əsəri olan müasir müstəqil Azərbaycan son üç ildir ki, qalib ölkə kimi dünyanın diqqətindədir. Ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpası Ümummilli Liderin ən böyük arzusu idi. Hər bir hədəfə nail olmaq üçün səylərin artırılması, hərtərəfli hazırlıq işlərinin görülməsi vacib faktordur. Cənab İlham Əliyev Ümummilli Liderin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” çağırışına uyğun olaraq öncə iqrisadi müstəqilliyimizin möhkəmləndirilməsini prioritet məsələ kimi qarşıya qoydu. Belə ki, dövlət başçısı İlham Əliyev hələ 2003-cü ildə jurnalistlərə ilk müsahibəsində “İlk növbədə Sizdən hansı addımları gözləyəcəyik ki, iqtisadiyyatın inkişafı üçün bunlar zəruridir” sualına çavabında bildirmişdir ki, hər şey iqtisadiyyat üzərində qurulub. Azərbaycanın iqtisadiyyatı möhkəm olarsa, bütün məsələləri həll etmək imkanımız olacaq. Artıq bu istiqamətdə çox böyük işlər görülüb. Bu hədəfi də açıqlamışdır ki, iqtisadiyyatımızın növbəti mərhələsi məhz özəl sektorun daha fəal iştirakından asılı olmalıdır və bu istiqamətdə üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq. Bazar iqtisadiyyatı davam etdiriləcək. Sahibkarlar sinfi yaranacaq. Özəl sektorun fəaliyyəti nəticəsində Azərbaycanın büdcəsi artacaq, yeni iş yerləri açılacaq. Bu mühüm məqam, çağırış da diqqətə çatdırıldı ki, bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss etsin.”
Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.
Millət vəkilinin sözlərinə görə, ölkəmiz iqtisadiyyatını düzgün əsaslar üzərində qurmaqla hər bir sınaqdan uğurla çıxmasını təmin etdi: “Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının uğurlu icrası Azərbaycanın qarşısında geniş imkanlar yaradır. Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər görür. Regionların malik olduğu potensialdan səmərəli istifadə etmək məqsədilə Regional inkişaf Proqramları təsdiqləndi və uğurla icra edilir. 3 Dövlət Proqramı icra edilib, dördüncü sənədin icrası bu il başa çatacaq. Regional inkişaf Proqramlarına uyğun olaraq mühüm infrastruktur layihələri həyata keçirilir. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin edir. Olimpiya idman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verir. Dünyada enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan rolu artır. Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Cənub Qaz Dəhlizi layihəsinin əsas tərkib hissələri olan TANAP-ın və TAP-ın istifadəyə verilməsinə nail oldu. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Ümumilikdə Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib edir.”
Ə.Salahzadə 20 ilin uğurlarının xronologiyasını belə təqdim edib: “Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələr öz uğurlu inkişafına nail olub. Ötən dövr ərzində insanların rifah halı daha da yaxşılaşıb və xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib. Azərbaycanın yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul olunması həyata keçirilən təkmil sosial-iqtisadi islahatların göstəricisidir. Hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu əməli addımları ilə təsdiqləyən cənab İlham Əliyevin irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar xalqımız tərəfindən böyük rəğbət hissi ilə qarşılanır. Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət”, ABAD, DOST layihələrinin uğurlu icrasında da vətəndaş məmnunluğunun artırılması əsas hədəfdir.”
Millət vəkili Azərbaycanın müstəqillik tarixinin ən parlaq səhifəsinin məhz ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yazıldığını böyük qürur hissi ilə qeyd edib: “Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Uğurlu siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Şəhidlərimizin qanı, canı bahasına, qazilərimizin qəhrəmanlığı, şücaəti ilə qazanılan Zəfərimizdən başlanan yolun hədəfi Qarabağımızı və Şərqi Zəngəzurumuzu cənnətə çevirmək, soydaşlarımızın Böyük Qayıdışını tam şəkildə reallaşdırmaqdır. Mərhələli şəkildə dogma yurd-yuvalarına qovuşdurulan soydaşlarımız 30 ilə yaxın dövrdə bu günü səbirsizliklə gözləyirdi. Dövlət başçısı İlham Əliyev hər zaman bu inamı ifadə edirdi ki, biz öz dogma torparlarımıza qayıdacaq, bu əraziləri dirçəldəcəyik. Azad Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir. Artıq xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevdən növbəti müjdəni gözləyir. Tezliklə tarixi ədalətə söykənərək Qərbi Azərbaycana da qayıdışımız təmin ediləcək. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan hər zaman gələcəyə baxır, nə vaxt, nəyi, necə emək lazımdır bunu bilir.”
Paşinyanın Qarabağı “təslim etmək” üçün hakimiyyətə gəlməsi ilə bağlı populist bəyanatlarla qətiyyən razı deyiləm.