Dünyada ərzaq qiymətləri buğda və süd məhsullarına tələbatın artması fonunda ardıcıl dördüncü aydır ki, qalxır.
Milli.Az "Myfoodchannel" youtube kanalına istinadən oxucularına növbəti maraqlı resepti təqdim edir.
Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov 2 dekabr 2021-ci il tarixində ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasını çərçivəsində Yunanıstanın xarici işlər naziri Nikos Dendias ilə görüşüb.
XİN Mətbuat xidməti idarəsindən Axar.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Yunanıstan ikitərəfli münasibətlərin cari vəziyyəti müzakirə edilib. Tərəflər ikitərəfli münasibətlərin inkişaf etdirilməsində maraqlarını ifadə ediblər.
Nazirlər Azərbaycan və Yunanıstan arasındakı ikitərəfli mədəni və turizm əlaqələrindən danışıb, enerji sahəsi ilə yanaşı, digər sahələrdə də əlaqələrin genişləndilməsi imkanlarını qeyd ediblər.
Nazir Ceyhun Bayramov həmsöhbətinə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi, doğurduğu ağır fəsadları, ötən il baş verən 44 günlük müharibədən sonra bölgədə mövcud olan cari vəziyyət, post-münaqişə mərhələsində yaranmış yeni reallıqlar, azad olunmuş ərazilərin bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib. Üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər qeyd edilib.
Beynəlxalq hüququn prinsipləri əsasında Ermənistanla Azərbaycan arasında delimitasiya prosesinə başlanılmasının vacibliyi vurğulanıb.
Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.
"Falcon 9" ağır daşıyıcı raketi göyərtəsində Starlink sisteminin qlobal İnternet əhatə dairəsini genişləndirmək üçün növbəti peyk partiyası ilə uğurla orbitə buraxılıb.
İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.
ABŞ Prezidenti Co Bayden koronavirus pandemiyasına qarşı mübarizə üçün yeni plan açıqlayıb.
Axar.az xəbər verir ki, Ağ Ev rəhbəri yeni planda yoluxmanın artacağı halda qapanma ilə bağlı hər hansı bəndin olmadığını bildirib.
“Burada əsas məsələ ABŞ əhalisinin koronavirusa qarşı mütəmadi test edilməsi və peyvənd olunanların say artımıdır", - Bayden bildirib.
Rusiyalı məşhur bloger İlya Varlamov Liberiyada polis tərəfindən saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə o, Teleqram kanalında məlumat yayıb.
“Hazırda hansısa bəlli olmayan məntəqədə otururam. Bura narkotiklərlə mübarizə idarəsinə bənzəyir. Rəisin otağındayam. Divarlar arxasında qəzəbli kütlə var”, - deyə bloger yazıb.
Varlamov istəmədiyi insanla foto çəkdirdiyini və bu səbəbdən yerli sakinlər arasında davanın baş verdiyini bildirib.
Daha sonra hadisə yerinə gələn polis Varlamovu idarəyə aparıb. Onu gizli oyun aparatlarını və uduş kombinasiyalarını lentə almaqda ittiham edirlər.
Əlavə məlumat verilməyib.
Məni devirəcəklərini, hökumət quracaqlarını düşünürdülər.
Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko ölkə müxalifəti barədə danışarkən deyib.
"Bu, seçkilərdən sonrakı dövr idi, ümidləri vardı, indi yoxdur", - Lukaşenko qeyd edib.
Hazırda məğlub olmuş prezidentliyə namizəd Svetlana Tixanovskaya, Pavel Latuşko və Viktor Tsepkalonun rəhbərliyi altında müxalifətin 3 mərkəzinin fəaliyyət göstərdiyinə diqqət çəkən Lukaşenko bildirib:
"Onlar yaşamaq və yemək istəyirlər. Ancaq Qərb heç kimə elə-belə pul verməz. Pulları bitən kimi aralarında dava başlayır. Qərb konstitusiyaya işarə edərək, "Bir az da səbirli olacağıq. Belarusu alt-üst etməsəniz, sizi maliyyələşdirməyəcəyik” deyir. İndi də onların arasında yaşamaq üçün maliyyə münaqişəsi gedir”.
Permdə pedofiliya şübhəsi ilə yüksək kateqoriyalı tanınmış məşqçi-müəllim, ağır atletika üzrə SSRİ idman ustası, beynəlxalq dərəcəli hakim Sergey Naqibin (ad şərtidir) saxlanılıb.