Hər kəs bilir ki, yüksək faiz dərəcələri məni nə qədər narahat edir. Mən heç vaxt faiz verən olmamışam, bu gün də deyiləm, sabah da olmayacağam.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Biz məzənnənin və qiymət artımının mənfi təsirlərini diqqətlə izləyirik. Fərqindəyik ki, məzənnə ilə bağlı gözlənti rəqəmin səviyyəsi deyil, sabit olmasıdır. Bunun əhəmiyyətli bir hissəsi qlobal dalğalanmalardan qaynaqlansa da, bazardakı hədsiz qiymət artımının əksəriyyətinin məntiqi izahı olmadığını da görürük", - Ərdoğan qeyd edib.
ABŞ-ın Kaliforniya ştatında koronavirusun "omikron" ştammına yoluxma qeydə alınıb.
Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, yeni variant Cənubi Afrikadan gələn şəxsdə müəyyən edilib və o özünü təcrid edib.
Şuşada ermənilərin təxribatları haqqında çox eşitmişəm. Səfərimiz zamanı onları görəcəyik. Oranı yenidən bərpa edəcəyik. Şuşaya böyük sevinc və istəklə gedirəm.
Axar.az xəbər verir ki, bunu türk əsilli ABŞ alimi, Kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Səncər jurnalistlərə açıqlamasında deyib.
Əziz Səncər qızların təhsildə rolundan danışıb:
“Elmə yatırım etmək lazımdır. Xüsusilə qızları oxutmalıyıq. Qızlarımızı oxutmasaq, insan gücümüzün 50 faizini itirərik. Bütün Qərb ölkələri insan gücünün 50 faizini istifadə edirisə, bizdə bu 10 faiz təşkil edir”.
Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani 14 nəfərin həlak olduğu hərbi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.
Axar.az xəbər verir ki, XİN başçısı bu barədə Tvitter hesabında yazıb.
Soçidə keçirilən görüşün səmərəli olduğunu düşünürəm. Bu, görüşün bütün iştirakçıları üçün belədir. İlham Əliyev revanşistlərin təkcə Azərbaycanla Ermənistan arasındakı sərhəd zonasında gərginliyin çoxalması məsələsinə deyil, həm də rəsmi Bakı ilə Tehranın silahlı toqquşmasına bəslədikləri bütün ümidlərini məhv etdi. Münaqişələrin mümkün qədər kəskinləşməsinin qarşısı Azərbaycanın ali rəhbərliyi tərəfindən parlaq şəkildə alındı. Təsadüfi deyil ki, İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu kimi Rusiya diplomatik ali məktəbinin görkəmli məzunlarından biridir.
Bu barədə Axar.az-a açıqlamasında Rusiya İqtisad Universitetinin Politologiya və sosiologiya kafedrasının dosenti, “Rusiya zabitləri” ekspert şurasının üzvü Aleksandr Perenciyev deyib.
İƏT toptantısına toxunan ekspert bildirib ki, sammit çərçivəsində KTMT-yə üzv olan üç ölkənin - Qazaxıstan, Qırğızıstan və Tacikistanın Azərbaycan hökumətinə və xalqına “işğal olunmuş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması” ilə bağlı təbriki imzalaması isə türk ölkələrinin həmrəyliyini göstərir və KTMT-yə müəyyən işarədir:
“Bu məsələdə Ermənistanın KTMT-dəki mövqeyi ziddiyyət yaradır. KTMT-nın bütün üzvləri bilirlər ki, rəsmi İrəvan tərəfindən Azərbaycan Respublikasına qarşı yürüdülən təcavüz siyasəti kollektiv təhlükəsizlik prinsiplərinə tamamilə ziddir. KTMT-nin bütün üzvləri öz hərbi müttəfiqləri kimi rəsmi İrəvana birbaşa qarşı çıxmırlar. Lakin onlar Ermənistanın üzv olduğu təşkilatın prinsiplərini tapdalamasına qarşıdır.
Çox ziddiyyətli görünür, deyilmi?
Amma heç kim Ermənistanı KTMT-dən qovmur. İrəvana yalnız hər hansı bir dövlətə qarşı təşkilatın prinsiplərinə uyğun davranması, ilk növbədə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyi bildirilir.
Rəsmi İrəvan bu məsələyə görə “deyinə” və hətta KTMT-dən çıxmaqla hədələyə bilər. Lakin belə qərar Ermənistanın milli təhlükəsizliyinə ciddi zərbə vurar. O qədər ciddi ki, onu dövlətçilikdən məhrum edər. Düşünürəm ki, Ermənistanın ziyalıları bunu anlayırlar".
Braziliyanın San-Paulu ştatının Səhiyyə Nazirliyi ölkədə COVID-19-un yeni "omikron" ştammı ilə iki yoluxma halının aşkarlanması ilə bağlı məlumatı təsdiqləyib.
Azərbaycan və Ermənistan mövcud problemlərin uzunmüddətli həlli üçün siyasi dialoq başlatmalıdır.
Axar.az xəbər verir ki, bu sözləri Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel AB-nin Şərq Tərəfdaşlığı proqramında çıxışında deyib.
Onun sözlərinə görə, regionda uzanan münaqişələr fundamental problem olaraq qalır, beynəlxalq hüquq və prinsiplərə uyğun olaraq əlavə səylər tələb edir:
“Əminəm ki, yalnız siyasi dialoq dayanıqlı həll yoluna gətirə bilər”.
Rusiya Baş Prokurorluğu "Rosqvardiya"nın dörd generalı və üç polkovnikini Daxili İşlər Nazirliyinin və Milli Qvardiyanın daxili qoşunlarının strukturunda "Daşınmaz əmlak" informasiya sisteminin (İS) tətbiqi ilə bağlı fırıldaqlarda şübhəli bilib.