Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında dekabrın 3-də telefon danışığının olacağı gözlənilir.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO xarici işlər nazirlərinin toplantısında deyib.
O, liderlərin Ukrayna mövzusunu müzakirə edəcəklərini bildirib.
Qeyd edək ki, Türkiyə lideri Ukrayna ilə Rusiya arasında vasitəçiliyə hazır olduğunu bildirmiş, Ukrayna isə buna müsbət baxdığını açıqlamışdı.