Ölkəmizi rəqib hesab edənlər, düşmən kimi görənlər, ən azından qələbələrimizlə barışmayanlar, uğurlarımızı həzm edə bilməyənlər, hər məqamda mane olmaq istəyənlər, artıq Azərbaycanın dünya miqyasında, beynəlxalq səviyyədə növbəti diplomatik qələbəsini sadəcə müşahidə etmək məcburiyyətində qaldılar. Beynəlxalq əhəmiyyətli COP29 tədbirinin uğursuz olacağını arzu edənlər və buna çalışanlar, hətta nəyə isə ümid edənlər özləri məyus oldular. Ona görə ki, bu qədər böyük miqyaslı, qlobal əhəmiyyətli tədbirə ev sahibliyi edən Azərbaycan həmin tədbiri uğurla başa vurmaqla, “qara qüvvələrin” arzularını puça çıxardı və bununla da daha bir diplomatik qələbəyə, özü də dünya tarixinə yazılan bir diplomatik qələbəyə imza atmış oldu.

Rəsmi Bakı çoxlarını öz yerində otuzdurdu və əsaslı faktlarla, arqumentlərlə yanlışlıq etdiklərini isbat etməklə çoxlarını susdurdu

Sirr deyil ki, hələ COP29 başlamadan öncə belə Azərbaycanı “sevməyən” qüvvələr ölkəmizə qarşı istənilən istiqamətdə maneçilik törətmək fikrinə düşsələr də nə isə əldə edə, nəyə isə nail ola bilmədilər. Daha doğrusu, Azərbaycan buna da imkan vermədi. Bəli, bir çoxları əvvəlcə tədbirin Azərbaycanda keçirilməsinə, ölkəmizin həmin beynəlxalq tədbirə ev sahibliyi etməsinə mane ola bilmədikləri zaman yamanca “pəjmürdə” oldular və ilk məğlubiyyətləri ilə üz-üzə gəldiklərini özləri hamıdan qabaq anladılar. ABŞ və Avropa İttifaqının, ümumiyyətlə, Qərbin məhz məsuliyyətdən yayınmaq üçün məsələni siyasiləşdirmək, yeni maliyyə hədəfinin müəyyən edilməməsi üçün süni maneələr yaratmaq cəhdlərinin bütün dünya hələ COP29 ərəfəsində belə şahidi oldu. Şahidi oldu ki, bunun ardınca da həmin tədbirlə bağlı tamamilə fərqli təsəvvür yaratmaq niyyətinə düşdülər və beynəlxalq miqyaslı tədbiri, bütövlükdə dünyanın problemlərinin, ələlxüsus da iqlim dəyişikliyi ilə bağlı qlobal məsələlərin müzakirə olunacağı tədbiri gözdən salmaq istədilər. Xüsusən də müzakirələri hədəfdən yayındırmaq niyyəti ilə Bayden Administrasiyası və Aİ rəhbərliyi əlaqəli şəkildə ciddi cəhdlə “çalışdı”. Ələlxüsus da yeni prezident seçilmiş Trampa mümkün qədər çox problem “saxlamaq” kimi bir niyyətin məhz Bayden Adminstrasiyana məxsus olduğu bəlli olsa da, sirr deyildi ki, öz məqsədləri naminə ilk növbədə, tədbirin əhəmiyyətini şübhə altına almağa çalışdılar və bu məsələdə də uduzdular, çünki Azərbaycan bu məsələnin aktuallığını nəinki dəfələrlə bəyan etdi, xüsusən də isbat etdi və aydın şəkildə göstərdi. Bir sözlə, rəsmi Bakı çoxlarını öz yerində otuzdurdu və yanlışlıq etdiklərini əsaslı faktlarla, arqumentlərlə isbat edərək, çoxlarını susdurdu.

Xatırlayırıq ki, sözügedən beynəlxalq tədbir başladıqdan sonra da “dinc oturmayan” bəzi qüvvələr ortaya atılmışdılar və onlar da hansısa yolla bir maneçilik törətmək niyyətində idilər. “Gah nala, gah da mıxa vuran” kimlər idi, onu da hamı çox yaxşı bilir. Ölkəmizə qarşı nifrət, qəzəb və qərəzin haradan qaynaqlandığı da sirr deyil. Hər şey hamıya bəllidir və hamı çox yaxşı bilir ki, ermənilərin dəyirmanına su tökmək istəyənlər, daha doğrusu özlərini haylara “yaxşı göstərmək” istəyənlər ancaq öz çıxarları, öz niyyətləri, öz maraqları üçün atılıb-düşməkdə idilər və sadəcə, suyu bulandırmaq üçün bütün vasitələrə əl atmağı belə məqbul hesab edirdilər. Buna görə yalana da əl atırdılar, böhtandan da istifadə edirdilər. Maliyyə hədəfinin müəyyən olunması prosesinin gərgin keçməsinin əsas səbəbkarının məhz Avropa İttifaqı və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen olduğu hər kəsə artıq bəllidir. Bəllidir ki, şəxsən Ursula fon der Lyayen Bayden Administrasiyası ilə razılaşdırılmış şəkildə Avropa İttifaqının iqlim dəyişikliyinə qarşı mübarizə məqsədlərinə mümkün qədər az vəsait ayrılmasının qərarlaşdırıldığını bilirdi və ölkəmizin paytaxtına, Bakıya gəlməmə səbəbi də bu idi. Təbii ki, onun gəlməməsi ilə heç nə dəyişmədi. Yenə də ölkə rəhbərimiz, Azərbaycan Prezidenti cənab İlham Əliyev öz siyasi iradəsi və qətiyyəti ilə bir daha sübut etdi ki, heç kim bizim qərarlarımıza təsir edə, yolumuza çıxa, uğurlarımızın, nailiyyətlərimizin qarşısını kəsə bilməz və Azərbaycanın bu dəfə də Beynəlxalq miqyasda, dünya tarixinə yazılan diplomatik qələbəsinə qarşı da çıxmaq mümkünsüzdür və belə də oldu.

Azərbaycan əleyhinə çıxış edənlər öz məğlubiyyətlərini də, bunun fonunda ölkəmizin diplomatik qələbəsini də başa düşürlər

BMT-nin İqlim Dəyişikliyi Konfransının Bakıda keçirilən 29-cu sessiyasının iştirakçılarının məhz yoxsul ölkələrə iqlim məsələləri ilə bağlı yardımını artırmaq barədə razılığa gəlmələri özü böyük bir qələbədir. Özü də bu qələbə məhz Azərbaycanın qələbəsidir və dünya darixinə yazılan diplomatik qələbə olaraq qəbul edilməkdədir. Müvafiq məqsədlər üçün hər il ayrılan vəsaitin 300 milyard dollara qədər artırılması barədə qərara gəlinməsi, ən yoxsul ölkələrin hər il müvafiq vəsaitləri almalı olduğu barədə qərar məhz rəsmi Bakının uğuru, qələbəsidir. Sözsüz ki, COP29-da 300 milyard dollar maliyyə ayrılışı qarşıdan gələn dövrdə bu məbləğin daha da artırılması üçün əsaslı zəmin yaradır və məhz elə bu baxımdan da tarixi nailiyyət sayılır. İqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin maliyyələşdirilməsi, həmçinin tez-tez baş verən quraqlıqlar, tufanlar və daşqınlar kimi qlobal istiləşmənin təsirlərinin aradan qaldırılması üçün nəzərdə tutulan vəsaitlər heç də nəzərdən qaçacaq məsələ deyil. Deməli, Azərbaycan əleyhinə çıxış edənlər artıq öz məğlubiyyətlərini də, bunun fonunda ölkəmizin diplomatik qələbəsini də başa düşdülər.

Artıq rəsmi Bakıya qarşı aparılan kompaniyaları, tədbirin keçirilməsi ilə bağlı ölkəmizə mane olmaq cəhdlərini dönə-dönə xatırlamaq kimi bir niyyətimiz yoxdur və bunu isbatlayan məqamların kifayət qədər olduğunu və dəfələrlə isbat edildiyini nəzərə alaraq, Azərbaycana qarşı atılan təxribatçı addımların üzərində dayanmaya da bilərik. Lakin bu məqamda sadəcə olaraq, onlara çatdırmaq istərdik ki, göstərmək istədikləri ilə “oynadıqları rol” arasında bir paradoks qətiyyən diqqətdən yayınası deyil. Bundan başqa, heç olmasa dərk etməli idilər ki, onların Azərbaycan əleyhinə mövqe sərgiləmək üçün fokuslanmaları, bizim əleyhimizə olan əhval-ruhiyyələri bütövlükdə tarixi ədalətə qarşı yönəlik sayılır. Bilməli idilər ki, onlar təkcə Azərbaycana qarşı çıxış etmirlər, ümumilikdə dünyanın problemlərinə, qlobal məsələlərə sayqısız, etinasız yanaşmaqla, bütövlüksə dünya ictimaiyyətinə qarşı çıxış etmiş olurlar. Bax elə bunu da rəsmi Bakı sübut etdi və bunu, elə məhz dünya tarixinə yazılan diplomatik qələbə olaraq etiraf etməkdən başqa artıq onların özlərinin belə çarələri də qalmayıb.

 

Ölkəmiz müqavimətə, təzyiqlərə növbəti dəfə layiqincə tab gətirdi, dözüm nümayiş etdirdi və bu, rəsmi Bakının diplomatik qələbəsi sayılır

Bəzi qüvvələr Azərbaycana qarşı qərəzli mövqe tutmaqla, əslində, bəşəriyyətin maraqlarına və ehtiyaclarına qarşı olduqlarını ortaya qoydular. Sözdə daim insan hüquqlarının təmin olunmasını müdafiə etdiklərini göstərsələr də, bunu sübut edə bilmədilər. Əksinə, onlara sübut olundu ki, kainatın qorunub saxlanması üçün əhəmiyyətli hesab olunan ideyaların reallaşmasına qarşı çıxırlar və bu ideyaları dəstəkləyən onlar yox, məhz Azərbaycandır. Sübut olundu ki, Qlobal Şimal və Qlobal Cənub arasında qarşılıqlı anlaşmanın təmin edilməsinə nail olmaq üçün onlar minimum da olsa səy göstərmirlər, əksinə, haqlı və ədalətli tələblərə inadla, xüsusən də, qəddarcasına müqavimət göstərirlər. Azərbaycan isə həmin müqavimətə, həmin təzyiqlərə belə növbəti dəfə layiqincə tab gətirdi, sinə gərdi, dözüm nümayiş etdirdi, dövlət başçımız öz siyasi iradəsi və qətiyyəti ilə yenə də öz sözünü dedi və bu özü də rəsmi Bakının diplomatik qələbəsi sayılır.

Almaniyanın xarici işlər naziri Annalena Barbokun, Fransanın ekologiya, enerji və iqlim naziri Aqnes Pannier-Runaherin, tanınmış amerikalı konqresmen Frank Pallonenin simasında bir çox qərəzli siyasətçilərin təxribat xarakterli hərəkətlərinə, maneə törətmək cəhdlərinə baxmayaraq COP29 kimi böyük bir tədbir, beynəlxaq tədbir uğurla keçirildi. Heç bir qərəzli mövqe hesaba belə alınmadan tədbir öz axarı ilə getdi. COP29-da Aİ-ni təmsil edən, artıq bir neçə gün Bakıda olan Almaniyanın xarici işlər naziri Annalena Berbokun özünün iqlim məsələləri ilə məşğul olmaq əvəzinə mətbuat konfransı keçirərək, Azərbaycanda insan haqlarından danışması da, Azərbaycan müxalifəti və Qərbin buradakı şəbəkə fəalları ilə görüşlər keçirməsi də, hətta sonuncu gün COP29-un müzakirələri zamanı yalnız gərginlik yaratmaqla məşğul olması da tədbirin ahəngini belə pozmaqda aciz oldu. Azərbaycan beynəlxalq tədbirə ev sahibliyini layiiqincə etdi. Müvəffəqiyyətlər də göz önündədir. Tədbir haqqında xarici qonaqların təəssürütları da beynəlxalq ictimaiyyətin diqqətindən qətiyyən yayınan deyil. Qəbul olunan qərarlar, dünya miqyaslı qərarların qəbul olunması da öz növbəsində xüsusi rəğbət doğuran məqamlardır və bütün bunlar həmin qərəzli qüvvələrin niyyətlərinin puça çıxması deməkdir. Bu həm də ölkəmizin dünya tarixinə yazılan növbəti diplomatik qələbəsi olaraq qəbul edildiyini göstərir.

Azərbaycan bu sınaqdan da üzüağ çıxdı və dünya tarixinə yazılan diplomatik qələbəyə imza atdı

Ola bilsin ki, bəziləri üçün yuxarıda adları sadalanan qərəzli siyasətçilərin, qərəzli qüvvələrin mövqeyi elə də fərqli görünməyə bilər. Bəlkə də bəziləri ikili standartları, ədalətsizliyi o qədər də müşahidə etməyiblər. Ən azından Azərbaycan qədər ədalətsizliklə qarşılaşmadıqları fonunda çoxlarının haqsızlığı, ədalətsizliyi bizim qədər görmədikləri də bir reallıqdır. Heç bir ölkə məhz Azərbaycan qədər ədalətsizliklə qarşılaşmayıb və ölkəmiz qədər də ədalətsizliyə qarşı çıxa bilməyib. Azərbaycan az qala əsrin üçdə birinə yaxın müddət ərzində səbr nümayiş etdirərək, işğala son qoyulmasını və buna bütövlükdə dünyanın dəstəyini gözləsə də, ermənipərəstlərin tamamilə başqa niyyətidə olduğunu, işğala etinasız yanaşdığını, heç bir addım atmadığını, əksinə, işğalçını dəstəklədiyini gördükdə, ədalətsizliklə mübarizəyə qalxdı və 44 gün ərzində qələbəyə imza atdı. Bu qələbə həm də haqsızlığa qarşı mübarizədə ölkəmizin qələbəsi idi. Məhz bu qələbəni də həzm etməkdə çətinlik çəkənlər indi ölkəmizin qlobal miqyasda diplomatik qələbə qazanmasını istəmirdilər. Ona görə də hər vəchlə mane olmaq istəyirdilər. Amma ölkəmiz bu sınaqdan da üzüağ çıxdı, qələbə qazandı və elə ona görə də bu qələbə məhz dünya tarixinə yazılan diplomatik qələbə sayılır.

Məhz COP29 beynəlxalq miqyaslı tədbirlə əlaqədar olaraq ölkəmizə qarşı çıxanlar əslində, bəşəriyyətə qarşı çıxmış olurlar. Onlar bütün dünyada köməyə, dəstəyə, maddi yardıma ehtiyacı olan insanlara qarşı çıxırlar, təkcə Azərbaycana qarşı yox. Onların mübarizəsi birbaşa insanlığa qarşıdır. Bunun nə demək olduğunu biz çox yaxşı bilirik. Xocalı faciəsi kimi insanlıq dramına, ermənilər tərəfindən törədilmiş saysız-hesabsız insan tələfatına, bir milyondan artıq insanın yürd-yuvasından didərgin salınaraq köçkünlük həyatı yaşamasına, Azərbaycan ərazilərinin düz 30 ilə, əsrin üçdə birinə yaxın dövr ərzində işğal altında saxlanılmasına, qanunsuz erməni silahlılarının ölkəmizin ərazisində mövcudluğuna, BMT-nin bunlarla bağlı məlum dörd qətnaməsinə, indi də ermənilərin, bütövlükdə Ermənistanın mina terroruna məhəl qoymayanları çoxdan tanıyırıq. Bilirik ki, onlar yalnız sözdə humanizmdən, insanpərvərlikdən, bəşəriyyəti düşündürən məsələlərdən dəm vururlar. Əslində, görürük ki, bu məqamda da qərəzli yanaşma sərgiləyirlər. Amma onlar da görürlər ki, Azərbaycan məhz humanizm prizmasından yanaşır və bəşəriyyət üçün həlli vacib məsələlərin müzakirəsinə önəm verir. Deməli, Azərbaycan yenə də qələbəyə imza atmış olur. Artıq bu qələbə ölkəmizin növbəti diplomatik qələbəsi olaraq, dünya tarixinə yazılmış olur, çünki bu məsələlər dünyanı düşündürən, dünyanı narahat edən, bəşəriyyət üçün həlli vacib olan məsələlərdir.

25 Noyabr 2024 "Bütün bunlar erməni xislətinin təzahürüdür" - MÜNASİBƏT BİLDİRİLDİ
25 Noyabr 2024 Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”
25 Noyabr 2024 Ermənilər yeni ordu qurmaq istəyirlər: amma necə?
21 Noyabr 2024 Ləyaqətli şəxsiyyət - doğru seçim
21 Noyabr 2024 Qərb dünyada hökmranlığını itirib - Orban
21 Noyabr 2024 Balakəndə elmi-praktiki konfrans keçirilib - FOTOLAR
21 Noyabr 2024 “YAP yeni zirvələrə doğru uğurla və inamla addımlayır”
21 Noyabr 2024 Niyazi Bayramov Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tətqiqat İnstitutunda vətəndaşlarla görüşüb
21 Noyabr 2024 "Həmin hadisədən 33 il keçib" - HƏRBİ EKSPERT FİKRİ
21 Noyabr 2024 Ətin qiymətinin kəskin bahalaşmasının səbəbi nədir? - SƏBƏB AÇIQLANDI
21 Noyabr 2024 Tramp gitara satışına başladı
21 Noyabr 2024 Münasibətlərimiz yüksək səviyyədədir
21 Noyabr 2024 QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
20 Noyabr 2024 "Ağdam bundan sonra Qafqazın "mirvarisi" adlanacaq" - MÜNASİBƏT BİLDİRİLDİ
20 Noyabr 2024 “Biz heç bir dəstək almadan Böyük Qayıdış layihəsini həyata keçiririk” - ŞƏRH EDİLDİ
20 Noyabr 2024 “YAP dünyada nüfuzlu partiya kimi tanınır“ - ŞƏRH EDİLDİ
20 Noyabr 2024 Bu seriala görə İTV-yə xəbərdarlıq edildi
20 Noyabr 2024 Bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq
20 Noyabr 2024 YAP - Siyasi sabitlik, davamlı inkişaf
20 Noyabr 2024 “Fransa müstəmləkəçiliyi altında yaşayan xalqlar artıq barışmaq istəmir“ - ŞƏRH OLUNDU
20 Noyabr 2024 Əsrin duelindən kim qalib çıxacaq?
20 Noyabr 2024 Kamaləddin Qafarov: “Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi”
20 Noyabr 2024 Bağırmağın mənası yoxdur: "İndi vuracağıq..."
20 Noyabr 2024 Azərbaycanda dini fəaliyyətə 9 milyon manat ayrılır
19 Noyabr 2024 "Dil qaydalarının tez-tez dəyişməsi insanlar arasında çaşqınlıq yaradır" - MÜNASİBƏT BİLDİRİLDİ
19 Noyabr 2024 Azərbaycana qarşı QISQANCLIQ – TƏHLİL
19 Noyabr 2024 "Multikulturalizm bizim dövlət siyasətimizdir" - ŞƏRH EDİLDİ
19 Noyabr 2024 “YAP-ın yaradılması tarixi zərurətdən doğmuşdur“ - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
19 Noyabr 2024 İlham Əliyev onları hakim təyin etdi
19 Noyabr 2024 Naxçıvanın sosial-iqtisadi inkişafına ayrılmış vəsait azaldıldı