Naxçıvan Muxtar Respublikasında əhaliyə verilən təbii qazın limiti artırılmalıdır.

 

Axar.az Report-a istinadən xəbər verir ki, belə bir təkliflə deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib.

O bildirib ki, Naxçıvanın iqlimi digər regionlardan fərqlənir:

“Bu ərazilərdə qış daha uzun və sərt keçir. Buna görə də əhaliyə verilən təbii qazın limiti artırılmalıdır”.

Deputat əlavə edib ki, Naxçıvanda sosial layihələrə ayrılan vəsaitlərin də konkret layihələr əsasında təqdim edilməsi məqsədəuyğun olardı: “İllik olaraq ayrılan vəsaiti vaxtında çatdırmaq mümkün olmur. Buna görə də vəsaitlər layihələrə əsasən verilsə, daha effektiv olar”.

S. Novruzov həmçinin hərbçilərin, mühəndislərin, həkimlərin, müəllimlərin və digər kateqoriyadan olan şəxslərin kirayə haqlarının ödənilməsi üçün kompensasiya məbləğinin artırılmasını təklif edib. Onun sözlərinə görə, Nazirlər Kabineti bu məsələyə yenidən baxmalıdır.

Qeyd edək ki, 2021-ci il oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qazın topdansatış və pərakəndə qiymətləri ilə bağlı dəyişikliklər edilib. Qərara əsasən əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tarif 12 qəpikdir, illik 1 200-2 500 kubmetr və 2 500 kubmetrdən çox istehlak üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik səviyyəsindədir, qeyri-əhali kateqoriyasına aid olan sənaye və kənd təsərrüfatı sektorlarında isə qazın tarifləri isə 22 qəpikdir.

Kirayə haqqına gəlincə, hazırkı qaydalara əsasən Bakı üçün kompensasiya məbləği 150 manat, Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan və Abşeron rayonu üçün 100 manat, digər şəhər və rayon mərkəzləri üçün 75 manat, digər yaşayış məntəqələri üçün isə 55 manat müəyyən edilib. Həmçinin, onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün bu məbləğin 50 %-i həcmində əlavə ödəniş nəzərdə tutulur.

25 Noyabr 2024 Hakan Fidan NATO baş katibi ilə görüşdü
25 Noyabr 2024 Quranı yandıran rusiyalıya ağır cəza verildi
25 Noyabr 2024 Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
25 Noyabr 2024 Ermənistanda dövlət bayrağı endirildi: Matəmdir? – Video
25 Noyabr 2024 Paşinyan Aşqabada getməkdən imtina etdi
25 Noyabr 2024 Bakıda Monqolustan əti satılır: 13-15 manat
25 Noyabr 2024 Bakıda elektrik mühərrikli avtobuslar xəttə buraxıldı
25 Noyabr 2024 "Kartdan karta" ilə işləyən daha 258 sahibkar cəzalandırıldı
25 Noyabr 2024 Gürcüstanda hökumət tam tərkibdə istefaya getdi
25 Noyabr 2024 Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?
25 Noyabr 2024 Qallant “xilas olmaq üçün” ABŞ-a gedir
25 Noyabr 2024 "Yaşıl büdcə"nin xərcləri açıqlandı - İlk dəfə
25 Noyabr 2024 Azərbaycan bu fondlara 270 milyon ayıracaq
25 Noyabr 2024 Bağırovun məhkəməsində "pul daşıyan" Kefsiz dindirildi
25 Noyabr 2024 Prokuror türkiyəli iş adamına 13 il cəza tələb etdi
25 Noyabr 2024 Netanyahu bu məşhur qəzetə maliyyəni dayandırdı
25 Noyabr 2024 Kopırkindən sülh açıqlaması: Moskva nə istəyir?
25 Noyabr 2024 Bayden Trampa qədər nüvə savaşı başladacaq – Ritterdən şok
25 Noyabr 2024 İlham Əliyevdən Kəlbəcər Günü ilə bağlı paylaşım - Video
25 Noyabr 2024 Ukrayna Napoleondan sonrakı Fransaya bənzəyir - Səfir
22 Noyabr 2024 Baş nazirdən qərar: Əvvəl 3 ay idi, indi...
22 Noyabr 2024 Damarları yağlı qidalardan qorumaq üçün nə içək?
22 Noyabr 2024 3 böyük güc Rusiyaya qarşı – Putin 2 ay dözmək üçün…
22 Noyabr 2024 Putinin rezonans doğuran müraciəti: Bu sözü demədi!
22 Noyabr 2024 162 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb - General
21 Noyabr 2024 Quterreş Bakıdan səsləndi: Razılaşma əldə etməliyik!
21 Noyabr 2024 Azərbaycan XİN Pakistana başsağlığı verdi
21 Noyabr 2024 ÜST rəhbəri xəstəxanaya yerləşdirildi
21 Noyabr 2024 Hersoqdan BCM-nin qərarına reaksiya...
21 Noyabr 2024 Mirzoyan Hofrayterlə sülh prosesini müzakirə etdi