Ermənistan Müdafiə Nazirliyində silahlı qüvvələr rəhbərliyinin toplantısı keçirilib.
Axar.az xəbər verir ki, iclasda müdafiə naziri Suren Papikyan ordudakı irimiqyaslı islahatlar prosesinin ardıcıl və effektli aparılmasının vacibliyindən danışıb.
O bildirib ki, respublika rəhbərliyi nə yolla olursa-olsun, ordunun döyüş qabiliyyətinin yüksəldilməsi tapşırığını verib. Eyni zamanda erməni ordusunda nizam-intizam məsələsindəki çatışmazlıqların da aradan qaldırılması hədəf seçilib.
Papikyan bildirib ki, vacib məqsədlərdən biri hərbçilərin peşəkarlığının artırılmasıdır və bu istiqamətdə ciddi addımlar atılacaq.
Qeyd edək ki, erməni ordusunda başıpozuqluq, daxili atışmalar səbəbindən son vaxtlar onlarla əsgər ölüb.
Zəngəzur dəhlizi regionun iqtisadi inkişafına töhfə verəcək.
Azərbaycanda rus dilinin inkişaf etdirilməsinə böyük diqqət yetirilir.
Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyevlə görüşündə Rusiya Prezidenti Vladimir Putin bildirib.
O, ölkədə rus dilinə verilən diqqətə görə Azərbaycan Prezidentinə təşəkkür edib.
“Azərbaycanda məktəb şagirdlərinin 34 faizi rus dilində təhsil alır, ya da müəyyən dərəcədə rus dilini öyrənir. Bu yüksək göstərici Azərbaycan rəhbərliyi və xalqının bizimlə yaxın, çoxşaxəli təmaslar saxlamaq istəməsindən xəbər verir”, – deyə Rusiya lideri qeyd edib.
Təəssüf ki, Qarabağda hələ də problemlər var.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşdə deyib.
“Fikrimcə, bizim sülhməramlılarımız Qarabağda vəziyyətin nizamlanmasında müsbət rol oynayırlar. Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi səmərəli işləyir”, - o bildirib.
Ermənistan Azərbaycanla sərhədin demarkasiyası və delimitasiyası prosesinə hazırdır, kommunikasiyaların açılması mövzusu da çox vacibdir.
Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə üçtərəfli görüşdə deyib.
Misirin Luksor şəhərində rekonstruksiya olunmuş ən qədim tarixi Sfinkslər Prospektinin açılışı olub.
Son bir ildə Qarabağdakı vəziyyətin həlli üçün çox işlər görülüb, lakin təəssüf ki, bütün məsələlər öz həllini tapmayıb.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdə deyib.
“Ümid edirəm ki, yaxın gələcəkdə Qarabağda nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması ilə bağlı qərarlar qəbul etmək mümkün olacaq”, - Putin bildirib.
Vətənin Xilası Hərəkatının mövcud olduğu dövrdə verdiyim bütün qiymətlər qüvvədə qalır.
Axar.az xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Vazgen Manukyan deyib.
“Bu hakimiyyət yaddır və bizim xalqa düşməndir. Ermənistan üçün faydalı heç nə edə bilməz və Azərbaycan və Türkiyənin də iştahı durmadan artır. Görürlər ki, qarşılarında iradə və gücdən məhrum olan dövlət başçısı var, ona görə də daim hücuma davam edəcəklər. Cənubi Qafqazda və sərhədlərimizə yaxın ərazidə hazırki vəziyyət qeyri-sabitdir. Bu, gec-tez müharibəyə səbəb olacaq. Hər zaman sülhdən danışan Nikol Paşinyan Ermənistanı dağıdıcı müharibəyə aparır”, - Manukyan bildirib.
Türkiyənin paytaxtı Ankarada çörəyin qiyməti qalxıb.
Axar.az xəbər verir ki, paytaxtda 1,75 lirə olan 200 qram çörəyin satış qiyməti 2,25 lirəyə yüksəlib.
Bu gündən etibarən artım həyata keçirilib.