Son bir ildə Qarabağdakı vəziyyətin həlli üçün çox işlər görülüb, lakin təəssüf ki, bütün məsələlər öz həllini tapmayıb.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdə deyib.
“Ümid edirəm ki, yaxın gələcəkdə Qarabağda nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması ilə bağlı qərarlar qəbul etmək mümkün olacaq”, - Putin bildirib.