Rusiya Prezidenti Vladimir Putin dekabrın 6-da Hindistana səfər edəcək və ölkənin Baş naziri Narendra Modi ilə bir sıra məsələlərlə bağlı müzakirə aparacaq.
Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, liderlər G20, BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə iş ətrafında fikir mübadiləsi aparacaqlar.
Azərbaycanda hərbi qulluqçuların fəaliyyəti ilə bağlı qadağalar müəyyən edilir.
İzolyasiya və müxtəlif ştammların olmaması Yaponiyada koronavirusun "delta" variantının özünü məhv etməsinə şərait yaradıb.
Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistemlər Biologiyası Məktəbinin professoru Ança Baranova bildirib. Onun sözlərinə görə, güman ki, Yaponiyaya "nsp14" zülalında mutasiyaların toplandığı bir "delta" çatıb.
"Bu zülal isə virusun mutasiyaları düzəltmək qabiliyyətini müəyyən edir. Ancaq "nsp14"-ün özü "xarab olduğundan" artıq heç nəyi düzəldə bilmədi, səhvlər nəzarətsiz şəkildə çoxalmağa başladı. Sonda virus özü üçün kədərli sona çatdı", - deyə mütəxəssis bildirib.
Ekspert həmçinin bildirib ki, Yaponiyada koronavirusun yoxa çıxmasına təkcə ölkənin Avropadan nisbətən təcrid olunması deyil, həm də vətəndaşların məhdudlaşdırıcı tədbirlərə intizamlı münasibəti kömək edib.
Bununla belə genetik, Yaponiyadakı kimi Rusiyada da koronavirusun "delta" ştammının yoxa çıxmasının təhlükəli hesab edib. Onun fikrincə "delta"nın yüksək yoluxuculuq səviyyəsi virusun digər variantlarının yayılmasının qarşısını alır.
"Daha zərərli ştammlar var, onların arasında anticisimlərdən yayınanları da var ki, onları vaksin məhv edir. "Delta" özünü məhv edərsə, digər ştammlar isə "sevinərsə" və "gələrsə", ehtimal ki, vəziyyət daha da pisləşə bilər", - deyə Baranova bildirib.
Bu yaxınlarda mən yeni çəkilmiş gözəl yol ilə Şuşaya getdim, orada oldum. Şuşa səfərində mən əsl möcüzələrlə rastlaşdım. Həmin möcüzələrin yaradılmasında Azərbaycan xalqının ruhunu bir daha duydum. Azad edilmiş Azərbaycan ərazilərində həmin yaradıcılıq ruhu və ölkənin iqtisadi gücü heyrət doğurur. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin iradəsi ilə görülən bu işlər xalqınız və ölkənizin perspektivlərinin göstəricisi kimi də diqqəti cəlb edir.
Axar.az Musavat.com-a istinadən xəbər verir ki, bu sözləri məşhur rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko Heydər Əliyev Mərkəzində keçirdiyi görüşdə söyləyib. Rusiyalı jurnalist Şuşa təəssüratını ifadə edərək deyib: “Azərbaycan xalqı bu ölkədə yaşayan digər millətlərlə əsl birlik nümunəsi göstərən bir xalqdır. Azərbaycanlılar, talışlar, ləzgilər, avarlar, udinlər, ruslar, yəhudilər, ukraynalılar və digər xalqların bu unikal birliyi sizin ölkənizi daha cəlbedici və qüdrətli göstərir. Son bir ildə İlham Heydər oğlu böyük alicənablıq göstərərək Azərbaycan vətəndaşı olan, başqalarının iradəsi hesabına hazırkı situasiyaya düşən ermənilərə də o birliyə qoşulmaq üçün dəfələrlə çağırışlar edib. Bu çağırış Azərbaycan xalqının ürəyinin genişliyini dünya qarşısında bir daha nümayiş etdirir. Bu, Azərbaycan xalqının intellektual və zadəgan mahiyyətinin göstəricisidir”.
Azərbaycanlıların sivilizasiyasını Bakının küçələrində əyani görmək mümkündür - deyən Şevçenko fikrini belə davam etdirib:
“Təsadüfən həmsöhbət olduğum insanların erudisiyasına heyrətlənməyə bilmirsən. Siz öz ədəbiyyatınızla yanaşı, rus ədəbiyyatına, dünya ədəbiyyatına bələdsiniz, üstəlik genetik yaddaşınız azərbaycanlı mədəniyyətini zənginləşdirir”.
Rusiyalı siyasətçi 2020-ci il sentyabrın 27-də başlayan müharibəni xatırladaraq onunla bağlı bir epizoddan danışıb:
“Bu, keçənilki hadisələrin, Ermənistanla Azərbaycan arasında 44 gün çəkən müharibənin yenicə bitdiyi vaxtlarda olub. Yanacaqdoldurma məntəqəsində idim və bu məqamda bir erməni gəncinin mənə tərəf gəldiyini gördüm. Düşündüm ki, indi o, mənə hədyanlar yağdıracaq, amma belə olmadı. O, əksinə, mənə yaxınlaşıb dedi: “Mən hazırkı mövqeyinizə görə sizə təşəkkür etmək istərdim”. Niyə? - dedim, ermənilər elə hesab edirlər ki, mən azərbaycanlıların tərəfini tuturam. O isə cavabında heç də böyük əksəriyyətin o cür fikirləşmədiyini bildirdi: “Yox, sizin mövqeyiniz düzgündür, biz, ermənilər də istəyirik ki, Avropadakı xalqlar kimi birgəyaşayış prinsipləri ilə sülh, əmin-amanlıq şəraitində yaşayaq, bir-birimizi öldürməyək”. Bu fikirlərin təsdiqi olaraq rusiyalı siyasətçi müharibədəki məğlubiyyətdən sonra Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrini misal çəkdi: “Əgər Ermənistanda əksəriyyət belə fikirləşməsəydi, Nikol Paşinyanın partiyasına səs verməzdi”.
Almanlar Moskva ətrafına gəlib çıxmışdılar, lakin sovet xalqının iradəsini qıra bilmədilər, - deyən Maksim Şevçenko bunu belə izah edib:
“Ona görə ki, onlar alman xalqı ilə deyil, nasizm ilə döyüşürdülər. Bu, mənim birmənalı fikrimdir ki, Ermənistanla müharibədə də azərbaycanlıların qələbəsini şərtləndirən başlıca amil Azərbaycan xalqının ermənilərlə deyil, erməni faşizmi ilə döyüşdüyünə əminliyi idi. Yeri gəlmişkən, bu həqiqəti sizin Prezident, Ali Baş Komandan İlham Əliyev də dəfələrlə vurğulayıb”.
Rusiyalı jurnalist qeyd edib ki, işğal olunmuş ərazilərin azad edilməsindən sonra orada olan hər kəs erməni faşizminin mahiyyətini görüb. Xarabalıqlara çevrilmiş kənd və şəhərlərdə nə vaxtsa insan yaşadığını təsəvvür etmək belə çətindir: “Evlərin dağıdılması, təbiətin ağciyərləri olan yaşıllıqlara tutulan divan, hətta ağacların kökündən çıxarılması faşizmin göstəricisidir. Bunu, XX əsrdə o xalqın adından törədiblər ki, həmin xalq bu gün də genosidə məruz qaldığını iddia edir”.
Ermənilər arasında hazırkı tendensiyadan bəhs edən Maksim Şevçenko deyib: “Onlar 3 min və yaxud 5 min il əvvəl erməni çarı olmuş Tiqran barədə, erməni xalqının dövlətçiliyi barədə danışmağı sevirlər. Amma bugünkü reallıq başqa söz deyir”.
Yaponiyanın xarici işlər naziri Hayaşi Yosimasa ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Axar.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
40 dəqiqə davam edən telefon danışığı zamanı nazirlər İkinci Dünya müharibəsindən sonra sülh sazişi danışıqlarını davam etdirmək barədə razılığa gəliblər.
Yaponiyalı nazir Ukrayna və Belarusda gərginliyin artması ilə bağlı ölkəsinin narahatlığını da rusiyalı həmkarına çatdırıb.
1985-ci ildə “National Geographic” jurnalının üz qabığında şəkli yayıldıqdan sonra məşhurlaşan Əfqanıstan vətəndaşı Şərbət Qula İtaliyaya köçürülüb.
Axar.az xəbər verir ki, bu barədə İtaliya hökuməti məlumat yayıb.
Məlumata görə, “Əfqan Mona Liza”, “Əfqan qızı” və “yaşıl gözlü qız” kimi tanınan Şərbət Qula hakimiyyətə gələn Talibandan qaçdıqdan sonra İtaliyadan sığınacaq alıb.
Qeyd edək ki, məşhur şəkil fotojurnalist Stiv Makkarri tərəfindən 1984-cü ildə Əfqanıstan-Pakistan sərhədindəki qaçqın düşərgəsində çəkilib. Kəndinə basqın etdikdən sonra yetim qalan, bir il sonra “National Geographic”də çap olunan yaşıl gözlü qızın portreti dərhal bütöv bir xalqın iztirablarının, daha sonra isə ümumilikdə qaçqınlar probleminin simvoluna çevrildi. Stiv Makkarri qəhrəmanını 17 ildən sonra tapır və yenidən onun şəklini çəkir. Şəkillər dünyanın müxtəlif şəhərlərində keçirilən sərgilərdə nümayiş etdirilib.
Türkiyə Silahlı Qüvvələrinin əsgəri Kilis şəhərinin Türkiyə-Suriya sərhədində şəhid olub.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, Suriyadan qanunsuz keçməyə cəhd edən qrup “dayan” xəbərdarlığına əməl etməyib. Suriyadan açılan atəş nəticəsində ağır yaralanan əsgər xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Çinlə Hindistan arasındakı qarşıdurma yalnız dağlıq ərazilərdəki sərhədi əhatə etmir. İki ölkənin iqtisadiyyatları və fond birjaları arasında da rəqabət artıb. Aydındır ki, güclü iqtisadiyyata malik olan Çinin fond birajalarında səhmlər yüksək qiymətə satılır. Ancaq pandemiya ilə mübarizə aparan Hindistanın fond birjaları da qonşusuyla rəqabətdə geri qalmamağa çalışırlar.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Hindistanın fond birjalarında səhmlərin qiymətləri yüksəldikcə investorların Çindən Hindistana axını güclənib. Əhalisi sürətlə artan Hindistan ümumi daxili məhsulun miqyasına görə dünyada altıncı sıraya qalxıb:
“Hindistan 2020-ci ildə 9 trilyon dollar civarında məhsul istehsal edib. Bura xidmət sahəsi də aiddir. Çin üçün bu göstərici 24 trilyon, ABŞ üçün 21 trilyon, Avropa İttifaqı üçün isə 19,5 trilyon dollar olub. Hindistan ildən ilə rəqiblərinə çatmağa çalışır. Beynəlxalq araşdırmalara görə, Hindistan iqtisadiyyatı yaxın 4 ildə 60 faiz artacaq”.
Politoloqun sözlərinə görə, investorları Hindistanda fəaliyyət göstərməyə ucuz işçi qüvvəsi də cəlb edir. Yaxın illərdə Hindistan əhalisinin 65 faizini 35 yaşındakı gənclər təşkil edəcək ki, bu da böyük işçi qüvvəsi deməkdir:
“Hindistanda işsizlik 6.5 faiz civarındadır. ABŞ və Avropa İttifaqında bu göstərici daha yüksəkdir. Hindistanda illik 4 faizlik inflyasiya iqtisadi inkişafa əngəl deyil.
Çin müxtəlif ölkələri böyük regional layihələrlə cəlb etməyə çalışır. Hindistanın bu sahədə Çinlə hələ ki, rəqabət aparmaq gücü yoxdur. Ancaq Çinin irəli sürdüyü böyük layihələr qazanc gətirməklə yanaşı özündə siyasi riskləri də ehtiva edir. Misal üçün Çinin Qazaxıstanda müxtəlif layihə və yatırımları var. Ancaq son aylarda Çinin Qazaxıstanla idxal-ixrac əməliyyatlarını məhdudlaşdırması Astana üçün ciddi problemlər yaradıb. Maraqlıdır ki, Çin Qazaxıstan üzərindən digər ölkələrlə idxal-ixrac əməliyyatları həyata keçirir, ancaq Qazaxıstana aid məhsullara aylarla “stop” qoyur. Qazaxıstan rəsmilərinin “axı Şanxay Əməkdaşlıq Təşkilatının üzvləriyik” yanaşmasına da Pekindən aydın cavab verilməyib. Belə çıxıb ki, illərlə Qazaxıstana yatırım qoyan, ortaq layihələr reallaşdıran Çin qəfil Astananı hansısa addımına görə cəzalandırmaq qərarına gəlib. Ekspertlərin fikrincə, bu, Astananın Pekinin tələblərini yerinə yetirməməsiylə bağlıdır. Bundan başqa Qazaxıstan Çində işgəncəyə məruz qalan uyğurlara sığınacaq verir ki, bu da rəsmi Pekini narahat edir”.
Politoloq Avropanın da Çinin iqtisadi layihələrindən ehtiyat etməyə başladığını vurğulayıb:
“Avropa İttifaqı Çinlə mübarizə məqsədilə strategiya hazırlayıb. Strategiyada Brüsselin Pekinin “Bir kəmər, bir yol” iqtisadi təşəbbüsünə qarşı alternativ təşəbbüslərin həyata keçirilməsi planları yer alıb. Brüssel də görür ki, Pekin öz layihələri, yatırımları, o cümlədən “Bir kəmər, bir yol” iqtisadi təşəbbüsü vasitəsilə müxtəlif ölkələrdə söz sahibi olmağa çalışır. Bunun qarşılığında Avropa İttifaqının yeni strategiyasında dünyanın müxtəlif yerlərində ticarət, nəqliyyat, rəqəmsal texnologiyalar və enerji sahələrində layihələrə investisiyalar nəzərdə tutulub. Bu məqsədlə 91 milyard dolların ayrılması planlaşdırılıb”.
12:53
Üçtərəfli görüş çərçivəsində Zəngəzur dəhlizi ilə bağlı məsələlər həllini tapmalıdır.
Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov deyib.
“Yalnız Rusiya, Azərbaycan və Ermənistan istənilən çətin məsələni həll edə bilər. Məsələnin Avropa İttifaqı kimi mühüm beynəlxalq struktur çərçivəsində həlli təbii ki, yaxşı təşəbbüsdür, hər halda, Minsk Qrupu bura qarışmır. Amma hansısa irəliləyişin olacağını düşünmürəm. Tərəflər Aİ-nin sədri ilə görüşüb, onun sülh prosesini dəstəkləməsi barədə sözlərini eşidəcəklər, vəssalam. Əsas iş isə Rusiya, Azərbaycan və Ermənistanın üzərinə düşür. Müəyyən kompromislərə getmək lazım gələcək, amma qonşuların başqa yolu yoxdur. Başqa yol müharibədir.
Qərbçilərə baxanda burada ən obyektiv “hakim” Rusiyadır. Regiondakı gərginlik tez olmasa da, aradan qaldırılacaq”, - o bildirib.
Misirin Luksor şəhərində "Fironların yolu" adlanan qədim Sfinks xiyabanının bərpası başa çatdıqdan sonra açılış mərasimi keçirilib.
Trend-in məlumatına görə, bu barədə Ahram qəzeti xəbər verib.
Məlumata əsasən, tədbirdə ölkə prezidenti Əbdülfəttah əs-Sisi iştirak edib.
Turizm naziri Xalid Əl-Ənani Luksorun dünyanın ən böyük açıq səma altında muzeyin olduğunu bildirib. Bərpa işlərindən sonra sfinkslər xiyabanı qədim misirlilərin zamanında sonuncu dəfə olduğu kimi ilk dəfə Luksor və Karnak məbədlərini birləşdirdi.
Arxeoloqlar qazıntılar zamanı qoç başlı 250 sfinks və insan başlı 807 sfinks tapıblar. Əl-Ənani əlavə edib ki, qədim zamanlarda xiyabanda üç dəfə çox heykəl var idi.