1985-ci ildə “National Geographic” jurnalının üz qabığında şəkli yayıldıqdan sonra məşhurlaşan Əfqanıstan vətəndaşı Şərbət Qula İtaliyaya köçürülüb.
Axar.az xəbər verir ki, bu barədə İtaliya hökuməti məlumat yayıb.
Məlumata görə, “Əfqan Mona Liza”, “Əfqan qızı” və “yaşıl gözlü qız” kimi tanınan Şərbət Qula hakimiyyətə gələn Talibandan qaçdıqdan sonra İtaliyadan sığınacaq alıb.
Qeyd edək ki, məşhur şəkil fotojurnalist Stiv Makkarri tərəfindən 1984-cü ildə Əfqanıstan-Pakistan sərhədindəki qaçqın düşərgəsində çəkilib. Kəndinə basqın etdikdən sonra yetim qalan, bir il sonra “National Geographic”də çap olunan yaşıl gözlü qızın portreti dərhal bütöv bir xalqın iztirablarının, daha sonra isə ümumilikdə qaçqınlar probleminin simvoluna çevrildi. Stiv Makkarri qəhrəmanını 17 ildən sonra tapır və yenidən onun şəklini çəkir. Şəkillər dünyanın müxtəlif şəhərlərində keçirilən sərgilərdə nümayiş etdirilib.