Bu gün ABŞ Prezidenti Co Baydenin ölkədə inflyasiya ilə mübarizə mövzusunda çıxış edəcəyi gözlənilir. İnanmıram ki, bu çıxışda son 2 ildə pandemiya məsələsində buraxılan səhvlərin, atılan mənasız iqtisadi addımların etirafı baş versin.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

Onun sözlərinə görə, Baydenin OPEK-i ittiham edəcəyi, kartel sövdələşməsindən danışacağı gözlənilir:

“Çünki ABŞ-da benzin qiymətləri son illərin tarixi maksimumuna qalxıb, bu isə bütün qiymətlərə təsir edir, həm də avtomobil ölkəsi olan ABŞ-da vətəndaşların seçkidə qərar verərkən ən çox fikir verdiyi indikator məhz benzin qiymətləridir. Ona görə də Bayden əsas hədəf kimi benzin qiymətlərinin aşağı çəkilməsini götürəcək ki, sürətlə azalan reytinqini düzəltsin, yaxın gələcəkdə baş tutacaq ara seçkilərdə Demokratlar Partiyasının uduzma ehtimalının qarşısını alsın”.

Ekspert son iki ildə baş verənlərə də diqqət çəkib. O bildirib ki, 2019-cu ildə, pandemiyadan öncə ABŞ və Avropa Birliyində mərkəzi bankların, hökumətlərin əsas hədəfi inflyasiyanı artırmaq idi:

“Bəli, məhz artırmaq, çünki defilyasiya gedirdi, hədəf kimi, heç olmasa, 2% inflyasiya göstərilirdi. Böyük iqtisadiyyatlarda 2-3%-lik inflyasiya müsbət sayılır, iqtisadi aktivliyə müsbət təsir göstərən amil hesab edilir. 2020-ci ildə pandemiya elan edildi və ABŞ, AB, Çin, Yaponiya kimi ölkələr ümumilikdə dünya iqtisadiyyatına 17 trilyon dollar vəsait axıtdılar. Təsəvvür edin ki, dünya ÜDM-i 2020-ci ildə 84 trilyon dollar olub, amma birdən-birə iqtisadiyyata 17 trilyon dollar səpilir. Təbii ki, bu, inflyasiyaya təsit etməli idi, etdi də.

Bundan başqa, kriptovalyuta kimi mənasız, spekuylativ aktivlərin qiyməti şişdi, səhm bazarı yüksəldi (keçən il iqtisadi böhran zamanı səhm bazarının yüksəlməsi nonsens idi), neftin, qazın qiyməti artdı, ərzaq bahalaşdı. Bütün bunların səbəbi mənasız, düşüncəsiz, populist iqtisadi, maliyyə siyasəti idi. Dünyada inflyasiya yüksəldi, toksik aktivlər bahalaşdı, ərzaq indeksi yüksəldi, neft-qaz qiymətləri kəskin artdı – nəticədə inflyasiya bütün dünyada insanların real gəlirlərini “yeməyə” başladı.

17 trilyon vəsait haradasa strelizə olunmalı idi? Səhm bazarı, aktivlər yüksəldi, bunun nəticəsi növbəti böhran olacaq.

İndi dünya çıxılmaz vəziyyətdə qalıb – bazardan likvidlik yığılmalı, uçot dərəcələri artırılmalıdır ki, inflyasiyanı cilovlasınlar, amma bunları etsələr, iqtisadi aktivlik daha da zəifləyəcək, iş yerləri azalacaq, nəticədə bir neçə il sonra daha böyük inflyasiya dalğası yaranacaq. Amma bunları etməsələr, indiki böhran dərinləşəcək. Bir sözlə, dünya yeni, daha böyük iqtisadi böhrana “hamilədir”, təəssüf ki, bu dəfə çıxış yolu kimi lokal müharibələr ola bilər. Çünki hər dəfə dünyada bənzər vəziyyət yarananda böyük müharibələr olub”.

Ekspert iddia edib ki, yenə neft qiymətləri zərər görəcək:

“Baydenin çıxışından sonra neft qiymətləri enməyə başlayacaq. Kəskin düşəcəyi gözlənilmir, amma yeni, daha aşağı qiymət koridoruna yerləşəcək, lakin ABŞ OPEK-ə qarşı sanksiyalar tədbiq etsə, bu qurumu kartel sövdələşməsində günahlandırsa, qiymətlərin enməsi daha dərin olacaq. İlkin addım kimi Bayden ABŞ-ın öz strateji neft ehtiyatlarının bir hissəsinin satacağı ilə bağlı qərar açıqlayacaq – bu da qiymətləri aşağı çəkəcək. Neftin, qazın qiymətinin yüksək olması bütün sahələrə - aqrar sektor üçün gübrələrdən tutmuş metallurgiyaya qədər, hər sahədə maya dəyərini artırır, nəticədə qiymətlər daha da yüksəlir”.

Bu proses nə qədər sürətli olsa, bir o qədər yaxşıdır. Çünki Yer kürəsində həmişə risklər var.

Axar.az xəbər verir ki, bunu “Tesla” və “SpeysX” şirkətlərinin sahibi İlon Mask deyib.

O, Qiyamətdən əvvəl baş verməsi gözlənilən nüvə müharibəsi səbəbindən Marsda yaşayış şəraitinin təmin edilməsinin vacib olduğunu vurğulayıb:

“Əgər yaşayış şəraiti təmin olunarsa, bu araşdırmaların öncülləri Qiyamətdən əvvəl Marsda məskunlaşacaq və həyatlarını orada davam etdirəcəklər”.

 

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan təqsirləndirilən şəxs qismində Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə dindirilmək üçün çağırılıb.

Axar.az xəbər verir ki, bu barədə onun vəkili Amram Makinyan bildirib.

Qeyd edək ki, söhbət 2019-cu ildə müxtəlif vaxtlarda yüksək vəzifəli məmurlara rüşvət verdiyini bildirən məşhur sahibkar Silva Ambartsumyanın işindən gedir. Bundan əvvəl Hambartsumyan Serj Sərkisyana rüşvət vermədiyini və onunla tanış olmadığını bildirib. O, indi ifadəsini dəyişib.

"Türkiyə Ermənistanla münasibətlərin qurulması üçün yeni  şərtlər qoyur".

Milli.Az Modern.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan xarici mətbuata müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistan Türkiyənin Qarabağ müharibəsi zamanı həm siyasi, həm də digər baxımdan Azərbaycana verdiyi böyük dəstəyə baxmayaraq, heç bir şərt qoymadan münasibətləri normallaşdırmağa hazırdır:

"Türkiyə ilə dialoqun başlaması üçün müsbət siqnallar alsaq da, proses hələ də mürəkkəb olaraq qalır. Ankara yeni şərtlər təklif edir. Onların arasında Zəngəzur dəhlizi də var. Bu, ümumiyyətlə, müzakirə mövzusu ola bilməz. Dövlətlər öz əraziləri üzərində suverenliyini qoruyaraq, tranzitə icazə verməlidir".

G7 ölkələrinin xarici işlər nazirləri dekabrda Liverpulda görüş keçirəcəklər.

Axar.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Böyük Britaniya, ABŞ, Fransa, Almaniya, İtaliya, Kanada, Yaponiya və Aİ-dən olan ölkələrin XİN rəhbərləri arasında görüş dekabrın 11-dən 12-dək baş tutacaq.

Qeyd olunur ki, sammitdə ilk dəfə olaraq Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının üzvləri iştirak edəcək. Xüsusilə, Tailand, İndoneziya və Malayziyadan nümayəndə heyətlərinin gəlişi gözlənilir.

Londonun Polşa-Belarus sərhəddindəki davranışları onun yenidən Rusiya ilə qarşıdurmaya qoşulmağa cəhd etdiyini göstərir.

Axar.az xəbər verir ki, bunu polşalı politoloq Mateuş Piskorski deyib.

Onun sözlərinə görə, Böyük Britaniyanın AB-dən çıxması və Polşa ilə ABŞ arasında münasibətlərin pisləşməsi Varşava və Londonu daha da yaxınlaşdırıb:

"London ABŞ-ın bu və ya digər şəkildə Çin probleminə fokuslandığı fürsətindən istifadə edir. Ona görə də hesab edirəm ki, London 19-cu əsrdə olduğu kimi, Rusiyaya qarşı “böyük oyunu” bərpa etməyə çalışır”.