Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasına tezliklə başlamağı vacib hesab edirik
Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova çıxış edib.
“Son hadisələr Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası, daha sonra da demarkasiyası ilə bağlı işlərə ən tez zamanda başlamağın, aidiyyəti komissiyanın işə başlamasının vacibliyini göstərir” - Zaxarova söyləyib.
O qeyd edib ki, Rusiya vəziyyəti dinc məcraya yönəltmək üçün həm Azərbaycan, həm də Errmənistanla əlaqədədir.
Ötən gün Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub, 10 əsgər isə yaralanıb.
Başsağlığı veririk, ruhları şad olsun!
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar Tvitter hesabında yazıb.
“Allah qılınclarını iti eləsin”, - deyə Ağar bildirib.
FETÖ lideri Fətullah Gülənin zəhərlənərək öldürülməsi ilə bağlı xəbərlər yayılıb.
Axar.az xəbər verir ki, bu barədə Teleqram sosial şəbəkəsinin Türkiyə seqmentində məlumat paylaşılıb.
Gülənin şəxsi katibi Cövdət Türkyolunun adamlarından biri tərəfindən zəhərləndiyi iddia edilir. Bildirilir ki, hadisəni ört-basdır etmək üçün toplaşan təşkilat üzvləri məsləhət komitəsinin saatlardır açıqlama verməsini gözləyir.
Ukrayna Prezidenti Vladimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı 2022-ci ilin fevralında Kiyevdə keçirilməsi planlaşdırılan Yüksək Səviyyəli Strateji Şuranın iclasına dəvət edib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı öz Tvitter səhifəsində yazıb.
“Mən onun (Türkiyə prezidenti) Strateji Şuranın yubiley iclasında Kiyevə səfərini gözləyirəm”, - Zelenski bildirib.
Qeyd edək ki, dünən Ukrayna Prezidenti Vladimir Zelenski ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
Son həftələrdə bölgəmizdə Ermənistan və ona açıq-gizli havadarlıq edən qüvvələr çox aktiv fəaliyyətə başlayıblar. Hibrid formada "mini-müharibə" modelini işə salıblar.
Bu sözləri Axar.az-a hərbi-ekspert, polkovnik Üzeyir Cəfərov ötən gün sərhəddə baş verən erməni təxribatı haqda danışarkən deyib.
“Azərbaycana qarşı həm informasiya, həm də Ermənistan-Azərbaycan, həmçinin Rusiya sülhməramlılarının müvəqqəti məskunlaşdığı ərazilərdə bəzi təxtibatlar həyata keçirildi. Bütün bunlar isə noyabrın 16-da dövlət sərhədində qanlı toqquşmaların baş verməsinə səbəb oldu. Amma məncə, bu, hələ hadisələrin başlanğıcıdır”, - Ü.Cəfərov bildirib.
Ekspertin fikrincə, yaxın aylarda bundan daha ağır və narahatedici hadisələr baş verə bilər:
“Səbəb də odur ki, Ermənistana havadarlıq edənlər zaman-zaman öz məkrli və çirkin niyyətlərini həyata keçirmək üçün bu binəva “dövlət”dən gen-bol istifadə ediblər və edəcəklər. Baş vermiş hadisələr bizi ciddi düşünməyə məcbur edir: 44 günlük Vətən savaşımızda ağır və sarsıdıcı zərbə alan Ermənistan hansı güclə və hansı vəsaitələrlə Azərbaycana dil uzadır?! Deməli, bu bədbəxtləri istifadə edən qüvvələr var və onlar bölgədə sabitliyin bərqərar olmasını istəmirlər. Sözsüz ki, Azərbaycan Ordusu üzərinə düşənləri edir və edəcək. Amma əsgər və zabitlərimizin şəhid olması hamımızı təəssüfləndirir. Düşmən artıqlaması ilə bunun bədəlini ödəyib və ödəyir, amma itkimiz olmasa, daha yaxşı olardı. Ona görə də biz ayıq-sayıqlığımızı daha da artırmalıyıq”.
Ekspert qarşıdakı dönəmlərdə düşmənin daha çirkin təxribatlara əl atacağına da əminliyini qeyd edib.
Bir ay əvvəl İraqda saxlanılan İŞİD-də iqtisadiyyat məsələlərinə məsul olan Sami Casima dindirilmə zamanı qrupun ən fəal dövründəki gəlirlərini açıqlayıb.
ABŞ-ın əczaçılıq şirkəti olan Pfizer Qida və Dərman preparatlarına Nəzarət İdarəsi (FDA) COVID-19 koronavirusa qarşı eksperimental dərmanının istifadəsinə icazə verilməsi üçün sorğu göndərib.
Ermənistanı istənilən hücumdan qorumaq üçün kollektiv təhlükəsizlik müqaviləsi çərçivəsində Gümrüdə Rusiya hərbi bazası yerləşir.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı ekspert Aleksandr Perenciyev deyib.
Perenciyevin sözlərinə görə, bunun üçün Ermənistanın müasir sərhədləri dəqiq müəyyən edilməlidir:
"Bu, ona görə vacibdir ki, Rusiya bu ölkəyə yardım edən zaman hər hansı münaqişəyə müdaxilə etməsin”, - deyə ekspert bildirib.
Qeyd edək ki, Rusiya da bir neçə dəfə Ermənistana çağırış edərək, Azərbaycanla sərhədin demarkasiya və delimitasiyasına başlamağı təklif edib. Buna baxmayaraq, Ermənistan prosesi uzatmaqla məşğuldur.
Ermənistan-Azərbaycan sərhədində vəziyyətin növbəti dəfə gərginləşməsi Nikol Paşinyanın bir gün əvvəl verdiyi qəribə kadr dəyişikliyi qərarından sonra baş verdi. Bu qərar Paşinyanla erməni generallar arasında onsuz da gərgin olan münasibətləri daha da çətinləşdirəcək.
Bu barədə Axar.az-a açıqlamasında PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri, rusiyalı ekspert Vitali Arkov bildirib.
Ekspertin fikrincə, bir qədər əvvəl Ermənistanın media məkanında hətta belə fikirlər səslənirdi ki, Paşinyanın cəmiyyətdə geniş müzakirələrə səbəb olan kadr qərarı Bakı və Ankaraya qarşı növbəti bir jestdir:
“Bu baxımdan, Ermənistan-Azərbaycan sərhədində bugünkü təxribata həm də Qarabağ münaqişəsinin həlli ilə bağlı planlaşdırılan yeni sənədlər paketinin imzalanması ərəfəsində erməni hərbçilərinin Paşinyana “cavab”ı kimi də baxmaq olar. Aydındır ki, bu cür eskalasiya şəraitində Zəngəzur dəhlizi ilə bağlı sənədlərin imzalanmasından, sərhədin delimitasiyasından söhbət belə gedə bilməz. Gündəmdə daha “isti” məsələlər var.
Bu, Nikol Paşinyanın xeyrinə olan versiyadır. Amma bütün baş verən hadisələrin onun xeyrinə olmağı boşuna deyil və bu proseslərin məhz Ermənistanın baş nazirinin adamları tərəfindən planlaşdırıldığı versiyasını istisna etmək olmaz - prosesi gecikdirmək üçün növbəti bir cəhd kimi”.
Politoloq qeyd edib ki, bu kontekstdə Moskvanın bir il əvvəl İkinci Qarabağ müharibəsini dayandıra bilməsindən narazı olan ATƏT-in Minsk Qrupunun qərbli həmsədrlərinin İrəvanla dialoqu intensivləşdirməsi qətiyyən təsadüfi görünmür:
“Qafqazda sabitlik və təhlükəsizlik ABŞ və Avropa İttifaqının maraqlarına uyğun deyil, çünki bu, Rusiya və Türkiyənin regionda nüfuz və təsirini gücləndirməsi deməkdir. Və burada İran Qərblə həmrəydir, onun Ermənistanın destruktiv hərəkətlərində iştirakı da diqqətəlayiqdir.
Yalnız bir şey birmənalı olmalıdır: Ermənistan-Azərbaycan sərhədinin bütün uzunluğu boyunca Rusiya sülhməramlılarının tezliklə yerləşdirilməsi zəruridir - onların sonradan Ermənistan-Türkiyə sərhədindəki kimi, Rusiya sərhədçiləri ilə əvəzlənməsi şərti ilə. Yalnız bu yolla hərbi təxribatların qarşısını almaq və iki qonşu ölkənin tədricən nifrət şəraitindən dinc yanaşı yaşama keçməsinə nail olmaq mümkündür. Bu isə həm Ermənistan xalqının, həm də Azərbaycan xalqının maraqlarına uyğundur”.
Ermənistan Hərbi-Hava Qüvvələrinin Gümrüdəki ixtisaslaşdırılmış bazasında partlayış baş verib.