Ermənistanın bütün sərhəd boyunca təxribatından sonra döyüşlər davam edir: rəsmi məlumatlar və yayılan görüntülər ordumuzun erməni hərbi birləşmələrinə qarşı adekvat tədbirlər gördüyünü təsdiqləyir.
Yeni müdafiə naziri təyin edildikdən sonra Ermənistan niyə hücuma keçdi?
Rusiyanın qurduğu üçtərəfli masadan imtina edən Paşinyanın sərhəd boyunca təxribatlara əl atacağı gözlənilən idi: İrəvan görüşün vaxtını gecikdirir və masaya gələnə qədər sərhəddə üstünlüyə nail olmaq, danışıqlarda əlini gücləndirmək istəyir;
Proseslər İrəvanın A və B olmaqla iki plandan istifadə etdiyini deməyə əsas verir.
A planı: baş tutmayan taktika;
- keçmiş müdafiə naziri Karapetyan Qarabağa gəldi və gərginliyi Azərbaycan daxilinə köçürməyə cəhd etdilər;
- sərhəddə Azərbaycan ordusunun mövqeləri arasında yolu kəsməyə və mühasirəyə almağa çalışdılar: mühasirəyə alınan və rusların xahişindən sonra geri qaytarılan 60 erməni hərbçinin tapşrığı bu idi;
Bu plan baş tutmadı və Paşinyan Karapetyanı yola salmaqla düşdükləri ağır vəziyyətə görə məsuliyyətdən yayındı.
B planı: hazırda baş verənlər İrəvanın eyni hədəfə doğru ehtiyat variantı işə salmasıdır;
Məqsəd Rusiyanı Ermənistanın müdafiəsinə təhrik etməkdir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın baş verənlərlə bağlı “Ermənistanın ərazi bütövlüyünə müdaxiləsi olduğunu deməsi, 1997-ci il müqaviləsinə istinadən Moskvanı köməyə çağırması” da bunu təsdiqləyir.
Bölgədə Ankara ilə anlaşan və sərhəd, eləcə də kommunikasiya məsələsində gündəliyi Bakı ilə eyni olan Moskva üçün belə seçim çətindir. Ermənistan hakimiyyəti də anlayır ki, Rusiya onların istədiyi formada seçim etməyəcək, lakin B planı ilə iki hədəfə nail olmaq niyyətindədir:
- Genişmiqyaslı təxribatla sərhəddə vəziyyəti gərginləşdirir və Rusiyanın öhdəliklərini gündəmə gətirir; mümkün masada Moskvanın erməni mövqelərini müəyyən qədər də olsa müdafiə etməsinə zəmin yaratmağa çalışır;
- Paşinyanın üçtərəfli görüşdə razılaşacağı məsələlərə alibi yaradır və erməni cəmiyyətinin gözündə məsuliyyəti rusların üzərinə yükləyir;
Proseslərin mümkün inkişafı necə ola bilər?
1. Ermənistan “cəbhəni”, eləcə də məsuliyyəti bölüşdürəcək tərəfləri genişləndirmək üçün KTMT-yə 7-ci maddə (dövlətə hücum) ilə müraciət edə bilər;
2. Putin tərəflər arasında atəşkəs əldə etmək üçün prosesə müdaxilə edə bilər: bu, Rusiya üçün sərhəd məsələsində də əsas vasitəçi olduğunu təsdiqlətməyə, eləcə də Ermənistanı qurduğu masaya gətirməyə imkan verə bilər.
15:58
İrəvan Moskvanı 1997-ci ildə imzalanmış ikitərəfli müqaviləyə uyğun olaraq Ermənistanın suveren ərazisini müdafiə etməyə çağırır.
Axar.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Ermənistanın suveren ərazisinə hücum olduğu üçün biz 1997-ci il ikitərəfli müqaviləsi çərçivəsində və qarşılıqlı öhdəliklər məntiqinə uyğun olaraq Ermənistanın ərazi bütövlüyünü qorumaq çağırışı ilə Rusiyaya müraciət edirik”, - Qriqoryan bildirib.
Qeyd edək ki, hazırda Ermənistan ordusu sərhəd istiqamətində hücuma cəhd edir və artilleriya tətbiq edir. Ordumuz düşmən təxribatının qarşısını almaq üçün sərt addımlar atır.
Ukraynada koronavirusa qarşı vaksinin hər iki dozasını vurduran şəxslərə pul mükafatı veriləcək.
Çox güman ki, Polşa və Belarus arasında müharibə olmayacaq.
Axar.az xəbər verir ki, bunu Polşa baş nazirinin müavini Yaroslav Kaçinski deyib.
“Artıq hibrid müharibəmiz var, lakin çox güman silahlı münaqişə gözlənilmir. Mən ona görə “çox güman” sözünü işlədirəm ki, biz izaholunmaz düşmənlə qarşılaşmışıq”,- Kaçinski bildirib.
Suriya probleminin Türkiyəsiz həll olunması ehtimalı yoxdur.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Suriya üzrə keçmiş nümayəndəsi Ceyms Cefri deyib.
O, hazırda Yaxın Şərqdə ciddi münaqişənin yaşandığını bir daha təsdiqləyib:
“İran, Rusiya, ABŞ, Türkiyə və ən azı Hərbi Hava Qüvvələri ilə birgə İsrail Suriya mövzusuna daxildir. Türkiyə təhlükəsizlik məsələləri səbəbindən regiondan ayrılmaq istəmir. Ankara sərhəd boyunca müdafiə olunmaq məcburiyyətindədir”.
Diplomat onu da əlavə edib ki, Suriya rejimi provokasiya yaratmağa cəhd edir:
“Suriyada İŞİD-in öldürdüyü əsgərlərdən söhbət gedir. Əsəd rejimi bu terrorçuları təşviq edir, zəmin hazırlayır. Suriya rejimi, həmçinin narkotik ticarətinə də himayədarlıq edir. Bununla da öz hərbi qüvvələrini maddi cəhətdən təmin edir. İqtisadi cəhətdən üstünlük qazanmağa çalışır”.
Avropa Birliyinin Belarusla sərhədində miqrasiya böhranı ilə bağlı yaranan situasiya konfliktlərin yeni idarəetmə üsuluna tipik misaldır.
Axar.az xəbər verir ki, bu barədə Avropa Birliyinin Xarici siyasət idarəsinin rəhbəri Jozep Borrell deyib.
“Sülh və müharibənin elə də seçilmədiyi belə hibrid situasiyalara öyrəşmək gərəkdir. Bozun bütün çalarları ilə münaqişəli vəziyyət var”, - deyə baş diplomat bildirib.
Kanadanın Britaniya Kolumbiyası əyalətində şiddətli leysan infrastruktura ciddi ziyan vurub.