Ukrayna ilə bağlı vəziyyət daha da gərginləşsə, Rusiyaya sanksiya tətbiq olunacaq.
Axar.az xəbər verir ki, bu barədə "Blumberq" agentliyi məlumat yayıb.
Bildirilib ki, sanksiyalarla bağlı ABŞ avropalı müttəfiqləri ilə müzakirələr aparıb.
Biz bütün platformalarda İrana qarşı birtərəfli sanksiyaların yanlış olduğunu deyirik.
Axar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 15-də Tehranda iranlı həmkarı Hüseyn Əmir Abdullahianla birgə keçirdiyi mətbuat konfransında deyib.
Qərb sərhədinə yaxın düşərgələrdəki miqrantları öz evlərinə qayıtmağa razı salmağa çalışdıq, lakin bu məsələdə uğurlu ola bilmədik.
Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
O, həmçinin Belarusa qarşı tətbiq edilən yeni sanksiyalara cavab verəcəyini bildirib.
Qeyd edək ki, Avropa Birliyinin Xarici Əlaqələr Şurası bu gün Brüsseldə AB-nin, xüsusən də Belarusun gündəmində olan məsələlərin müzakirəsi üçün toplaşıb.
Toplantı ilə bağlı məlumat verən AB rəsmiləri bildiriblər ki, Belarusda sanksiya siyahısına şəxs və ya qurumların daxil edilməsi üçün yeni meyarlar təsdiqlənəcək.
Macarıstan Avropa İttifaqından çıxmayacaq, Brüsselin onun suverenliyini pozmaq cəhdlərinə müqavimət göstərəcək və Qərb liberalizmindən imtina edəcək.
Axar.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
"Macarıstanda nikah kişi və qadın arasındadır. Ata kişi, ana isə qadındır. Uşaqlarımızı rahat buraxın. Kommunist bürokratiyasından sonra bu dəfə Brüsseldən yeni sifarişlər almaq istəmirik. Biz qətiyyən Aİ-dən çıxmaq niyyətində deyilik. Onlar bizdən o qədər də asanlıqla qurtula bilməzlər. Sərhədlərimizi müdafiə etmək və miqrantları dayandırmaq hüququndan əl çəkməyəcəyik”, - baş nazir qeyd edib.
Cavabımızı bu gün burada verəcəyik. Xüsusilə insan alveri ilə məşğul olanlara qarşı sanksiyaları artıracağıq.
Axar.az xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Hayko Maas deyib.
Koronavirus infeksiyası yayılmağa davam edəcək, lakin mövsümi xarakter daşıyacaq.
ABŞ-ın keçmiş prezidenti Donald Trampın "Trump Organization" şirkəti Vaşinqton şəhərinin mərkəzində yerləşən "Trump İnternational Hotel"in icarə hüquqlarını 375 milyon dollara satmağa razılaşıb.
Şimali Atlantika Alyansına üzv ölkələr Ukraynanın hərbi bloka daxil olması məsələsində hələlik konsensusa gələ bilmir.
Axar.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
Stoltenberq vurğulayıb ki, NATO üzvü olmaq üçün hərbi blokun standartlarına cavab vermək lazımdır:
“Alyans hazırkı mərhələdə Kiyevə ölkədə korrupsiya ilə mübarizədə kömək edir, lakin onu öz sıralarına qəbul etmək üçün 30 müttəfiq razılaşmalıdır”.
Alyansın baş katibi həmçinin bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenski ilə son görüşündə NATO-nun ölkənin bütövlük və suverenliyinə dəstəyini ifadə edib, lakin prezident dəstəkdən daha çox tam üzvlük istəyib.